Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1056/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək inzibati orqanın hərəkətlərinin qanunsuz hesab olunması, güzəştli şərtlərlə yaşa görə İddiaçı təyin olunmuş əmək pensiyasının 2020-ci ilin dekabr ayı tarixindən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1809/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1952/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1809/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixli məktublarla icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli İddiaçıa dair məhkəmə qərarının icrası haqqında məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2-1(112)-5507/2022 nömrəli məhkəmə qərarının icrası məqsədilə tərəfimizdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı tarixdən bərpa edilərək 544,92 manat məbləğində müəyyən edilməklə məhkəmə qərarının icrası başa çatdırılıb. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının icra olunması üçün icra vərəqəsinin verilməsinin təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illər (2002- 2018) kran təsərrüfatında ağır və zərərli iş şəraitində işlədiyinə görə 2015-ci ildə 57 yaşında güzəştli şərtlərlə pensiyaya çıxmışdır. 2020-ci il 25 noyabr tarixindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən əsassız və qanunsuz olaraq əmək pensiyası dayandırılmışdır. Uzun sürən məhkəmə mübahisəsi İddiaçı xeyrinə nəticələnmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-l(112)-5507/2022 saylı, xx.xx.2022- ci il tarixli Qərarına əsasən İddiaçı iddiası təmin edilmiş, onun pensiyasının 25 noyabr 2020-ci il tarixindən bərpa edilməsi öhdəliyi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh tərəfin apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. İddiaçı xeyrinə Ali Məhkəmənin 28 sentyabr 2023- cü il tarixli 2-l(102)-1952/ 2023 saylı Qərarı ilə, Bakı İnzibatı Məhkəməsinin 2-1(112)- 5507/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı qüvvədə qalmışdır. Lakin bugünədək Məhkəmə Qərarı icra olunmamaqdadır. Verilən sorğuya cavab olaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən məlumatların dəqiqləşdirilməsi zəruriyyəti yarandığı barədə cavab gəlmişdir. Halbuki bütün məlumatlar məhkəmə araşdırılması zamanı İddiaçı xeyrinə əldə olunmuş və bunun əsasında Qərar qəbul olunmuşdur. Bu da yetmədiyi kimi həmin qurumun əməkdaşlarının qanunsuz olaraq İddiaçı əvvəlki iş yerinə gedərək tərtib etdikləri aktdakı məlumatların düzgünlüyü barədə Şirkətin əməkdaşına məcburi imza etdirmək səyləri boşa çıxmış, Şirkətin əməkdaşı aktda qeyd olunanların həqiqəti əks etdirmədiyini qeyd etmişdir. Yuxarıda qeyd etdiklərim özlüyündə təsdiq edir ki, Məhkəmə tərəfindən hüquqlarının bərpa olunması barədə qəbul olunan Qərarın icrasını adı çəkilən qurum təmin etmir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizəyə etiraz təqdim edərək, göstərmişdir ki, ərizəçinin tələbi əsassız olduğundan ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2-1(112)-5507/2022 nömrəli məhkəmə qərarının icrası məqsədilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı tarixdən bərpa edilərək 544,92 manat məbləğində müəyyən edilməklə məhkəmə qərarının icrası başa çatdırılıb. Eyni zamanda bildirilir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, ərizəçiyə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşa çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri, Metallurgiya sobalarının təmiri, Dolomitin və əhəngin yandırılması bəndində (3.6) təmirçi çilingərlər, rəhbərlər və mütəxəssislər yarımbəndində isə ustalar, böyük ustalar və sahə mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı, vaxtilə ərizəçiyə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X5” QSC-nin Mexaniklər sahəsində çilingər, xx.xx.2003-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində həmin sahədə kran üzrə briqadir, xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Mexaniklər xidmətində kran təsərrüfatı üzrə usta, xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində isə həmin xidmətdə kran təsərrüfatı üzrə mexanik vəzifələrində işlədiyi müəyyən edilmişdir. Mərkəzi Filialın aidiyyəti mütəxəssisi tərəfindən iş stajına dair məlumatların dəqiqləşdirilməsi zamanı işlədiyi sahə və vəzifələrin sözügedən müəssisə tərəfindən ona dair verilmiş arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahə və vəzifələrə uyğun olmadığı müəyyən edilib. Qeyd olunan səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 4 ay (xx.xx.1982- xx.xx.1987-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 57 yaşının tamamlandığı xx.xx.2015-ci il tarixindən Fondun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar pensiya ödənişi 1 dekabr 2020-ci il tarixindən dayandırılıb. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)- 1952/2023 nömrəli qərarına əsasən 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Bundan başqa, məhkəmə qərarlarını pensiya ödənişinizin dayandırılması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi ilə əsaslandırıb. Bununla əlaqədar olaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Daha sonra müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ərizəçiyə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2024-cü il tarixli məktub göndərilməklə 20 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Qeyd olunanlara əsasən, pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində iştirakı ilə 18 yanvar 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Sonra isə, ərizəçiyə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2024-cü ilin fevral ayından dayandırılması haqqqında inzibati akt qəbul edilib. Əlavə olaraq bildiririk ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona Qanunun 7-ci maddəsinə əsasən 65 yaşının tamamlandığı xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2015-xx.xx.2020-ci il və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə ərizəçiyə artıq ödənilmiş pul vəsaiti 20760,60 manat təşkil edir. Göründüyü kimi, tərəfimizdən sözügedən məhkəmə qərar tam icra olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cərimə edilməsi barədə ərizəsinin mümkün sayılmamasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı 25 noyabr 2020-ci il tarixindən ödənilməli olan güzəştli şərtlərlə pensiyanın düzgün indeksləşdirilərək hesablanması və buna uyğun icra vərəqəsinin verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xidməti vəzifəsinə görə inzibati orqanın təqdim etdiyi alt hesabdan çıxarışın yanlış qanunvericiliyə uyğun olmadan hesablandığına diqqət yetirməmiş və o hissədə araşdırma aparmamışdır, inzibati orqanın 2 il müddətində üzərinə qoyulmuş öhdəliyi icra etməkdən qəsdən yayınmağına məhkəmə qiymət verməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilib, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. - 28-ci bəndinə əsasən cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. MPM-in 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (maddə 15.1). Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2). Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (maddə 15.3). İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı DSMF-nun Nizami rayon Şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Cavabdeh pensiya ödənişini dayandırmağının əsası kimi ona istinad etmişdir ki, iddiaçının işləmiş olduğu sahə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyininə əsas verən sahə olmamaqla güzəştli iş stajı yoxdur. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə iddia tələbini təmin edərkən o hallara istinad etmişdir ki, inzibati orqanın cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini nəzərdə tutan qərarı əlverişli inzibati aktdır, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələbləri nəzərə alınmamış, iddiaçı pensiyanın dayandırılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində pensiya ödənişinin dayandırılması kimi faktiki hərəkətlər edilmişdir, bundan əlavə, inzibati orqan pensiya ödənişinin dayandırılmasına əsas kimi istinad etdiyi iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verib-verməməsini inzibati icraat zamanı yoxlamamış, bunun üçün müvafiq sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməmiş, bütün bunları iddiaçının iştirakı ilə aparmamış və yekun olaraq əlverişli inzibati aktı qüvvədən salan maddi və prosessual normalarla əsaslandırılmış inzibati akt qəbul etməmişdir. Qeyd edilən əsaslarla, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar cavabdeh tərəfindən müvafiq olaraq verilmiş apellyasiya və kassasiya şikayətlərinə əsasən yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli məktublarla icra olunması üçün cavabdehə göndərilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli məhkəmə qərarının icrası haqqında məktubunda bildirmişdir ki, məhkəmə qərarının icrası məqsədilə tərəflərindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı tarixdən bərpa edilərək 544,92 manat məbləğində müəyyən edilməklə məhkəmə qərarının icrası başa çatdırılıb. Hazırda tərəflər arasındakı mübahisə qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icra olunub-olunmaması ilə bağlıdır. İş materiallarından həmçinin müəyyən olunur ki, cavabdeh inzibati orqan yuxarıda qeyd olunan məhkəmə qərarlarının sırf pensiya ödənişinin xx.xx.2020-ci il tarixdən dayandırılması zamanı “İnzibati icraat haqqında” qanunun tələblərinə riayət edilməməsinə əsaslanmasına istinad edərək, növbəti dəfə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna baxılması üzrə inzibati icraat aparmış, İddiaçı onun pensiya hüququna yenidən baxılmasına əsas olan hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 20 yanvar 2024-cü il tarixədək Mərkəzi Filiala gəlməyi və ya mülahizələrini yazılı formada təqdim etməyi ilə bağlı məktub ünvanlanmış, 18 yanvar 2024-cü il tarixdə iddiaçının mülahizələrinin dinlənilməsi barədə akt tərtib edilmiş, akt İddiaçı tərəfindən imzalanmamışdır, daha sonra cavabdeh inzibati orqan tərəfindən İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması və əmək pensiyasının dayandırılması barədə xx.xx.2024-cü il tarixli qərarlar qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-99878/3/2024 nömrəli artıq ödənilmiş pensiya məbləği haqqında məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 6 aprel 2024-cü il tarixində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 9 aprel 2024-cü il tarixində daxil olmuş müraciətlərinizə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşa çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrinə və göstəricilərin siyahısı'nın metallurgiya istehsalatı bölməsinin (3) Polad ve ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri, Metallurgiya sobalarının təmiri, Dolomitin və əhəngin yandırılması bəndində (3.6) təmirçi çilingərlər, rəhbərlər və mütəxəssislər yarımbəndində isə ustalar, böyük ustalar və sahə mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı, vaxtilə sizə pensiya təyin edilərkən tərəfinizdən təqdim olunmuş sənədlərdə xx.xx.2002-xx.xx.2003- cü il tarixləri arasındakı dövr ərzində "X5 QSC-nin Mexanikler sahəsində çilingər, xx.xx.2003xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində həmin sahədə kran üzrə briqadir, xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Mexaniklər xidmətində kran təsərrüfatı üzrə usta, xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində isə həmin xidmətdə kran təsərrüfatı üzrə mexanik vəzifələrində işlədiyiniz müəyyən edilmişdir. Mərkəzi Filialın aidiyyəti mütəxəssisi tərəfindən iş stajınıza dair məlumatların dəqiqləşdirilməsi zamanı işlədiyiniz sahə və vəzifələrin sözügedən müəssisə tərəfindən sizə dair verilmiş arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahə və vəzifələrə uyğun olmadığı müəyyən edilib. Qeyd olunan səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 4 ay (xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə 57 yaşınızın tamamlandığı xx.xx.2015-ci il tarixindən Fondun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar pensiya ödənişiniz 1 dekabr 2020-ci il tarixindən dayandırılıb. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1952/2023 nömrəli qərarına əsasən 57 yaşınızın tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Bundan başqa, məhkəmə qərarlarını pensiya ödənişinizin dayandırılması zamanı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi ilə əsaslandırıb. Daha sonra "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinizin dinlənilməsi üçün sizə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2024-cü il tarixli məktub göndərilməklə 20 yanvar 2024cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Qeyd olunanlara əsasən, pensiya hüququnuza yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində iştirakınız ilə 18 yanvar 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə sizə ətraflı məlumat verilməklə mülahizələrinizin dinlənilməsinə dair birgə akt tərtib olunub. Lakin tərtib edilmiş akt tərəfinizdən imzalanmayıb. Sonra isə, sizə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinizin 2024-cü ilin fevral ayından dayandırılması haqqqında inzibati akt qəbul edilib. Əlavə olaraq bildiririk ki , Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən sizə Qanunun 7-ci maddəsinə əsasən 65 yaşınızın tamamlandığı xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2015-xx.xx.2020-ci il və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə sizə artıq ödənilmiş pul vəsaiti 20760,60 manat təşkil edir. Həmin 20760,60 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə təqdim etməyiniz xahiş olunur. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd edilənlərlə bağlı tərəfimizdən 28 fevral 2024-cü il tarixli 3-17-1/2-B-48408/2/2024 nömrəli məktubla sizə ətraflı məlumat verilmişdir. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qeyd etmişdir ki, XŞTMF-nın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3- 3-2405/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2404/2024 saylı əmək pensiyasının dayandırılması haqqında qərarı yeni inzibati icraat nəticəsində qəbul edilən inzibati aktlar olmaqla, müstəqil məhkəmə mübahisəsi predmetidir və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 5507/2022 saylı qərarı ilə əhatə olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ilk növbədə cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının “formal icra” olunub-olunmaması məsələsinə hüquqi qiymət verilməlidir. Əks yanaşma məhkəmə qərarlarının icrasının məcburiliyi prinsipinə xələl gətirməklə, bu institutun mahiyyətinə uyğun olmazdı, digər tərəfdən inzibati orqanın bu qərarına görə yeni məhkəmə icraatının başlanması, yol verilməsi ehtimalı istisna edilməyən növbəti analoji məzmunlu qərarların da hər dəfə yeni məhkəmə icraatında mübahisələndirilməsinə gətirib çıxarmaqla vətəndaş prizmasından da usandırıcı və nəhayətsiz bir prosesə çevrilərdi. Belə ki, müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1952/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarı icra edilərək İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi cavabdehin xx.xx.2024-cü il tarixli məhkəmə qərarının icrası haqqında məktubunda qeyd olunsa da, 1 aydan da az müddətdə xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2404/2024 saylı əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülahizəsinin dinlənilməsi üçün cavabdeh idarəyə dəvət olunması, akt tərtib edilməsi hələ inzibati icraatın inzibai icraat haqqında qanunvericiliyə uyğun olaraq aparıldığı mənasına gəlmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. İş materiallarında olan “X5” MMC-nin Dövlət Sosial Müdafiə Fondunun Rayon Şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 199/A nömrəli arayışda qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, X5 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X2 Salan Mərkəz tərəfindən tərtib edilmiş X5 Limited şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: 29 avqust 2002-ci il tarixdən 01 avqust 2003-cü il tarixədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində çilingər vəzifəsində, 01 avqust 2003-cü il tarixdən 01 sentyabr 2009-cu il tarixədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində kran üzrə briqadir vəzifəsində çalışmışdır. Əsas: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X2 Salan Mərkəz tərəfindən tərtib edilmiş Arxiv fondunun materialları. Fond № 1, Siyahı № 1Ş, 21 №-li saxlama vahidi, 261 №-li saxlama vahidi. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.6. Polad və ferroərintilər istehsalatı (a) yarımbəndində isti və zərərli iş sahələrində məşğul olan təmirçi çilingərlər, 3.6 (b) yarımbəndinə ustalar, böyük ustalar kimi öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş “X5” MMC-nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli, 14/L nömrəli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X5” MMC-nin mexaniklər sahəsində çilingər, mexaniklər sahəsində kran üzrə briqadir, kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik peşələrində çalışmışdır. İddiaçı çilingər kimi isti və zərərli iş şəraitində kran avadanlıqların, tərtibatların və mexanizmlərin cari təmiri və texniki qulluğu ilə məşğul olmuşdur. Bu baxımdan onun tutuğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.6. Polad və ferroərintilər istehsalatı (a) yarımbəndində isti və zərərli iş sahələrində məşğul olan təmirçi-çilingərlər peşəsi ilə uyğun gəlir. Mexaniklər sahəsində kran üzrə briqadir kimi, mexaniki və texnoloji avadanlığın qurulması, sistemlərinin təmiri, təmizlənməsi və yağlanması, yenidən onların düzgün istismar olunması və sair işləri yerinə yetirirdi. Bu baxımdan onun tutuğu peşə yuxarıda qeyd edilən Siyahının 3.6 (b) yarımbəndinə ustalar, böyük ustalar peşəsi ilə uyğun gəlir. Kran təsərrüfatı üzrə usta kimi avadanlığın təmiri ilə məşğul olmuşdur və həmin siyahının 3.6 (b) yarımbəndinə ustalar, böyük ustalar peşəsinə uyğundur. Kran təsərrüfatı üzrə mexanik vəzifəsi sözügedən Siyahıda sahə mexanikləri kimi öz əksini tapmışdır. Yuxanda göründüyü kimi İddiaçı iş fəaliyyəti istehsalat sahəsində olan ağır yükqaldırıcı kranlarla bağlı olub. “X5” MMC Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X1. Müəssisədə iş şəraiti ağır və zərərlidir. Vətəndaş bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirmişdir. Müəssisədə iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən İddiaçı) maaşlarına artım və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. Yuxarıdakıları nəzərə alaraq sizdən xahiş edilir ki, İddiaçı güzəştli pensiya təminatının bərpa olunmasına koməklik edəsiniz. “X5” QSC-nin xx.xx.2022-ci il tarixli, X-Y-1841 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək X5 Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Mexaniklər sahəsində çilingər peşəsində, xx.xx.2003-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək isə həmin sahədə kran üzrə briqadir vəzifəsində çalışmışdır (əsas: İddiaçı Əmək kitabçası). İddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək “X5” MMC-nin (hazırkı QSC-də) Mexaniklər xidmətində kran təsərrüfatı üzrə usta vəzifəsində, xx.xx.2011-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək isə həmin xidmətdə kran təsərrüfatı üzrə mexanik vəzifəsində işləmişdir. Məlumat üçün nəzərinizə çatdırılır ki, İddiaçı çilingər kimi Polad və ferroərintilər istehsalatı sahələrində isti və zərərli iş şəraitində kran avadanlıqlarının, tərtibatlarının, mexanizmlərinin cari təmiri və texniki qulluğu işləri ilə məşğul olmuşdur. Qeyd edilən peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalatı bəndinin (a) Fəhlələr yarımbəndində “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) Fəhlələr yarımbəndində “təmirçi çilingərlər” peşəsinə uyğundur. Mexaniklər sahəsində kran üzrə briqadir və Mexaniklər xidmətində kran təsərrüfatı üzrə usta Polad və ferroərintilər istehsalatı sahələrində kran avadanlıqlarının mexaniki və texnoloji hissələrinin qurulması, təmiri, təmizlənməsi və yağlanması, düzgün istismar olunması və sair işləri yerinə yetirir. Həmin peşələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarmın təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində “ustalar, böyük ustalar” vəzifələrinə uyğundur. Kran təsərrüfatı üzrə mexanik vəzifəsi Polad və ferroərintilər istehsalatı sahələrində kran avadanlıqlarının, tərtibatlarının, mexanizmlərinin qurulması, cari təmiri, texniki qulluğu, düzgün istismar olunması və sair işləri yerinə yetirir. Göstərilən vəzifə yuxarıda qeyd edilən Siyahının 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində “sahə mexanikləri” vəzifəsinə uyğundur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi İddiaçı iş fəaliyyəti Polad və ferroərintilər istehsalatı sahələrində ağır yükqaldırıcı kranlarla bağlı olmuşdur. “X5” QSC Azərbaycan Respublikasında Metallurgiya Sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük X1. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində - Polad və ferroərintilər istehsalatı sahələrində kran təsərrüfatına xidmət etməklə keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. Göründüyü kimi, iddiaçıya vaxtilə pensiya təyin edilərkən yuxarıda qeyd olunan arayışlarla onun tələb olunan güzəştli iş stajına malik olması öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli qərarla əmək pensiyasını dayandırarkən, iddiaçının “X5”-də işlədiyi və sözügedən müəssisə tərəfindən verilən arayışlarda qeyd edilən sahə və vəzifələrin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-na uyğun olmadığına əsaslansa da, işdən görünür ki, bununla bağlı işəgötürənə rəsmi formada müraciət olunaraq, yuxarıda qeyd olunan arayışların təkzib və ya təsdiq edilməsi ilə bağlı rəsmi mövqeyi öyrənilməmiş, yəni nəticə etibarilə inzibati icraatı İnzibati İcraat haqqında Qanunun tələblərinə uyğun tam həyata keçirməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin ərizəni rədd edərkən nümayiş etdirdiyi fikrə qarşı onu da diqqətə çatdırır ki, vaxtilə qəbul edilmiş məhkəmə qərarlarının motivasiya hissəsində qeyd edilmiş hallar yoxlanılmamışdır. Belə ki, məhkəmə qərarının motivasiya hissəsində birbaşa göstərilmişdir ki, inzibati orqan pensiya ödənişinin dayandırılmasına əsas kimi istinad etdiyi iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verib-verməməsini inzibati icraat zamanı yoxlamamış, bunun üçün müvafiq sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməmiş, bütün bunları iddiaçının iştirakı ilə aparmamış və yekun olaraq əlverişli inzibati aktı qüvvədən salan maddi və prosessual normalarla əsaslandırılmış inzibati akt qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının barəsində təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarın qəbul edilməsi ilə nəticələnən hərəkətləri Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarının icrası çərçivəsində həyata keçirilən hərəkətlərin məntiqi davamı kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası təkrarən qeyd edir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir. Azərbaycan Respublikası ərazisində heç bir fiziki və hüquqi şəxs həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, onun icrasını dayandıra bilməz. Bu qaydada yanaşma faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla dövlətin adından çıxarılmış həmin qərarların icrasını ortadan qaldırır. Məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı həmçinin əksik vermə kimi müəyyən edilmiş qalıq məbləğin düzgün indeksləşdirilmədiyi və ya hesablanmadığı ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 5507/2022 saylı qərarı ilə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi qərara alınmışdır, məhkəmə qərarının nə əsaslandırıcı, nə də yekun hissələrində bərpa edilməli olan pensiyanın məbləği məsələsinə toxunulmamış, məhkəmə tərəfindən yoxlanılmamış, həmin icraatda qiymət verilməmişdir. Belə olan halda məhkəmə mübahisəsinin predmetini təşkil etməyən pensiya ödənişinin məbləği hazırkı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli 2-1(112)- 5507/2022 saylı qərarı ilə əhatə olunmur və bu baxımdan hazırkı ərizə qaydasında icra icraatında müzakirə oluna və hüquqi qiymət verilə bilməz. İddiaçının qeyd edilən keçmiş dövrlə bağlı qalıq məbləğin düzgün hesablanmadığını hesab etdiyi halda bu barədə inzibati orqana yenidən müraciət etmək və müvafiq cavabdan asılı olaraq yeni iddia ilə məhkəməyə müraciət etmək hüququ saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməli, qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün inzibati işin materialları həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. Qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün inzibati işin materialları həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1056/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1056/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver