Məhkəmə qərarları › İş №2-1(103)-1058/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1058/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1058/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 saylı Şəhər Poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(112)-1954/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 saylı Şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.1948-ci il təvəllüdlü X3 ölümü haqqında tibbi şəhadətnamə (F106/u) barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.1948-ci il təvəllüdlü X3 ölümü haqqında tibbi şəhadətnamə (F106/u) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, mərhum X7 ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə Renta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı, renta ödəyicisi olaraq Renta alan X6 özgəninkiləşdirilən tam hissə (32,4 kv.m) müqabilində aylıq 200 manat haqq ödəməli, həmin 200 manat məbləğindən iddiaçı, X6 ömrünün sonuna qədər hər ay 150 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə də ona hər ay 50 manat nəğd pul ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq X7 ölən günədək iddiaçı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. X7 xx.xx.1948-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. xx.xx.2019-cu il tarixdə X3 səhhəti pisləşdiyi üçün iddiaçı Bakı şəhəri Təcili və X8 Stansiyasına müraciət etmişdir. X10 həkimləri həmin tarixdə X3 yaşadığı ünvana gələrək, ona tibbi yardım etdikdən sonra onun səhhəti normallaşmış və onun müalicəsi üçün müəyyən dərman preparatlarının alınmasını və tövsiyələrini verdikdən sonra çıxıb getmişlər. Növbəti gün X3 səhhəti daha da pisləşmiş və o, xx.xx.2019-cu il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. X3 ölümü ilə bağlı Bakı şəhəri Təcili və X8 Stansiyasının 01 saylı yardım stansiyasına müraciət edilmiş, lakin stansiyanın nümayəndələri gələndə artıq gec olmuş, mərhum artıq keçinmişdir. TTTYS-nin xx.xx.2019cu il tarixli arayışına əsasən, həmin tarixdə saat 16:25-də ünvan 3 ünvanına X3 adına çağırış olmuş, çağırışa gələn həkim tərəfindən qadın cinsli meyit aşkar edilmişdir. X3 ölümündən sonra ona ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı “Asan Xidmət" Mərkəzində qeydiyyat şöbəsinə iddiaçı müraciət etmiş, lakin onun ölümü barədə tibbi şəhadətnamə olmadığından akt qeydinin aparılmasından imtina edilmişdir. Bu səbəbdən Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikasına müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.1948-ci il təvəllüdlü X3 ölümü haqqında tibbi şəhadətnamə (F106/u) barədə müvafiq arayış verilməsi xahiş edilmişdir. Bakı şəhər Baş Səhiyyə idarəsi 8 nömrəli Şəhər Poliklinikası X3 ölümü haqqında tibbi şəhadətnamənin (F106/u) verilməsindən imtina etmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikasının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 546 saylı məktubunda qeyd edilmişdir ki, ölümə səbəb olan xəstəlik poliklinika şəraitində təsdiq olunmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2015ci il tarixli, 52 saylı əmrinə əsaslanaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas yoxdur. Həmin əmrin 12-ci bəndinə əsasən ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Ölüm haqqında şəhadətnamə (F106/u) əmrdə təsdiq olunmuş təlimata əsasən ölümü haqqında tibbi şəhadətnamə səhiyyə müəssisəsinin, müalicə həkiminin xəstəni müşahidə və xəstənin ölümünə qədərki vəziyyəti əks etdirən tibbi sənədlərdəki qeydlər əsasında verilir. Qiyabi ölüm faktı həkim tərəfindən şəxsən təyin etmədən ölüm şəhadətnaməsinin tərtib edilməsi qadağandır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.1- ci bəndində qeyd edilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 saylı Şəhər Poliklinikası tərəfindən təqdim olunmuş yazılı etirazda göstərilmişdir ki, ünvan 1 ünvanına qeydiyyatda olmuş mərhum X7 tüfeyli həyat tərzi keçirmiş və ümumiyyətlə heç vaxt poliklinikaya müraciət etməmişdir. Sahə həkimi dəfələrlə həmin ünvana gedib mərhumu müayinə olunması üçün polilinikaya dəvət etsə də, lakin mərhumun poliklinikaya heç bir müraciəti olmamışdır. Ölümə səbəb olan xəstəlik poliklinika şəraitində təsdiq olunmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2015- ci il tarixli 52 saylı əmrinə əsaslanaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas yoxdur. Əmrdə təsdiq olunmuş təlimata əsasən ölüm haqqında tibbi şəhadətnamə səhiyyə müəssisəsinin, müalicə həkiminin xəstəni müşahidə və xəstənin ölümünə qədərki vəziyyətini əks etdirən tibbi sənədlərdəki qeydlər əsasında verilir. Qiyabi ölüm faktını həkim tərəfindən şəxsən təyin etmədən ölüm şəhadətnaməsinin tərtib edilməsi qadağandır. Həmin əmrin 12-ci bəndinə əsasən ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İddiaçı tibbi sənədlər olmadığına görə ölüm haqqında tibbi arayışın alınması üçün məhkəməyə müraciət olunması dəfələrlə şifahi və yazılı sürətdə məsləhət görülmüşdür. Bakı İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(112)-1954/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(112)-1954/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Renta alan X7 ilə Renta ödəyicisi İddiaçı arasında imzalanmış xx.xx.2018-ci il tarixli renta müqaviləsinin surətindən görünür ki, Renta alan X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 104 saylı evin 14 saylı mənzilini (tam hissə 32.4 kv.m) Renta ödəyicisi İddiaçı mülkiyyətinə vermiş, Renta ödəyicisi Renta alana özgəninkiləşdirilən tam hissə (32,4 kv.m) müqabilində aylıq 200 manat haqq ödəməyi, həmin 200 manat məbləğindən İddiaçı X6 ömrünün sonuna qədər hər ay 150 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə də ona hər ay 50 manat nəğd pul ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 104 saylı evin 14 saylı mənzilinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikası tərəfindən X1 ünvanlanmış 14 noyabr 2019-cu il tarixli 681 saylı məktubda qeyd olunur: Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 104, mənzil 14 ünvanında qeydiyyatda olmuş, xx.xx.1948-cı il təvəllüdlü X7 son 5 il ərzində 8 saylı poliklinikaya müraciəti olmamışdır. Sahə həkiminin və qonşuların dediyinə görə X7 tənha yaşayırmış və asosial həyat tərzi keçirirmiş. Alkoqoldan sui istifadə etmiş, zibilliklərdən tullantılar yığarmış. X3 poliklinikaya müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnaməni (forma 106) almaq üçün məhkəməyə müraciət etmək məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikası tərəfindən X1 ünvanlanmış 29 iyul 2020-ci il tarixli 452 saylı məktubda qeyd olunur: ünvan 5 ünvanına qeydiyyatda olmuş mərhum X7 tüfeyli həyat tərzi keçirmiş və ümumiyyətlə heç vaxt poliklinikaya müraciət etməmişdir. Sahə həkimi dəfələrlə həmin ünvana gedib mərhumu müayinə olunması üçün polilinikaya dəvət etsə də, lakin mərhumun poliklinikaya heç bir müraciəti olmayıb. Ölümə səbəb olan xəstəlik poliklinika şəraitində təsdiq olunmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 saylı əmrinə əsaslanaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas voxdur. Həmin əmrin 12-ci bəndinə əsasən ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Məlumat üçün bildiririk ki, ölüm haqqında şəhadətnamə (F106/u) əmrdə təsdiq olunmuş təlimata əsasən ölüm haqqında tibbi şəhadətnamə səhiyyə müəssisəsinin, müalicə həkiminin xəstəni müşahidə və xəstənin ölümünə qədərki vəziyyətini əks etdirən tibbi sənədlərdəki qeydlər əsasında verilir. Qiyabi ölüm faktını həkim tərəfindən şəxsən təyin etmədən ölüm şəhadətnaməsinin tərtib edilməsi qadağandır. Tibbi sənədlər olmadığına görə ölüm haqqında tibbi arayışın alınması üçün məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikası tərəfindən Vəkil oğuna ünvanlanmış 16 sentyabr 2020-ci il tarixli 546 saylı məktubda qeyd edilir: Sizin S/60 №-li xx.xx.2020-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, ünvan 6 ünvanına qeydiyyatda olmuş mərhum X7 tüfeyli həyat tərzi keçirmiş və ümumiyyətlə heç vaxt poliklinikaya müraciət etməmişdir. Sahə həkimi dəfələrlə həmin ünvana gedib mərhumu müayinə olunması üçün polilinikaya dəvət etsə də, lakin mərhumun poliklinikaya heç bir müraciəti olmayıb. Ölümə səbəb olan xəstəlik poliklinika şəraitində təsdiq olunmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2015- ci il tarixli 52 saylı əmrinə əsaslanaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas yoxdur. Həmin əmrin 12-ci bəndinə əsasən ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Məlumat üçün bildiririk ki, ölüm haqqında şahadətnamə (F106/u) əmrdə təsdiq olunmuş təlimata əsasən ölüm haqqında tibbi şəhadətnamə səhiyyə müəssisəsinin, müalicə həkiminin xəstəni müşahidə və xəstənin ölümünə qədərki vəziyyətini əks etdirən tibbi sənədlərdəki qeydlər əsasında verilir. Qiyabi ölüm faktını həkim tərəfindən şəxsən təyin etmədən ölüm şəhadətnaməsinin tərtib edilməsi qadağandır. Mərhum X3 qonşusu olan İddiaçı ölüm haqqında tibbi şəhadətnaməsi F106 alınması üçün poliklinikaya dəfələrlə müraciət etmişdir. Ona şifahi və yazılı surətdə məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Diqqətinizə catdırırıq ki, Sizin məktubunuzda ittiham etdiyiniz “xx.xx.2020 il tarixində poliklinikanın əməkdaşları tərəfindən qəbul edilməsinə baxmayaraq, bu günə kimi cavablandırılmamışdır” həqiqətə uygun deyil. Sizin məktuba əlavə eldiyiniz poçt qəbzində qeyd olunduğu kimi, poçt vasitəsi ilə çatdırılan İddiaçı məktubıı xx.xx.2020-ci il tarixində poliklinikada qəbııl olunmuşdur. xx.xx.2020-ci il tarixli 452 saylı məktubla cavab verilmiş. həmin tarixdə sahə həkimi şəxsən özü məktubu İddiaçı yaşadığı ünvana aparıb və özünə təhvil vermişdir. Sizin iradınız tam əsassızdır. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən X1 ünvanlanmış 31 oktyabr 2019-cu il tarixli 600-05/75 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Sizin ərizənizin təmin edilməsi mümkün deyil. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 819-05/70 nömrəli arayışdan görünür ki, X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlandırılmış qeydiyyat informasiya sistemində Bakı şəhəri üzrə ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək yoxlanılmışdır Təcili və X8 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2019-cu ildə X3 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyid aşkar edilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 01- 06/08-146 nömrəli arayışından görünür ki, X11 xx.xx.2019-cu il tarixdə 2 saylı Biləcəri qəbrstanlığında dəfn olunmuşdur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır; 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın: 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir; 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X8 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1- ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir; 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir; 4.4-cü bəndinə əsasən aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.7-ci bəndinə əsasən şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X4 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqqında» 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər/ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın tələblərindən göründüyü kimi, Ölüm haqqında tibbi şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar ardıcıllıqla qeyd olunmalı, ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X4 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. Lakin hazırki halda X3 adına çağırış olmuş, çağırış gələn Təcili və X8 Stansiyasının həkimi tərəfindən doldurulmuş Ölüm haqqında xəbərdarlıq vərəqəsində ölümün səbəbi göstərilməmişdir. Qeyd olunan Qaydaların tələblərindən də göründüyü kimi, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir, ölümün baş vermə səbəbi məlum olmayan hallarda isə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X3 heç vaxt poliklinikaya müraciət etməmiş, habelə ölümə səbəb olan xəstəliyi poliklinika şəraitində təsdiq olunmamışdır. Belə olan halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın tələblərinə əsasən Poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(112)-1954/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar