Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1058/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı iş üzrə (Açar sözlər: qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X5 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(112)-10585/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MTK ilə onun arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 0631 nömrəli payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 5-ci binasının, 5-ci blok, 15-ci mərtəbə, 6 saylı mənzilinə görə iddiaçıya qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankının Şərifzadə filialı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə elektron ərizə ilə cavabdehə aldığı evə görə ödədiyi 124051 manat ödənişin əlavə dəyər vergisinin geri qaytarılması barədə müraciət etmiş, lakin cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə istinad edilərək xx.xx.2023-cü il tarixli, **********923300 nömrəli qərarla müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, istinad edilən xx.xx.2022-ci il tarixli Fərmanın 2.2-ci bəndində qeyd olunmuşdur ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin. Bu da o deməkdir ki, Prezidentin Fərmanı məsul dövlət orqanları tərəfindən düzgün icra edilməyib və buna görə məsuliyyət iddiaçının üzərinə yüklənə bilməz.
3. Cavabdehin iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edilmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MTK adi cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir
5. İş üzrə birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, müvafiq dövr üzrə ödənilməli ƏDV barədə hesabat vergi orqanına təqdim edilmiş və ödənilmişdir. 2022-ci ilin noyabr ayından müvafiq proqram təminatı aktiv olsa da, proqram təminatında ciddi texniki problemlər mövcud olmuş, belə ki, müraciətlərin çox az qismi qəbul edilmiş, bu səbəbdən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq cari ilin aprel ayında vergi orqanına bununla bağlı müraciət olunmuş cari ilin may ayından etibarən artıq proqram təminatında olan texniki nasazlıqlar aradan qaldırılmışdır.
6. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(112)-10585/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 15-ci mərtəbə, 6 saylı mənzilə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankının Şərifzadə filialı) ötürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2024-cü il tarixli, 2-1(103)-1465/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2082/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2024-cü il tarixli, 2-1(103)-1465/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
11. Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova apellyasiya şikayinə uyğun izah verərək, şikayətin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı 90 gün müddəti ötürmüşdür. Bundan əlavə, İddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyəri nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış sahəsinin tam dəyəri satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İddiaçının yaşayış sahəsi görə ödənişi müfaviq olaraq iki fərqli hesaba etmişdir.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
15. ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 5-ci binasının, 5ci blok, 15-ci mərtəbə, 6 saylı mənzilinə dair "xxxx" MTK ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli, 0631 nömrəli payçı müqaviləsi bağlanmışdır.
16. Sözügedən mənzilin alınmasına görə iddiaçının xx.xx.2022-ci il tarixdə etdiyi nağdsız ödənişə dair “X4” proqramından "xxxx" MTK vasitəsilə xx.xx.2023-cü il tarixli eqaimə təqdim edilmişdir. Həmin e-qaimədə iddiaçıya satılmış mənzilin ƏDV-siz dəyəri 105127,97 manat, ƏDV məbləği 18923,03 manat, həmçinin qaytarılacaq ƏDV-nin məbləği 5676,91 manat qeyd olunmuşdur.
17. İddiaçı sözügedən mənzilin alınmasına görə ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir.
18. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********923300 nömrəli “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə, əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərabyacan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən 18 mart 2025-ci il tarixli, 3-21/2- 2574/2025 №-li cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 2023-cü ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə müraciəti olmamışdır. Eyni zamanda vətəndaşın xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 6 (altı) müraciəti daxil olmuşdur. Bu müraciətlər zamanı vətəndaş İddiaçı əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron portaldan istifadə edilməsi qaydası barədə, qanunvericiliyin tələblərinin araşdırılması barədə, etdiyi müraciətin icra vəziyyəti barədə, yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina barədə sorğuları cavablandırılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərabyacan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən 07 may 2025-ci il tarixli, 3-21-2-3/2- 565781/2025 №-li cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Bildirilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal hazırlanaraq 21 noyabr 2022-ci il tarixindən istifadəyə verilmişdir. Həmçinin 2023-cü ilin yanvar-aprel aylarında alıcılara təqdim edilmiş elektron qaimə-faktura məlumatları məhkəməyə təqdim edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya məhkəməsinin icraatında olan araşdırma Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2082/2024 nömrəli nömrəli qərarında qeyd olunmuş göstərişlər əsasında aparılır.
24. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. - 165.6-cı maddəsinə əsasən (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada). Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.
26. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: -1.2-ci bəndinə əsasən bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. -1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. -2.0.2-ci bəndinə əsasən alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır. -2.0.3-cü bəndinə əsasən satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. -2.0.4-cü bəndinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. (bundan sonra – Dövlət Vergi Xidməti). -2.0.7-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. -3.1-ci bəndinə əsasən operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; -5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: -5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. -5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. -5.7-ci bəndinə əsasən müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. -5.8-ci bəndinə əsasən qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.
6. Keçid müddəası 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2-ci bəndinə əsasən bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.
27. İşin müəyyən olunan hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə üçüncü şəxslə yaşayış sahəsinin alınmasına dair müqavilə bağlamış, xx.xx.2022-ci il tarixdə mənzilin dəyəri ƏDV daxil üçüncü şəxsin hesabına mədaxil edilmişdir. İddiaçı müqavilə və ödəniş sənədini xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edərək ödənilmiş ƏDV-nin 30 faizinin ona qaytarılmasını xahiş etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli qərarla ƏDV-nin qaytarılmasından imtina etmiş, imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edilmişdir. İddiaçı ƏDV-siz məbləği və ƏDV məbləğini ayrı-ayrılıqda ödəmədiyindən tələbi əsaslı sayıla bilməz
28. Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir.
29. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
30. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir.
31. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir
32. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1498/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı yaşayış sahəsinə dair müqaviləni 19 dekabr 2022-ci il tarixdə bağladığından hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır, belə ki, iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranardı.
34. Hazırki iş üzrə isə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edilmişdir.
35. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər.
36. Belə ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər).
37. Hazırkı iş üzrə iddiaçı və üçüncü şəxs tərəfindən bildirilən əsas dəlillərdən biri Qaydanın qüvvəyə mindiyi tarixdən sonra, hətta 2023-cü ilin yanvar ayı üzrə sistemin işlək olmaması və texniki imkanın mövcud olmaması səbəbindən alıcının ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsinin qeyri-mümkünlüyü ilə bağlıdır.
38. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Vergi Məcəlləsinin 165.6-ci maddəsinin, 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanın və Fərmanla təsdiq edilmiş ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə uyğun olaraq portal istifadəyə verildikdən sonra iddiaçının ƏDV məbləğini ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanı olmasının, ƏDV məbləğini ƏDV-nin depozit hesabına ayrıca ödəməsinə mane olan halların baş verib-verməməsinin araşdırılması məqsədilə cavabdeh inzibati orqana sorğu ünvanlanaraq 21 noyabr 2022-ci il tarixdən portalın istifadəyə verilməsi və onun aktiv olmasını təsdiq edəcək sənədlər, o cümlədən 2023-cü ilin yanvaraprel ayları üzrə portalın aktiv olması və həmin dövrdə ƏDV-nin qaytarılması ilə bağlı müraciət edən digər şəxslərin və vətəndaşlara ev alqı-satqısı ilə bağlı elektron qaimələrin verilib-verilməməsi barədə məlumatın, əgər verilmişdirsə bununla bağlı inzibati icraat materiallarının təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
39. Məhkəmənin sorğusuna cavabdeh olaraq cavabdeh tərəfindən portalın işlək olmasına dair sübut qismində 2022-ci il dekabr və 2023-cü illərdə müxtəlif aylar üzrə ƏDVnin geri qaytarılmasına dair ərizə ilə müraciət edərək müsbət cavab almış şəxslərin siyahısı “excel” formasında elektron məhkəmə sisteminə yüklənmişdir.
40. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən ünvanlanan məktubda qeyd edilmişdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal hazırlanaraq 21 noyabr 2022-ci il tarixindən istifadəyə verilmişdir. Həmçinin 2023-cü ilin yanvar-aprel aylarında alıcılara təqdim edilmiş elektron qaimə-faktura məlumatları məhkəməyə təqdim edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilən iclaslarda iddiaçı yanvar ayında 195 nömrəsinə yığaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çağrı mərkəzinə müraciət etdiyini bildirsə də, sorğuya cavabdan müəyyən olunur ki, İddiaçı 2023-cü ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə müraciəti olmamışdır. Eyni zamanda vətəndaşın xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 6 (altı) müraciəti daxil olmuşdur. Bu müraciətlər zamanı vətəndaş İddiaçı əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron portaldan istifadə edilməsi qaydası barədə, qanunvericiliyin tələblərinin araşdırılması barədə, etdiyi müraciətin icra vəziyyəti barədə, yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina barədə sorğuları cavablandırılmışdır.
42. Həmçinin sorğuya cavab məktubuna əsasən 2022 dekabr-2023-cü ilin yanvaraprel ayları ərzində müraciətləri təsdiqlənmiş şəxslər barədə məlumatı əks etdirən cədvəl məhkəməyə təqdim edilmişdir. Həmin cədvələ əsasən də müəyyən edilir ki, iddiaçının sistemin işlək olmamasına istinad etdiyi hətta 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə müxtəlif şəxslərə ƏDV geri qaytarmaları həyata keçirilmişdir.
43. Beləliklə, işin araşdırılması zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sübutlara əsasən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın iddiaçının qeyd etdiyi 2023-cü ilin yanvar ayı üzrə işlək vəziyyətdə olması, hətta 2022-ci ilin dekabr ayı və 2023-cü ilin yanvar-aprel ayları üzrə müxtəlif şəxslərə ƏDV ödənişlərinin həyata keçirilməsi müəyyən edilmişdir. Beləliklə, cavabdeh qeyd edilən ay üzrə portalın işlək olmasını sübuta yetirə bilmişdir.
44. Kollegiya hesab edir ki, əgər iddiaçı ödənişin həyata keçirildiyi gün portalın işlək olmamasına, texniki xəta baş verməsinə istinad edirsə, artıq bununla bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın olmaması və ƏDV məbləğinin ƏDV-nin depozit hesabına ayrıca ödəməsinə mane olan halların baş verib-verməməsi və bu halların nədən ibarət olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilə bilməmişdir.
45. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməli olduğundan, lakin iddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrıayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edildiyindən, həmçinin iddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın mövcud olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının hazırki tələbi əsaslı hesab edilə və təmin edilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.
47. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(112)-10585/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Nigar Nəbizadə