Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1059/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı (Binəqədi rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində göstərilməklə) “tikinti işlərinin aparılmasına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11.01.2021-ci il tarixli, 2-1(112)-3886/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05-08 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı (Binəqədi rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən “tikinti hissələri” kompleks layihə müəssisəsinin texniki pasportuna əsasən hazırlanmış bərpa layihəsinə uyğun tikinti işlərinin aparılmasına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında 1406,1 kv.m torpaq sahəsində yerləşən 889,4 kv.m tikinti altı sahədə olan 747,1 kv.m əsas, 243,4 kv.m köməkçi sahədən ibarət olan «Tikinti hissələri» kompleks layihə müəssisəsi 04.06.2003-cü il tarixdə 090831 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən tam mülkiyyət hüququ üzrə onun adına 000831 nömrə ilə reyestr kitabında qeydə alınmışdır. Həmin «Tikinti hissələri» kompleks layihə müəssisəsinə Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin Əmlakın İnvertarlaşdırılması Bürosu 001454 nömrəli Texniki Pasport tərtib edib vermişdir. Mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən «tikinti hissələri» kompleks layihə müəssisəsi "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülərək dağıdılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10287/2017 saylı 09.07.2018-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 390.000 (üç yüz doxsan min) manat əldən çıxmış fayda, 320.000 (üç yüz iyirmi min) manat sökülən «tikinti hissələri» kompleks layihə müəssisəsinin və ərazisinin tam şəkildə bərpa edilməsi üçün tələb olunan məbləğ olmaqla pul və iddianın təmin edilmiş 21,29 % hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun 6.38 manatı tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, cavabdeh "xxxx" MMC-in sökülərək tam yox etdiyi, İddiaçı xüsusi mülkiyyətində olan «tikinti hissələri» kompleks layihə müəssisəsinə və onun yerləşdiyi əraziyə İddiaçı əvvəlki hüquqlarının maneəsiz həyata keçirilməsi təmin edilməsi göstərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10287/2017 saylı 09.07.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və 09 iyul 2018-d il tarixində Bakı Apelyasiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. Yuxanda adı çəkilən və qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən də göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10287/2017 saylı 09.07.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülərək dağıdılmış, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən «tikinti hissələri» kompleks layihə müəssisəsinin və ərazisinin tam şəkildə bərpa edilməsi üçün tələb olunan 320.000 (üç yüz iyirmi min) manat pulun "xxxx" MMC-dən alınaraq ona ödənilməsi və xüsusi mülkiyyətində olan «tikinti hissələri» kompleks layihə müəssisəsinə və onun yerləşdiyi əraziyə əvvəlki hüquqlarının maneəsiz həyata keçirməyinin təmin edilməsi qət edilmişdir. Bu səbəbdən qətnamənin icrası ilə əlaqədar Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinə qətnamənin icrasına köməklik göstərilməsi ilə bağlı məktublar ünvanlanmışdır. Mülkiyyətində olan və qanunsuz olaraq sökülmüş bu sahənin əvvəlki vəziyyətdə, yəni, sahənin sökülməzdən əvvəl tərtib edilmiş texniki pasportuna əsasən hazırlanmış bərpa layihəsinə uyğun 20.07.2021-ci il tarixində yenidən tikintisini həyata keçirərkən özlərini Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər ağır texnikaların vasitəsi ilə inşa edilməkdə olan tikilini yerlə-yeksan etdilər. Bununla bağlı həm onun şəxsən və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin müraciətinə cavabında Binəqədi rayon İcra Hakimiyyəti bildirmişdir ki, məhkəmə qətnaməsində qeyd olunanlar yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti xaricindədir və aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməsi ona tövsiyə olunmuşdur. Baxmayaraq ki, Binəqədi rayon icra Hakimiyyətinin əməkdaşları nəinki apardığı bərpa ilə bağlı tikinti işlərini dayandırmış, 20.07.2021-ci il tarixində ərazidə aparmış olduğu bərpa işlərinin nəticəsi olan yarımçıq tikililəri təkrarən ağır texnikanın vasitəsi ilə darmadağın etmişlər. Bununla bağlı bütün dövlət orqanlarına müraciət etmişdir. Bir daha qeyd etmək istərdi ki, o, yeni tikili inşa etmir və yalnız qanunsuz olaraq sökülmüş və məhkəmə qətnaməsi ilə bərpa olunmalı hüququ ilə əlaqədar tikilinin yenidən bərpasını həyata keçirməlidir. Məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 04.06.2003-cü il tarixli 000831 qeydiyyat nömrəli «Mülkiyyət hüququna dair şəhadətnamə»sinə əsasən ona məxsus olan və «qeyri-yaşayış binasının Texniki Pasportuna» əsasən hazırlanmış layihəyə uyğun tikintinin əvvəlki vəziyyətdə bərpasına icazənin veriməsini xahiş etsə də cavabdeh tərəfindən 19.10.2021-ci il tarixində verilmiş XO-02-03-A-62/2-2021-03535 nömrəli cavabda bildirilmişdir ki, «Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə olunan hüquqlar dövlət qeydiyyatına alınmalı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlər tam şəkildə təqdim edilməlidir». Bu səbəbdən qanunsuz olaraq dağıdılmış və ona məxsus olan «qeyri-yaşayış binasının Texniki Pasportuna» əsasən hazırlanmış layihəyə uyğun əvvəlki vəziyyətdə bərpasına icazənin veriməsi təmin edilməmişdir. Lakin, yuxarıda da qeyd etdiyi kimi, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən «tikinti hissələri» kompleks layihə müəssisəsi "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülərək dağıdıldığından Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10287/2017 saylı 09.07.2018- d i tarixli qətnaməsi "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülərək dağıdılmış, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən «tikinti hissələri» kompleks layihə müəssisəsinin və ərazisinin tam şəkildə bərpa edilməsi üçün tələb olunan 320.000 (üç yüz iyirmi min) manat pulun "xxxx" MMC-dən alınaraq ona ödənilməsi və xüsusi mülkiyyətində olan «tikinti hissələri» kompleks layihə müəssisəsinə və onun yerləşdiyi əraziyə əvvəlki hüquqlarının maneəsiz həyata keçirməyinin təmin edilməsi qət edilmişdir. Mülkiyyətində olan əmlakın "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülməsi səbəbindən həmin əmlakdan istifadə edə bilməsi üçün qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən onu bərpa etmək zərurəti yaranmışdır ki, bu səbəbdən cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikilinin bərpası ilə bağlı tikinti işlərinin aparılmasına icazənin verilməsi üçün tərəfindən təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinin tələblərinə tam uyğundur. Bakı İnzibati Məhkəməsinin 11.01.2022-ci il tarixli, 2-1(112)-3886/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Qarayeva) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iclasında iddianın mümkün olmadığı və bu səbəbdən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçı olaraq ona yardım etmək vəzifəsini icra edən məhkəmə iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən “tikinti hissələri” kompleks müəssisəsinin texniki pasportuna əsasən hazırlanmış bərpa layihəsinə uyğun tikintinin aparılmasına icazənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciətin “bir pəncərə” prinsipi əsasında icazə verən orqana yalnız elektron qaydada edilməsinin mümkünlüyünü bildirsə də nədənsə qərardad da Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanına əsaslanarkən bu müraciətin həm elektron, həm də yazılı qaydada mümkünlüyünü qeyd etmişdir. Halbuki, bu əsasla iddianın mümkünsüz hesab edilməsi yolverilməzdir. Çünki, icazə verən orqan ona etmiş olduğu müraciətin elektron formasına əməl etmədiyinə görə cavab verə bilməyəcəyi barədə 19.10.2021-ci il tarixində heçnə qeyd etməmişdir. Yəni, bu müraciət yalnız elektron qayda da verilə bilərdisə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ya bu müraciəti cavablandırmayacaqdı və ya vermiş olduğu cavab məktubunda bu müraciətin yalnız elektron qaydada mümkünlüyünü qeyd edəcəkdi. Bu baxımdan icazə verən orqana müraciətin hansı formada edilməsinin müəyyən edilməsi ilə bağlı subyektiv hüquq yalnız Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məxsus idi. Eyni zamanda cavabdehin müraciətə imtina ilə bağlı iradə ifadəsinin mövcud olmasının iddiaçı tərəfindən əsaslandırılmaması barədə məhkəmənin gəldiyi nəticədə əsassızdır. Çünki, iddiaçının mülkiyyətində olan obyekt dağıdılmış və bununla əlaqədar Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10287/2017 saylı 09.07.2018-ci il tarixli qanuni qüvvəsini almış qətnamə ilə dağıdılmış obyektin bərpası ilə bağlı cavabdehdən pul məbləğinin tutulması ilə yanaşı, həmin obyektə iddiaçının əvvəlki hüquqlarının bərpası da təmin edilmişdir. Bu səbədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 19.10.2021-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tam tərkibdə tələb edilməsi tamamilə əsassızdır. Məhz bu səbəbdən iddiaçının yazılı müraciətinə cavabdehin 19.10.2021-ci il tarixli cavab məktubunda həmin sənədləri tam tərkibdə tələb etməsi onun imtinası kimi qiymətləndirilməlidir. Çünki, iddiaçının Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış yazılı müraciətinə əlavə etmiş olduğu sənədlər məhz Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinin tələbinə tam uyğun olmuşdur. Bu səbəbdən iddiaçının yazılı müraciətinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 19.10.2021-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tam tərkibdə tələb edilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən iddiaçının mülkiyyətində olmuş və dağıdılmış ünvan 4 ünvanında yerləşən “tikinti hissələri” kompleks müəssisəsinin texniki pasporta əsasən hazırlanmış bərpa layihəsinə uyğun tikintinin aparılmasına icazənin verilməsindən imtinadır. İddiaçının müraciətinə cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə bağlı iradə ifadəsinin mövcud olmasının iddiaçı tərəfindən əsaslandınlmaması barədə məhkəmənin gəldiyi nəticə isə yuxanda göstərilənlər səbəbindən əsassız və qanunsuzdur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və 3-cü şəxs Binəqədi rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən “tikinti hissələri” kompleks layihə müəssisəsinin texniki pasportuna əsasən hazırlanmış bərpa layihəsinə uyğun tikinti işlərinin aparılmasına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçının obyektin bərpasına icazə verilməsi ilə bağlı cavabdeh orqana 01.10.2021-ci il tarixli müraciəti (tikinti sənədləri ilə 37 vərəqdə) şəhərsalma nəzarəti çərçivəsində araşdırılaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 19.10.2021-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqlar, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqlar dövlət qeydiyyatına alınmalı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə tutulmuş zəruri sənədlər tam tərkibdə elektron qaydada /e-tikinti.gov.az/ internet səhifəsinə daxil olmaqla təqdim edilməlidir. Beləliklə də iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydasında müəyyən edilmiş qaydada müraciət etmədiyindən Qaydaların 3.3.-cü bəndinə müvafiq olaraq cavabdeh orqan təqdim olunmuş sənədlərin tamlığını yoxlamış və sənədlər tam təqdim olunmadıgından, onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim etmişdir. Qaydalara əsasən sifarişçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Lakin iddiaçı qanunvericiliyin bu tələblərinə riayət etmədən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi də, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. İş materialları ilə müəyyən olunur kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikintiyə icazə verilməsi üçün tələb olunan sənədlər qismində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin tərtib etdiyi 090831 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsini, həmin şəhadətnaməyə əlavə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş qeyri-yaşayış binasının texniki pasportunu, Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib edilmiş ünvan 5 ünvanında yerləşən “Tikinti hissələri” kompleksin sahəsinin layihəsini və həmçinin, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsindəki tikililərin qanunsuz olaraq sökülməsi faktını təsdiq edən qüvvədə olan məhkəmə aktları təqdim edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının əmlakını icarəyə götürmüş şəxs tərəfindən həmin əmlak sökülərək yararsız vəziyyətə gətirildiyi üçün iddiaçının həmin əmlakdan istifadə edə bilməsi məqsədilə onu bərpa etmək zərurəti yaranmış, bununla əlaqədar olaraq iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş və yuxarıda qeyd olunan sənədləri müvafiq orqana təqdim etmiş, lakin inzibati orqan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqlar, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqlar dövlət qeydiyyatına alınmalı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3cü maddəsində nəzərdə tutulmuş zəruri sənədlər tam tərkibdə elektron qaydada /etikinti.gov.az/ internet səhifəsinə daxil olmaqla təqdim edildikdən sonra həmin məsələyə baxılacağını bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanının 3.1.-cü bəndində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanlarına tikintiyə icazə və tikinti obyektlərinin istismarına icazə verilməsi işinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Qaydada müəyyən edilmiş tələblərə və müddətlərə uyğun təşkilini, habelə qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb olunması hallarının qarşısının alınmasının təmin edilməsi tapşırılmışdır. Həmin Fərmanla təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydasının “Tikintiyə icazənin alınması ilə bağlı müraciət və tikintiyə icazənin əldə edilməsinin “bir pəncərə” əsasında həyata keçirilməsi” ilə bağlı 3.-cü bölməsinin 3.1.-ci bəndinə əsasən sifarişçi obyektin tikintisinə icazəni almaq məqsədilə Məcəllənin 75-ci maddəsinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında icazə verən orqana elektron və ya yazılı qaydada müraciət edir. Müraciətdə həyata keçirilməsi nəzərdə tutulan tikinti fəaliyyətinin (tikinti obyektinin inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və ya sökülməsi) növü və ya növləri dəqiq göstərilməlidir. Müraciət tikintiyə icazə verən orqana daxil edildiyi gün tikintiyə icazə verilməsi icraatı başlanılmış hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanında müraciətin həm elektron, həm də yazılı qaydada mümkünlüyü qeyd edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə tam uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş məhkəmə icraatın davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11.01.2021-ci il tarixli, 2-1(112)-3886/2021 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1059/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1059/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver