Məhkəmə qərarları › İş №2-1(103)-1059/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1059/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1059/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “sərəncamın dəyişdirilməsi” tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “sərəncamın dəyişdirilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10593/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh mənzil növbəsinə aid sərəncamın dəyişdirilərək ailə üzvləri ilə birlikdə qeyd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Cavabdeh 08 saylı, 14 yanvar 2020-ci il tarixli mənzil növbəsinə dair sərəncamının dəyişdirilərək ailə üzvləri ilə birlikdə qeyd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 03 avqust 2022-ci il tarixli, 221 saylı sərəncamının dəyişdirilərək İddiaçı ailə tərkibinin (6 nəfər) - İddiaçı özü, əri X14, oğlu X10, gəlini X11 və nəvələri X15, X5 mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10593/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Şəlalə Həsənova) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materialları araşdırılarlkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdırarkən iddiaçının M-5-068 nömrəli, xx.xx.2020-ci il tarixli ərizəsini səhv təhrif etmiş, iddiaçının 2 nəfər ailə tərkibi ilə mənzil uçotuna götürülməsi kimi təsvir etmişdir, halbuki həmin ərizənin surətindən də görünür ki, orda belə bir hissə yoxdur. İmza hissəsində göstərillən iddiaçı və nümayəndənin adı iki nəfər ailə üzvü kimi göstərilmiş, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 51.4-51.7-ci maddələrinin tələbləri pozulmuş olsa da, məhkəmə bu hallara qiymət verməmiş, iddiaçının həm də homodealiz xəstəsi olduğunu və ona baxıcı kimi qızı X6 ona baxmağa və onunla birlikdə yaşamağa məcbur olması nəzərə alınmamışdır. İddiaçı yuxarıdakı halların nəzərə alınaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10593/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına əsasən, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və işin faktiki halları dərindən araşdırılmamışdır. Bu səbəbdən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçı həm gözdən əlil, həm də hemodializ xəstəsidir. Onun övladları məcburdur ki, onunla birgə yaşasınlar. Sadəcə olaraq oğlunun qeydiyyatı fərqli yerdədir, lakin Mənzil Məcəlləsində bu halda qeydiyyat tələbi yoxdur, faktiki olaraq yaşama kifayətdir. Onun iddiası mənzilin sahəsinin genişləndirilməsi ilə bağlı deyil, mənzillə təmin olunma ilə bağlıdır. O, DSMF-ə müraciət edəndə ona bildirdilər ki, onların balansında bir otaqlı mənzil yoxdur, 3 otaqlı mənzil var və icra hakmiyyəti tərəfindən zəruri sənədlər təqdim olunsa, 3 otaqlı mənzillə bağlı müraciət edilə bilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi H.Aberkarov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, onlar iddiaçı icra hakimiyyətinə müraciət edən zaman ona izah ediblər ki, oğlu və ailəsi başqa yerdə qeydiyyatda olduğundan, yəni bu mənzildə qeydiyyatda olmadığından onun mənzil növbəsinə daxil edilməsi mümkün deyil, eyni zamanda icra hakimiyyətinin 2 nəfərin qeydiyyatına münasibətdə 3 otaqlı mənzil vermək səlahiyyəti yoxdur. Nümayəndə H.Aberkarov qeyd etdi ki, birinci instansiya məhkəməsinin qərarı tam əsaslı və qanunauyğundur, bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. - Biçənək kənd soveti tərəfindən verilmiş İV-ЖГ 301724 №-li, xx.xx.1989-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Nümayəndə ilə xx.xx.1966-cı il təvəllüdlü X18 arasında xx.xx.1989-cu ildə nikah bağlanmış, nikahın qeydə alınması kitabında 1989-cu ilin iyul ayının 25-də 7 № ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən görünür ki, İddiaçı 0331003AABLG nömrəli Forma 88-ə əsasən xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona insulindən asılı şəkərli diabet. Diabetik retionpatiya. Görmə funksiyasının pozğunluğu. Mədə xorası. VİSOD=0.04k/etmir. VİSOS barmaq sayı diqanozları ilə ümumi xəstəlik gözdən əlil səbəbilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/09/S/000961-22 nömrəli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1966-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu, Biçənək kəndində doğulmuş İddiaçı aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndalıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: əri Nümayəndə (xx.xx.1964), qızı X12 (xx.xx.1989), oğlu X10 (xx.xx.1992). - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1992-ci il tarixdə doğulmuşdur. - “AZEMİS” elektron məhkəmə sistemi vasitəsi ilə edilmiş çıxarışdan görünür ki, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi X7 xx.xx.2019- cu ildə Asan-Sumqayıt tərəfindən verilmiş, yaşayış yeri Sumqayıt şəhəri qeyd edilmişdir. - Biçənək kənd XDM İK tərəfindən verilmiş doğum haqqında xx.xx.1992-ci il tarixli, İV- ЖГ 471896 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası Nümayəndə, anası İddiaçı olan X10 xx.xx.1992-ci ildə Naxçıvan MR Şahbuz rayonu, Biçənək kəndində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1998-ci il tarixdə doğulmuşdur. - “AZEMİS” elektron məhkəmə sistemi vasitəsi ilə edilmiş çıxarışdan görünür ki, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi X8 xx.xx.2020- ci ildə Asan-Sumqayıt tərəfindən verilmiş, yaşayış yeri Sumqayıt şəhəri qeyd edilmişdir. - Şahbuz rayon Biçənək kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİ 069088 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X10 ilə xx.xx.1998-ci il təvəllüdlü X16 arasında xx.xx.2016-cı ildə nikah bağlanmış, nikahın qeydə alınması kitabında 2016-cı ilin oktyabr ayının 21-də 05 № ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Şahbabalı, arvada Şahbabalı soyadı verilmişdir. - Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 fevral 2020-ci il tarixli, AZ-İV 417296 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X11 olan X15 xx.xx.2019-cu ildə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin fevral ayının 20-də 1219 № ilə qeyd edilmişdir. - Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli, AZ-İV 665417№-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X11 olan X17 xx.xx.2021-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin oktyabr ayının 29-da 5418 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi 2 nömrəli Mənzil-İstismar sahəsinin ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli, 143 nömrəli arayışından görünür ki, Sitalçay 1 hərbi şəhərcik, ev 13, mənzil 10 ünvanında yaşayan İddiaçı ailə üzvləri həyat yoldaşı Nümayəndə (1964), oğlu X10 (1992), gəlini X11 (1998), nəvələri X15 (2019) X9r (2021). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı, xx.xx.1964-cü il təvəllüdlü Nümayəndə xx.xx.2019-cu ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X2 xüsusi mülkiyyətindədir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, yazaraq bildirir ki, ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ev ona məxsus deyil. Əlilliyinin müəyyən olunması ilə bağlı o ünvana qeydiyyata düşmüşdür. Yaşamaq üçün mənzili yoxdur. Birinci qrup gözdən əlilliyini və mənzilsiz olmağını nəzərə alaraq onun mənzillə təmin olunmağı barədə göstəriş verilməsini xahiş edir. - Qeyd olunan ərizəyə tibbi-sosial ekspertiza müayinəsindən çıxarış, şəxsiyyət vəsiqələrinin surətləri, nikah haqqında şəhadətnamənin surəti, ailə üzvü haqqında arayış, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, dövlət reyestrindən çıxarış, Azərbaycan Kredit Birosundan çıxarış, etibarnamənin surəti əlavə edilmişdir. - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 08 №-li “İ dərəcə gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi barədə” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19B nömrəli evin 77 №-li mənzilində qeydiyyatda olan İ dərəcə gözdən əlil İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı həqiqətən İ dərəcə gözdən əlildir. (Tibbi-Sosial Ekspertiza müayinəsindən xx.xx.20189-cu il tarixli, xxxxxxx0003 №-li çıxarışın surəti əlavə olunur). Vətəndaş İddiaçı hal-hazırda 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) Nəsimi rayonu, 20 Yanvar küçəsi 19 b №-li evin 77 №-li mənzilində qeydiyyatdadır. Mənzil şəxsidir. X1r. Vətəndaşın müraciətinə, Mənzil Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31-ci maddəsinə əsasən İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) mənzil növbəsinə götürülməsinə sərəncam verilmişdir. - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 221 №-li “Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 08 nömrəli sərəncamına düzəliş edilməsi barədə” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 08 №-li sərəncamı ilə Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19B nömrəli evin 77 №-li mənzilində qeydiyyatda olan İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülmüşdür. Sərəncamın İ bəndində “həyat yoldaşı” əvəzinə səhvən “oğlu” yazıldığını nəzərə alaraq, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 08 nömrəli sərəncamında düzəliş edilərək sərəncamın İ bəndi “İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülsün” oxunulmasına sərəncam verilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli (xx.xx.2022-ci ildə qeydiyyata alınıb) mənzil növbəsinə adi sərəncamın dəyişdirilməsi tələbinə dair ərizəsinin surətindən görünür ki, Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin olunmağına aid müvafiq qərar qəbul edilmişdir. Sosial Xidmətlər Agentliyi qərar qəbul edərkən Cavabdeh mənzil növbəsinə alınmasına adi sərəncamı əsas götürərək 1 otaqlı mənzillə təmin olunmasını nəzərdə tutmuşdur. Nəzərlərinə çatdırmaq istəyir ki, onunla bərabər 6 nəfər ailə üzvü vardır. Bu fakt aidiyyatı orqan tərəfindən verilən elektron arayış vasitəsi ilə təsdiq olunmuşdur. Yuxarıda göstərilən faktiki halları nəzərə alaraq mənzillə təmin olunmağına aid sərəncamın 6 nəfər ailə tərkibinə uyğun şəkildə hazırlanmasına göstəriş verilməsini xahiş edir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/M-45/2-068/2 nömrəli məktubun surətindən görünür ki, onun Cavabdehndə olan mənzil növbəsində ailə tərkibində dəyişiklik edərək Xızı rayonunda qeydiyyatda olan oğlunun və ailə üzvlərinin də növbəsinə əlavə edilməsinə köməklik göstərilməsi barədə daxil olmuş ərizəsinə baxılmışdır. Nəzərinə çatdırılır ki, oğlunun və ailə üzvlərinin Nəsimi rayonunda qeydiyyatı olmadığından xahişini təmin etmək mümkün deyildir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir, iddia tələbi isə birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmışdır, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi Sosial Xidmətlər Agentliyi tərəfindən İ dərəcəli gözdən əlil kimi ona verilcək mənzilin sahəsinin 6 nəfər ailə üzvü nəzərə alınmaqla hesablanmasından ibarətdir. Hazırkı mübahisə üzrə Kollegiya qeyd edir ki, İddiaçı və əri Nümayəndə yaşayış yeri üzrə Bakı şəhəri, Nəsimi rayonu ərazisində xx.xx.2019-cu ildən qeydiyyatda olduqlarından cavabdeh inzibati orqan tərəfindən İddiaçı əri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində xx.xx.2020-ci il tarixdən uçota alınmışdır. İddiaçının ailə üzvü kimi qeyd etdiyi oğlu X10 yektinlik yaşına çatmaqla ailə qurduğu arvadı X11 və uşaqları Furqan Şahbabalı və Fərhan Şahbabalı ilə birlikdə Nəsimi rayonu ərazisində deyil, Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmçinin həmin şəxslər faktiki olaraq iddiaçı ilə birlikdə Sitalçay 1 hərbi şəhərcik, ev 13, mənzil 10 ünvanında yaşayırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ailə üzvü kimi qeyd etdiyi yetkinlik yaşına çatmış oğlunun, gəlinin və onların uşaqlarının yaşayış yeri cavabdehin ərazisində olmadığından həmin şəxslərin iddiaçı ilə birlikdə mənzil növbəsinə qəbul edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.7-ci maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Nəticə: Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə İddiaçı Cavabdehnə qarşı “sərəncamın dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10593/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10593/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10593/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar