Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-106/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində "xxxx"MMC, "xxxx" MMC və Nəsimi rayon Bələdiyyəsi göstərilməklə "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında ”30.08.2016-ci il tarixli 357saylı və "xxxx" MMC-yə yaşayış binasının tikintisinə icazə verilməsi haqqında 21.08.2017-ci il tarixli sərəncamların ləğv edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1773/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Abbasov Nizami Qoşun oğlu cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında ”30.08.2016-ci il tarixli 357saylı və "xxxx" MMC-yə yaşayış binasının tikintisinə icazə verilməsi haqqında 21.08.2017-ci il tarixli sərəncamların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Bələdiyyəsi ilə onun arasında bağlanmış 09.01.2014-cü il tarixli, 17 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən avtomobil dayanacağı 31.12.2063-cü il tarixədək onun icarəsinə verilmiş və həmin vaxtdan onun sahibliyində və istifadəsində olmuşdur.Təxminən 2018-ci ilin mart ayından sahəyə müxtəlif tanımadığı şəxslər gələrək, sahə ilə maraqlanmış, ərazinin onlara verildiyi bildirildiyindən, məsələyə aydınlıq gətirilməsi üçün bir neçə dəfə bələdiyyə və digər qurumlara müraciət etsə də, həmin şəxslərin kim olması və istifadəsində olan sahənin onlara hansı əsasla keçməsi barədə hər hansı bir məlumat əldə edə bilmədiyindən, sahiblik və istifadə hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəsimi rayon məhkəməsində iddiasına baxıldığı müddətdə ona məlum olmuşdur ki, icarə müqaviləsi əsasında istifadəsində olan avtodayanacaq və altındakı olan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 30.08.2016cı il tarixli, 357 nömrəli sərəncamına əsasən hazırkı iş üzrə üçüncü şəxs "xxxx" MMC-yə icarə əsasında yaşayış binasının tikilməsinin lahiyələndirilməsi üçün ayrılmış, 21.08.2017ci il tarixli sərəncamla isə "xxxx" MMC-yə tikintiyə icazə verilmişdir. Hazırda orada üçüncü şəxs "xxxx" MMC tərəfindən tikinti işləri aparılır. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktdan xəbərsiz olmuş və mübahisələndirilən inzibati aktın surətini yalnız 12.03.2019-cu il tarixdə əldə etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1773/2019 saylı 27 dekabr 2019cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində "xxxx" MMC, "xxxx" MMC və Nəsimi rayon Bələdiyyəsi göstərilməklə "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında ”30.08.2016-ci il tarixli 357saylı və "xxxx" MMC-yə yaşayış binasının tikintisinə icazə verilməsi haqqında 21.08.2017-ci il tarixli sərəncamların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh Bakı şəhər İcra hakimiyyətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 avqust 2006-ci il tarixli 357 saylı sərəncamı ilə Bakı Şəhər Nəsimi rayonu 1059-cu məhəllə Ceyhun Səlimov küçəsi 7 saylı binanın qarşısında yerləşən 0,21 ha torpaq sahəsi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icarə əsasında "xxxx" MMC-yə ayrılmışdır. Həmin torpaq sahəsinə Bakı şəhər İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlanılmış, həmin torpaq sahəsində tikiləcək yaşayış binasının eskiz və işçi layihələri razlaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 21 avqust 2017-ci il tarixli 388 saylı sərəncamı ilə "xxxx" MMC-yə həmin ünvanda yaşayış binasının tikintisinə icazə verilmişdir. Sözü gedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Nəsimi Rayon Bələdiyyəsinə heçbir aidiyyatı yoxdur. İddiaçının istinad etdiyi Nəsimi Rayon Bələdiyyəsi ilə 09 yanvar 2014-cü il tarixli 17 saylı fərdi müqavilənin heçbir hüquqi əsası yoxdur, həmin müqavilə bağlanıldığı andan etibarsızdır. Bələdiyyənin dövlətə məxsus olan torpaq sahəsi ilə bağlı hər hansı bir sahiblik, istifadə və sərəncam vermək hüququ ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh üçüncü şəxslər öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdeh üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyətinin iddiaçı tərəfindən mübahisələndirilən sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, 1059-cu məhəllə, Ceyhun Səlimov küçəsi,7 saylı binanın qarşısında 0,21 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-yə ayrılmış və həmin təsərrüfat cəmiyyətinə qeyd edilən torpaq sahəsində bina tikintisinə icazə verilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinin Nəsimi rayon bələdiyyəsi ilə onun arasında bağlanmış 09.01.2014-cü il tarixli 17 saylı fərdi icarə müqaviləsi əsasında onun istifadəsinə verilməsini və onun sahibliyində olmasını iddia edərək mübahisələndirdiyi sərəncamların ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdehin 30.08.2016-cı il tarixli 357 saylı və 21.08.2017-ci il tarixli sərəncamlarının qanunsuz qəbul edilməsi halları iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 55-ci maddəsinə görə Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Məhkəmə kollegiyasının sorğusu əsasında Bakı şəhər İcra Hakimiyyətindən tələb olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC-nin müraciətinə əsasən Nəsimi rayonu, 1059-cu məhəllə, C.Səlimov küçəsi, 07 saylı binanın qarşısında yerləşən 0,21 ha torpaq sahəsi icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətin istifadəsinə verilmiş və sonradan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi Tərəfindən verilmiş rəyə əsasən 21 avqust 2017-ci il tarixli 288 saylı sərəncamla yaşayış binasının tikintisinə icazə verilmişdir. Həmin sərəncamlar qəbul edilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iddia tələbində torpaq sahəsinə hüququn yaranması kimi istinad etdiyi fərdi müqavilənin predmeti ona Nəsimi rayon bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması, yəni istifadəyə və ya icarəyə verilməsi yox, avtomobillərin saxlanılması üçün dayanacaqla bağlı məsələnin tənzimlənməsidir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 12 avqust 2020-ci il tarixli 2-1(103)-1373/2020 saylı qərardadı ilə mübahisələndirilən ünvan 2 ünvanındakı avtomobil dayanacağının yerləşdiyi torpaq sahəsinin hansı növ torpaqlara - dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət olan torpaq sahəsinə aid olmasının müəyyənləşdirilməsi üçün məhkəmə texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2020-ci il tarixli cavab məktubu ilə qeyd edilən məsələnin müəyyən olunması üçün xüsusi bilik tələb edilmədiyini, həmin məsələnin müvafiq qurumdan arayış alınmaqla müəyyən edilə bildiyini göstərib ekspertizanın təyin olunmasından imtina edilmişdir. Daha sonra məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, həmin orqanın 23.06.2021-ci il tarixli **********77 saylı cavab məktubu ilə sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu təsdiq olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri də odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibatı aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibatı akt qanuna zidd olmaqla, iddiaçının hüquqlarını pozmuş olsun. Lakin, məhkəmə araşdırmaları zamanı iddiaçının mübahisələndirdiyi inzibati aktların yəni, 30 avqust 2016ci il 357 saylı və 21 avqust 2017-ci il tarixli 288 saylı sərəncamların inzibati icraat haqqında qanunun tələblərinə riayət edilməklə qəbul edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sənəd və ya sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1773/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-106/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-106/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver