Məhkəmə qərarları › İş №2-1(103)-106/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-106/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-106/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)- 1789/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yaroslav Mudrıy adına Milli Hüquq Universitetinin (2017-ci ildə) hüquqşünas ixtisası üzrə B 17 N 101481 qeydiyyat nömrəli diplomun-ali təhsilə dair kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Yaroslav Mudrıy adına Milli Hüquq Universitetini 2017-ci ildə hüquqşünas ixtisası üzrə bakalavr dərəcəsini bitirmişdir. Təhsil proqramının rəsmi müddəti əyani olmaqla 5 il olmuşdur. Təhsil aldığı Universitetini bitirməyi haqqında B 17 N 101481 qeydiyyat nömrəli diplomu 23 iyun 2017-ci ildə almışdır. Diplomunun tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə etdiyi müraciətə müsbət cavab ala bilməmişdir. Belə ki, 18 iyun 2021-ci il tarixdə ona elektron qaydada cavab gəlmişdir. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Ondan müsabiqə qrup tərəfindən deyil tək bir xanım tərəfindən qəbul edilmişdir. O imtina barədə qəbul edilmiş qərarı düzgün qəbul etmir və azad təhsil haqqında konstitusion hüquqlarının pozulması kimi düşünür. Düşünür ki, onun hüquqları tanınmalıdır. Məhkəmənin ədalətinə sığınaraq müraciət etməkdən başqa yolu yoxdur. Cavabdeh inzibati orqan etirazında göstərmişdir ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Daha sonra cavabdeh yenidən iddia tələbinə dair yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq xx.xx.2022-ci il tarixdə videomüsahibə əsasında ərizəçinin tədris dili (rus dili) üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, imtinaları qanuni və əsaslıdır. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-1789/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırkı iş üzrə akademik tanınma barədə şəhadətnamə verilməsi ilə əlaqədar olaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-106/2023 saylı, 04 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı sənədləri ərizəsinə əlavə edilməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 9 avqust 2023-cü il tarixli, 3-29-61/2-589/2023 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun 11 kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. İddiaçı Feyyaz oğlu yuxarıda qeyd olunan əsaslarla DİM tərəfindən təşkil olunmuş sınaq imtahanında nəzərdə tutulmuş keçid balını toplamadığı üçün onun Ukrayna Y.Mudrıy adına Milli Hüquq Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, B17 № 101481 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın akademik tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. İddiaçıya yalnız akademik tanınma üzrə şəhadətnamənin təqdim edilməsi, onun peşə tanınması üzrə yenidən müraciət etməsini istisna etmir. Belə ki, sınaq imtahanında müvəffəqiyyət qazanmamış ərizəçilər DİM-in təşkil etdiyi sınaq imtahanında yenidən iştirak etmək üçün Qaydalara uyğun olaraq elektron ərizə ilə Agentliyə müraciət edə bilərlər. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən - Yaroslav Mudrıy adına Milli Hüquq Universitetinin (2017-ci ildə) hüquqşünas ixtisası üzrə B 17 N 101481 qeydiyyat nömrəli diplomun-ali təhsilə dair kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi cavabdeh tərəfindən təmin edildiyindən tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-ci maddəsində deyilir ki, İPM-in 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan, yəni onun Ukrayna Y.Mudrıy adına Milli Hüquq Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, B17 № 101481 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın akademik tanınması barədə qərar qəbul edildiyindən, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar