Məhkəmə qərarları › İş №2-1(103)-1060/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1060/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1060/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hazırkı deputat pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9032/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 iyun 2015-ci il tarixdə təyin olunmuş əmək pensiyasını hazırkı deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla 80 faizi miqdarı ilə dövlət qulluğu vəzifəsində çalışdığım illərin yenidən hesablayıb 08 iyun 2015-ci ildən yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul qoyulmasını xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır. «...Cavabdeh tərəfindən 08 iyun 2015-ci il tarixdə ona yaşa görə pensiya təyin olunarkən pensiyası düzgün hesablanmamışdır. Belə ki, əmək fəaliyyətinə 01 fevral 1969-cu il tarixdə başlayıb. Əmək fəaliyyəti dövründə əvvəllər teleqrafist vəzifəsində başlayaraq 10 fevral 1981-ci il tarixə qədər bir çox sahələrdə çalışıb. 10 fevral 1981-ci il tarixdə Naxçıvan şəhər X2 Komitəsində təlimatçı vəzifəsində, sonra Naxçıvan şəhər X4 Komitəsində birinci katibin köməkçisi, Naxçıvan şəhər Komunist Patriyasında maliyyə şöbəsinin müavini vəzifəsində işləyib. 20 iyul 1984-cü il tarixdə Naxçıvan MR-nın Ədliyyə Naziri vəzifəsinə təyin olunub. 02 aprel 1990-cı il tarixdə həmin vəzifədən azad olunub. Altı ilə yaxın Naxçıvan MR-nın Ədliyyə naziri işləyib. 1985-1990-cı il tarixdə Naxçıvan MSSR-nın on birinci çağrış üzrə deputatı seçilib. 13 noyabr 1991-ci il tarixdə Naxçıvan MR-nın Ali Məclisinin qərarı ilə Naxçıvan MR-nın Baş Nazirinin müavini vəzifəsinə təyin olunub. 12 oktyabr 1992-ci il tarixdə səhətimlə bağlı ərizəmə əsasən vəzifəsindən azad olunub. Əmək pensiyası hesablanarkən 17 ilə yaxın dövlət qulluğunda işlədiyi və 1985- 90-cı il tarixdə Naxçıvan MSSR-nın on birinci çağrış üzrə deputatı olmağı nəzərə alınmayıb. Buna görə də ona pensiya təyin olunarkən düzgün hesablanmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına 26 mart 2022-ci il tarixdə müraciət edib. Həmin şöbə **********7 saylı 12 may 2022-ci il tarixli cavab məktubu ilə onun pensiyasının müəyyən vaxtlarda hesablanmasını göstərsə də hesab edir ki, onun iş fəaliyyətilə bağ pensiyası düzgün hesablanmayıb. Hesab edir ki, aparılmış hesablama qərəzlidir və onun sosial təminat hüququnu pozur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. 2015-ci ildə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən sabiq deputatlar hazırda fəaliyyətdə olan deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin qanunun 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxan qulluq stajı olan şəxs dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdannda, 10 ildən yuxan qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məblğinin 5 faizi miqdannda əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdanndan çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.19.2-ci maddəsinə əsasən ədliyyə orqanlannda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə orta aylıq əmək-haqqmm 45 faizi miqdarında 5 ildən yuxarı qulluq stagına hər il üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla ödənilir…» Cavabdeh iddiaçının müraciəti ilə bağlı ona ünvanladığı 12 may 2022-ci il tarixli məktubunda müraciətinin təmin olunmasından imtina edərək bildirilmişdir ki, Fondun Xətai rayon şöbəsi tərəfindən 8 iyun 2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, təqdim edilən sənədlərə əsasən onun əmək pensiyası 764,46 manatdan 909,25 manata artırılıb və xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanıb.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5114,88 manat fərq məbləği həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari aydan etibarən hissə-hissə (hər ay 142,08 manat) pensiyanızın üzərinə əlavə olunmaqla) müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Bundan başqa, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9032/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Qərar qanunsuz və əsassızdır. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görədə həmin Qərar ləğv edilməli və iddia tələbimin təmin edilməsi barədə yeni Qərar qəbul edilməlidir. Pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filal tərəfindən düzgün olmayıb. Belə ki, 20 iyul 1984-cü il tarixdən 02 aprel 1990-cı ilə qədər Naxçıvan MR-nın Ədliyyə Naziri vəzifəsində işlədiyi 1985-1990-cı il tarixdə Naxçıvan MSSR- nın on birinci çağrış üzrə deputatı olması Naxçıvan MR-nın Ali Məclisinin qərarı ilə Naxçıvan MR-nın Baş Nazirinin müavini vəzifəsində işləməsi nəzərə alınmayıb. Hesab edir ki, aparılmış hesablama qərəzlidir və sosial təminat hüququmu pozur. Çünki, əmək fəaliyyətinə 01 Fevral 1969-cu il tarixdə başlamış, əvvəllər teleqrafıst vəzifəsində başlayaraq 10 Fevral 1981-ci il tarixə qədər bir çox sahələrdə çalışmış, 10 fevral 1981-ci il tarixdə Naxçıvan şəhər X1 Komitəsində təlimatçı vəzifəsində, sonra isə Naxçıvan şəhər X3 Komitəsində birinci katibin köməkçisi, Naxçıvan şəhər Kommunist Partiyasıtiyasında maliyyə şöbəsinin müavini vəzifəsində işləmişdir. 20 iyul 1984-cü il tarixdə Naxçıvan MR-nın Ədliyyə Naziri vəzifəsinə təyin olunmuş, 02 aprel 1990-cı il tarixdə həmin vəzifədən azad olunmuş, 6 ilə yaxın Naxçıvan MR-nın Ədliyyə Naziri İşləmiş, 1985-1990-cı il tarixdə Naxçıvan MSSR-nın on birinci çağrış üzrə deputatı seçilmişdir. 13 noyabr 1991-ci il tarixdə Naxçıvan MR-nın Ali Məclisinin qərarı ilə Naxçıvan MR-nın Baş Nazirinin müavini vəzifəsinə təyin olunmuş, 12 oktyabr 1992-ci il tarixdə səhəti ilə bağlı ərizəsinə əsasən vəzifəsindən azad olunmuşdur.Pensiya hesablanarkən 17 ilə yaxın dövlət qulluğunda işlədiyi 20 iyul 1984-cü il tarixdən 02 aprel 1990-cı ilə qədər Naxçıvan MR-nın Ədliyyə Naziri vəzifəsində işlədiyi 1985-1990-cı il tarixdə Naxçıvan MSSR-nın on birinci çağrış üzrə deputatı olması nəzərə alınmayıb. Hakim qərarda zərbaycan Respublikasının Milli Məclisindən bəhs edir. Bildirir ki, o, 1985-1990-cı il tarixdə Naxçıvan MSSR-nın on birinci çağrış üzrə deputatı olmuşdur. Məhkəmə hansı əsaslara görə və hansı qanuna müvafiq olaraq pensiyasının yenidən hesablanmasını mümkün hesab edilməməsini göstərməmişdir. Halbuki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.1 -ci maddəsi sabiq deputatlar hazırda fəaliyyətdə olan deputatın əməkhaqqının əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmən qanunda sabiq deputatlara şamil edilmir barədə heç nə yazılmır. Azərbaycan Respublikasının Konstitusiya Qanununda sabiq deputatlar hazırda fəaliyyətdə olan deputatın əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilmir barədə ayrıca maddə yoxdur. 2015 ci ildə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsində istisna hal kimin keçmiş deputatlara şamil olunmur yazılmıyıb.Məhkəmə qəbul etdiyi qərarda bunların heç birini nəzərə almamış, barəsində tam qanunsuz və əsassız qərar qəbul etmişdir...» Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiaya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakı əsaslara təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddia ərizəsindən və onun apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, 1985-1990-cı illərdə Naxçıvan MSSR-nın on birinci çağrış üzrə deputatı olması nəzərə alınmaqla, 08 iyun 2015-ci il tarixdə ona təyin olunmuş əmək pensiyasını hazırkı deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla 80 faizi miqdarı ilə dövlət qulluğu vəzifəsində çalışdığı illərin yenidən hesablanmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən hesab etmişdir ki, cavabdeh qürumun imtinası iddiaçının qanunla hüquqlarını pozmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, birincisi, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18- dən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"na əsasən həyata keçirilir. Adıçəkilən uyğunlaşdırma Siyahısında isə Milli Məclisin, eləcə də, Naxçıvan MSSR üzvü nəzərdə tutulmamışdır. İkincisi, xx.xx.1995-ci il tarixdə qəbul edilmiş və xx.xx.1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 83-cü maddəsi nəzərdə tutur ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. İddiaçı isə müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu ilə müəyyən edilən həmin qaydaya uyğun deputat seçilməmişdir. Həm də qeyd olunmalıdır ki, hətta 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanununa əsasən Azərbaycan Respublikasının Milli Məclisi təşkil edilmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu - 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutulması istisna olunur. Bundan əlavə, İddiaçı 1985-1990-cı illərdə Naxçıvan MSSR-nın on birinci çağrış üzrə deputatı olaraq deputat maaşı da almamışdır. Belə keçmiş SSRİ dövründə deputatlar öz ixtisasları üzrə işləyirdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarında aşağıdakıları qeyd etmişdir: “Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir...” Beləliklə də, iddiaçının Naxçıvan MSSR-in sabiq deputat kimi, hazırkı deputatın əmək haqqı nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması üçün əsasların mövcudluğu müəyyən edilmir. Birinci instansiya məhkəməsi də məhz, qərarın əsaslı olaraq qeyd etmişdir ki, sabiq deputat kimi, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün “qanuni gözləntisi” yoxdur, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9032/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9032/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar