Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1061/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1955-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına salınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3914/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ərizəsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına salınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən həqiqi hərbi xidmətə başlayan, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komissiyasına təqdim edilən siyahıda qeydiyyatdan keçən, hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular xx xxxxxxx 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət əsasında evlə təmin olunmalıdırlar. O, xx xxxx 1992-ci ildən xx xxxxxx 2014-cü ilədək, yəni 22 il 4 ay ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Yuxarıda qeyd olunan əsaslarla o, qanuni surətdə evlə təmin olunmalıdır. Bununla əlaqədar cavabdehə yazılı müraciət edərək evlə təmin olunmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi cənab Fikrət Mirzəyev xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, ünvan 2 ünvanında mənzillə təmin edilmişdir. Göründüyü kimi, onun müraciətinə imtina məktubunda onun evlə təmin olunmaq üçün adının müvafiq siyahıya salınmamasının hüquqi əsasları göstərilmir. O, 22 ildən artıq Silahlı Qüvvələrdə qüsursuz xidmət etmişdir. Bu müddət ərzində o, dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməmişdir. ünvan 2 ünvanında yerləşən mənzil isə hələ sovet dövründən onun istifadəsində olub və sonradan orada qızı və ailəsi ilə yaşayır. Digər tərəfdən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanının 3.1-ci bəndinə əsasən dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə yaradılan komissiyaya tapşırılıb ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti ilə yanaşı, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın. Onun yaşayış şəraiti qənaətbəxş deyil. Hazırda həyat yoldaşı ilə birlikdə kirayədə yaşayır. Polkovnik rütbəsində ehtiyata buraxılmışdır. Hərbi xidmətdə olduğu müddətdə Müdafiə Nazirliyində Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi (1994-2002-ci illər), Azərbaycan Respublikası Hərbi Komissarının müavini (2002-2008-ci illər), Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi nəzdində hərbi attaşe (2008-2014cü illər) vəzifələrində işləmişdir. Bu məsul vəzifələrin hər birində qüsursuz xidmət etmişdir. İşin bu xüsusatları da, cavabdeh tərəfindən nəzərə alınmayıb. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3914/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3914/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin xahiş hissəsində “Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 3914/2020 saylı qərardadının ləğv edilməsi” qeydi məhkəmə tərəfindən texniki yazı xətası kimi qiymətləndirilir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3914/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - iddiaçıya məxsus EZ seriyalı, ******* nömrəli hərbi biletin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 203 nömrəli arayışdan görünür ki, iddiaçı həqiqətən xx.xx.1974-cü ildən xx.xx.1978-ci ilədək H.Əliyev adına AAHM-da kursant, xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə xx.xx.2014-cü ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə əsasən yaşa görə ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 776 nömrəli məktubdan görünür ki, iddiaçının mənzillə təmin edilmə barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, o, ünvan 3 ünvanında mənzillə təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməyən və hərbi qulluqçuların mənzil təminatına baxılır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1845 nömrəli məktubun surətindən görünür ki, istefada olan polkovnik İddiaçı xx xxxxxx 1991-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid ünvan 4 ünvanında yerləşən 3 otaq (46 m2 ) mənzillə təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan sözügedən yaşayış sahəsi xx xxxx 1996cı il tarixində İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İddiaçı xidmət müddəti ərzində yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunduğu üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanının tələbləri ona şamil olunmur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1845 nömrəli məktubuna əlavə olunmuş sənədlərdə qeyd edilmişdir ki, - Nəsimi rayonu X2 İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli, 003218 nömrəli orderinə əsasən Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fonduna aid olan Bakı şəhəri, Sarabski küçəsi, ev 56, mənzil 6 İddiaçı ayrılmışdır. - Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 1992-ci il tarixli, 14 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən keçmiş Sovet Ordusunun mənzil fondu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Fonduna keçirilmişdir. - ünvan 5 ünvanında yerləşən 6 saylı mənzil Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı, 005719 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. - 11.10.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi ev 56 ünvanında yerləşən 6 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qeyd edilmişdir. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. İş materiallarından göründüyü kimi iddiaçı xx xxxxxx 1991-ci il tarixdə Nəsimi rayonu X2 İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli, 003218 nömrəli orderinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid ünvan 4 ünvanında yerləşən mənzillə təmin edilmişdir. Həmin mənzil xx xxxx 1996-cı il tarixində İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. Əlavə olaraq iddiaçının iddia ərizəsində qeyd etdiyi həyat yoldaşı ilə birlikdə kirayədə yaşaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kirayədə yaşaması ilə bağlı iş materiallarında hər hansı bir sənəd, sübut mövcud deyildir, eyni zamanda iddiaçının şəxsiyyət vəsiqəsinə dair məlumata əsasən müəyyən olunur ki, onun qeydiyyat ünvanı ünvan 8ı hesab edir ki, iddiaçı xidmət etdiyi müddət ərzində hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunduğu üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ona münasibətdə tətbiq edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3914/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3914/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1061/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1061/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver