Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1061/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-6099/2024 saylı 03 sentyabr 2024-cü il tarixli qərarından ərizəçi Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 Saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən verilmiş müvafiq order əsasında Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 26 ünvanında yerləşən yataqxanada 116 və 119 nömrəli hər iki otaq üzrə İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən verilmiş müvafiq order əsasında Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 26 ünvanında yerləşən yataqxanada 116 və 119 nömrəli hər iki otaq üzrə İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6099/2024 saylı 03 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ilə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 26 ünvanında yerləşən yataqxanada 116 və 119 nömrəli mənzillərə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi öhdəliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan işdə tərəf olmayan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 Saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin hüquq və vəzifələrinə, habelə qanunla qorunan mənafelərinə toxunduğundan həmin məhkəmə qərarının tam ləğvi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda işin apellyasiya baxışı zamanı ərizəçi Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 3-cü şəxs qismində cəlb olunmasına dair məhkəməyə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verildiyi nəzərə alınaraq səhvən apellyasiya şikayəti mümkün sayılmış və işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və apelyant məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası hazırki işə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinin və apelyant Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 2 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçlarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Lakin iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətini vermiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi hazırki iş üzrə tərəf olmamış və 3-cü şəxs kimi də məhkəmə icraatına cəlb edilməmişdir. Belə olan halda “proses iştirakçısı” statusunu qazanmayan şəxsin (hansı ki hazırki icraat zamanı onun işə cəlbetməsi olmamışdır) məhkəmə aktını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ yoxdur. O ki qaldı ərizəçinin 3-cü şəxs qismində işə cəlb olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsinə verdiyi vəsatətə, İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinin tələbinə görə belə ərizələr iş üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra işə baxmış məhkəməyə verilir və belə ərizələrə qiymət vermək səlahiyyəti iş üzrə məhkəmə qərarını qəbul etmiş hakimə verilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, bundan öncə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verildiyi nəzərə alınaraq səhvən apellyasiya şikayəti mümkün sayılsa da, həmin qərardad ləğv edilməli və iş üzrə tərəf statusunu qazanmadığı halda Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin verdiyi apellyasiya şikayəti qeyri-mümkün sayılmalı, onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1, 80, 81.2, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1061/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1061/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver