Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1062/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh1 nümayəndəsi X7 qızının iştirakları ilə, İddiaçı (03.03.1955-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatadır) cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh1nə və qeyrisinə qarşı “həkimlər üçün sertifikasiya imtahanının nəticələrinin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3924/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 10 mart 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh1nə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemioloqiya Mərkəzi”-nə qarşı 04.12.2019-cu il tarixində keçirilən sertifikasiyada test tapşırıqları üzrə topladığı bal sayının məqbul olduğunu sübut etmək üçün verilən tapşırıqların surətinin ona verilməsinə, Cavabdeh1-nin sertifikasiya şöbəsi tərəfindən 02.12.2019-cu il tarixində keçirilən sertifikasiya imtahanının nəticəsinin ləğv edilməsinə, təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsinə, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasını Cavabdeh2 tərəfindən təmin edilməsinə, işdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 40 ilə yaxın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xüsusiləşdirilmiş «X5 və Epidemiologiya Mərkəzində» işləmişdir. Başlanğıcda epidemioloq və sonraki illərdə dar ixtisas mütəxəssisi kimi, Su Nəqliyyatı üzrə gigiyena bölməsinin əmək gigiyenası sanitariya həkimi vəzifəsində işləmişdir. Onun bilavasitə nəzarət etdiyi fəaliyyət sahələrinə aid olan obyektlər bunlardır: su nəqliyyatı vasitələri (gəmilər, barjalar, yedəkçi katerlər, bərələr), gəmi qayırma zavodu, gəmi təmiri zavodları, üzən qazma qurğuları, dənizdə neft-qaz hasilatı platformaları, neft-qaz sənayesinə texniki xidmət göstərən müəssisələr, limanlar, gəmi yan alma körpüləri və sair bilavasitə dənizlə əlaqəli olan sahələr. Bu sahələr üzrə Azərbaycanda cəmi iki nəfər sanitariya həkimi vəzifəsində Dövlət sanitariya nəzarətini həyata keçirirdi, bölmə müdiri və o. 04.03.2020-ci il tarixindən onu vəzifəsindən azad etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28.06.1994 tarixli (X5 və Epidemiologiya Mərkəzinin xidmət sahəsinin dəqiqləşdirilməsi haqqında) 151 saylı əmrinə əsasən Azərbaycan Respublikasının Səhiyyə sistemində yeganə, xüsusiləşdirilmiş sanitariya - epidemioloji tibb müəssisəsi olan «X5 və Epidemiologiya Mərkəzində» Dəniz tibbi - dəniz gigiyenası ilə məşqul olan Su Nəqliyyatı üzrə sanitariya- gigiyena bölməsi mövcuddur. 02 dekabr 2019-cu il tarixində o, Cavabdeh1 nin sertifikasiya şöbəsi tərəfindən sertifıkasiya imtahanına çağırılmışdır. İmtahan zamanı test tapşırıqlarına nəzər yetirərkən görmüşdür ki, verilən tapşırıqlarda, onun 40 il çalışdığı fəaliyyət sahələrinə qətiyyən yad olan suallar daxil edilib. O, nəzarətçilərə öz etirazını bildirmiş, lakin onlar buna məhəl qoymamışlar. Sertifikasiya imtahanına çağırış vərəqəsində yazılır - Gigiyena ixtisası üzrə sertifikasiya imtahanı (amma dünyada gigiyena ixtisası mövcud deyil ! Gigiyena - elmdir !). O, 1972 – 1978-ci illər ərzində N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və sanitariya ixtisası üzrə 6 illik tam kursu bitirmişdir. Dövlət buraxılış imtahanlarını verdikdən sonra, ona sanitariya həkimi ixtisası verilmişdir ( DİPLOM D-l № 013716 ).Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1 maddəsində deyilir: “... Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.”Yuxarıda göstərilən qanqaraldıcı haqsızlıqlar azmış kimi , üstəlik olaraq sertifikasiya imtahanı üçün tərtib edilmiş test tapşırıqlarında, orada çap edilən rəqəmlərdə, normativlərdə, dərəcələrdə, bölünmədə və sair əmsallarda çox saylı uyğunsuzluqlar, səhvlər və qüsurlar yer almışdır. Test tapşırıqlarında Russiyada nəşr edilmiş sanitariya-gigiyenaya aid olan elmi məlumatlarından mətn hissələri götürülmüşdür və bu elmi məlumatların azərbaycan dilinə savadsızcasına tərcümə edilməsi və buraxılmış çoxsaylı stilistik qüsurlar açıq-aydın gözə çarpırdı. Görünür ki, test tapşırıqları peşəkar elmi-tibbi işçilər və linqvistik ekspertlər tərəfindən yoxlanılmamış imtahan prosesində tətbiq olunmuşdur.10.12.2019-cu il tarixində Səhiyyə Nazirinin müavini, Sertifikasiya şurasının sədrinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin onun ünvanına heç bir cavab məktubu gəlməyib və təkrar 22.01.2020-ci il tarixində Sertifikasiya şurasının sədrinə ikinci dəfə ərizə ilə müraciət etmişdir . Ərizələrində Cavabdeh1 tərəfindən verilən test tapşırıqlarında yer almış qüsurlardan , əmsal və rəqəmlərdə olan uyğunsuzluqlardan təfərrüatı ilə xəbər vermişdir. Lakin, 19.02.2020-il tarixində Cavabdeh1- dən aldığı cavab məktubunda ərizələrinin mahiyyəti üzrə nə aydınlaşdırma nə də ki təkzib etmə təşəbbüsü göstərilməmişdir. Onlar ancaq başdansovma şablon ifadələrdən ibarət olan tekst yazmaqla öz funksiyalarını bitmiş hesab ediblər. Dəfələrlə Cavabdeh1- nin əməkdaşları ilə görüşmək istəmiş və ona düşən test tapşırıqlarının sürətini ona verilməsini onlardan xahiş etmişdir . Qanunla verilən hüququndan istifadə edib, səhvləri araşdırmaq və düzgün cavablar haqqında subutları onlara təqdim etməsinə imkan verilməmişdir. Bu xahişinə dəfələrlə qətiyyətli rədd cavabı almışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda deyilir: Maddə 49-1.Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası:Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.” Deməli qanunla onun 02 iyun 2020 - ci il tarixinə qədər, hazırlıq keçərək, müraciət edib təkrar sertifikasiyadan keçmək hüququ olmalı idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1 maddəsinin 5-ci bəndində deyilir: Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında’’ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Lakin qanuna zidd olaraq, ona 6 ay müddəti təkrar sertifikasiya olunmaq üçün vaxt verilməmişdir. O, 04.03.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3924/2020 saylı, 22.10.2020-ci il tarixli qərardadları ilə iddia tələbinə “02.12.2019-cu il tarixində keçirilən sertifikasiyada test tapşırıqları üzrə topladığı bal sayının məqbul olduğunu sübut etmək üçün verilən tapşırıqların surətinin ona verilməsi” hissədə xitam verilmiş; “Cavabdeh2 tərəfindən imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasının təmin edilməsi, işdən kənar edilmiş müddətində hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi” hissəsində isə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3924/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 14.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3924/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı 26.02.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemioloqiya Mərkəzi” X10 məhkəməyə etiraz və mülahizələr təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3924/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemioloqiya Mərkəzi” məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: - Д-İ seriyalı, 013716 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1978-ci ildə “sanitariya” ixtisası üzrə tam kursu bitirmişdir. - 05.01.2015-ci il tarixli, AH 015379 nömrəli “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” Sertifikasiya Şəhadətnaməsinin surətindən görünür ki, həmin şəhadətnamə ilə təsdiqlənir ki, İddiaçı 25.12.2014-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində “Gigiyena” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. - 02.12.2019-cu il tarixdə keçirilmiş “Gigiyena” ixtisası üzrə test imtahanına buraxılış vərəqəsinin, sual kitabçasının, cavab kartının və imtahanın düzgün cavablarının surətinə baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı 02.12.2019-cu il tarixdə, “B” variantı üzrə “Gigiyena” ixtisası üzrə test imtahanına cəlb olunmuş, test imtahanı üzrə 60 test sualı və 5 klinik test tapşırığı təqdim olunmuş, test sualları və klinik tapşırıqlar üzrə hər bir sual 1 balla qiymətləndirilmişdir. Test imtahanı nəticələrinə əsasən İddiaçı 37 bal toplamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 və Epidemiologiya Mərkəzinin 115-k nömrəli, 04.12.2019-cu il tarixli, “İddiaçı praktik tibb fəaliyyətinə buraxılmaması haqqında” əmrinin surətindən görünür ki, X5 və X4 nəqliyyatı üzrə sanitariyagigiyena bölməsinin Həkimgigiyenisti İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə uyğun olaraq iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılmaması və həmin müddət ərzində peşə hazırlığına göndərilməsi barədə əmr verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 və Epidemiologiya Mərkəzinin 116-k nömrəli, 04.12.2019-cu il tarixli, “İddiaçı ixtisasartırma kursuna göndərilməsi haqqında” əmrinin surətindən görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq X5 və X4 Nəqliyyatı üzrə Sanitariya-Gigiyena bölməsinin Həkim-gigiyenisti İddiaçı “Qida zəhərlənmələri” üzrə ixtisasartırma kursu keçmək üçün 21.01.2020-ci il tarixdən 24.01.2020-ci il tarixədək ADHTİ göndərilməsi barədə əmr verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininə və Su Nəqliyyatında GEM-nin həkim-gigiyenisti İddiaçı ünvanlanmış 30 dekabr 2019-cu il tarixli, 499 nömrəli məktubdan görünür ki, Su Nəqliyyatında GEM-nin həkimgigiyenisti tərəfindən Səhiyyə Nazirliyinə ünvanlanmış M-27263 nömrəli, 10.12.2019-cu il tarixli ərizəyə İctimai Səhiyyə və X1 Şöbəsində baxılmışdır. 02.12.2019-cu il tarixində “Gigiyena” ixtisası üzrə keçirilən sertifikasiya imtahanında İddiaçı test tapşırıqları üzrə 37 bal toplamışdır, keçid balının 40 olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol vermir. İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək təkrar sertifikasiya imtahanından iştirak etmək üçün Sertifikasiya Şöbəsinə müraciət etməlidir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh2nə ünvanlanmış 17 fevral 2020-ci il tarixli, 08-08 nömrəli məktubdan görünür ki, X5 və Epidemiologiya Mərkəzinin işçisi 03.03.1955-ci il təvəllüdlü İddiaçı 06.04.2007-ci il tarixdən Su Nəqliyyatı üzrə sanitariya-gigiyena bölməsində həkimgigiyenist vəzifəsində işləyir. 1978-ci ildən həkim kimi fəaliyyət göstərən İddiaçı 1992-2005-ci illərdə də, X5 və Epidemiologiya Mərkəzində işləmiş, işlədiyi dövr ərzində özünü peşəkar mütəxəssis kimi göstərmiş, kollektivin hörmətini qazanmışdır. Lakin, 02.12.2019-cu il tarixində “Gigiyena” ixtisası üzrə keçirilən sertifikasiya imtahanında İddiaçı 37 bal toplamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü bəndinə əsasən 6 ay müddətinə praktik tibb fəaliyyətindən kənarlaşdırılmışdır. Cari ilin mart ayında 65 yaşının tamam olması ilə əlaqədar bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Əmək Məcəlləsinin 10-10.5-ci maddəsinə uyğun olaraq çalışma müddəti uzadılmış işçilərin sayı müəssisədə işləyən işçilərin sayından 2% təşkil etməlidir. Hal-hazırda X5 və Epidemiologiya Mərkəzində bir nəfərində müqaviləsi uzadılır bu da, 2 %içindədir. Bununla əlaqədar, İddiaçı əmək müqaviləsinin bir il müddətinə uzadılmasına razılıq verilməsi xahiş edilmişdir. - Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 və Epidemiologiya Mərkəzinə ünvanlanmış 28.02.2020-ci il tarixli, 04-13/561 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 və Epidemiologiya Mərkəzinin 17.02.2020-ci il tarixli, 08-08 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının 49-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövri olaraq beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktiki tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Göstərilənləri nəzərə alaraq, həkim-gigiyenist vəzifəsində çaılşan İddiaçı əmək müqaviləsinin uzadılması mümkün deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 və Epidemiologiya Mərkəzinin 10-k nömrəli, 04.03.2020-ci il tarixli “İddiaçı vəzifədən azad etmə” barədə əmrinin surətindən görünür ki, X5 və X4 nəqliyyatı üzrə sanitariya gigiyena bölməsinin həkim gigiyenisti İddiaçı ilə bağlanmış 59 nömrəli Əmək müqaviləsinə 04.03.2020ci il tarixdən xitam verilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi məzuniyyətə görə 27 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesab aparılması, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surətinin ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son haqq-hesabının verilməsi barədə əmr verilmişdir. Əmrə əsas: Cavabdeh2 29.02.2020-ci il tarixli, 0413/561 saylı məktubu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığı əsas göstərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 və Epidemiologiya Mərkəzi tərəfindən “Cavabdeh2” X10nin baş direktoruna ünvanlanmış 21 may 2020-ci il tarixli, 08-34 nömrəli məktubdan görünür ki, şifahi sorğuya əsasən bildirilmişdir ki, 06.04.2007-04.03.2020-ci illərdə X5 və Epidemiologiya Mərkəzində həkimgigiyenist vəzifəsində çalışmış İddiaçı 16-09-25.09.2019-cu il tarixlərdə gigiyena üzrə kursda iştirak etmişdir. 02.12.2019-cu il tarixdə keçirilən “Gigiyena” ixtisası üzrə test imtahanından 37 bal toplamış və onun balı qeyri-məqbul hesab edilmişdir. X5 və Epidemiologiya Mərkəzinin 04.12.2019-cu il tarixli, 115-k saylı əmrinə əsasən praktik tibbi fəaliyyətinə buraxılmaması haqqında əmr verilmiş və dərhal 116-K saylı 04.12.2019-cu il tarixli əmri ilə təkrar kursa göndərilmişdir. 03.03.2020ci il tarixdə işləmənin yaş həddinə çatdığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin “e” bəndinə və Cavabdeh2 X10n 29.02.2020-ci il tarixli, 04-13/561 saylı məktubuna əsasən əmək müqaviləsinə xitam verilmişdir. 21.01.2020-24.01.2020-ci il tarixlərdə təkrar kurs keçdikdən sonra işdən çıxdığı tarixədək sertifikasiyadan keçmək üçün təkrar müraciət etməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin əsası kimi qeyd etdiyi hallar sübuta yetirilmədiyindən, eləcə də, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən iddiaçıya münasibətdə inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilmədiyindən hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarını əsaslandırmamışdır. AR İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında yalnız iddiaçının iddia tələbinin əsası kimi qeyd etdiyi hallar sübuta yetirilmədiyini və cavabdeh tərəfindən iddiaçıya münasibətdə inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilmədiyini qeyd etmiş, lakin göstərdiyi halları araşdırmamış və nəticədə əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı 06.04.2007-ci il tarixdən 04.03.2020-ci il tarixədək X5 və Epidemiologiya Mərkəzində (GEM) həkim-gigiyenist vəzifəsində çalışmışdır. İddiaçı 16.09.2019-cu il tarixdən 25.09.2019-cu il tarixədək “Gigiyena” ixtisası üzrə kursu bitirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq sertifikasiyadan keçmək üçün 02.12.2019-cu il tarixdə “Gigiyena” ixtisası üzrə test imtahanı vermiş və yetərli bal toplamadığına görə nəticəsi qeyri-məqbul hesab edilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası qanununun 49-1-ci maddəsinə uyğun olaraq İddiaçı iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibbi fəaliyyətinə buraxılmaması və həmin müddət ərzində peşə hazırlığına göndərilməsinin təmin edilməsi barədə Su nəqliyyatında GEM-in 04.12.2019-cu il tarixli 115-K saylı əmri verilmişdir.İddiaçı 21.01.2020ci il tarixdən 24.01.2020-ci il tarixədək “Qida zəhərlənmələri”üzrə ixtisaslaşdırma kursunda iştirak etmiş və ******* saylı şəhadətnamə almışdır. Bundan sonra X5 və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh2 29.02.2020-ci il tarilxi, 04-13/561 nömrəli məktubu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi əsas gətirilərək İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçının iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibbi fəaliyyətinə buraxılmaması və həmin müddət ərzində peşə hazırlığına göndərilməsinin təmin edilməsi barədə Su nəqliyyatında GEM-in 04.12.2019-cu il tarixli 115-K saylı əmri verilməsi müəyyən edilsə də, iddiaçının müqaviləsinə 04.03.2020-ci il tarixdə xitam verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hal araşdırılmamışdır. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının şəhadətnamə aldıqdan sonra hansı müddət ərzində təkrarən sertifikasiya imtahanının verilməsi üçün müraciət etməli olduğunu araşdırmamış və nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdeh qismində iki cavabdeh orqan göstərərək, “02.12.2019-cu il tarixində keçirilən sertifikasiya imtahanının nəticəsinin ləğv edilməsini, təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsini, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasının təmin edilməsini, işdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi” tələblərini irəli sürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməmiş, iddia tələblərinin hansı cavabdehə qarşı irəli sürüldüyü aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası İPM-nin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-3924/2020 nömrəli qərarı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3924/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh1nə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemioloqiya Mərkəzi”-nə qarşı “ Cavabdeh1-nin sertifikasiya şöbəsi tərəfindən 02.12.2019-cu il tarixində keçirilən sertifikasiya imtahanının nəticəsinin ləğv edilməsinə, təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsinə, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasını Cavabdeh2 tərəfindən təmin edilməsinə, işdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1062/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1062/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver