Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1062/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı prosessual hüquq varisi X3 (xx.xx.1955-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Göygöl ray., Çaykənd kəndində qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X1rşı “müavinət və birdəfəlik yardımların ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-638/2021 nömrəli qərarından iddiaçının prosessual hüquq varisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1995-ci ildən hesablanmaqla əvvəlki illərə görə ona 1941-1945-ci illər X17 sonralar vəfat etmiş iştirakçısının dul arvadına müavinət və birdəfəlik maddi yardımların cəmi olaraq 5429,5 manat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu il tarixdə ilk dəfə olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-ə müraciət etmiş və müvafiq Fərmana əsasən ona “1941-1945-ci illər X17 (BVM) sonralar vəfat etmiş döyüşçüsünün dul arvadı" kimi birdəfəlik maddi yardım verilmişdi. Sonra bilmişdir ki, 1995-ci ildən başlayaraq BVM-də iştirak etmiş və sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına hər il müxtəlif məbləğ və davamiyyətlə müavinətlər verilibdir. Əvvəlki illərə görə almaq hüququndan ödənişlərin verilməsi müraciəti əsassız olaraq təmin edilməmişdir. Belə ki, onun X12 ilə nikahı xx.xx.1955-ci il tarixdə əvvəlki Xanlar (indiki Göygöl) VVAQ Şöbəsində qeydiyyata alınmışdır. Əri X24 iştirakçısı olmuşdur. O, xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Əvvəlki illərdə verilmiş belə ödənişin alınması haqqında müraciət təmin edilməmişdir. Bunu onunla əsaslandırmışlar ki, o, əvvəllər bu barədə dövlət orqanına müraciət etməmişdir. Ona edilmiş imtina əsassız və qanuna ziddir. Belə ki, bu ödənişlərin verilməsini nəzərdə tutan qanunvericilik aktlarında ödənişləri almaq hüququnun əmələ gəlməsi dövlət orqanına “müraciət etmə" halından deyil, BVM iştirakçısı olmuş və sonrakı illərdə vəfat etmiş şəxslə onun vəfat etdiyi tarixdə qanuni nikahda olma halından asılı edilmişdir. Müvafiq dövlət orqanına müraciət etmə isə qanunvericiliklə nəzərdə tutulmuş hüququn həyata keçirilməsi üsuludur. Əgər üsula dair qanunda birbaşa qadağalar nəzərdə tutulmayıbsa, hüququnun həyata keçirilməsi haqqında müraciət tarixi onun (qanunvericilik aktına əsasən) obyektiv olaraq mövcud olan dövlət yardımı almaq hüququna xitam verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ olduğu qeyd edilir. Konstitusiyanın 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Hazırda onun bu yardıma ehtiyacı var. Həm yaşına görə səhhəti artıq zəifləyib, müalicə dərmanlarını almaq çətinləşib, maddi təminatı daim zəifləyir. BVM iştirakçılarına, onların dul arvadlarına müavinətlərin və maddi yardımların ödənilməsini nəzərdə tutan qanunvericilik aktlarının siyahısını Cədvəl şəkilndə əlavə verir. 2019-cu il üçün aldığı birdəfəlik maddi yardımı çıxdıqdan sonra əvvəlki dövr üçün BVM-in sonralar vəfat etmiş döyüşçüsünün dul arvadının dövlət başçısının fərman və sərəncamlarına əsasən almaq hüququ olduğu cəmi məbləğ 5429,5 manat təşkil edir İddiaçı 28 iyul 2020-ci il tarixdə öldüyündən məhkəmə tərəfindən iddiaçının oğlu X7 prosessual hüquq varisi kimi məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsin Göygöl rayon Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nin nümayəndəsinin vəsatəti təmin edilməmiş, iş üzrə icraat iddiaçının hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Qərardadla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-415/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakimlər V.Məmmədov,E.Nağıyeva,X.Cəmilova) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 şəxsin apellyasiya şikayəti qismən təmin edilməsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3106/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi, işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-638/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi rədd edilmişdir. İddiaçı prosessual hüquq varisi X7 qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-638/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı iş üzrə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsin Göygöl rayon Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X20 ilə əvəz edilmişdir. İşin apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin olunmamasını və Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-638/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçı prosessual hüquq varisi X7 və onun nümayəndəsi və vəkili Vəkil (“Femida” Vəkil Bürosu) məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndələri X21 və X13 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-638/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1918-ci il tarixdə Ermənistan, Vardanis rayonu, Zod kəndində doğulmuşdur. - Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, X12 ilə X15 arasında xx.xx.1955-ci ildə nikah bağlanmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsi tərəfindən verilmiş 26 aprel 2019-cu il tarixli, H-130 №-li arayışın surətindən görünür ki, İddiaçı 1911-ci il təvəllüdlü həyat yoldaşı X12 həqiqətən sentyabr 1941-ci il tarixdən may 1942-ci il tarixədək 816 saylı atıcı alay tərkibində hərbi xidmət keçmişdir. - Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 iyun 2011-ci il tarixli, 457674 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 15 fevral 1995-ci ildə kəskin ürək çatışmamazlığı xəstəliyindən ölmüşdür. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanan **********0 №-li, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin İkinci Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı hər il üçün imzaladığı Sərəncamı əsasında nəzərdə tutulan birdəfəlik maddi yardımlar yalnız 1941- 1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə şamil olunur və hər il müvafiq ilin dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsait hesabına verilir. ünvan 1 ünvanında yaşayan xx.xx.1918-ci il təvəllüdlü İddiaçı Nazirlik yanında Cavabdeh2nə 2019-cu ilin 07 iyun tarixində ərizə və tələb olunan sənədlərlə şöbəyə müraciət edərək mərhum həyat yoldaşının (X6) 1941-1945-ci illər İkinci Dünya müharibə iştirakçısı olduğunu bildirmişdir. Göygöl rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 23 aprel tarixli 1139 nömrəli Sərəncamı əsasında İddiaçı 2019-cu il 22 avqust tarixində 500,00 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi təmin edilmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı Fondun Göygöl rayon şöbəsi tərəfindən hər ay 206,43 manat məbləğində yaşa görə əmək pensiyası alır. - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsin Göygöl rayon Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixdə X24 iştirakçılarının dul arvadlarına ödənilən birdəfəlik maddi yardıma görə müraciət etmiş (müraciətin X11 Alt Sistemində nömrəsi **********8) və 2019- 2020-ci illərdə həmin yardımı almışdır. - Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 28 iyul 2020-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat Ofisi tərəfindən X4 ünvanlanmış 15 oktyabr 2020-ci il tarixli, 222№-li məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən X2 Yazagül Abuş qızının vərəsəsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər X24 iştirakçılarının həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” 2 may 1995-ci il tarixli, 323 nömrəli Fərmanına əsasən 1941-1945-ci illər X24ndə faşizm üzərində qələbənin 50 illiyi ilə əlaqədar müharibə iştirakçılarının, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların qəhrəmanlığına və rəşadətli əməyinə ehtiram və minnətdarlıq hissini bildirərək, onların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə müharibə iştirakçılarına və həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına—minimum əmək haqqının 5 misli həcmində birdəfəlik maddi yardım edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə X24ndən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına 12 manat məbləğində müavinətin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında” 03 may 2005-ci il tarixli, 234 nömrəli Fərmanına əsasən X24ndən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına 90 manat məbləğində aylıq müavinət müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 7.0.6-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə X24 iştirakçılarına, X24ndə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına birdəfəlik maddi yardımların edilməsi, sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsaitlərin ayrılması qərara alınmışdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunun: - 6.1-ci maddəsinə əsasən dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat fondları yaradıla bilər. - 6.2-ci maddəsinə əsasən dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. - 6.3-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. - Bu Qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarının vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı əri X12 1941-1945-ci illər X17 iştirakçısı olmuş, 15 fevral 1995-ci ildə ölmüşdür. İddiaçı ərinin X17 iştirakçısı olması barədə tələb olunan məlumatı xx.xx.2019-cu ildə cavabdehə təqdim etdikdən sonra “1941- 1945-ci illər X17 iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ona xx.xx.2019-cu ildə, eyni zamanda 2020-ci ildə birdəfəlik maddi yardımlar ödənilmişdir. İddiaçı xx.xx.1974-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 1995-ci ildən hesablanmaqla əvvəlki illərə görə müavinətin və birdəfəlik yardımın ödənilməsini cavabdehlərdən tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. 1941- 1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım isə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ödənilir və ehtiyat fondunun vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır. Müavinətin ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1974cü ildən əmək pensiyaçısı olduğundan X24ndən sonra vəfat etmiş döyüşçülərin dul arvadı kimi müavinətin ödənilməsini tələb etmək hüququna malik olmamışdır. Digər tərəfdən o, əri X6 X17 iştirakçısı olması barədə məlumatı xx.xx.2019-cu ildə cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsin Göygöl rayon Filialına təqdim etdiyindən həmin dövrdən başlayaraq ona Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrası ilə bağlı birdəfəlik maddi yardımlar ödənilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan , birinci instansiya məhkəməsinin əsassız olaraq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun mübahisə predmetinə aid olmayan 6.2-ci maddəsinə istinad etməsi, həmin maddənin AR Prezidentinin deyil, dövlət büdcəsinin Ehtiyat fonduna həsr edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinə əsasən müəyyən edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq müvafiq Qanuna istinad etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-638/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı prosessual hüquq varisi X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-638/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1062/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1062/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver