Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1062/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X20 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və üçüncü şəxsin iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X21) «azyaşlı övladının qeydiyyata alınması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun və xx.xx.2021-ci il təvəllüdlü azyaşlı övladı - X24 ünvan 1 ünvanına daimi pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır : “...İddiaçı və onun ailə üzvləri İddiaçı, X15, X30 və X8 rayonu, Keşlə qəsəbəsi, Ə.Əmirzadə küçəsi ev23, mənzil 405 ünvanında daimi pasport qeydiyyatındadır. X4 14 fevral 1994-cü ildə Qarabağ müharibəsində şəhid olmuş, Nizami Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli 15 saylı sərəncamına əsasən şəhid ailəsi kimi onlara Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A ünvanında yerləşən 84,85 kv. metr olan 2 otaqlı, 23 nömrəli mənzil verilmiş və həmin mənzil X1nın adına sərəncamla rəsmiləşdirilmişdir. X1 30 oktyabr 2020-ci ildə ölmüşdür. X7 arvadı X12, oğlu X22 anasının və onun razılığı olmadan və iradələrinin əksinə zidd olaraq altı ildən çoxdur ki, mənzildə təmir işi aparacağı adı ilə etibardan sui-istifadə edərək mənzili zəbt etmiş, qapını bağlayaraq anasını və onu mənzilə buraxmamışlar. O, da evli olduğu üçün (xx.xx.2019-cu il) və mübahisəli mənzilin otağının birində yaşamaqlarına imkan verilmədiyi üçün bir ildən artıq ayı 300 manata Yasamal rayonu ərazisində kirayədə yaşamış, ailə büdcələrinə böyük maddi ziyan dəymiş və bu maddi ziyan artmaqda davam edir. Qardaşı -X21 öz ailəsi ilə heç bir qeydiyyatları olmadan həmin mənzildə yaşayır. Bütün bu mübahisəli hallar nəzərə alınaraq aidiyyatı üzrə məhkəmə instansiyalarına iddia ərizələri ilə müraciət edilmiş, məhkəmə dəlil-sübutlara, təqdim edilmiş hüquqi sənədlərə qiymət verərək iddianı haqlı olaraq təmin etmiş və qətnamələr çıxarılmışdır. O, qeydiyyata alınma tələbi ilə əlaqədər Suraxanı Rayon Polis İdarəsinə rəsmi müraciət etmiş, həmin İdarənin xx.xx.2021-ci il 096-15679/1221 nömrəli məktubu ilə bildirilmişdir ki, məhkəmə orqanlarına müraciət etsinlər...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və onun azyaşlı uşağı xx.xx.2021-ci il təvəllüdlü X24 ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxs Vasif Əfəndiyev apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbləriə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 15 saylı yaşayış yeri üzrə mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ayrılmış mənzllərin onlarin adma rəsmiləşdirilməsi haqqında Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov kiiçəsi, ev 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 41,29 kvm olan 2 otaqlı mənzilin - 3 nəfər ailə tərkibi ilə (özü-anam, 1960-cı il təvəllüdlü X13, mən, 1984-cii il təvəllüdlü X21 və qardaşım, 1988-ci il təvəllüdlü oğlu İddiaçı) 1960-cı il təvəllüdlü, şəhid ailəsi X6 adına rəsmiləşdirilməsi qərara alınmışdır. X2 sağ olanda ünvan 4-i qardaşı Rəşada və ailəsinə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 41,29 kvm olan 2 otaqlı mənzil isə ona və ailəsinə vermiş və bu barədə hər iki ailə arasında qarşılıqlı razılıq əldə edilmişdir. O, xx.xx.2020-ci il tarixdə Bakı şəhər 35 saylı Hotariat Ofisində aşağıdakı məzmunda razılıq bildirmişdir: "Bildirirəm ki, X9 məxsus olan qeydiyyat da olduğum Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 23 saylı evin 405 nömrəli xüsusi mənzilini İddiaçı bağışlanmasına heç bir etirazım yoxdur". Lakin ana vəfat edəndən sonra qardaşı Rəşad ailədə olan qarşılıqlı razılığın olmasına baxmayaraq ünvan 4-i şəxsi mülkiyyət hüququ əldə edəndən sonra Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 41,29 kvm olan 2 otaqlı mənzili də ələ keçirmək istəyir və bu məqsədlə Bakı şəhər Suraxanı rayon məhkəməsinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 41,29 kvm olan 2 otaqlı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi vermiş və Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-1318/2022 saylı qətnaməsinə əsasən onun iddiası təmin edilmişdir. Bundan əlavə o, həmin mənzilə qeydiyyata alınması tələbinə dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermiş və onun iddia ərizəsi təmin edilərək azyaşlı övladı X30 ilə birlikdə yuxarıda qeyd etdiyi mənzilə qeydiyyata alıması öhdəliyi Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 1318/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və müddətin ötürülməsi ilə əlaqədar qərardad qəbul edilmiş, hazırda həmin qərardaddan verdiyi şikayət Suraxanı rayon məhkəməsinin icraatındadır. “Yaşayış yeri üzrə və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinin 3-cü hissəsinə və Mənzil Məcəlləsinin 40-cı maddəsinə istinadən apellyator hesab edir ki, 1-ci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar tam araşdırılmamış və həmin sübutlara müvafiq hüquqi qiymət verilməmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, nümayəndəsinin iştiakı olmadan işə baxılmasını xahiş etmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarıa əsasən işin aşağıdakı faktiki halları müəyyən olunur: İddiaçıya məxsus AA seriyalı ******* №-li , onun azyaşlı övladına məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqələrinin surətlərinə əsasənonların hər ikisi ünvan 4 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci tarixli, 15 nömrəli sərəncamının surətinə əsasən müəyyən olunur ki, qeydiyyata alınmaları tələb olunan mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 kv. metr, yaşayış sahəsi 41,29 kv. metr olan 2 otaqlı 23 saylı mənzilin – 3 nəfər ailə tərkibi ilə (özü- 1960-cı il təvəllüdlü X11, 1984-cü il təvəllüdlü oğlu X21, 1988-ci il təvəllüdlü oğlu İddiaçı) 1960-cı il təvəllüdlü şəhid ailəsi X5 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/1755 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Suraxanı rayon MKTB-nin 103 saylı mənzil istismarı sahəsindən verilmiş xx.xx.2021-ci il tarixli 105 saylı arayışa əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı evin 23 saylı mənzili Suraxanı rayon MKTB-nin balansında olmaqla, Nizami RİHB-nın xx.xx.2011-ci il tarixli 15 saylı sərəncamına əsasən vətəndaş X10 adına rəsmiləşdirilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 132430 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə ölmüşdür (Ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 11-ci ayının 11-ci günündə 951 nömrəli qeyd) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X16 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun və ailəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın, 2 otaqlı, 23 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin qətnamə ilə İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X30 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. İş üzrə birinci instansyia məhkəməsinə təqdim olunmuş, eləcə də, hazırkı mərhələdə əldə olunmuş sənədlərə - Bakı Apellyasiya Məhkəməsinin 22(103)-8411/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına, Suraxanı rayon icra şöbəsinin icraata xitam verilməsi barədə qərarına, həmin İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, 202172/22-18-11 nömrəli məktubuna qeyd olunan qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmiş və Suraxanı rayin icra şöbəsi tərəfindən həmin qətnaəmə icra olunaraq, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü oğlu ilə birlikdə ünvan 1-ə köçürülmüdür. «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinin 2-ci hissəsinə əsasən şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin maddənin 3-cü hissəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinin: 1-ci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İşin tədqiq olunan sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı icra olunmuş və iddiaçı azyaşlı övladı, X30 mübahisəlindirilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A ünvanında yerləşən 23 saylı mənzilə köçürülmüşlər. Başqa sözlə, onlarınhəmin mənzildə yaşamaq hüququ tanınmışdır. Belə olan halda, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci və 5-ci maddələrinin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddiaçını və onun azyaşlı uşağını qeydiyyata almaq onun qanunla üzərinə düşən öhdəliyidir. Ən azından, cavabdehin imtina etməsi üçün qeyd olunan Qanunun 8-ci maddəsində sadalanan əsaslardan hər hansı biri konkret halda mövcud olmamışdır. Belə ki,Qanunun 8-ci maddəsi sözügedən nəzərdə tutur ki, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla) 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. İddiaçının və onun azyaşlı uşağının qeydiyyata alınmaması üçün qeyd olunan əsaslardan hər hansı biri yoxdur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, işdə olan sübutlarla müəyyən olunan hallara düzgün hüquqi qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etməklə, iddianın təmin olunması barədə qaununi və əsaslı nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutların tam araşdırılmadığını və həmin sübutlara müvafiq hüquqi qiymət verilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1062/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1062/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver