Məhkəmə qərarları › İş №2-1(103)-1063/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1063/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1063/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında X4 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv ediılməsi və vergi məbləğinin silinməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11862/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Alyans Aqro” MMC cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında X4 üzrə Baş İdarəsinə qarşı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə iddiaçının məcburi vergi uçotuna alınmış X2 və X3 barəsində verdiyi şikayətin baxılaraq təmin edilməsi barədə öhdəliyin qoyulması; cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 üzrə Baş İdarəsinin X2 barəsində olan 02.08.2021-ci il tarixli, **********270700 nömrəli vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv olunması, onun məcburi vergi uçotuna alınmasının etibarsız hesab edilməsi; X1 hesablanmış 9399 (doqquz min üç yüz doqsan doqquz) manat vergi məbləğinin silinməsi, onun məcburi vergi uçotunun etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11862/2021 saylı, 29.12.2021-ci il tarixli qərardadı ilə iddiaçı Alyans Aqro” MMC-nin cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında X4 üzrə Baş İdarəsinə qarşı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə iddiaçının məcburi vergi uçotuna alınmış X2 və X3 barəsində verdiyi şikayətin baxılaraq təmin edilməsi barədə öhdəliyin qoyulması; cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 üzrə Baş İdarəsinin X2 barəsində olan 02.08.2021-ci il tarixli, **********270700 nömrəli vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv olunması, onun məcburi vergi uçotuna alınmasının etibarsız hesab edilməsi; X1 hesablanmış 9399 (doqquz min üç yüz doqsan doqquz) manat vergi məbləğinin silinməsi, onun məcburi vergi uçotunun etibarsız hesab edilməsi” barədə iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia mübahisələndirmə haqqında iddiaya aiddir, iddiaçının hüquqi ünvanı Bərdə rayonudur, məhkəmə hesab etmişdir ki, cavabdehlər qismində göstərilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında X4 üzrə Baş İdarəsinin səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqanlardır. Bu səbəbdən də işin Gəncə İnzibati məhkəməsinə aid olduğunu hesab etmişdir. Halbuki, iddiaçının tələbi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 02.08.2021-ci il tarixli Qərarının ləğv olunması, iddiaçının məcburi vergi uçotuna alınmasının etibarsız hesab edilməsi barədə olmaqla mübahisələndirmə iddiasına aiddir. Belə ki, iddia tələbi qanunauyğun olaraq cavabdeh olan inzibati orqanların yurisdiksiyasında olan məhkəməyə verilmişdir. Odur ki, qərardad ləğv olunmalı və iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə iclasının təyin olunduğu gün elektron qaydada ərizə ilə müraciət edərək xəstə olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini və təxirə salınmasını xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxaraq qərar qəbul etmişdir. Digər pozuntu isə birinci instansiya məhkəməsi qərarında İPM-in 8.1.2-ci maddəsinə istinad etmişdir. Belə ki, İddiaçı MMC-in hüquqi ünvanı Bərdə rayonu olsa da, Bakı şəhərində fəaliyyət göstərir. Həmçinin cavabdeh orqan İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X4 üzrə Baş İdarəsinə dair iddialara Bakı şəhərində baxıldığından birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işın baxılması üçün Bakı İnzıbati Məhkəməsinə gündərilməsini xahiş etdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prossesual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi hazırki qərardadı qəbul edərkən prosessual pozuntulara yol vermiş, iddiaçıya tələbin dəqiqləşirilməsi ilə bağlı yardım göstərməmiş, onun və nümayəndəsinin iştirakını təmin etmədən ərazi aidiyyatı məsələsini həll edən qərardad qəbul etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı MMC cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında X4 üzrə Baş İdarəsinə qarşı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə iddiaçının məcburi vergi uçotuna alınmış X2 və X3 barəsində verdiyi şikayətin baxılaraq təmin edilməsi barədə öhdəliyin qoyulması; cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 üzrə Baş İdarəsinin X2 barəsində olan 02.08.2021-ci il tarixli, **********270700 nömrəli vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv olunması, onun məcburi vergi uçotuna alınmasının etibarsız hesab edilməsi; X1 hesablanmış 9399 (doqquz min üç yüz doqsan doqquz) manat vergi məbləğinin silinməsi, onun məcburi vergi uçotunun etibarsız hesab edilməsi”nə dair tələbi Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə uyğun olaraq məcburetmə haqqında iddialara aiddir. İddia ərizəsinin mahiyyətindən göründüyü kimi, iddiaçının tələbi mübahisələndirməyə dair iddiaya aiddir, iddiaçının hüquqi ünvanı Bərdə rayonu olsa da, tələb cavabdehlər qismində göstərilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X4 üzrə Baş İdarəsinin qərarının ləğv edilməsinə yönəlmişdir. Bu əsasdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi mübahisələndirmə haqqında iddialara aid olduğundan və iddiaçının tələbi cavabdeh Bakı şəhər X4 üzrə Baş İdarəsinin qərarlarının ləğv edilməsi və vergi məbləğinin silinməsindən ibarət olmaqla, aidiyyatla bağlı məsələyə İPM-nin 8.1.2-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);...2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 8.1 -ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ...8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası İPM-nin 8.1.2-ci maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.4-cü maddəsinə əsasən tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin (112)-11862/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərardadı ləğv olunmalı, inzibati işin materialları İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya tələbinin dəqiqləşdirilməsində yardım edilməsi və tərəflərin iştirakını təmin edilməklə müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2112)-11862/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prossesual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar