Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1063/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan yəni, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödəniləcək pensiya məbləği fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (05 avqust 2021-ci il) əvvəlki illər üçün, yəni 05 avqust 2018-ci ildən 05 avqust 2021-ci il tarixədək hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X9, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan yəni, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödəniləcək pensiya məbləği fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (05 avqust 2021-ci il) əvvəlki illər üçün, yəni 05 avqust 2018-ci ildən 05 avqust 2021-ci il tarixədək hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6323/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən 4969 seriyalı 08 avqust 1978-ci il tarixli attestatın surətindən görünür ki, İddiaçı 30 mart 1978-ci ildə Azərbaycan SSR Bakı şəhəri 88 №-li Texniki məktəbinə daxil olmuş və 06 avqust 1978-ci ildə “Elektrik avadanlıqlarının təmiri və istismarı üzrə elektrik montyorları” peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. NZ seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli hərbi biletdən görünür olunur ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. “SOCAR”-Mərkəzi Arxiv tərəfindən verilmiş “İş stajı haqqında” **********80020123X00179 saylı 01 iyul 2021-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçın həqiqətən xx.xx.1979-cu ildə (əmr № 58/k, xx.xx.1979-cu il) “Leninneft” Neft və Qazçıxarna İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr № 91/k, xx.xx.1981 -ci il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. "xxxx" QSC tərəfindən verilmiş 02/əmək saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən keçmiş adı “Azərkəndsutəchizat” DK-nin 10 saylı X3 və hal hazırki adı "xxxx" QSC-də 12 yanvar 1984-cü il (Əmr № 4-k) tarixdən işə başlamışdır. O, xx.xx.1989-cu il tarixdən (Əmr № 37-k) müəssisədə elektrik qaynaqçısı vəzifəsinə keçirilmişdir və 30 dekabr 2009-cu il (Əmr № 12/k) tarixədək elektrik qaynaqçısı işləmişdir. İT-İ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı xx.xx.1978-ci ildə SSRİ Elektrotexnika və Sənaye Nazirliyi “Elektrotəchizat” zavodundasənaye ventiliyasiyasına xidmət göstərilməsi sahəsinə sənaye ventiliyasiyası və isitməsinə xidmət göstərilməsi üzrə 3-cü dərəcəli çilingər qəbul olunmuşdur (Əmr 463, xx.xx.1978-ci il); xx.xx.1978-ci ildə işdən azad edilmişdir (Əmr № 573, xx.xx.1978-ci il); xx.xx.1979-cu ildə “Leninneft” Neftqazçıxarma idarəsinə Quyuların yeraltı və əsaslı təmiri sexinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operatoru qəbul edilmişdir (Əmr 58/k, xx.xx.1979-cu il); xx.xx.1981-ci ildə işdən azad olunmuşdur ( Əmr № 58/k, xx.xx.1979- cu il); xx.xx.1981-ci ildə “İttifaq telefon tikinti” trestinin Bakı Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli lehimçi qəbul olunmuşdur (Əmr № 47/kş, xx.xx.1981-ci il); xx.xx.1983-cü ildə 3-cü dərəcəli rabitə quraşdırıcısı-lehimləyici keçirilmişdir (Əmr 109/kş, xx.xx.1983-cü il); xx.xx.1984-cü ildə vəzifəsindən azad olmuşdur (Əmr № 5/kş, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə “Azərkəndsutəchizat” DK-nin 10 saylı Səyyar mexanikləşdirlmiş dəstəsində 4-cü dərəcəli takelajçı təyin olunmuşdur (Əmr № 4-k, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə 5-ci dərəcəli takelajçı keçirilmişdir (Əmr № 32, xx.xx.1984-cü il); xx.xx.1985-ci il 6-cı dərəcə takelajçı dərəcəsi verilib (Əmr № 21-k, xx.xx.1985-ci il); xx.xx.1987-ci ildə 5-ci dərəcəli takelaçı keçirilmişdir (Əmr № 49-1, xx.xx.1987-ci il); xx.xx.1989-cu ildə 4-cü dərəcəli elektrik qaynaqçısı keçirilmişdir ( Əmr № 37 k/1, xx.xx.1989-cu il); xx.xx.1992-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmişdir (Əmr № 77/k, xx.xx.1992). xx.xx.2009-cu ildə işdən azad olmuşdur (Əmr № 12/k, xx.xx.2009-cu il); xx.xx.2012-ci ildə “Sədərək” firmasının tikinti təmir bölməsinə traktorçu vəzifəsinə qəbul edilmişdir (Əmr №-10-k, xx.xx.2012-ci il); xx.xx.2013-cü ildə işdən azad edilmişdir (Əmr № 28-k, xx.xx.2013-cü il). İddiaçıya xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin müddətinin bitməsi səbəbi ilə xx.xx.2021-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı 04 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajını təsdiq edən sənədin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli; pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan yəni, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçıya ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (05 avqust 2021-ci il) əvvəlki illər üçün, yəni 05 avqust 2018ci ildən 05 avqust 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 avqust 1956-cı ildə Lerik rayonunda doğulmuşdur, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək olan müddətdə həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək olan müddətdə Bakı şəhəri 88 saylı texniki peşə məktəbində “elektrik montyoru” ixtisası üzrə peşə təhsili almış, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək olan müddətdə “Elektrosentrolit” zavodunda 3-cü dərəcəli çilingər (zərərli iş şəraitində); xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək “Leninneft” Neftqazçıxartma idarəsinin quyuların yeraltı və əsaslı təmiri sexində quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator; xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək “İttifaq telefon tikinti” Trestinin Bakı Tikinti-Quraşdırma idarəsində 2-ci dərəcəli lehimçi; xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 3-cü dərəcəli rabitə quraşdırıcı- lehimləyici; “Azərkəndsutəchizat” DKnin 10 saylı Səyyar mexanikləşdirlmiş dəstəsində xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək 4, 5 və 6-cı dərəcəli takelajçı; xx.xx.1989-cu ildən 4-cü dərəcəli elektrik qaynaqçısı; xx.xx.1992-ci ildən 5-ci dərəcəli elektrik qaynaqçısı işləmiş, xx.xx.2009-cu ildə başqa təşkilata işə qəbul olunduğuna görə işdən azad edilmişdir. xx.xx.2012-ci ildən xx.xx.2013cü ilədək “Sədərək” firmasının tikinti-təmir bölməsinə traktorçu işləmişdir. İşlədyi işlərin əksəriyyəti güzşətli siyahıda qeyd edilmişdir. Ümumlikdə 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajı vardır. Belə ki, işlədiyi dövrlər üzrə xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək “Lennneft” Neftqazçıxartma idarəsinin quyuların yeraltı və əsaslı təmiri sexində quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsi, hələ 1 saylı güzəştli siyahıda 1100000a-15876 quyuların yeraltı təmir üzrə operatorlar peşəsinə uyğun gəlir. xx.xx.1989-cu ildən xx.xx.2009-cu ilədək işlədiyi elektrik qaynaqçısı peşəsi isə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli güzəştli siyahısının 35-ci bəndində güzəştli iş stajı kimi nəzərdə tutulmuşdur. Eləcə də xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək olan müddətdə “Elektrosentrolit” zavodunda 3-cü dərəcəli çilingər kimi zərərli iş şəraitində işləməyi əmək kitabçasının özündə qeyd edilmişdir. Əmək kitabçasından da görünür ki, xx.xx.2006-ci ilədək olan müddətdə onun 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajı mövcuddur ki, ona 57 yaşının tamam olduğu 07 avqust 2013-cü ildən əmək pensiyası təyin edilməli idi. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən verilmiş iddia ərizəsinə dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. iddiaçı iddia ərizəsinə özünə məxsus əmək kitabçası, arxiv arayışı və şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasında işlədiyi işlər və peşələr xarici dildə tərtib edilmiş, onların Azərbaycan Respublikasının dövlət dili olan azərbaycan dilinə tərcüməsi iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının qeyd edilən dövrlərdə hansı vəzifələrdə (peşələrdə) işləməsi, həmçinin həmin peşələrin ona güzəştli pensiya hüququ verən peşələrə aid olub-olmaması aydın deyil. İddiaçı iddia ərizəsində göstərdiyi tələblə eyni məzmunlu xahişlə İdarəyə müraciət etmiş və İdarə tərəfindən məktubla cavab verilərək ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 2 nömrəli əlavəsində qeyd edilən sənədlər göstərilməklə həmin sənədlərin əsilləri idarəyə təqdim edildikdən sonra onun müarciətinə baxıla biləcəyi bildirilmişdir. Şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”. Cavabdehin iddiaçıaya ünvanladığı cavab məktublarının məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericilklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir. Cavabdeh Filialın həmin xx.xx.2020-ci il tarixli cavabı ilə iddiaçının heç bir hüququnu və qanunla qorunan hər-hansı bir maraqlarını pozmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6323/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 57 yaşdan yəni, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləği fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (05 avqust 2021-ci il) əvvəlki illər üçün, yəni 05 avqust 2018-ci ildən 05 avqust 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçıya xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin müddətinin bitməsi səbəbi ilə xx.xx.2021-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. Sonradan ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilmiş və hal-hazırda da ona pensiya ödənişi həyata keçirilir. Məhkəmə isə ona xx.xx.2014-cü il tarixdən pensiya ödənildiyini nəzərə almadan əvvəlki illər üçün, yəni xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hesablanaraq, ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoymuşdur. Məhkəmənin mövqeyinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Məhkəmənin qeyd olunan mövqeyi ilə razı deyildir. İddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi dövr filial tərəfindən araşdırılmış və onun xx.xx.2006-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqı haqqında hesabatlarda İddiaçı məlumatları “Sığortaolunanların hesabları” bölümündə aşkar edilməmişdir. İddiaçının onun həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (oğlu) X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, qanunvericilklə müəyyən edilmiş sənədlərin tam veriləcəyi təqdirdə onun müraciətinə baxılacaqdır. Bundan sonra iddiaçı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qeyd olunan məktubun imtina məktubu olmadığını bildirir və iddianın mümkün sayılmamasını xahiş edir. Halbuki iddianın mümkünlüyünün yoxlanılmasına münasibətdə qeyd olunmalıdır ki, iddiaçının tələbində qeyd olunanların təmin olunması istiqaməsində cavabdeh inzibati orqan tərəfindən hər hansı addım atılmamış, hərəkətsizlik göstərilmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının tələbinə münasibətdə cavabdehin göstərdiyi hərəkətsizliyi imtinaya bərabər tutur və hesab edir ki, İPM-nin 39-cu maddəsinin tələbinə görə iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiası “ona 57 yaşdan yəni, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçıya ödəniləcək pensiya məbləği fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (05 avqust 2021-ci il) əvvəlki illər üçün, yəni 05 avqust 2018ci ildən 05 avqust 2021-ci il tarixədək hesablanaraq ödənilməsi” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbi təmin edilməmişdir. İddiaçı bundan narazı qalıb iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının əmək kitabçasındakı qeydlər, hərbi xidmət və təhsil dövrləri də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq zərərli iş stajının mövcud olmasının iş materialları ilə öz təsdiqini tapmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğunu bildirdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olduğu üçün onun 57 yaşı xx.xx.2013-cü il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil barədə sənədi (attestatı), əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus attestatın və hərbi biletin surətlərindən görünür ki, o, müvafiq olaraq 30 mart 1978-ci ildən 06 avqust 1978-ci ilədək “Elektrik avadanlıqlarının təmiri və istismarı üzrə elektrik montyorları” peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmiş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin“ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının ümumi iş stajı onun təhsil aldığı 30 mart 1978-ci ildən 06 avqust 1978-ci ilədək (5 ay), xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (2 il 1 ay) hərbi xidmətdə olduğu müddət və əmək kitabçasına əsasən xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (3 ay), xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək (2 il 2 ay), xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək (2 il 9 ay), xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək (5 il 1 ay 18 gün), xx.xx.1989-cu ildən xx.xx.2009-cu ilədək (xx.xx.2006-cı ilədək (16 il 9 ay 24 gün), ümumilikdə iş stajı xx.xx.2006-cı il tarixə 25 ildən çox təşkil edir. Buna görə də iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Bununla yanaşı, Kollegiya iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan SOCAR-X6 05 iyul 2022-ci il tarixli **********30490075X00287 saylı cavab məktubunda qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin 01 iyul 2022-ci il tarixli SOCAR**********80020123X00179 nömrəli arxiv arayışına əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı “Leninneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexində xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir. İddiaçı “Leninneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexində xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (02 il 01 ay 26 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (Xİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a— 15870 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022ci il tarixli 1-8-118/9423-22 saylı məktubu ilə təqdim olunmuş MA-317 saylı arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən xx.xx.1981-ci il tarixdən (xx.xx.1981-ci il tarixli, kş/47 №-li əmr) “İttifaqtelefontikinti” Trestinin Bakı Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli rabitə quraşdırıcı-lehimləyici vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1984-cü il tarixdən (xx.xx.1984-cü il tarixli, kş/5 №li əmr) 3-cü dərəcəli rabitə quraşdırıcı-lehimləyici vəzifəsindən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən azad edilmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün kolllegiya tərəfindən İddiaçı “İttifaqtelefontikinti” Trestinin Bakı Tikinti Quraşdırma İdarəsində xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixə qədər işlədiyi “quraşdırıcı-lehimləyici” peşəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında hansı kod altında olan peşəyə uyğun gəlməsi barədə məhkəməyə məlumat verilməsi, həmçinin həmin peşənin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş MA-81 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən həqiqətən xx.xx.1981-ci il tarixdən (xx.xx.1981 -ci il tarixli, kş/47 №-li əmr) “İttifaqtelefontikinti” Trestinin Baş Tikinti- Quraşdırma idarəsinə 2-ci dərəcəli rabitə quraşdırıcı-lehimləyici vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1984-cü il tarixdən (13.01,1984-cü il tarixli, kş/5 №-li əmr) 3-cü dərəcəli rabitə quraşdırıcı-lehimləyici vəzifəsindən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) azad edilmişdir. Əsas: Əmr kitabları. Qeyd: 1. “İttifaqtelefontikinti” Trestinin Bakı Tikinti-Quraşdırma idarəsinin 1983-cü ildən- kitabında vətəndaş İddiaçı işdən azad edilməsi və yenidən işə qəbul olunması barədə heç bir məlumat aşkar olunmamışdır. 2. Zərərli işlə bağlı arxiv arayışının verilməsi Mərkəzi Arxivin səlahiyyətlərinə aid deyil. İş materiallarından görünür ki, İddiaçı “İttifaqtelefontikinti” Trestinin Bakı Tikinti Quraşdırma İdarəsində xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixə qədər “quraşdırıcılehimləyici” vəzifəsində işləmişdir. Bununla bağlı kollegiya hesab etmişdir ki, iddiaçının işlədiyi “quraşdırıcı-lehimləyici” peşəsinin funksiyaları, həmin peşənin zərərli sahəyə aid olub-olmaması, Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında hansı kod altında olan peşəyə uyğun gəlməsi barədə məhkəməyə məlumat verilməsi zəruridir. Belə olan halda məhkəmə kollegiyası tərəfindən "xxxx" MMC-nin fəaliyyət istiqamətləri, həmin MMC-də zərərli sahədə “quraşdırıcı-lehimləyici” vəzifəsinin mövcud olub-olmadığı, mövcud olduğu təqdirdə həmin peşənin funksiyalarının nədən ibarət olması, vəzifə təlimatı barədə, bu peşədə fəaliyyət göstərən şəxsin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olub-olmadığı, həmin şəxsə icra etdiyi bu peşənin funksiyaları ilə bağlı iş yerində hansı güzəştlərin tətbiq olunduğu və bu peşənin, eyni zamanda iddiaçının işlədiyi “quraşdırıcı-lehimləyici” peşəsinin funksiyalarının yuxarıda adıçəkilən Siyahıda hansı kod altında olan peşəyə uyğun gəlməsi barədə məhkəməyə ətraflı məlumat verilməsi ilə bağlı "xxxx" MMC-yə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş "xxxx" MMC -nin 130-1/İİ- 23 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hal-hazırda "AZ-EVROTEL” MMC-nin strukturunda "quraşdırıcı-lehımləyıci” adlı vəzifə mövcud deyildir. Lakin müəssisələrdə struktur işlənərkən “lehimləyici" sözünün əvvəlinə və yaxud da sonuna müxtəlif sözlər artırılıb. Buna baxmayaraq bütün rabitə müəssisələrində çalışan lehimləyicilərin vəzifə funksiyaları eynidir. Yəni onlar hamısı kabellərin lehimlənməsi ilə məşğuldurlar və əmək şəraitləri ağır və zərərli hesab edilir. Onlar işlədikləri müddətdə zərərə görə əlavə əmək haqqı verilir, vaxtaşırı tibbi müayinədən keçirilir və xüsusi geyimlə təmin olunurlar. Nəticə etibari ilə sorğuda qeyd olunan vəzifə üzrə həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm 1993-cü il 21 iyun tarixli qərarının XXİX maddəsinin 23100000-12624 bəndinə, həm də 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 30-cu maddəsinin 1-ci hissəsinə əsasən ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunmuşdur. Həmçinin "xxxx" MMC tərəfindən təqdim edilmiş “kabelçi-lehimləyicisinin vəzifə təlimatının” 4-cü bəndindən görünür ki, kabelçi-lehimləyici öz fəaliyətini xətt qurğularının istismarı üzrə qaydalara və təlimatlara, eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır, kabelçi-lehimləyici xətt qurğularına xidmət olunması, profilaktiki ölçmələrin aparılması, texniki parametrlərinin normalarınına uyğun istismarım təmin edir, kabel və digər xətt materiallarının təyinatı üzrə qənaətlə işlədilməsini təmin edir, PŞ-lərin mühafizə siqnalizasiyasının normal işinə nəzarət edir, PŞ-lərin yüklənmə vərəqələrinin təlimata uyğun aparılmasını və mütəmadi düzəlişlərin qeyd olunmasını və yenilənməsini təmin edir; kənar təşkilat və fiziki şəxslər tərəfindən rabitə avadanlıqlarına və xətt qurğularına vurulmuş ziyan barədə rəhbərliyə məlumat verir, işin dayandırılmasını tələb edir və s. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Xİİ fəsil “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” (kod ********); “Neft-qaz və qaz kondensatının hasilatı” - bölmə 2 (kod ********); quyuların yeraltı təmiri üzrə operatorlar (kod 2130200a-15870); XXİX fəsil “Rabitə” (kod ********) adlanan bölməsində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər (kod 23100000—12624); qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları (kod 23100000—14629); XXXİİİ fəsil Ümumi peşələr (kod ********) əl ilə qaynaq aparan elektrik qaynaqçıları (kod 23200000—19906). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli stajı xx.xx.2006-cı il tarixədək toplandığı üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017-ci ilədək, yəni xx.xx.2006-cı il tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Beləliklə, cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında göstərilmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 57 yaşının tamam olduğu tarixdən (yəni xx.xx.2013-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan ödənilməmiş pensiya məbləği fərqinin (iddiaçı əvvəllər əlilliyə görə pensiya aldığına görə) cavabdeh orqana müraciət etdiyi xx.xx.2021-ci il tarixdən 3 il əvvəlki dövr də nəzərə alınmaqla, 05 avqust 2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv edilib, həmin hissədə iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6323/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6323/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1063/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1063/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver