Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1063/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1704/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar X10, İddiaçı və X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5, X10 və İddiaçı barəsində olan “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçıların öz əvvəlki vəzifələrinə bərpa olunmaları, məcburi iş buraxmaya görə xx.xx.2021-ci il tarixdən işə bərpa olunacaqları günədək əmək haqqlarının hesablanaraq cavabdehdən tutulub iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9151/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi üzrə 2-1(112)-9151/2022 nömrəli işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbi üzrə iş yeni nömrə ilə və iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbi üzrə iş yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1704/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı “İşdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli və Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma barədə” xx.xx.2022-ci il tarixli əmrlərinin ləğv edilməsi, cavabdehin üzərinə tutduğu vəzifəyə bərpa olunmağı öhdəliyinin qoyulması, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində cavabdeh orqan tərəfindən ödənilməmiş ödəncin və xx.xx.2021-ci il tarixindən məcburi iş buraxmaya görə işə bərpa olunacağı günədək ödəncin hesablanaraq cavabdehdən tutularaq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-1704/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsi və İddiaçı tərəfindən verilmiş iddia tələbinin "İşdən azad edilmə və sərəncama götürülmə" barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, "Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma barədə" xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa, məcburi iş buraxmaya görə işə bərpa olunacağı günədək ödəncin hesablanaraq cavabdehdən tutularaq ödənilməsi hissəsində də təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin: -1-ci bəndinə görə vergi orqanlarında xidmət - Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. -8-ci bəndinə əsasən vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır. -75-ci bəndinə görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə. Sadalanan normalardan müəyyən olunur ki, vergi orqanlarında xidmətə xitam verilmənin əsaslarından biri də təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmədir. Normanın hüquqi təhlili göstərir ki, vergi orqanlarının vəzifəli şəxsinin xidmətinə Əsanamənin 75-ci maddənin 3-cü bəndi ilə xitam verilməsi üçün aşağıdakı dispozisiya şərtlərinə əməl olunması tələb olunur: -vergi orqanında təşkilati-ştat tədbiri keçirilməli; vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməli; bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin vergi orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; -digər halda isə vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Hazırkı iş üzrə müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən istinad olunmuşdur. Qeyd edilən əmrdə hansı təşkilati-ştat tədbirlərinin keçirildiyi bilavasitə göstərilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında təşkilati-ştat tədbirinin vergi orqanının struktur bölmələrində müvafiq ştatların ləğv edilməsi və ya ştat sayının azaldılması ilə bağlı olması kimi əsaslandırsa da təqdim edilmiş 2021-ci il və 2022-ci il üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların strukturlarının və ştat cədvəllərinin müqayisəli təhlili zamanı iddiaçının işlədiyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsində ştat sayının cəmi 19, həmin şöbədə baş dövlət vergi müfəttişi ştatının isə 3 vahid saxlanılmaqla ştat vahidlərinin sayında hər hansı dəyişiklik olmadığı müəyyən olunmuşdur. Bundan əlavə mübahisələndirilən əmrin özündə iddiaçının Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinin hansı iki əsasdan birinə - “vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyrimümkün olduqda” və “və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə” əsasına istinad olunmamışdır. Halbuki, qeyd edildiyi kimi Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsi xidmətə xitam verilmənin ayrı-ayrılıqda iki müxtəlif əsasını göstərmişdir. Həmin maddə ilə xidmətə xitam verilərkən inzibati orqan xitam vermənin əsasını müəyyən etməli və həmin əsası bilavasitə əmrdə qeyd etməli idi. Əmək Məcəlləsinin 76-cı maddəsində də bu hal tənzimlənmiş və həmin tənzimləməyə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İşə baxan birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 1704/2023 nömrəli qərarı ilə iddiaçının iddia tələbi qismən təmin edilməmişdir. Cavabdeh iddianın təmin edilən hissəsi ilə razılaşaraq həmin hissədən apellyasiya şikayəti verməmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı isə həmin qərardan apellyasiya şikayəti vermişdir. Cavabdeh aşağıda qeyd olunanlara əsasən şikayətin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin halları ilə bağlı bildirilir ki, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı işdən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilərək xx.xx.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İlkin olaraq “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə Xidmətin sərəncamına götürülmüş İddiaçı zəng edilmiş, sonra təklifə münasibət bildirilmədiyi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ona xx.xx.2022-ci il tarixli, **********727900 nömrəli teleqram ünvanlanmış və müvafiq vəzifə təklifi (Dövlət Vergi Xidmətinin Laçın rayonu Vergilər Şöbəsinin vergi ödəyicilərinə xidmət və uçotun təşkili üzrə baş dövlət vergi müfəttişi vəzifəsi) olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin İnsan resursları əməliyyatları şöbəsinin rəisi X11, həmin şöbənin baş mütəxəssisləri X16 və X12 tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10691/2022 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmətinə xitam verilmə və sərəncamdan çıxarılma barədə xx.xx.2022-ci il tarixli, **********713400 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması tələbi üzrə zəruri araşdırmanın aparılması və bu barədə iddiaçının müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə 2 (iki) aylıq müddət təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********418900 nömrəli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin İddiaçı iddiası üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasında qəbul olunmuş, ona video çəkiliş aparılmaqla 5 saylı Ərazi Vergilər İdarəsinin Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi vəzifəsi vəzifəsi təklif olunsa da, o, həmin vəzifədə işləməkdən imtina etmişdir. Sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir və iş materiallarında mövcuddur. “Dövlət vergi orqanlarında xidmət haqqında” əsasnamənin 75-ci maddəsinin 3- hissəsində vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi əsaslarından biri kimi təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi göstərilir. Buna uyğun olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilati-ştat tədbirləri keçirilmiş, iddiaçıya müvafiq vəzifə təklif edilmiş və aktlaşdırılmışdır. Lakin iddiaçı tərəfindən ona təklif olunmuş müvafiq vəzifədən imtina edilmişdir. Göründüyü kimi inzibati orqan üzərinə düşən vəzifələri yerinə yetirmiş, inzibati icraatın təşkilini düzgün həyata keçirmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, cavabdeh orqan barəsində qəbul etdiyi "xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə xx.xx.2022-ci il tarixli əmrdə “Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə istinad etmiş, lakin həmin əmrin verilməsinə səbəb olan faktiki və hüquqi əsasları göstərməmiş və həmçinin əsaslandırmamışdır. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə bildirilir ki, xx.xx.2022-ci il tarixli **********713400 nömrəli “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə əmrin yetərincə hüquqi və faktiki əsasları mövcud olmuşdur. Belə ki, xidmətə xitam vermə və sərəncamdan çıxarılma barədə xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmr xx.xx.2022-ci il tarixli **********101600 nömrəli sərəncama götürülmə barədə əmrin davamı hesab edilir. Belə ki, inzibati orqan inzibati icraatını düzgün təşkil etmiş, ilkin öncə təşkilat-ştat tədbirləri çərçivəsində ilkin əmrlə iddiaçını sərəncama götürmüş, sonrakı əmrlə isə sərəncamdan çıxarmış və xidmətinə xitam vermişdir (sərəncam dövründə müvafiq vəzifə təklifinə münasibət bildirməmişdir). Sərəncama götürülmə ilə bağlı əmrin hüquqi və faktiki əsasını isə 28 dekabr 2021-ci il tarixli “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların və ştat cədvəllərinin təsdiq edilməsi haqqında" İqtisadiyyat Nazirinin əmri təşkil edir. Həmin əmrin 3-cü hissəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların (yerli bölmələr istisna olmaqla) strukturu və ştat cədvəli təsdiq edilmişdir. 28 dekabr 2021-ci il tarixli əmrin əsasını isə Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2021-ci il 1382 nömrəli Fərmanı təşkil edir. Həmin Fərmanın 19-cu bəndinə qeyd edilir ki, Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni strukturu və ştat cədvəli, həmçinin İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin əsasnaməsi, strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilənədək həmin dövlət xidmətlərinin strukturuna daxil olan qurumlar fəaliyyətini davam etdirsinlər. Göründüyü kimi xx.xx.2022-ci il tarixli **********101600 nömrəli sərəncama götürülmə barədə əmrin faktiki və hüquqi əsası mövcud olmuşdur. İddiaçı apellyasiya şikayətində həmçinin bildirir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsində təşkilati-ştat tədbirləri həyata keçirilməmişdir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə bildirilir ki, 28 dekabr 2021-ci il tarixli əmrə əsasən təşkilat-ştat tədbirləri hər hansı bir şöbədə deyil, Nazirlikdə və onun strukturuna daxil olan bütün qurumlarda həyata keçirilmişdir. Həmçinin sərəncama götürülmə və sərəncamdan çıxarılma barədə əmrlərin hüquqi əsasını “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsi və 75-ci maddəsinin 3cü hissəsi təşkil edir. Təşkilat-ştat tədbirləri 28 dekabr 2021-ci il tarixli “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların və ştat cədvəllərinin təsdiq edilməsi haqqında" İqtisadiyyat Nazirinin əmri əsasında keçirilmişdir. Həmin əmrin 3-cü hissəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların (yerli bölmələr istisna olmaqla) strukturu və ştat cədvəli təsdiq edilmişdir. Göstərilənlərə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-1704/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verməmişdir. İddiaçı isə apellyasiya şikayəti verərək iddianın təmin edilməyən hissədə də təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini qeyd olunan hissədə yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş inzibati icraat materiallarından görünür ki: - Vəzifədən müvəqqəti olaraq kənar edilmə haqqında xx.xx.2021-ci il tarixli **********827600 nömrəli əmri ilə adları aşağıda qeyd olunan əməkdaşlar "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 41-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xidməti araşdırma başa çatana qədər tutduqları vəzifədən müvəqqəti olaraq kənar edilsinlər: - İddiaçı – kiçik vergi xidməti müşaviri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi. - Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə və sərəncama götürülmə barədə” xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmrindən çıxarışa əsasən kiçik vergi xidməti müşaviri Əmrahov X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi 05 yanvar 2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və 3 ay müddətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Komitəsinin xx.xx.2022-ci il tarixli, 16 nömrəli məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.02.22-ci il tarixli **********101600 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş X10, İddiaçı və X3 təklif olunan dövlət qulluğu vəzifələrindən imtina etdikləri barədə daxil olmuş sənədlər tərəfimizdən araşdırılmışdır. Təklifə razı olmayan əməkdaşların "Dövlət vergi orqanlarında xidmət laqqında Əsasnamə"nin 75-ci maddəsinin 3-cü bəndi ilə xx.xx.2022-ci il tarixdən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmalarına münasibət bildirməyimiz haqqındakı müraciətinizə Dövlət Vergi Xidmətinin X4 Komitəsi Rəyasət Heyətinin iclasında baxılmışdır. Dövlət Vergi Xidmətinin X4 Komitəsi X10, İddiaçı və X2 göstərilən maddə ilə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmasına etiraz etmir. - Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma barədə” xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmrindən çıxarışa əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Dövlət vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixli **********827600 nömrəli əmrlə iddiaçı tutduğu vəzifədən kənarlaşdırılmış, daha sonra xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmrlə "Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən işdən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən onun əmək müqaviləsinə xitam verilərək xx.xx.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Cavabdehin “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmri “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsi əsasında verildiyindən iddiaçının işdən azad edilməsi aparılmış xidməti araşdırma ilə bağlı olmamışdır. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sərəncama götürülmə və sərəncamda saxlama səlahiyyəti inzibati orqanın diskresion səlahiyyəti olmaqla inzibati orqana öz mülahizəsinə görə qiymətləndirmə aparmaqla işdən azad etdiyi işçini qanunla müəyyən edilmiş müddət daxilində onda olan mümkün vəzifələrdən birinə yerləşdirmə imkanını nəzərdə tutur. Yəni bu müddət ərzində inzibati orqan iddiaçını konkret olaraq əmək funksiyalarının icrasına buraxmır, lakin eyni zamanda onun başqa bir vəzifəyə təyin edilmə imkanlarının olub-olmaması (mövcud vakant vəzifə üçün tələb olunan şərtlər, işçinin ixtisası, təcrübəsi, digər işçi keyfiyyətləri və s.) baxımından özlüyündə qiymətləndirmə aparır. Sərəncama götürülmə diskresion səlahiyyət olmaqla yanaşı sərəncamda olma müddəti bitdikdən sonra müvafiq vakant vəzifə üzrə işçinin yerləşdirilməsində qiymətləndirmə də diskresion səlahiyyət kimi qiymətləndirilməlidir. Bu mənada cavabdehin iddiaçı barəsində qəbul etdiyi və hazırkı iddianın predmetini təşkil edən xx.xx.2022-ci il tarixli əmri inzibati orqanın diskresion səlahiyyət əsasında qəbul etdiyi inzibati aktdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə təşkilati-ştat tədbirləri ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və eyni vaxtda 3 ay müddətinə sərəncama götürülmüşdür. Cavabdeh sərəncama götürülmə ilə bağlı əmrin hüquqi əsası kimi 28 dekabr 2021-ci il tarixli “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların və ştat cədvəllərinin təsdiq edilməsi haqqında“ İqtisadiyyat nazirinin əmri təşkil etdiyinə istinad etmişdir. Belə ki, sözügedən əmrin 3-cü hissəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların (yerli bölmələr istisna olmaqla) strukturu və ştat cədvəli təsdiq edilmişdir. 28 dekabr 2021-ci il tarixli əmr Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2021-ci il 1382 nömrəli Fərmanı əsasında qəbul edilmişdir. İddiaçının sərəncamda qalma müddəti Əsasnamənin 38-ci maddəsinin tələbinə uyğun olaraq 3 ayadək müddətə uzadılmış, yekunda iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə sərəncamdan çıxarılmışdır. Bundan sonra cavabdeh orqan iddiaçıya məktub ünvanlayaraq əmək kitabçasının götürülməsi və ya poçt vasitəsilə göndərilməsinə razılıq verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamə:
1. Vergi orqanlarında xidmət - Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
8. Vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır.
75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin “Xidmətə xitam verilmə və sərəncamdan çıxrılma barədə” xx.xx.2022-ci il tarixli əmri mübahisələndirilən birinci əmrlə (xx.xx.2022-ci il tarixli əmr) başlayan icraatın yekununda qəbul edilmiş inzibati akt kimi də qiymətləndirilməlidir. Belə ki, iddiaçı tutduğu vəzifədən ilkin olaraq təşkilatı ştat tədbirləri ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmrlə azad edilmiş və sərəncama götürülmüşdür. xx.xx.2022-ci il tarixli əmr məhz təşkilatı-ştat tədbirinin keçirilməsi ilə əlaqədar inzibati orqana iddiaçını vəzifədən azad edərək sərəncama götürməsinə əsas vermişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********719600 nömrəli münasibət bildirilməsi ilə bağlı teleqramda bildirilmişdir ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə xx.xx.2022-ci il tarixdən tutduğunuz vəzifədən azad olunaraq 3 ay müddətinə Xidmətin sərəncamına götürülmüsünüz. Peşə bilikləriniz, təcrübəniz nəzərə alınaraq Dövlət Vergi Xidmətinin Laçın rayonu Vergilər Şöbəsinin vergi ödəyicilərinə xidmət və uçotun təşkili üzrə baş dövlət vergi müfəttişi vəzifəsinə təyin edilməyinizə münasibət bildirməyiniz və bu teleqramı aldığınız tarixdən 3 (üç) gün ərzində Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə məlumat verməyiniz Sizdən xahiş olunur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin İnsan resursları əməliyyatları şöbəsinin rəisi X11, həmin şöbənin baş mütəxəssisləri X16 və X12 tərəfindən tərtib və imza edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə Xidmətin sərəncamına götürülmüş X3 (**********) 13 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, İddiaçı (0********) Laçın rayonu Vergilər Şöbəsinin vergi ödəyicilərinə xidmət və uçotun təşkili üzrə baş dövlət vergi müfəttişi və X8 (**********) 13 saylı Ərazi Vergilər İdarəsinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifələri 13 may 2022-ci il tarixdə zəng olunaraq təklif olunmuşdur. Qeyd olunan şəxslər tərəfindən təkliflərə münasibət bildirilmədiyi üçün müvafiq vəzifələrə təyin olunmaları məqsədilə təklif rəsmi olaraq teleqram vasitəsilə ünvan 2 ünvanda qeydiyyatda olan X3 (məktub **********727900, xx.xx.2022), ünvan 3 ünvanda qeydiyyatda olan İddiaçı (məktub **********719600, xx.xx.2022) və ünvan 4 ünvanda qeydiyyatda olan X8 (məktub **********721700, xx.xx.2022) bildiriş göndərilmişdir. Ü.Şərifli (**********343200, xx.xx.2022) təklifdən imtina etmişdir. Digər şəxslər - R.Nəsirli və İddiaçı göndərilən teleqrama münasibət bildirmədikləri üçün təkrarən 26, 27 may 2022-ci il tarixlərdə müxtəlif vaxtlarda zənglər olunmuş, lakin əlaqə saxlamaq (cavab verməmişlər) mümkün olmamışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10691/2022 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmətinə xitam verilmə və sərəncamdan çıxarılma barədə xx.xx.2022-ci il tarixli, **********713400 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması tələbi üzrə zəruri araşdırmanın aparılması və bu barədə iddiaçının müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə 2 (iki) aylıq müddət təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********409900 nömrəli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin İddiaçı iddiası üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasında qəbul olunmuş, ona 5 saylı Ərazi Vergilər İdarəsinin Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi vəzifəsi təklif olunsa da, o, həmin vəzifədə işləməkdən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan öz təşəbbüsü ilə, habelə birinci instansiya məhkəməsinin aralıq qərardadından sonra da iddiaçıya təşkilatı ştat tədbiri kimi işçini qiymətləndirmə və yerləşdirilməsi ilə bağlı mülahizə (qiymətləndirmə) azadlığına uyğun olaraq alternativ vəzifələr və iş yerləri təklif etmiş, lakin iddiaçı təklif olunan vəzifələrlə razılaşmamışdır. Belə olan halda iddiaçının əmək fəaliyyətinə xitam verilməsinin əsası qeyd olunan Əsasnamənin 75-ci maddənin 3-cü bəndinə əsasən “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər halda isə vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməsi ilə” olan dispozisiya şərti ödənilir. Odur ki, cavabdeh inzibati orqanın qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirdiyi müəyyən edilir. Sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmrlər qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Eyni zamanda sərəncamdan çıxarılma barədə əmrin ləğvi üçün əsaslar olmadığından həmin tələbdən irəli gələn digər tələblər - işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı “İşdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli və “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma barədə” xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi, cavabdehin üzərinə tutduğu vəzifəyə bərpa olunmağı öhdəliyinin qoyulması, məcburi iş buraxmaya görə işə bərpa olunacağı günədək ödəncin hesablanaraq cavabdehdən tutularaq ödənilməsi» hissələrində təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1704/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.