Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1064/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12568/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər xx.xx.1968-ci il təvəllüdlü X6, xx.xx.1986-cı il təvəllüdlü X7, X12, xx.xx.1991-ci il təvəllüdlü X2, xx.xx.1994cü il təvəllüdlü X1, xx.xx.1996-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X18 və onların azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2023cü il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X4 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında ailəsi ilə birlikdə pasport qeydiyyatındadır. Bu yaşayış sahəsində iddiaçı ilə birlikdə 3-cü şəxslər də ailə üzvüləri ilə birlikdə pasport qeydiyyatındadırlar. Üçüncü şəxslər uzun müddətdirlər ki, bu ünvanda yaşamırlar. Onlar ünvan 4 ünvanında yaşayırlar. Bu faktı X6 adına Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 063258 saylı Qeydiyyat Vəsiqəsi təsdiq edir. Üçüncü şəxslərin bu ünvanda formal olaraq pasport qeydiyyatında qalmaları iddiaçıya bir sıra problemlər yaradır, iddiaçının yaşayış sahəsi üzərində bir sərəncam vermək hüququnu məhdudlaşdırır və iddiaçı əlavə kommunal xidmət haqqları ödəməyə məcbur olur.İddiaçı məhz buna görə həmin şəxslərin pasport qeydiyyatından çıxarılmaları üçün Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin, Nəsimi Polis İdarəsindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə istinad edərək bildirmişdirlər ki, həmin şəxslərin ünvan 6 ünvandan pasport qeydiyyatından çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş pasport qeydiyyatından çıxarılma barədə qərarına əsasən həyata keçirilir. Ona görə də həmin şəxslərin pasport qeydiyyatından çıxarılması haqqında məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də iddiaçı məcbur olaraq həmin şəxslərin pasport qeydiyyatından çıxarılmaları üçün məhkəməyə müraçiət etməyi qərara almışdır və hesab edir ki, məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)12568/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdirlər.Verilən suallara cavabında iddiaçı bildirmişdir ki, mübahisəli ev özbaşına tikili olub, Sərəncam əsasında pasport qeydiyyatına alınıblar və 3-cü şəxslər iddiaçının qardaşı və onun ailəsidir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyat çıxarılmasını tələb etmişdir və iddia tələbini əsaslandırmaq üçün Bakı şəhər X16 xx.xx.1989-cu il tarixli, 95 nömrəli Sərəncamını dəlil kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə müəyyən edir ki, Bakı şəhər X16 xx.xx.1989-cu il tarixli, 95 nömrəli Sərəncamı əsasında İddiaçı və 19 nəfər ailə tərkibi müvafiq ünvana qeydiyyata düşmüşdür (Sərəncamda qeyd edilən ünvan aydın oxumadığından hazırda ünvan 1 kimi adlandırıldığı nəzərə alınaraq). Lakin iddiaçının mübahisələndirilən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Bununla belə iddiaçı, tələbin hüquqi əsası kimi Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarına istinad edir. Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarından: 8. Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Əli Bayramlı, Lənkəran, Naftalan, Şəki şəhər xalq deputatları Sovetlərinə, rayon xalq deputatları Sovetlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, yaşayış evlərini və mənzillərini Ermənistandan Azərbaycana qanuni yolla dəyişdirmək haqqında müvafiq icraiyyə komitələrinin qərarları, vəkalətnamələri və başqa sənədləri olan qalan qaçqın ailələrini 2 ay müddətində mənzillə təmin etsinlər və daimi qeydiyyata alsınlar. Qaçqınların bir hissəsinin öz xüsusi evlərini respublika tabeli şəhərlərdə dövlət mənzilləri ilə dəyişdirdiyini nəzərə alaraq yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, özləşdirmə haqqında müvafiq qanun qəbul edildikdən sonra həmin mənzilləri qaçqın ailələrin mülkiyyətinə versinlər. 1988-ci ildən sonra qaçqınları yerləşdirmək üçün müxtəlif nazirlik, idarə və təşkilatlar tərəfindən kənd rayonlarında tikilmiş evlər daimi yaşamaq üçün bu evlərə köçürülmüş qaçqınların xüsusi mülkiyyəti hesab edilsin və göstərilən ailələrə müvafiq sənədlər vermək yerli icra hakimiyyəti orqanlarına tapşırılsın. Respublikadan köçmüş ailələrin dəyişilməmiş və ya satılmamış, boşalmış xüsusi mənzilləri Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilsin. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən fərdi yaşayış evi üzərində qərardan irəli gələrək hüquqların dövlət qeydiyyatını təmin etməmişdir, bununla belə, iddiaçının həmin fərdi yaşayış evi üzərində birgə mülkiyyət hüqunun tanınmasına dair “qanuni gözləntisi” istisna edilməsə də, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən İddiaçı və üçüncü şəxslər X19, X15, X11, X20, X21, X26, X22 ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, nəticə etibarilə, iddiaçı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan üçüncü şəxslərlə hazırda eyni hüquqi vəziyyətdədir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur və iddianın mümkün sayılmaması qarşıya qoyulan məqsədə (bərabərlik hüququnun təmin edilməsinə) uyğundur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Bundan başqa məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı verilən suallara cavabında bildirmişdir ki, mübahisəli ev özbaşına tikili olub, Sərəncam əsasında pasport qeydiyyatına alınıblar və 3-cü şəxslər iddiaçının qardaşı və onun ailəsidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12568/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1064/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1064/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver