Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1066/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı və onun vəkili X1, Ərizəçi X5 vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 67 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 saylı evin 3 saylı mənzilini müəyyən edib iddiaçının istifadəsinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1912/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarından şikayətçi X8 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 67 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 saylı evin 3 saylı mənzilini müəyyən edib iddiaçının istifadəsinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1912/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 saylı evin 3 saylı mənzilinin hansı mənzil olmasının müəyyən edilməsi vəzifəsinin cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan xx.xx.2020-ci il tarixdə X8 adlı şəxs Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və vəsatət verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1912/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini, onun həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilərək işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və vəsatət onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1912/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarının icrası ilə bağlı Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 saylı evin 3 saylı mənzilinin yeri kimi ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 saylı evin 9 saylı mənzili göstərildiyindən onun qanunla qorunan maraqlarına toxunulmuş, məhkəmə xidməti vəzifəsini yerinə yetirməyərək onun üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş imperativ normaların tələblərini pozmuşdur. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1912/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçıya və cavabdehə, həmçinin ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin vəkili X7 izahat verərək apellyasiya şikayətinin və vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X4 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini və vəsatəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməli, vəsatət baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən şikayətçi və birinci instansiya məhkəməsində icraatın iştirakçıları olmuş digər şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Hazirki işin araşdırılan hallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış apellyasiya şikayəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1912/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı qüvvəyə mindikdən sonra üçüncü şəxs kimi cəlb olunmayanX8 adlı şəxs tərəfindən verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti iş üzrə tərəf olmayan və qanunla müəyyən edilmiş qaydada iş üzrə üçüncü şəxs qismində cəlb edilməmiş şəxs tərəfindən verildiyi üçün qeyri-mümkün hesab edilməli, şikayətin icraata qəbulundan imtina edilməlidir. Bundan başqa ərizəçinin apellyasiya şikayətinə əlavə etdiyi üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2017-ci il tarixli qərarından görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməli, vəsatət müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1912/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarından X8 tərəfindən verilmiş apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin icraata qəbulundan imtina edilsin. X5 üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı vəsatət müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1066/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1066/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver