Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1066/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8907/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfin apellyasiya şikayətini geri götürməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının adına ümumi sahəsi 1 78.88 kv metr olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində yerləşən qeyri-yaşayış obyektinə dair reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8907/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçının nümayəndəsi vəkil X2 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2022-ci il tarixində İddiaçı, habelə, onun nümayəndəsi K.Əliyeva Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə eyni məzmunlu ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək birinci instansiya məhkəməsinin 2-1(112)-8907/2021 saylı iş üzrə iddiaçının apellyasiya şikayətini geri götürdüyünü və bununla bağlı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının və onun nümayəndəsinin apellyasiya şikayətinin geri götürmələri barədə ərizəsi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən tərəfin qanunla müəyyən edilən hüququdur və bu geri götürmə onların qarşılıqlı mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını pozmur. İPM-in 86.4-cü maddəsinin məzmunundan görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Prosessual qanunvericiliyin qeyd olunan tələbi baxımından məhkəmə kollegiysı yekunda belə nəticəyə gəlir ki, iddiaçının və onun nümayəndəsinin apellyasiya şikayətini geri götürmələri barədə ərizəsi təmin olunmalı, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda, məhkəmə iddiaçıya izah edir ki, İPM-in 88.3-cü maddəsinin tələbinə görə şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və onun nümayəndəsi vəkil X1 ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8907/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfin apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1066/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1066/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver