Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1066/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1215/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Nizami RİH-ə qarşı dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) uzun müddət Bakı Meropoliteninin “Koroğlu” (əvvəlki Məşədi Əzizbəyov) stansiyasının çıxışında yerləşən qeyriyaşayış sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Söküntüdən sonra həmin işlərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 1255 nömrəli 1 fevral 2006-cı il tarixli Sərəncamının icrasını təmin etmək istiqamətində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 77 nömrəli 20 fevral 2009-cu il tarixli sərəncam qəbul etmişdir. Həmin sərəncama əsasən “Əzizbəyov” (Koroğlu) metrostansiyasının ərazisində fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi nəzərdə tutulmuşdur. Bu sərəncama uyğun olaraq, Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncamla həmin 22 nəfər həmin sahibkara Nizami rayonunda əvvəlki iş yerlərini bərpa etmək üçün 8 ünvanda torpaq sahəsi ayrılmışdır. Hazırkı iddiaçı ona ayrılmış yeni ünvandakı torpaq sahəsində 300 kv.m ölçüdə obyektin tikintisi üçün müvafiq sənədlərin toplanması və təsdiqlənməsi işlərinin yekunlaşdığı ərəfədə məlum olmuşdur ki, Bakı ŞİH başçısı naməlum səbəblərdən həmin sərəncamın ləğvi barədə yeni sərəncam vermişdir. İddiaçı bununla razılaşmadığından, məhkəməyə müraciət etmişdir. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəmənin qərarları ilə nəticədə iddia təmin olunaraq sərəncam bərpa edilmişdir. Beləliklə, Bakı şəhəri 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 27 may 2016-cı il tarixli 2- 1(82)-223/2016 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsinin qüvvədə olan 15 may 2013cü il tarixli 2-1inz(103)- 562/2013 saylı, 1 noyabr 2016-cı il tarixli 2-1(103)-2017/2016 saylı, 29 mart 2017-ci il tarixli 2- 1(103)-942/2017 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan 17 iyul 2013-cü il tarixli 2-2(102)-702/2013 saylı, 25 yanvar 2017-ci il tarixli 2-1(102)-545/2017 saylı, 29 avqust 2017- ci il tarixli 2-1(102)-1376/2017 saylı qərarları ilə Bakı ŞİH başçısının 20 fevral 2009-cu il tarixli 77 nömrəli sərəncamı öz qüvvəsini bərpa etmişdir. Məhkəmə qərarları icra olunmadığından, iddiaçının şikayəti əsasında qaldırılan məsələyə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Prezidentinin yanında Apellyasiya Şurasının göstərişinə əsasən Bakı ŞİH-in Apellyasiya Şurasında baxılmış və 30 aprel 2018-ci il tarixli 1 nömrəli qərarla Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi Bakı şəhəri Nizami RİH-ə həvalə edilmişdir. Bakı ŞİH-in Apellyasiya Şurası qərar verərək bütün süni maneələrə son qoymuşdur. Belə ki, Şuranın tərkibində olan bütün şöbə müdirləri qüvvədə olan məhkəmə qərarlarının icra olunmasını nəzərə alaraq, bütün səlahiyyətli və cavabdeh şəxslər imza ataraq öz razılıqlarını bildirmişlər. İddiaçı dəfələrlə digər ünvanlarda sahibkarlara ayrılmış torpaq sahələrində Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmurunun (Fəxrəddin Şahbazovun) iştirakı ilə tikinti işlərinə başlamaq istəsə də, Nizami RİH-in işçiləri şəxsən başçının göstərişi ilə tikinti işlərininin aparılmasına icazə verməmişlər. Nizami RİH-in bu qanunsuz müdaxilələrini davamlı olduğu üçün iddiaçı və digər sahibkarlar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Nizami RİH-ə qarşı onlara qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi barədə qərarın verilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(82)- 223/16 saylı 13 may 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bu qərar Nizami RİH tərəfindən verilmiş kassasiya şikayətinə görə yuxarı məhkəmədə mübahisələndirilsə də, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-942/2017 saylı 29 mart 2017-ci il tarixli və Ali Məhkəməsinin 2-1(102)-1376/2017 saylı 29 avqust 2017-ci il tarixli qərarları ilə yekunda dəyişdirilmədən saxlamaqla qanuni qüvvəsini almışdır. Qüvvəsini almış bu məhkəmə qərarlarına da Nizami RİH laqeyd yanaşmışdır. Beləliklə, 1255 nömrəli 1 fevral 2006-cı il tarixli Sərəncam, Bakı ŞİH-in 77 nömrəli 20 fevral 2009-cu il tarixli sərəncamı, dövlət orqanlarının rəsmi rəyləri, qüvvədə qalan çoxsaylı məhkəmə qərarları, Apellyasiya Şurasının qərarları Nizami RİH tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1255 nömrəli 1 fevral 2006-cı il tarixli sərəncamı imzalandığı tarixdən qüvvəyə minmişdir və haı-hazıradək öz qüvvəsini saxlayır. Həmin Sərəncamı icra etmək Nizami RİH-in, bütün dövlət orqanlarının və orada çalışan bütün məmurların birbaşa vəzifə borcudur. İddiaçı sahibkar kimi on dörd ildir ki, Nizami RİH-in bürökratik əngəllərindən ona dövlət tərəfindən ayrılmış torpaq sahəsində bütün müvafiq (qanuni) sənədləri əldə etsə də, sahibkarlıq fəaliyyətini bərpa edə bilməmişdir. Nizami RİH yenə də qanunvericiliyin, o cümlədən icra qanunvericiliyinin tələblərinə riayət etmir, məhkəmə qərarlarının icrasından boyun qaçırır. Göründüyü kimi, qətnamənin icra edilməməsi iddiaçını qətnamənin ona verəcəyi bütün faydalı səmərəsindən məhrum etmişdir. İddiaçıya əmlakının sökülməsindən başlayaraq əmlak hüquqlarının kobud şəkildə pozulması dərin zərbə vurmuşdur. O, artıq 14 ildir ki, məhkəmələrdə, İcra Hakimiyyəti və məhkəmə icra orqanlarında əziyyət çəkir. Mübahisədə iddiası təmin olunub, səbirsizliklə torpaq sahəsinii alacağını gözlədiyi halda da onu məyus edən əməllər törətməklə ona mənəvi zərbə vurulub və vurulmaqda davam etdirilir. İddiaçının illərlə bu işdə əziyyət çəkməsindən başqa, sonda qətnamənin icrasına da maneçilik törədilmişdir. Bütün bunların əvəzində isə iddiaçıya və digər şəxslərə rəsmi surətdə ayrılmış 350 kv.m torpaq sahəsinin təxminən 100 kv.m sahəsini heç bir rəsmi sənədi olmayan, orda olan bütün yaşıllıqları gecə vaxtı məhv edərək, ərazini qeyri-qanuni zəbt etmiş şəxslərə verilmişdir. Baxmayaraq ki, bütün qanuni sənədlər iddiaçıya Nizami RİH də daxil olmaqla dövlət və aidiyyati orqanlar tərəfindən verilmişdir. Beləliklə, Nizami RİH-in hərəkətləri onun verdiyi sərəncama qarşıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının müddəalarına əsaslanaraq, cavabdehdən iddiaçıya vurulmuş maddi ziyana görə 1.500.000 manat və mənəvi ziyana görə 1.000.000 manat pul vəsaitinin ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1215/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəfələrlə digər ünvanlarda sahibkarlara ayrılmış torpaq sahələrində Cavabdehnə qarşı onlara qeyd edilən ünvanlarda sahibkarlara ayrılmış torpaq sahələrində Nizami Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun iştirakı ilə tikinti işlərinə başlamaq istəsə də, Cavabdehnə Cavabdeh işçiləri şəxsən başçının göstərişi ilə tikinti işlərinin aparılmasına icazə verməmişdir. Cavabdeh bu qanunsuz müdaxilələrini davamlı olduğu üçün iddiaçı və digər sahibkarlar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Nizami RİH-ə qarşı onlara qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilmsǝi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi barədə qərarın verilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(82)-223/16 saylı 13 may 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bu qərar Nizami RÍH tərəfindən verilən kassasiya şikayətinə görə yuxarı məhkəmədə mübahisələndirilsə də, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarı ilə yekunda dəyişdirilməyərək qüvvədə saxlanılmışdır. Qüvvəsini almış bu məhkəmə qərarlarına da Nizami RİH laqeyd yanaşmışdır. Beləliklə, 1255 nömrəli 1 fevral 2006-cı il tarixli sərəncam, Bakı ŞİH-nin 77 nömrəli 20 fevral 2009-cu il tarixli sərəncamı, dövlət orqanlarının rəsmi rəyləri, qüvvədə qalan çoxsaylı məhkəmə qərarları Nizami RİH tərəfindən icra olunmamışdır. Məhkəmə vurğulamışdır ki, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ilə Bakı şəhəri ərazisində tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi 2018-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətinə aid edilmişdir. Lakin həmin vaxta qədər Nizami RİH bu icazəni verə bilərdi, buna baxmayaraq o, sadəcə bəhanələr taparaq sərəncamın icrasına mane olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi Apellyasiya intansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarını hərtərəfli araşdıran məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənəvi zərərə görə 1.000.000 manat pulun ödənilməsi hissəsində qismən təmin edilməlidir. İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsində rədd edilməsilə bağlı mövqeyini aşağıdakılarla əsaslandırır. İş materiallarından görünür ki, hazırkı iddiaçıya və digərlərinə məxsus olmuş, “Bakı Metropoliteni”nin “Əzizbəyov” (indiki Koroğlu) metrostansiyasının yaxınlığında yerləşən və Azərbaycan Respublikası Prezidentinin 1255 saylı 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2005 – 2007-ci illər üçün Tədbirlər Planı»nın müddəalarının icrasını təmin etmək istiqamətində sökülmüş ticarət obyektinin bərpa olunması üçün Bakı şəhəri Nizami RİH-ə icazə verilməsi barədə Bakı ŞİH 20 fevral 2009- cu il tarxdə 77 nömrəli sərəncam vermiş və həmin sərəncam əsasında Bakı şəhəri Cavabdeh 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncam vermişdir. Sonradan Bakı ŞİH-in 12 mart 2012-ci il tarixli 113 nömrəli sərəncamı ilə həmin sərəncam ləğv edilmişdir. Lakin hazırkı iddiaçı sözügedən 12 mart 2012-ci il tarxli sərəncamı ona aid hissədə mübahisələndirmiş və məhkəmə qərarı ilə iddia təmin edilərək sərəncam həmin hissədə ləğv edilmişdir. Cavabdeh Bakı şəhəri Nizami RİH-in məhkəməyə iddia ilə bağlı ünvanlanmış 10 sentyabr 2021-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 – 2007-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə, “Əzizbəyov” (indiki “Koroğlu”) metro stansiyası ətrafında yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, başqa ərazilərdə qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulurdu. Tədbirlər Planının 26-cı bəndinə əsasən Nəqliyyat Nazirliyi tərəfindən seçilmiş variant üzrə avtomobil yollarının, yol ötürücülərinin, yol qovşaqlarının, körpülərin təhkim və mühafizə zolağına düşən bütün növ mühəndis kommunikasiyalarının, binaların və qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsi məsələlkərinin həlli, “Əzizbəyov” metro stansiyası və “Sabunçu" dairələri arasında yerləşən kommunikasiyaların, binaların, qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsinin yolun hər iki tərəfində ərazinin gələcək inkişafı nəzərə alınmaqla həyata keçirilməsi Bakı ŞİH-ə, Maliyyə Nazirliyinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Neft Şirkətinə, "xxxx" QSCyə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" MMC-yə, Abşeron RİH-ə tapşırılmışdır. Bu məqsədlə, qeyd edilən ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, başqa ərazilərdə qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı ŞİH başçısı 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncam verərək Nizami RİH-ə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. RİH göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə 27 fevral 2009- cu il tarixli 93 saylı sərəncamı ilə rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı ŞİH başçısı 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamı ilə yuxarıda göstərilən sərəncamını ləğv etmiş və sərəncamı 13 mart 2012-ci il tarixli 7-156/7g nömrəli məktubla RİH-ə və digər qurumlara göndərərək lazım gəldiyi təqdirdə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra, Bakı şəhəri Nizami RİH başçısının 27 fevral 2009-cu il tarixli 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Bundan sonra İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı ŞİH başçısının “Koroğlu" (Əzizbəyov) metro stansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə bərpa edilməsi haqqında verilmiş sərəncamın ləğv edilməsinə dair” 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamının ləğv edilməsi, “Əzizbəyov" metro stansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında verilmiş Bakı ŞİH başçısının 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncamının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək, Bakı ŞİH başçısının 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamının ləğv edilməsi, “Əzizbəyov” metro stansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında verilmiş Bakı ŞİH başçısının 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncamını qüvvədə saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarlarını dəyişdirmədən öz qüvvəsində saxlamışdır. Lakin İddiaçı ona ayrılmış torpaq sahəsində tikinti işlərinə başlamaq istədikdə müdaxilələrin olduğu qənaətinə gələrək, yenidən Nizami RİH-ə qarşı “Ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmiş və qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 13 may 2016-cı il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Qərar qüvvəyə mindikdən sonra, məhkəmə qərarın icrasını təmin etmək məqsədilə 2 aprel 2018-ci il tarixli 2-1(82)-1379/2017 saylı icra sənədini Nizami rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Həmin qurum 18 aprel 2018-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək RİH-ə göndərmiş və qərarın icrasının təmin edilməsini təklif etmişdir. İddiaçı guya RİH-in tikinti işlərinin aparılmasına maneçilik törətməsi və buna görə maddi və mənəvi ziyan tələb etməsi əsassızdır. RİH nəinki qərarın icra edilməsinə maneçilik törətməmiş, əksinə, Rayon İcra və Probasiya şöbəsinin yuxarıda qeyd edilən məktubuna 4 may 2018-ci il tarixli 11-13/861 nömrəli məktubla cavab verərək icra məmuru tərəfindən qərarın icrasına RİH-in səlahiyyətləri daxilində müvafiq köməklik göstəriləcəyi qeyd edilmişdir. Həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək RİH başçısının səlahiyyətlərinə aid olmamışdır. RİH-in başçısı yalnız, Bakı ŞİH başçısının sərəncamından irəli gələn vəzifələri yerinə yetirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Plam”nın 26 və 27-ci bəndlərində göstərilən tədbirlərin həyata keçirilməsi vəzifəsi Nizami RİH-ə tapşırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Ona görə də, rayon ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi həmin qurum tərəfindən həyata keçirilir. Hazırda iddaçı İddiaçı bərpasına icazə verilmiş müvafiq obyektin sahibi kimi cavabdeh Bakı şəhəri Cavabdeh qurumun həmin sərəncamını icrası və icrasına şərait yaradılması istiqamətində hərəkət və hərəkətsizliyini mübahisələndirirərək ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. İşin faktiki hallarını hərtərəfli araşdıran kollegiya qeyd edir ki, iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi işin mübahisəsiz halıdır və bunun nəticəsində ona dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlar artıq 13 ildən artıqdır ki, icra olunmamış, nəticədə iddiaçının mülkiyyət hüquqları qeyri-müəyyən qalmış, iddiaçı həmin müddətdə öz fəaliyyətini realizə edə bilməmişdir. Lakin, işin digər faktiki halı da ondan ibarətdir ki, məhkəmə baxışı zamanı iddiaçı tərəf ona vurulmuş maddi ziyanı əsaslandıra bilməmiş, yəni tələb etdiyi 1.500.000 manat maddi ziyan məbləğinin nədə – real zərər, əldən çıxmış fayda və s. formada ifadə olunduğu faktiki müəyyən edilmir. Belə bir qeyri-müəyyənlik isə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsində təmin edilməsinə dair qəbul ediləcək hüquqi nəticənin faktiki əsassız olması deməkdir. Qeyd edilən hallara əsasən, kollegiya hesab edir ki, iddia tələbinin “cavabdeh Bakı şəhər Nizami RİH-dən iddiaçıya vurulmuş maddi ziyana görə 1.500.000 manat pulun ödənilməsi” hissəsi təmin edilməməlidir. Digər tərəfdən kollegiya hesab edir ki, iddia tələbinin “cavabdeh Bakı şəhər Nizami RİH-dən iddiaçıya vurulmuş mənəvi ziyana görə 1.000.000 manat pulun ödənilməsi” hissəsi qismən əsaslıdır. Belə ki, nə qədər ki, iddiaçıya məxsus obyektin dövlət ehtiyacları üçün sökülmüş olması və əvəzində kompensasiya ödənilməmiş olması işin mübahisəsiz halıdır və baxmayaraq ki, söküntü ilə əlaqədar vurulmuş maddi ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır, bu iddiaçıya məxsus obyektin dövlət ehtiyacları üçün sökülmüş olması və əvəzinin ödənilməmiş olması faktını aradan qaldırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının cavabdehin qanunsuz hərəkətləri (müdaxilələri) nəticəsində qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman mülkiyyət hüquqlarının həyata keçirilməsində məhdudiyyətlərə məruz qaldığını, bu illər ərzində gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1215/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri Cavabdehndən mənəvi zərərə görə 5000 (beş min) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova
Məhkəmə qərarları › İş №2-1(103)-1066/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1066/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver