Məhkəmə qərarları › İş №2-1(103)-1066/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1066/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1066/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə iş üzrə QƏRARİ (Açar sözlər: « qərarın ləğv olunması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6389/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********2449 nömrəli Qərar ilə İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (Ünvanı: AZ1075, Nərimanov rayonu, A.M.Cümə. 44B, 46B, 46C, 46D, 46E; Obyektin Adı: Memorial Klinika MMC-nin Nərimanov Filialı (**********-15001) (Fəaliyyət Növü: səhiyyə sahəsində sair fəaliyyət) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır.

2. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********2450 nömrəli Qərar ilə İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (Ünvanı: AZ1118 Bakı şəhəri Nizami rayonu Qara Qarayev pr. 38A, 8 km 2513 2516-cı məhəllə; Obyektin Adı: Memorial Klinika (**********-16002) (Fəaliyyət Növü: səhiyyə sahəsində sair fəaliyyət) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır.

3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023cü il tarixli, KY232039600 nömrəli Çıxarışa əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasının yoxlanılması ilə əlaqədar xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə İddiaçınə məxsus olan obyektdə operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2

4. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023cü il tarixli, KY232039602 nömrəli Çıxarışa əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasının yoxlanılması ilə əlaqədar xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə İddiaçınə məxsus olan obyektdə operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2

5. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli, 032007 nömrəli və 032009 nömrəli Aktlar iş materiallarına əlavə olunmuşdur.

6. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli, 032007 nömrəli Akta əsasən xx.xx.2023-cü il tarixdə obyektdə OVN tədbiri zamanı müştəri tərəfindən saat 18:40-da qanın ümumi və qlükoza analizinə görə cəmi nağd qaydada 17 manat ödəniş olundu. Ödəniş zamanı NKA-da çek vuruldu və müştəriyə təqdim olundu. NKA çekinin üzərindəki məlumatla Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməyən çek təqdim edən NKA aparatından istifadə olunduğu müəyyən olundu. Belə ki, Vergi Məcəlləsinin 50.8.11-ci maddəsində göstərilən ödənilən məbləğin artıq olan (müştəriyə qaytarılan hissəsi) əks olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulmuş və buna görə İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

7. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli, 032009 nömrəli Akta əsasən 30 oktyabr 2023-cü il tarixində saat 08:34-də müştəri tərəfindən tibbi xidmət üçün (ümumi xolesterol və qlukoza analizləri) 10,00 AZN nağd pul ödənildi. Ödəniş müqabilində 386 nömrəli çek müştəriyə təqdim edildi. Tibbi xidmət üçün 50 AZN təqdim edildi, xidmət müqabilində 10 AZN xidmət haqqı çıxılaraq 40 AZN qalıq pul geri qaytarıldı. NKA-nın çekkinə baxış zamanı VM-nin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə üzrə) düzgün göstərilmədiyi müəyyən olundu. Belə ki, müştəriyə təqdim olunan NKA çeki VM-nin 50.8.11-ci maddəsinin tələbinə cavab vermir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulmuş və buna görə İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

8. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1870 nömrəli Qərar ilə İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

9. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1872 nömrəli Qərar ilə İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

10. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********665400 nömrəli Qərarı ilə İddiaçı operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikatəti təmin edilməmişdir xx.xx.2023-cü il tarixli DVX seriyalı 030559 nömrəli “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktlar əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1960 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır.

11. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********881900 nömrəli Qərarı ilə İddiaçı operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikatəti təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli DVX seriyalı 032007 və 032009 nömrəli “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktlar əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1870 və **********1872 nömrəli qərarlar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır.

12. İddiaçınə məxsus Nizamnamə iş materiallarına əlavə olunmuşdur.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçınə verilmiş özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verən xx.xx.2016-cı il tarixli, İN/L-2068 nömrəli Lisenziya iş materiallarına əlavə olunmuşdur.

14. Məhkəmə iclasında şahid qismində iştirak edən vergi müfəttişi X5 izahatında bildirmişdir ki, vergi xidmətinin müfəttişi olaraq operativ vergi nəzarəti zamanı müştəri qismində ümumi xolesterol və qlükoza analizləri ilə bağlı tibbi xidmətdən istifadə etmişdir. Xidmət haqqı 10 AZN təşkil etmişdir, kassaya nağd qaydada 50 AZN təqdim etmiş və ona 40 AZN qalıq pul geri qaytarılmışdır. Lakin NKA-nın çekinə baxış zamanı VM-nin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin - müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə üzrə) göstərilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda bildirdi ki, X7nın çekində müştəriyə qaytarılan məbləğin (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə) qeyd olunması istehlakçıların hüquqlarının qorunması məqsədilə tələb olunur və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında yoxlamalar keçirilərkən əvvəlcədən xəbərdarlıq edilmədən müəssisənin faktiki vəziyyəti yoxlanılır.

15. Məhkəmə iclasında şahid qismində iştirak edən vergi müfəttişi X4 izahatında bildirmişdir ki, vergi xidmətinin müfəttişi olaraq operativ vergi nəzarəti zamanı müştəri qismində qan analizləri ilə bağlı tibbi xidmətdən istifadə etmişdir. Xidmət haqqı 17 AZN təşkil etmişdir, kassaya nağd qaydada 100 AZN təqdim etmiş və ona 83 AZN qalıq pul geri qaytarılmış, lakin X7 çeki təqdim olunmamışdır. Vergi yoxlaması zamanı müvafiq xidmətlə bağlı X7 çekinin mövcudluğu təsdiqlənsə də, VM-nin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin - müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə üzrə) göstərilmədiyi müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı məhkəməyə iddia ərzizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023 tarixli, **********1870 və **********1872 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Tələb onunla əsaslandırılmışdır ki, Memorial Klinik MMC yarandığı gündən öz fəaliyyətini qanunvericiliyin bütün sahələrinə uyğun (səhiyyə,vergi, inzibati və s.) təşkil etmiş, öz faəliyyətində hüquqi aktları rəhbər tutmuşdur. Tibb müəssisəsi hər zaman vergi qanunvericiliyinə də xüsusi diqqət və həssaslıqla yanaşmış, fəaliyyət illərində heç vaxt vergi xidməti orqanları ilə anlaşılmazlıq yaşamamışdır (son aylara qədər). Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023 tarixli, **********1870 və **********1872 nömrəli qərarları ilə müəssisə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə hər biri 3000 manat olmaqla, ümumilikdə 6000 manat vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı həm bu qərarla, həm də bu qərarın çıxarılmasına səbəb olan xx.xx.2023 tarixli müvafiq qərarla razı deyil. İlk qərardan inzibati şikayət verilsə də, təmin edilməmişdir. Müəssisədə keçirilmiş operativ vergi nəzarəti tədbirləri çərçivəsində xx.xx.2023-cü il tarixində 032007 və 032009 nömrəli Aktlar tərtib edilmiş, həmin aktda əhali ilə pul hesablaşmalarının düzgün aparılmaması, yəni VM 50.8-ci maddəsinin tələblərinin pozulması (50.8.11-ci maddədə qeyd edilmiş əsas üzrə müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə məbləğin əks edilməməsi) təsbit edilmişdir. Bu texniki qüsurdan başqa xüsusən vergidən yayınmaya səbəb olan hər hansı ciddi pozuntu aşkar edilməmişdir. operativ vergi nəzarəti aktı, həm də vergi orqanın yekun qərarı Vergi Məcəlləsinin məqsəd və prinsiplərinin pozulması ilə qəbul edilmişdir.

18. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilə yazılı etirazda qeyd edilmişdir ki, uçotbaza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2008-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “səhiyyə sahəsində sair fəaliyyət” olduğu müəyyən edilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2450 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 38A, 8-ci km, 2513-2516-cı məhəllə ünvanda yerləşən “Memorial Klinika” obyektində xx.xx.2023-cü il tarixdə saat 08:40- da həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən qanın ümumi və qlükoza analizinə görə cəmi nağd qaydada 17 manat ödəniş olunduğu, ödəniş zamanı X7nda çek vurulduğu, müştəriyə təqdim edildiyi, lakin Vergi Məcəlləsinin 50.8- ci maddəsinin tələblərinə cavab verməyən çek təqdim edildiyi, belə ki, çekdə Vergi Məcəlləsinin 50.8.11-ci maddəsində göstərilən ödənilən məbləğin artıq olan (müştəri tərəfindən verilmiş 100 manat nağd pul müqabilində 83 manat qalıq qaytarılmış, 17 manat ödəniş edilmiş) hissəsinin əks olunmadığı müəyyən edilərək, operativ vergi nəzarəti tədbirinin nəticəsinin xx.xx.2023cü il tarixli DVX seriyalı 032007 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1870 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 3000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2023-cü il tarixli **********319400 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023- cü il tarixdə saat 15:29-da oxunmuşdur. Bundan başqa Baş İdarənin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2449 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə 44В, 46В, 46C, 46D, 46E ünvanda yerləşən İddiaçı MMC-nin Nərimanov filialı obyektində Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 08:34-də həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən tibbi xidmət üçün (ümumi xolesterol və qlükoza analizləri) 10 manat nağd pul ödənildiyi, ödəniş müqabilində 386 nömrəli çekin müştəriyə təqdim edildiyi, tibbi xidmət üçün 50 manat təqdim edildiyi, 10 manat xidmət haqqı çıxıldığı, 40 manat qalıq pul qaytarıldığı, lakin X7 çekinə baxış zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin (müştəriyə qaytarılan məbləğ, dəyərdən artıq ödənilən hissə üzrə) çekdə düzgün göstərilmədiyi, müştəriyə təqdim olunan çekin Vergi Məcəlləsinin 50.8.11-ci maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilərək, operativ vergi nəzarəti tədbirinin nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 032009 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi, akt vergi ödəyicisi tərəfindən imzalanmamış və bir nüsxəsi qəbul edilməmi., bu barədə aktda müvafiq qeydlər aparılmış və sərbəst akt tərtib edilmişdir. Tərtib edilmiş akt Baş İdarənin xx.xx.2023-cü il tarixli **********345800 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 16:22-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1872 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 3000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2023-cü il tarixli **********320800 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023- cü il tarixdə saat 10:19-da oxunmuşdur. Cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə inzibati şikayət üzrə araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında Cəmiyyətə məxsus nəzarət kassa aparatlarının vergi qanunvericiliyinin tələblərinə cavab verən, rəsmi operatordan alındığını, qeyd olunan kassa aparatlarında Vergi Məcəlləsinin 50.8.11-ci maddəsinin tələblərinə cavab verən funksiyanın işlək vəziyyətdə olduğunu, operativ vergi nəzarəti tədbiri zamanı müəyyən səbəblərdən kassir tərəfindən həmin funksiya işə salınmadan kassa çeki verildiyini, nəzarət-kassa aparatında qeyd olunan funksiya işlək vəziyyətdə olduğu üçün Cəmiyyətə maliyyə sanksiyası tətbiq olunmasının düzgün olmadığını, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli DVX seriyalı 032007 və 032009 nömrəli aktların düzgün tərtib edilməməsi ilə bağlı sübutlarının olmadığını bildirmişdir. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejiminə qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək və 16.1.9-cu maddəsinə əsasən isə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilməsinə baxmayaraq, Cəmiyyət tərəfindən qeyd olunan tələblər yerinə yetirilməmişdir. Həmin Məcəllənin 50.8.11-ci maddəsinə görə müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə) nəzarətkassa aparatının çeklərində olmalıdır. Bundan əlavə nəzarət-kassa aparatının çeklərində qanunvericilikdə nəzərdə tutulmuş məlumatların əks etdirilməli olması barədə vergi orqanı tərəfindən Cəmiyyətə “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl olunması barədə” xx.xx.2023-cü il tarixli **********802100 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, məktub elektron qutuda xx.xx.2023-cü il tarixdə saat 10:17-də oxunmuşdur. Cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında Cəmiyyət tərəfindən yol verilmiş qanun pozuntusunu etiraf etmişdir. Digər tərəfdən qeyd olunan kassa aparatlarında Vergi Məcəlləsinin 50.8.11-ci tələblərinə cavab verən funksiyanın işlək vəziyyətdə olması, operativ vergi nəzarəti tədbiri zamanı müəyyən səbəblərdən kassir tərəfindən həmin funksiya işə salınmadan kassa çekinin verilməsi Cəmiyyətə maliyyə sanksiyası tətbiq olunmaması üçün əsas ola bilməz. Vergi Məcəlləsinin: 16.1.8-ci maddəsinə əsasən aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda); 16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı; 16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti; 16.1.8.4. qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı; 16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti; 16.1.8.6. bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti; 16.1.9-cu maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallardavə qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 23.2-ci maddəsinə görə yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər. 50.1.3-cü maddəsinə əsasən vergi orqanları əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği), cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi, nəzarətkassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), malın sürətli məlumat kodu (X9), ödənilmiş məbləğ, avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ, müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc), ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı), çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi, geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator), nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator), yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı olmalıdır. 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

19. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6389/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə alır ki, vergi orqanı tərəfindən təqdim olunmuş Aktlardan və məhkəmə iclasında şahid qismində iştirak edən vergi müfəttişlərinin izahatlarından aydın olur ki, Vergi Məcəlləsinin tələblərinə cavab vermədiyi qeyd olunan qəbzlər operativ vergi nəzarəti zamanı məhz vergi orqanın əməkdaşları tərəfindən müştəri qismində çıxış edərək (yəni təhrik yolu ilə) əldə edilmişdir. Məlum olduğu kimi təhrik yolu ilə əldə edilmiş sübutların etibarlığı şübhə doğurur (Khudobin v. Russia; Texeyra de Kastro v. Portugal - polis məxfi hərəkətlər edə bilər, amma təhrikedici hərəkətlər edə bilməz). Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021- ci il tarixli № **********3298 qərar isə həmin akta əsaslanır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6389/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir: “Məhkəmə nəzərə alır ki, vergi orqanı tərəfindən təqdim olunmuş Aktlardan və məhkəmə iclasında şahid qismində iştirak edən vergi müfəttişlərinin izahatlarından aydın olur ki, Vergi Məcəlləsinin tələblərinə cavab vermədiyi qeyd olunan qəbzlər operativ vergi nəzarəti zamanı məhz vergi orqanın əməkdaşları tərəfindən müştəri qismində çıxış edərək (yəni təhrik yolu ilə) əldə edilmişdir. Məlum olduğu kimi təhrik yolu ilə əldə edilmiş sübutların etibarlığı şübhə doğurur (Khudobin v. Russia; Texeyra de Kastro v. Portugal - polis məxfi hərəkətlər edə bilər, amma təhrikedici hərəkətlər edə bilməz).” Bununla əlaqədar olaraq nəzərə çatdırmaq istəyirlər ki, operativ vergi nəzarəti tədbirində vergi əməkdaşlarının müştəri qismində çıxış etməsinin məhdudlaşdırılması ilə əlaqədar heç bir qanunvericilik aktı mövcud deyildir. Həmçinin vergi əməkdaşının tədbirdə iştirak etməsinin sübutların təhrik yolu ilə əldə edilməsinə şamil edilməsi tamamilə əsassızdır. Təhrikin olması ilə bağlı iddiaçı tərəfindən belə nə inzibati icraat, nə də məhkəmə mübahisəsi dövründə məlumat daxil olmamışdır. Burada önəmli olan məsələ odur ki, iddiaçı tərəfindən göstərilmiş xidmət qarşılığında təqdim edilmiş NKA çekinin qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilməməsidir. Qeyd olunan çekin vergi əməkdaşı və ya hər hansısa digər bir fiziki şəxsə təqdim edilməsinin işin mahiyyətinə heç bir təsiri yoxdur. Əsas məsələ təqdim edilmiş NKA çekinin düzgün tərtib edilməməsidir. Heç bir sübut və ya fakt olmadan vergi əməkdaşının hərəkətlərində təhrikin olmasının birinci instansiya məhkəməsinin qərarında qeyd edilməsi qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasıdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

24. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

25. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) xiddmət haqqından qalıq qalan pul da müştəriyə qaytarıldığını, lakin həmin NKA-nın çekində bunun texniki proqram səbəbindən göstərilmədiyi iddiaçıya hər hansı üstünlük, varlanma, vergdən yayınma kimi maraq yarada bilmədiyini qeyd edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

26. Azərbaycan Respublikası Konstitusiyasından: 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

28. Vergi Məcəlləsindən: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X9); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.

33. Məhkəmə Kollegiyası əvvəla birinci instansiya məhkəməsinin “Vergi Məcəlləsinin tələblərinə cavab vermədiyi qeyd olunan qəbzlər operativ vergi nəzarəti zamanı məhz vergi orqanın əməkdaşları tərəfindən müştəri qismində çıxış edərək (yəni təhrik yolu ilə) əldə edilmişdir. Məlum olduğu kimi təhrik yolu ilə əldə edilmiş sübutların etibarlığı şübhə doğurur” kimi mövqeyini əsaslı saymayaraq bununla əlaqədar olaraq qeyd edir ki, operativ vergi nəzarəti tədbirində vergi əməkdaşlarının müştəri qismində çıxış etməsinin məhdudlaşdırılması ilə bağlı heç bir qanunvericilik norması mövcud deyildir.

34. Həmçinin vergi əməkdaşının vergi nəzarəti tədbirində iştirak etməsinin sübutların təhrik yolu ilə əldə edilməsinə şamil edilməsi əsassızdır. Təhrikin olması ilə bağlı iddiaçı tərəfindən nə inzibati icraat, nə də məhkəmə mübahisəsi dövründə məlumat daxil olmamışdır.

35. Burada önəmli olan məsələ iddiaçı tərəfindən göstərilmiş xidmət qarşılığında təqdim edilmiş NKA çekinin qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilibedilməməsidir. Qeyd olunan çekin vergi əməkdaşı və ya hər hansısa digər bir fiziki şəxsə təqdim edilməsinin işin mahiyyətinə heç bir təsiri yoxdur. Əsas məsələ təqdim edilmiş NKA çekinin düzgün tərtib edilib-edilməməsidir.

36. Lakin işin faktiki halları və apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin olunmasına dair gəldiyi nəticə ilə razılaşır.

37. Belə ki, işin hallarından görünür ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023 tarixli, **********1870 və **********1872 nömrəli qərarların ləğv edilməsini tələb etmişdir.

38. Məhkəmə ilk növbədə qeyd edir ki, “Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023 tarixli, **********1870 və **********1872 nömrəli qərarlar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il daxil olmaqla) keçirilmiş operativ vergi nəzarəti nəticəsində qəbul edilmişdir.

39. Odur ki, məhkəmə araşdırmasının ilkin predmeti operativ vergi nəzarətini həyata keçirərkən qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcudluğunun, eləcə də vergi yoxlamasının nəticələrinə təsir edə biləcək halların mövcudluğunun yoxlanmasıdır.

40. Təqdim edilən sənədlərə əsasən müəyyən olunur ki, (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli, KY232039602 nömrəli və KY232039600 nömrəli çıxarışlardan), Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsas qismində Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) çıxış etmişdir. "Qanunun keyfiyyəti" barədə tələb onu nəzərdə tutur ki, qanun nəinki əlçatan olmalı və onun tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır, o həm də yoxlama tədbirlərinin yalnız "demokratik cəmiyyətdə zəruri" olan hallarda tətbiq edilməsini təmin etməli və xüsusən qanunda sui-istifadə hallarına qarşı adekvat və səmərəli təminat və zəmanətlər yer almalıdır. Lakin cavabdeh həmin “mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatların” nədən ibarət olması barədə dəlilləri məhkəməyə təqdim etməmişdir, qeyd edilən hal isə vergi orqanı tərəfindən mümkün (ehtimal) ola biləcək sui-istifadə hallarının məhkəmə tərəfindən qiymətləndirilməsi imkanını istisna edir.

41. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

42. Odur ki, məhkəmə hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdeh qurum həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

43. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsının 06 avqust 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki: “...Konstitusiya Məhkəməsi xüsusi qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsində əks olunmuş maliyyə (mahiyyətcə cərimə) sanksiyaları hüququn ümumi prinsiplərindən çıxış edərək tarazlıq prinsipinə də cavab verməlidir. Ədalətlik tələblərini ifadə edən tarazlıq prinsipi yalnız təqsirli əməl və onun ağırlığından, vurulan ziyanın həcm və xarakterindən, hüquq pozucusunun təqsirlik dərəcəsindən və tənbehin tətbiqində fərdiləşdirilməni şərtləndirən digər vacib hallara görə onun differensiasiyasından asılı olaraq hüquq məsuliyyətini müəyyən etməyi ehtiva edir. Məsuliyyətə cəlb etmənin göstərilən prinsipi eyni dərəcədə həm fiziki, həm də hüquqi şəxslərə aiddir. Vergi orqanları tərəfindən tarazlaşdırılmamış maliyyə sanksiyalarının tətbiqi sahibkarları yalnız gəlirdən deyil, həm də digər əmlakdan məhrum edə bilər ki, bu da sahibkarların digər şəxslər qarşısında götürülmüş öhdəliklərinin yerinə yetirilməsinə və ümumiyyətlə onların sonrakı fəaliyyəti üçün real təhlükə yarada, hətta bu fəaliyyətin xitamına da səbəb ola bilər. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, Konstitusiyanın 59-cu maddəsinə görə hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. İnsan hüquq və azadlıqlarına əməl edilməsinin təminatlarını müəyyən edən Konstituiyanın 71-ci maddəsinin İİ hissəsinə görə digər konstitusiya hüquq və azadlıqları kimi bu hüququn həyata keçirilməsi heç kəs tərəfindən məhdudlaşdırıla bilməz. Vergi qanunvericiliyinin pozulmasına görə tarazlaşdırılmamış böyük məbləğdə sanksiyaların müəyyən edilməsi vergi intizamını artırmır, sahibkarların normal fəaliyyətinə imkan vermir, yalnız kölgə iqtisadiyyatının yaranmasına səbəb olur. Vergi qanunvericiliyi pozuntularını və sanksiyaları müəyyən edən Vergi Məcəlləsinin qüvvədə olan normalarının mətnlərinin Konstitusiya Məhkəməsi tərəfindən öyrənilməsi bu normaların müəyyənliyin olması tələbləri ilə əlaqəsi haqqında məsələyə toxunmağı da tələb edir. Vergi qanunvericiliyi ilə qanunvericinin hüquq pozuntusu kimi qəbul etdiyi əməllərin xarakteri, cəzalandırılan və cəzalandırılmayan əməllərin arasındakı sərhəd dəqiq müəyyən edilməlidir ki, bu məsələ hər hansı hüquq tətbiqedicinin subyektiv mülahizəsinə, o cümlədən vergi orqanı vəzifəli şəxsinin mülahizəsinə buraxılmasın. Vergi pozuntuları tərkiblərinin qeyri-müəyyənliyi hüquq məsuliyyətinin əsas prinsipi olan qanunçuluq prinsipinə ziddir. Hüquq normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmamasının ümumi hüquqi şərtləri kimi hamının qanun və məhkəmə qarşısında bərabərliyinə dair Konstitusiya prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsi). Belə bərabərlik hüquqtətbiqedicilər tərəfindən yalnız normanın eyni cür şərhi və anlaşılması şərtilə təmin edilə bilər. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi isə əksinə, hüquqtətbiqi prosesində onun qeyri-məhdud anlaşılmasına imkan yaradır və qaçılmaz olaraq özbaşnalığa, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, eləcə də qanunun aliliyi prinsiplərinin pozulmasına gətirib çıxarır...”

44. Məhkəmə Kollegiyası Vergi Məcəlləsinin təminatlarını nəzərə alınmaqla işin halları ilə bağlı qeyd edir ki, vergi orqanı tərəfindən təqdim olunmuş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” hər iki Akta əsasən Vergi yoxlaması zamanı müvafiq xidmətlə bağlı X7 çekinin mövcudluğu təsdiqlənsə də, VM-nin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin - müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə üzrə) göstərilmədiyi müəyyən olunmuşdur.Yəni xidmət haqqı kassaya ödənilmiş və NKA-nın çeki müştəriyə təqdim olunmuş, həmçinin xiddmət haqqından qalıq qalan pul da müştəriyə qaytarılmış, lakin həmin NKA-nın çekində VM-nin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin - müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə üzrə) texniki səbəblərdən göstərilmədiyi müəyyən olunmuşdur.

45. Məhkəmə Kollegiyası xiddmət haqqından qalıq qalan pul da müştəriyə qaytarıldığını, lakin həmin NKA-nın çekində bunun məhz texniki proqram səbəbindən göstərilmədiyi iddiaçıya hər hansı üstünlük, varlanma, vergdən yayınma kimi maraq yarada bilmədiyini, xiddmət haqqından qalıq qalan pul da müştəriyə qaytarılsa da, lakin həmin NKA-nın çekində bunun texniki proqram səbəbindən göstərilməməsindən mübahisə yaranarsa bu mübahisə iddiaçı ilə müştəri arasında mübahisə olmasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin bununla bağlı dəlilləri Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6389/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğvinə əsas təşkil etmir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

47. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6389/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6389/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar