Məhkəmə qərarları › İş №2-1(103)-1068/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1068/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1068/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9397/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 5 saylı DOST mərkəzinin üzərinə əmək pensiyası üzrə sosial sığorta stajının hərbi xidmət keçdiyi, təhsil aldığı və işlədiyi illərin hamısı birlikdə nəzərə alınaraq iddiaçıya 35 il, 10 aylıq sosial sığorta stajına uyğun yaşa görə əmək pensiyası hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə yazılı ərizə təqdim edərək, iş üzrə cavabdeh “5 saylı Bakı Dost Mərkəzi” publik hüquqi şəxsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh “5 saylı Bakı Dost Mərkəzi” publik hüquqi şəxsi əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. “5 saylı Bakı Dost Mərkəzi” publik hüquqi şəxsinin cavabdeh qismində posessual iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə Gədəbəy rayonunda anadan olmuşdur. İddiaçı əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatdığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 5 saylı DOST mərkəzinə ona əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya 280 manat əmək pensiyası təyin olunmuşdur. Həmin qərardan iddiaçı əmək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 5 saylı DOST mərkəzinə şikayət ünvanlamışdır. 5 saylı DOST Mərkəzi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 10 ay sığorta stajına uyğun olaraq 14073,26 manat pensiya sığorta kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır və əmək pensiyasının məbləği 299,61 manat müəyyən edilmiş və keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyasına əlavə edilərək ödəniləcəkdir. İddiaçıya xx.xx.1976-cı il tarixində əmək kitabçası açılmışdır. İddiaçı xx.xx.1977-ci il tarixində SSRİ ordusu sıralarında hərbi xidmət keçməyə başlamış və 1979-cu ildə hərbi xidmətini başa çatdırmışdır. 1980-ci ildə inşaat mühəndisi ixtisası üzrə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş və 1985-ci ildə həmçinin institutda su təchizatı və kanalizasiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.1985-ci il tarixli qərarı ilə iddiaçıya inşaat mühəndisi ixtisası verilmişdir. İddiaçı xx.xx.2002-ci il tarixində “Xəyal Kompani” şirkətinə məxsus tikintiyə baş iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixində AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2010-cu il tarixində "xxxx" BM-də iş icraçısı vəzifəsinə qəbul edilmiş və xx.xx.2015-ci ildə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixində "xxxx" QSC-də sahə rəisi peşəsinə işə qəbul edilib və xx.xx.2021-ci ildə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd edir ki, hərbi xidmət, təhsil və əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri topladıqda cəmi 35 il 10 aylıq sosial sığorta stajı mövcuddur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əməkhaqqlarının kompensasiyası hesabına təyin edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (həmin Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2024-cü il tarixdən avtomatlaşdırılmış qaydada 299,61 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 28 il 10 ay 6 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 14073,26 manat (2024-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (299,61 manat) dəyişiklik olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq bildirilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilən yazılı etiraza əlavədə qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi НЭ ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, HB 972471 nömrəli diplomun surətinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək təhsil aldığı müddət, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək. xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki iş stajı 28 il 10 ay 6 gün təşkil edir. Məlumat üçün bildirilir ki, İddiaçı 2006-cı il tarixədək 28 il 10 ay 6 gün iş stajına əsasən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (28+(6/30+10/12))x306=8828,10 manat müəyyən edilmişdir. Eyni zamanda, 2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 29070,62 manat təşkil edir: 2006 - 8828,10 2007 8,3 9560,83 2008 16,7 11157,49 2009 20,8 13478,24 2010 1,5 13680,42 2011 5,7 14460,20 2012 7,0 15000,50 2013 1,1 15774,19 2014 2,4 16152,77 2015 1,4 16378,91 2016 4,0 17034,06 2017 12,4 19146,29 2018 5,7 20237,63 2019 3 20844,75 2020 2,6 21386,72 2021 2,8 21985,55 2022 6,7 23458,58 2023 13,9 26719,32 2024 8,8 29070,62 Əlavə olaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindəki məlumata əsasən İddiaçı xx.xx.2006-ci il tarixdən xx.xx.2023- cü il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 14073,26 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixindən 299,61 manat təşkil edir ((29070,62+14073,26)/144 =299,61). Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2-1(112)-9397/2024 nömrəli (hakim G.Sevdimalıyeva) qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsində açıq-aşkar iddiaçının hüququnun pozulduğunu həmin pozuntunun nədən ibarət olması əsaslandırılmışdır. Belə olan halda, məhkəmə iddianın təmin edib-edilməməsi barədə qərar qəbul etməli idi. Məhkəmə isə, işi araşdırmaq və mahiyyəti üzrə qərar vermək, əvəzinə, “ən rahat” yolu seçərək iddianı qeyri-mümkün saymışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9397/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərardadının ləğv edilərək, iddianın mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9397/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan; - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixinədək 28 il 10 ay sığorta stajına uyğun olaraq 14073,26 manat pensiya sığorta kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır. Əmək pensiyasının məbləği 299,61 manat müəyyən edilmiş və keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyaya əlavə edilərək ödəniləcəkdir. - НЭ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. - HB 972471 nömrəli diplomun surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil almışdır. - ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Sığortaolunanın hesabı barədə Çıxarışa əsasən "xxxx" MMC tərəfindən 2006 yanvar - 2006 fevral üzrə; "xxxx" MMC tərəfindən 2010 iyul – 2015 aprel üzrə; "xxxx" QSC tərəfindən 2020 oktyabr – 2021 mart üzrə; "xxxx" MMC tərəfindən 2023 yanvar – 2023 iyun üzrə sığorta ödənişləri həyata keçirilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən yenidən hesablanma tarixinə kimi əmək pensiyasının məbləği 280,00 manat, yenidən hesablanma nəticəsində əmək pensiyasının məbləği 299,62 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən yenidən hesablanma tarixinə kimi əmək pensiyasının məbləği 299,61 manat, yenidən hesablanma nəticəsində əmək pensiyasının məbləği 299,61 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən yenidən hesablanma tarixinə kimi əmək pensiyasının məbləği 299,61 manat, yenidən hesablanma nəticəsində əmək pensiyasının məbləği 299,61 manat təşkil etmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən İddiaçı münasibətdə yaşa görə əmək pensiyasının məbləği (299,61 manat) aşağıdakı formada hesablanmışdır: 1) xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr; xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək təhsil aldığı dövr; xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər nəzərə alınmaqla İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 28 il 10 ay 6 gün təşkil etmişdir. 2) İddiaçı xx.xx.2006-cı tarixədək 28 il 10 ay 06 gün iş stajına əsasən fərdi şəxsi hesabın sığorta hissəsindəki pensiya kapitalı (28+(6/30+10/12))x306=8828,10 manat müəyyən edilmiş və qeydə alınmış pensiya kapitalının xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 29070,62 manat təşkil etmişdir. 3) xx.xx.2006-cı tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi dövrlər nəzərə alınmaqla İddiaçı xx.xx.2006-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 14073,26 manat müəyyən edilmişdir. 4) Nəticədə iddiaçının əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixindən 299,61 manat təşkil etmişdir ((29070,62+14073,26)/144 =299,61) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə yaşa görə əmək pensiyası təyin olunarkən əmək pensiyasının məbləği iddiaçının hərbi xidmətdə olduğu (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövr), əyani təhsil aldığı (xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövr) və işlədiyi (xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr) dövrlər nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır və iddiaçının sosial sığorta stajının mübahisələndirilən dövrü yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qərardadın ləğvi üçün hər hansı əsaslı dəlil göstərməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri: 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri: 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə mübahisə mövcud deyildir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən əmək pensiyası təyin olunarkən iddiaçı tərəfindən tələb olunan bütün dövrlər nəzərə alınmışdır və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9397/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar