Məhkəmə qərarları › İş №2-1(103)-1069/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1069/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1069/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4179/2023 nömrəli 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-4179/2023 nömrəli 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşından, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubunda iddiaçının təqdim etdiyi 19 iyul 1985-ci il tarixli GT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yarandığı qeyd edilmişdir. Belə ki, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar hissəsində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasının 6-7-ci səhifələrində olan 5-6-cı qeydə sonradan düzəliş edilərək stajın artırılması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmışdır. Bununla əlaqədar səbəbdən adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi aparılaraq xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində deyil, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Salyan rayon Mənzil-İstismar hissəsi»ndə 19 oktyabr 2021-cı il tarixli aktı ilə təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən əmək kitabçası və əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilir: Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-ci il tarixli ƏT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar hissəsində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasının 6-7-ci səhifələrində olan 5-6-cı qeydə sonradan düzəliş edilərək stajının artırılması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmışdır. Bununla əlaqədar adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi aparılaraq xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində deyil, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Salyan rayon Mənzil-İstismar hissəsi”ndə 19 oktyabr 2021-ci il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bundan başqa əmək kitabçasının 2-3-cü səhifələrində 2-ci qeyddə sonradan düzəliş edilərək iş stajı artırılmışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 432 nömrəli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixə kimi Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsinin su-kanalizasiya təsərrüfatında təmirçi-çilingər vəzifəsində işləmişdir. İş materiallarında olan SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə kimi N.Nərimanov adına 3 saylı NQÇS-də Neft və Qazçıxarma üzrə operator peşəsində işləmiş (əmr 168/k xx.xx.1990-cı il), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1100000a-15824 bəndinə əsasən güzəştli sayılır. Güzəştli stajı ixtisasa 3 il 2 ay 19 gün; xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə kimi “Bulla-dəniz” NQÇİ-nin 2 saylı NQÇİ-də neft və qazçıxarma üzrə operator peşəsində işləmişdir (əmr 02/k xx.xx.1993-cü il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1100000a-15824 bəndinə əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasa əsasən 12 il 09 ay təşkil edir. Arayışa əsasən güzəştli əmək stajı 15 il 11 ay 19 gündür. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Arayış müəssisədə T-2 şəxsi vərəqəsi və əmək kitabçasına əsasən yazılmışdır. İş materiallarında olan İddiaçı məxsus ZT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.1986-cı il tarixinədək və xx.xx.1986-cı ildən xx.xx.1986-cı il tarixinədək Salyan rayon Mənzil-İstismar təsərrüfatında təmirçi-çilingər vəzifəsində işləmiş, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Sovet ordusunda xidmət etmiş, xx.xx.1989-cu ildən xx.xx.1989-cu il tarixinədək Salyan rayon Mənzil-İstismar təsərrüfatında təmirçi-çilingər vəzifəsində işləmiş, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək N.Nərimanov adına 3 saylı NQÇS-də neft və qazçıxarma üzrə operator vəzifəsində işləmiş, xx.xx.1993-cü ildə “Bulla-dəniz” NQÇİ-də neft və qazçıxarma üzrə 2-ci dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.1993-cü ildə həmin sexdə neft və qazçıxarma üzrə 3-cü dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.1995-ci ildə həmin sexdə neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2003-cü ildə həmin sexdə neft və qazçıxarma üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmiş, xx.xx.2006-cı ildə N.Nərimanov adına NQÇİ-də 5 saylı NQÇS-nə 5-ci dərəcəli neft və qazçıxarma üzrə operator peşəsinə qəbul edilmiş, xx.xx.2013-cü ildə vahid tarif sorğu kitabçasına uyğun olaraq neft və qazçıxarma üzrə operator neft və qaz hasilatı üzrə operator hesab edilmişdir, xx.xx.2014-cü ildən 5 saylı neft və qazçıxarma sexi 5 saylı neft və qazçıxarma sahəsi adlandırılmışdır, xx.xx.2015-ci ildə 3 saylı neft və qazçıxarma sahəsinə 5-ci dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsinə keçirilmiş, xx.xx.2016-cı ildə 2 saylı neft və qazçıxarma sahəsinə 5-ci dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsinə keçirilmişdir. İş materiallarında olan cavabdehin və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli akta əsasən İddiaçı 01 mart 1989-cu il tarixində 19 nömrəli əmrlə sukanalizasiya sistemləri üzrə təmirçi çilingər işinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli 117 nömrəli əmrlə işdən azad edilmişdir. Araşdırma əmr kitabları əsasında aparılmışdır. Aktın qeyd hissəsində əmək kitabçasının 6-7-ci səhifələrində 5-ci qeyddə işə daxil olduğu tarix düzəliş edilərək xx.xx.1989-cu il xx.xx.1989-cu ilə, xx.xx.1989-cu il xx.xx.1989-cu ilə düzəldilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imitna etmişdir. Cavabdehin imtinasında və apellyasiya şikayətinin dəlilərində iddiaçıya güzəştli şərtərlə pensiya təyin olunmasından imtina edilməsinin əsası kimi iddiaçının cavabdehə təqdim etdiyi xx.xx.1985-ci il tarixli ZT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsində təmirçi-çilingər vəzifəsində işlədiyinin qeyd olunmasına, əmək kitabçasının 6-7-ci səhifələrində olan 5-6-cı qeyd sonradan düzəliş edilərək stajın artırılmasının ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmasına, bununla əlaqədar adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsinin aparılaraq xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində deyil, xx.xx.1989-xx.xx.1989cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyinin aşkar edilməsinə, bu faktın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Salyan rayon Mənzil-İstismar Hissəsi”də 19 oktyabr 2021-ci il tarixli akt ilə təsdiq edilməsinə, bundan başqa əmək kitabçasının 2-3-cü səhifələrində 2-ci qeyddə sonradan düzəliş edilərək iş stajı artırılmasına istinad edilmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan sənədlərə (əmək kitabçası, arayış, cavabdehin və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt) əsasən iddiaçının xx.xx.1989xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil- İstismar Hissəsində işlədiyi təsdiq olunur. Həmin sənədlərdə göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin dövr iddiaçının ümumi iş stajına hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı 20 ildən çoxdur (xx.xx.1985xx.xx.1986, xx.xx.1986-xx.xx.1986, xx.xx.1986-xx.xx.1988, xx.xx.1989-xx.xx.1989, xx.xx.1990-xx.xx.1993, xx.xx.1993-xx.xx.2006 – cəmi 20 il 26 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı cavabdeh tərəfindən mübahisələndirilməsə də, bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə kimi N.Nərimanov adına 3 saylı NQÇS-də işlədiyi Neft və Qazçıxarma üzrə operator peşəsi, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə kimi “Bulladəniz” NQÇİ-nin 2 saylı NQÇİ-də işlədiyi neft və qazçıxarma üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X Bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; 2. Neft-qaz və qaz kondensatının hasilatı; a) fəhlələr; kod 1100000a—15824 neft və qaz hasilatı üzrə operatorlar. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 15 il 11 ay 19 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (xx.xx.2020-cu ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4179/2023 nömrəli 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar