Məhkəmə qərarları › İş №2-1(103)-1069/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1069/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1069/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarlarıın və ƏDV uçotunun ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3021/2024 saylı 01 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında su filterlərinin satışı ilə məşğul olan İddiaçı barəsində pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi (VM 50.1.12), Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi (VM 50.1.13), Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan vergi ödəyicilərinin aşkar edilməsi məqsədilə xx.xx.2023 - xx.xx.2023 yoxlama dövrünü əhatə edən operativ vergi nəzarəti həyata keçirilmişdir. “Kazimoff Group" MMC-nin direktoru X9 tərəfindən operativ vergi yoxlaması tərəfindən təqdim olunan izahata əsasən bildirilmişdir ki, "xxxx" MMC-yə məxsus (VÖEN: **********) olan ünvan 4 ünvanında yerləşən “Su filterlərinin satışı” obyektində xx.xx.2023cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı 2 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanaraq hüquqi qüvvəyə minməsinin təmin edildiyi, pul vəsaitinin və mal qalığının mövcud olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini özündə əks etdirən 2 ədəd karton qutuda (27 ədəd göy rəngli jurnal, 11 ədəd qeyd bloknot, 11 ədəd qovluq, 2 ədəd bağlama, 26 ədəd dəftər, 11 ədəd jurnal, 8 ədəd faylda sənədlər, 1 ədə servis müddəti çatmış müştərilər barədə cədvəl) kağız daşıyıcıda sənədlər və obyektdə quraşdırılmış kompüterlərin məlumat bazasından 2,9 GB həcmində elektron məlumatlar bir ədəd elektron yaddaş kartına (flaşkart Spmarklı, qara rəngli, 8GB) köçürülməklə yoxlamaya təqdim edilmişdir. İzahat onun sözlərinə əsasən yazılmış, əlavəsi yoxdur və izahatın doğruluğunu imzası ilə təsdiq edir. Sənəd və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən iki ədəd karton qutuda sənədlər, 1 ədəd “flash card” möhürlü vərəqlə qablaşdırılmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin rəisi, baş ədliyyə müşaviri X2, dövlət vergi müfəttişi, 2-ci dərəcəli hüquqşünas X12 və “Kazimoff Group" MMC-nin (VÖEN: **********) səlahiyyətli nümayəndəsi X9 tərəfindən tərtib edilmiş akta əsasən "xxxx" MMC-nə məxsus təsərrüfat subyektlərində keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı obyektindən götürülmüş 1(bir) fləşkart qara rəngli 2.90 GBtutumlu və 2 qutuda kağız daşıyıcıda sənədlər xx.xx.2023-cü il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin inzibati binasında, 310 saylı otaqda zərfdən çıxarmaqla baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: 2 qutuda - göy üzlüklü jurnal 27 ədəd, bloknot 11 ədəd, qovluq 11 ədəd, bağlama 2 ədəd, dəftər 26 ədəd, jurnal 11 ədəd, faylda sənədlər 8 ədəd, servis müddəti çatmış müştərilər barədə cədvəl 1 ədəd 1 (bir) qara rəngli Fləşkart -ümumi yaddaş həcmi 8GB-2.90B dolu- acer, Desktop, email, flash, LG, maaş, pc 3, pc 4 və Rəsmi adlarında papkaların İddiaçı MMC-nin sənədləri olduğu müəyyən olundu. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə xx.xx.2023-cü il tarixli **********719100 nömrəli bildirişdən görünür ki, 2021-ci ilin yanvar-iyun aylarını əhatə edən keçirilmiş operativ nəzarət tədbirləri zamanı əldə olunmuş məlumatlara əsasən Vergi Məcəlləsinin 155-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200 000 manatdan artıq olduğundan tərəfinizdən 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməlidir. Qeyd olunan müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınacağı barədə xəbərdar olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirilmişdir ki:

1. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin iyul ayı üzrə 91133.05 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

2. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin avqust ayı üzrə 78.533,90 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

3. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin sentyabr ayı üzrə 3.372,88 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

4. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin oktyabr ayı üzrə 4.618,64 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

5. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin noyabr ayı üzrə 2.796,61 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

6. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin dekabr ayı üzrə 6.228,81 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

7. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin fevral ayı üzrə 100.468,64 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

8. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin mart ayı üzrə 4.110,17 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

9. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin aprel ayı üzrə 62.323,73 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

10. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin iyun ayı üzrə 106.168,64 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

11. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin iyul ayı üzrə 78.693,22 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

12. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin avqust ayı üzrə 83.954,24 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

13. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin sentyabr ayı üzrə 53.660,17 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

14. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin oktyabr ayı üzrə 108.089,83 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

15. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin noyabr ayı üzrə 115.211,86 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

16. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin dekabr ayı üzrə 101.654,41 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

17. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2023-cü ilin yanvar ayı üzrə 89.352,54 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

18. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2023-cü ilin fevral ayı üzrə 90.164,41 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır.

19. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2023-cü ilin mart ayı üzrə 85.421,19 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar, müvafiq dövr üzrə vergi bəyannamələrinin, əsaslandırılmış izahatın və zəruri təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməsi iddiaçıya bildirilmişdir. Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinə (**********1) əsasən İddiaçı MMC xx.xx.2021-ci il tarixdən qüvvəyə minməklə xx.xx.2023-cü il tarixdə əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə iddiaçıya 238.008,37 manat məbləğində vergi hesablanılmışdır, 10.376,17 manat ödənilmişdir, 33,88 manat azaldılmışdır, çap tarixinə faiz borcu- 71.154,68 manat təsdiqlənməmişdir. Əhatə etdiyi dövrün son tarixinə saldo -298.869,69 manat, çap tarixinə saldo -298.869,69 manat və cəmi ödənməli borc 298.869,69 manat olmuşdur. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023-cü il tarixli **********547700 nömrəli qərara əsasən 2021-ci ilin iyul ayı üçün 16.403,95 manat ƏDV hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********550500 nömrəli qərara əsasən 2021-ci ilin avqust ayı üçün 14.136,10 manat ƏDV hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********551200 nömrəli qərara əsasən 2021-ci ilin sentyabr ayı üçün 607,12 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********552900 nömrəli qərara əsasən 2021-ci ilin oktyabr ayı üçün 831,36 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********553600 nömrəli qərara əsasən 2021-ci ilin noyabr ayı üçün 503,39 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********554300 nömrəli qərara əsasən 2021-ci ilin dekabr ayı üçün 1.121,19 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********567100 nömrəli qərara əsasən 2022-ci ilin fevral ayı üçün 18.084,36 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********570900 nömrəli qərara əsasən 2022-ci ilin mart ayı üçün 739,83 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********573000 nömrəli qərara əsasən 2022-ci ilin aprel ayı üçün 11.218,27 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********576100 nömrəli qərara əsasən 2022-ci ilin iyun ayı üçün 19.110,36 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********578500 nömrəli qərara əsasən 2022-ci ilin iyul ayı üçün 14.164,78 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********583700 nömrəli qərara əsasən 2022-ci ilin avqust ayı üçün 15.111,76 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********615900 nömrəli qərara əsasən 2022-ci ilin sentyabr ayı üçün 9.658,83 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********622500 nömrəli qərara əsasən 2022-ci ilin oktyabr ayı üçün 19.456,17 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********628700 nömrəli qərara əsasən 2022-ci ilin noyabr ayı üçün 20.738,13 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********631500 nömrəli qərara əsasən 2022-ci ilin dekabr ayı üçün 18.297,79 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********634600 nömrəli qərara əsasən 2023-cü ilin yanvar ayı üçün 16.083,46 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********636000 nömrəli qərara əsasən 2023-cü ilin fevral ayı üçün 16.229,59 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********638400 nömrəli qərara əsasən 2023-cü ilin mart ayı üçün 15.375,81 manat ƏDV hesablanmışdır. Həmin qərarlardan narazı qalan İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 oktyabr 2023-cü il tarixli **********547700, **********550500, **********551200, **********552900, **********553600, **********554300, **********567100, **********570900, **********573000, **********576100, **********578500, **********583700, **********615900, **********622500 **********628700, **********631500, **********634600, **********636000, **********638400 nömrəli Qərarların ləğv edilməsini tələb etmişdir. Sonradan iddia tələbi dəqiqləşdirilmiş və iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 oktyabr 2023-cü il tarixli **********547700, **********550500, **********551200, **********552900, **********553600, **********554300, **********567100, **********570900, **********573000, **********576100, **********578500, **********583700, **********615900, **********622500, **********628700, **********631500, **********634600, **********636000, **********638400 nömrəli qərarların ləğv edilməsini və məcburi qaydada qoyulmuş ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddia tələbi bir daha dəqiqləşdirilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 oktyabr 2023-cü il tarixli **********547700, **********550500, **********551200, **********552900, **********553600, **********554300, **********567100, **********570900, **********573000, **********576100, **********578500, **********583700, **********615900, **********622500, **********628700, **********631500, **********634600, **********636000, **********638400 nömrəli və xx.xx.2024-cü il tarixli **********381000 nömrəli qərarların ləğv edilməsi, məcburi qaydada qoyulmuş ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.

İddiaçının əsaslandırması: İddia tələbi və onun dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN: **********) barəsində qeydiyyatda olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra - Cavabdeh adlandırılacaq) kameral vergi yoxlamaları keçirilmiş və nəticə etibarı ilə analoji qaydada 2021- ci ilin iyul , avqust, sentyabr, oktyabr, noyabr, dekabr (iyul - dekabr 2021 - 6 ay), 2022-ci ilin fevral, mart, aprel, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr (fevral aprel, iyun - dekabr 2022 - 10 ay), 2023-cü ilin yanvar, fevral, mart (yanvar - mart 2023 - 3 ay), ümumilikdə 19 aylar üzrə 6 oktyabr 2023-cü il tarixində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarla cəmi 227 872,25 manat ƏDV hesablanmışdır. - Belə ki, iddiaçıya kameral vergi yoxlaması nəticəsində 6 oktyabr 2023-cü il tarixində ƏDV aşağıdakı dövrlər, məbləğlər və qərarlar üzrə hesablanmışdır: 1. 2021-ci ilin iyul ayı üzrə - 16 403,95 manat - **********547700 nömrəli qərar; 2. 2021-ci ilin avqust ayı üzrə - 14 136,10 manat - **********550500 nömrəli qərar; 3. 2021-ci ilin sentyabr ayı üzrə - 607,12 manat - **********551200 nömrəli qərar; 4. 2021-ci ilin oktyabr ayı üzrı - 831,36 manat - **********552900 nömrəli qərar; 5. 2021-ci ilin noyabr ayı üzrə - 503,39 manat - **********553600 nömrəli qərar; 6. 2021-ci ilin dekabr ayı üzrə - 1 121,19 manat - **********554300 nömrəli qərar; 7. 2022-ci ilin fevral ayı üzrə - 18 084,36 manat - **********567100 nömrəli qərar; 8. 2022-ci ilin mart ayı üzrə - 739,83 manat - **********570900 nömrəli qərar; 9. 2022-ci ilin aprel ayı üzrə - 11 218,27 manat - **********573000 nömrəli qərar; 10. 2022-ci ilin iyun ayı üzrə - 19 110,36 manat - **********576100 nömrəli qərar; 11. 2022-ci ilin iyul ayı üzrə - 14 164,78 manat - **********578500 nömrəli qərar; 12. 2022-ci ilin avqust ayı üzrə - 15 111,76 manat - **********583700 nömrəli qərar; 13. 2022-ci ilin sentyabr ayı üzrə - 9 658,83 manat - **********615900 nömrəli qərar; 14. 2022-ci ilin oktyabr ayı üzrə - 19 456,17 manat - **********622500 nömrəli qərar; 15. 2022-ci ilin noyabr ayı üzrə - 20 738,13 manat - **********628700 nömrəli qərar; 16. 2022-ci ilin dekabr ayı üzrə - 18 297,79 manat - **********631500 nömrəli qərar; 17. 2023-cü ilin yanvar ayı üzrə - 16 083,46 manat - **********634600 nömrəli qərar; 18. 2023-cü ilin fevral ayı üzrə - 16 229,59 manat - **********636000 nömrəli qərar; 19. 2023-cü ilin mart ayı üzrə - 15 375,81 manat - **********638400 nömrəli qərar. - Qərarların məzmununda göstərilmişdir ki, iddiaçı ƏDV bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən ona ƏDV hesablanmışdır. - Cavabdeh vergi orqanın iddiaçıya göndərdiyi 18 sentyabr 2023-cü il tarixli uyğunsuzluq məktubunda qeyd edilmişdir ki, iddiçıda keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin iyul ayı üzrə 91133.05 manat, avqust ayı üzrə 78.533,90 manat, sentyabr ayı üzrə 3.372,88 manat, oktyabr ayı üzrə 4.618,64 manat, noyabr ayı üzrə 2.796,61 manat, dekabr ayı üzrə 6.228,81 manat, 2022-ci ilin fevral ayı üzrə 100.468,64 manat, mart ayı üzrə 4.110,17 manat, aprel ayı üzrə 62.323,73 manat, iyun ayı üzrə 106.168,64 manat, iyul ayı üzrə 78.693,22 manat, avqust ayı üzrə 83.954,24 manat, sentyabr ayı üzrə 53.660,17 manat, oktyabr ayı üzrə 108.089,83 manat, noyabr ayı üzrə 115.211,86 manat, dekabr ayı üzrə 101.654,41 manat, 2023-cü ilin yanvar ayı üzrə 89.352,54 manat, fevral ayı üzrə 90.164,41 manat və mart ayı üzrə 85.421,19 manat dəyərində dövriyyə məbləğlərin olmasına baxmayaraq, ƏDV bəyannamələri vergi orqanına təqdim olunmamışdır. - Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən iddiaçıda keçirilən operativ vergi nəzarət tədbiri nəticəsində əldə edilmiş məlumatlara əsasən kameral vergi yoxlamaları üzrə ƏDV məbləğləri hesablanmışdır. Başqa sözlə desək, kameral vergi yoxlaması nəticəsində hesablama operativ vergi nəzarət tədbiri zamanı güya vergi orqanın müəyyən etdiyi əlavə satış dövriyyəsindən formalaşmışdır. Eyni zamanda, qeyd edirik ki, iddiaçı operativ vergi nəzarət tədbirindən əvvəl əsas fəaliyyəti su filtlarının satışı və servisindən ibarət olmuş, özü sadələşdirilmiş vergi mükəlləfiyyətli olsa da, daha sonra cavabdeh vergi orqanı vergilərin hesablanmamsından əvvəl iddiaçını “qara mühasibatlıq” sənədləri əsasında güya əlavə satış dövriyyəsinin müəyyən etdiyini iddia edərək geri tarixlə, 1 iyul 2021-ci il tarixindən məcburi qaydada ƏDV qeydiyyatına qoymuş və yuxarıda qeyd olunan 19 ay üzrə ƏDV bəyannaməsinin verilməsini tələb etmişdir. İddiaçı isə ƏDV ödəyicisi olduğunu qəbul etmədiyi üçün həmin ƏDV bəyannamələrini təqdim etməmiş, əksinə olaraq ƏDV qeydiyyatının ləğv edilməsi barədə cavabdeh vergi orqanına müraciət etmişdir. Lakin həmin müraciətə cavab məktubu bu günədək iddiaçıya təqdim edilməmişdir. Hesab edir ki, operativ vergi nəzarət tədbiri zamanı əldə edilmiş mənbəyi bəlli olmayan və mötəbər hesab edilməyən, ümumiyyətlə iddiaçıya aidiyyəti olmayan məlumatlara əsasən əlavə hesablanmış vergi məbləği aşağıda qeyd olunanlara əsasən vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından və əsassız olduğundan ləğv edilməlidir. Beləliklə, kameral vergi yoxlamalarından görünür ki, hesablanmış vergi məbləği operativ vergi nəzarət zamanı əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir. Operativ vergi nəzarət tədbiri keçirilsə də, həmin tədbirinin keçirilməsi barədə qərarın surəti iddiaçıya təqdim edilməmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 11 oktyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, operativ vergi nəzarət zamanı vergi orqanı pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan vergi ödəyicilərinin aşkar edilməsi halların müəyyən edilməsinə nəzarət edilməsi məqsədi ilə aparılmışdır. Operativ vergi nəzarət tədbiri zamanı da vergi orqanı yalnız yoxladığı məsələnin predmetinə aid olan sənədləri, məlumatları və əşyaları götürə bilər, digər sənədlərin götürülməsi isə qadağandır. Vergi orqanı isə operativ vergi nəzarət tədbiri zamanı əsas məqsədi yuxarıda qeyd edilən 4 məsələnin araşdırılması olmuşdur ki, həmin məsələlər də araşdırılmış və onlara görə müvafiq tədbirlər görülmüşdür. Belə olan təqdirdə, isə vergi orqanı yoxlanılmalı olmayan məsələ üzrə əsassız və qanunsuz olaraq güya “qara mühasibatlıq” hesab etdiyi məlumatları iddiaçıdan götürərək özünə uyğun tərzdə və hesablanması məlum olmayan qaydada əlavə vergilər hesablamışdır. Hesab edirik ki, vergi orqanı qanunla nəzərdə tutulmuş hüquqlarını aşmış, yoxlanılmalı məsələlərinə aid olmayan məlumatları (iddiaçının fəaliyyətinə aid olmayan məlumatları) götürərək əsassız olaraq əlavə vergilər hesablamışdır.

Cavabdehin etirazı: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin iyul ayı üzrə 91133.05 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin avqust ayı üzrə 78.533,90 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin sentyabr ayı üzrə 3.372,88 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin oktyabr ayı üzrə 4.618,64 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin noyabr ayı üzrə 2.796,61 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin dekabr ayı üzrə 6.228,81 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin fevral ayı üzrə 100.468,64 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin mart ayı üzrə 4.110,17 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin aprel ayı üzrə 62.323,73 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin iyun ayı üzrə 106.168,64 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin iyul ayı üzrə 78.693,22 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin avqust ayı üzrə 83.954,24 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin sentyabr ayı üzrə 53.660,17 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin oktyabr ayı üzrə 108.089,83 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin noyabr ayı üzrə 115.211,86 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin dekabr ayı üzrə 101.654,41 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2023-cü ilin yanvar ayı üzrə 89.352,54 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2023-cü ilin fevral ayı üzrə 90.164,41 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2023-cü ilin mart ayı üzrə 85.421,19 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********819700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə göstərilən dövrlər üzrə əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********547700, **********550500, **********551200, **********552900, **********553600, **********554300, **********567100, **********570900, **********573000, **********576100, **********578500, **********583700, **********615900, **********622500, **********628700, **********631500, **********634600, **********636000, **********638400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ƏDV ödəyicisi olduğunu qəbul etmədiyi üçün ƏDV bəyannamələri təqdim etməmiş, əksinə ƏDV qeydiyyatının ləğv edilməsi ilə bağlı vergi orqanına müraciət etmişdir. Bununla bağlı qeyd edir ki, keçirilmiş operativ nəzarət tədbirləri zamanı əldə olunmuş məlumatlara əsasən 2021-ci ilin yanvar-iyun ayları ərzində Vergi Məcəlləsinin 155-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200 000 manatdan artıq olduğundan xx.xx.2021-ci il tarixindən ƏDV məqsədləri üçün qeydiyyatı həyata keçirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 000,0 manatdan artıq olduqda ƏDV məqsədləri üçün qeydiyyatı növbəti ayın birinci günündə qüvvəyə minir. Eyni zamanda bildirilmişdir ki, kameral vergi yoxlamalarından görünür ki, hesablanmış vergi məbləği operativ vergi nəzarət zamanı əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir. Operativ vergi nəzarət tədbiri keçirilsə də, həmin tədbirin keçirilməsi barədə qərarın surəti iddiaçıya təqdim edilməmişdir. Bununla bağlı qeyd edir ki, operativ vergi nəzarəti tədbiri cəmiyyətinin direktoru X4 iştirakı ilə həyata keçirilmiş, tərtib edilmiş aktlar imzalanaraq təsdiq edilmiş və nüsxələri qəbul olunmuşdur. Bunlarla yanaşı iddia ərizəsində qeyd edilir ki, operativ vergi nəzarət tədbiri zamanı da vergi orqanı yalnız yoxladığı məsələnin predmetinə aid olan sənədləri, məlumatları və əşyaları götürə bilər, digər sənədlərin götürülməsi isə qadağandır. Vergi orqanı isə operativ vergi nəzarət tədbiri zamanı əsas məqsədi yuxarıda qeyd edilən 4 məsələnin araşdırılması olmuşdur ki, həmin məsələlər də araşdırılmış və onlara görə müvafiq tədbirlər görülmüşdür. Bununla bağlı qeyd edir ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6162 nömrəli qərarda bildirilmişdir ki, “Nəzarət kitabçası”, malların VM ilə müəyyən edilən EQF və ya elektron VHF əsasında alınmasını təsdiq edən sənədlər, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompüter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyalarda vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular bilavasitə əşyalarla bağlı olduğuna görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi zərurəti yaranmışdır. Eyni zamanda ödəyicinin mövcud elektron bazasında olan sənədlərin adlarından və cədvəllərdə qeyd edilən məlumatlardan göründüyü kimi vergi ödəyicisi tərəfindən rəsmiləşdirilməyən sənədlərdə qeyd edilən məlumatların operativ vergi nəzarəti tədbirinin predmetinə aidiyyəti müəyyən edilir. İddia ərizəsində bunlarla yanaşı qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarlarda isə vergi orqanı qeyd etmişdir ki, iddiaçı ƏDV bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən ona ƏDV hesablanmışdır. Bununla əlaqədar Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC- nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1 (102)-604/2017 nömrəli qərarındakı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edir. Qərarda qeyd olunur: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır.” Qeyd edilənlərlə yanaşı iddia ərizəsində göstərilmişdir ki, vergi orqanı operativ vergi nəzarətini iddiaçının təsərrüfat kimi qeydiyyatda olmayan və başqa vergi ödəyicisinin icarəsində olan obyektdə keçirmişdir. Bununla bağlı bildiririk ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6160 nömrəli qərarda nəzarət tədbirinin əhatə etdiyi məsələlərdən biri də təsərrüfat subyekti(obyekti) vergi orqanlarında uçotda olmayan və (və ya) təsərrüfat subyektinin(obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə vergi ödəyicilərinin aşkar edilməsi halı olmuşdur. Digər tərəfdən OVN tədbiri keçirilən ünvan OVN tədbiri keçirilən tarixdə hər hansı başqa ödəyici tərəfindən vergi orqanında uçota alınmamışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən sözügedən ünvanda OVN tədbirinin keçirilməsi tam əsaslı və qanunidir. Eyni zamanda qeyd edirik ki, sözügedən təsərrüfat obyekti OVN tədbiri keçirildiyi tarixdən sonra "xxxx" MMC tərəfindən vergi orqanında uçota alınmışdır. Vergi orqanının uçot-baza məlumatlarına nəzərə saldıqda "xxxx" MMC ilə "xxxx" MMC-nin eyni şəxslərə aidiyyəti müəyyən edilir və bu hal bir daha sübut edir ki, "xxxx" MMC ƏDV məqsədləri üçün vergi orqanında qeydiyyatdan yayınmaq məqsədilə bu cür sxem tətbiq etmişdir. Məcburi qaydada qoyulmuş ƏDV qeydiyyatının ləğv edilməsi ilə bağlı qeyd edirik ki, 2021-ci ilin yanvar-iyun aylarını əhatə edən keçirilmiş operativ nəzarət tədbirləri zamanı əldə olunmuş məlumatlara əsasən Vergi Məcəlləsinin 155-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200 000 manatdan artıq olduğundan vergi ödəyicisi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. “xx.xx.2024-cü il tarixli **********381000 nömrəli qərarın ləğv edilməsi tələbinə dair qeyd edirik ki, vergi ödəyicisinin 2023-cü il üzrə iqtisadi göstəricilərinin (ƏDV dövriyyəsinin, əmək haqqı,sosial sığorta, icarə xərclərinin, təqdim və əldə edilmiş elektron qaimə fakturalarının olması) olmasına baxmayaraq mənfəət vergisi bəyannaməsinin göstəricisiz təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********317900 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən 2023-cü il üzrə ƏDV dövriyyəsi gəlir kimi, 2023-cü il üzrə uçot baza məlumatlarına əsasən xərcləri götürülməklə kameral vergi yoxlaması ilə 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 38178.91 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********381000 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Belə ki, mənfəət vergisi ƏDV dövriyyəsinin, əmək haqqı,sosial sığorta, icarə xərclərinin, təqdim və əldə edilmiş elektron qaimə fakturaların əsasında hesablanmışdır (Excel cədvəl əlavə edilir). Qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3021/2024 saylı 01 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı MMC (VÖEN: **********) barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 oktyabr 2023-cü il tarixli **********547700, **********550500, **********551200, **********552900, **********553600, **********554300, **********567100, **********570900, **********573000, **********576100, **********578500, **********583700, **********615900, **********622500, **********628700, **********631500, **********634600, **********636000, **********638400 nömrəli və xx.xx.2024-cü il tarixli **********381000 nömrəli qərarların və xx.xx.2021-ci il tarixdən qüvvəyə minən məcburi ƏDV qeydiyyatının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır.

Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qərarlar qəbul edildikdən sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı barəsində 2021-ci, 2022-ci və 2023-cü illərin müvafiq ayları üzrə ƏDV hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. Belə ki, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023-cü il tarixli **********547700 nömrəli qərara əsasən 2021-ci ilin iyul ayı üçün 16.403,95 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********550500 nömrəli qərara əsasən 2021-ci ilin avqust ayı üçün 14.136,10 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********551200 nömrəli qərara əsasən 2021-ci ilin sentyabr ayı üçün 607,12 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********552900 nömrəli qərara əsasən 2021-ci ilin oktyabr ayı üçün 831,36 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023-cü il tarixli **********553600 nömrəli qərara əsasən 2021-ci ilin noyabr ayı üçün 503,39 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********554300 nömrəli qərara əsasən 2021-ci ilin dekabr ayı üçün 1.121,19 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********567100 nömrəli qərara əsasən 2022-ci ilin fevral ayı üçün 18.084,36 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********570900 nömrəli qərara əsasən 2022-ci ilin mart ayı üçün 739,83 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023-cü il tarixli **********573000 nömrəli qərara əsasən 2022-ci ilin aprel ayı üçün 11.218,27 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********576100 nömrəli qərara əsasən 2022-ci ilin iyun ayı üçün 19.110,36 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********578500 nömrəli qərara əsasən 2022-ci ilin iyul ayı üçün 14.164,78 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********583700 nömrəli qərara əsasən 2022-ci ilin avqust ayı üçün 15.111,76 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********615900 nömrəli qərara əsasən 2022-ci ilin sentyabr ayı üçün 9.658,83 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********622500 nömrəli qərara əsasən 2022-ci ilin oktyabr ayı üçün 19.456,17 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********628700 nömrəli qərara əsasən 2022-ci ilin noyabr ayı üçün 20.738,13 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********631500 nömrəli qərara əsasən 2022-ci ilin dekabr ayı üçün 18.297,79 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********634600 nömrəli qərara əsasən 2023-cü ilin yanvar ayı üçün 16.083,46 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********636000 nömrəli qərara əsasən 2023-cü ilin fevral ayı üçün 16.229,59 manat ƏDV; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023- cü il tarixli **********638400 nömrəli qərara əsasən 2023-cü ilin mart ayı üçün 15.375,81 manat ƏDV hesablanmışdır. Daha sonra işin birinci instansiya məhkəməsində icraatı zamanı iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********381000 qərar qəbul olunmuş və həmin qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin mənfəət vergisi üzrə iddiaçıya 38.178,91 manat əlavə vergi hesablanmışdır. Hazırda iddiaçı həmin qərarları mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktların qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin vergi orqanın iddiaçıya göndərdiyi 18 sentyabr 2023-cü il tarixli uyğunsuzluq məktubunda qeyd edilmişdir ki, iddiçıda keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin iyul ayı üzrə 91133.05 manat, avqust ayı üzrə 78.533,90 manat, sentyabr ayı üzrə 3.372,88 manat, oktyabr ayı üzrə 4.618,64 manat, noyabr ayı üzrə 2.796,61 manat, dekabr ayı üzrə 6.228,81 manat, 2022-ci ilin fevral ayı üzrə 100.468,64 manat, mart ayı üzrə 4.110,17 manat, aprel ayı üzrə 62.323,73 manat, iyun ayı üzrə 106.168,64 manat, iyul ayı üzrə 78.693,22 manat, avqust ayı üzrə 83.954,24 manat, sentyabr ayı üzrə 53.660,17 manat, oktyabr ayı üzrə 108.089,83 manat, noyabr ayı üzrə 115.211,86 manat, dekabr ayı üzrə 101.654,41 manat, 2023-cü ilin yanvar ayı üzrə 89.352,54 manat, fevral ayı üzrə 90.164,41 manat və mart ayı üzrə 85.421,19 manat dəyərində dövriyyə məbləğlərin olmasına baxmayaraq, ƏDV bəyannamələri vergi orqanına təqdim olunmamışdır. Həmin əlavə dəyər vergisi vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən hesablanmışdır. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-сi il tarixli, Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın: 2.1.14. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir; 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Məhkəmə kollegiyası qeyd edir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusi olaraq qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir. Bu mənada, cavabdeh “qara mühasibatlıq” sənədlərindən yalnız həmin sənədlərin aşağıdakı aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər. İlk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “qara mühasibatlıq” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir. Odur ki, Vergi orqanı tərəfindən bu tələblərə cavab verməyən “qara mühasibatlıq” sənədlərindən istifadə olunmaqla vergilərin hesablanması yolverilməzdir. Cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxsə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real satış həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs.:alqısatqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Həmçinin, yuxarıda qeyd edilənlərə əsasən, operativ vergi nəzarətinin məqsədlərinə uyğun olmadığından cavabdeh tərəfindən ekspert və mütəxəssis dəvət edilməmişdir. Belə olan halda, iddiaçının dövriyyəsinin necə hesablanması (kifayət qədər böyük məbləğdən söhbət gedir - ƏDV üzrə 227.272,25 manat, mənfəət vergisi üzrə 38.178,91 manat) ilə bağlı sual ortaya çıxır. İş materiallarında isə iddiaçının real dövriyyəsinin hesablanması qaydasına (konkret sübutlara istinad etməklə) dair hər hansı məlumat yoxdur. Həmçinin, “qara mühasibatlıq” sənədləri əsasında cavabdeh tərəfindən hesablama aparılarkən iddiaçının özünün bəyan etdiyi məbləğlərin nəzərə alınması, başqa sözlə, eyni əməliyyatın iki dəfə nəzərə alınıb - alınmaması məsələsinə də aydınlıq gətirilməmiş, hesablamanın riyazi əsası konkret mötəbər sübutlara istinadla göstərməmişdir. İddiaçıya aid olunduğu güman edilən yaddaş kartında müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır ki, qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını və bu əməliyyatın onun tərəf müqabili tərəfindən həqiqətən qəbul edilməsini (məs.: alqı-satqı, təhvil təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Beləliklə, cavabdeh inzibati orqan yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatları həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərarlar qəbul etmişdir. Vergi orqanı operativ vergi nəzarəti nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarmaq imkanı olduğu halda, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmamış, əldə olunan məlumatlar digər yoxlama tədbiri - kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məlumatların Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlamasının məqsədləri baxımından vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirmədiyindən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi nəzərdən keçirilə bilməz. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə hər hansı qərar qəbul edilmədən həmin məlumatların vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilməklə digər yoxlamanın keçirilməsi üçün istifadəsi nəticəsində inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında kameral yoxlama nəticəsində qəbul etdiyi qərarını əsaslandırdığı və məsuliyyətə cəlbetmənin qanunauyğunluğu təsdiq olunmur. Belə ki, operativ vergi nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul edilmədən həmin tədbir nəticəsində əldə edilmiş məlumatlar vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumat hesab edilə bilməz. Bu mənada cavabdeh tərəfindən aparılmış kameral yoxlamanın nəticəsində vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi qanuni deyil. Oxşar işlər üzrə Ali Məhkəməsinin İnzibati Kollegiyasının (2-1[102]-561/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1[102]-840/2024 saylı xx.xx.2024-cü il tarixli qərarları) mövqeyi də belə olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, operativ vergi nəzarətinin əvvəlki dövr üzrə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutan Vergi Məcəlləsinin yeni məzmunda 50.4-1-ci maddəsi 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, lakin iddiaçı barəsində operativ yoxlama tədbiri isə xx.xx.2023 - xx.xx.2023 yoxlama dövrünü əhatə etmiş, buna baxmayaraq, vergi orqanı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli kameral qərarlar nəticəsində əvvəlki dövrlər üzrə (2021, 2022 və 2023-cü illər) yoxlama aparılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” X1 Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi hesablanmasının zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin kameral yoxlama nəticəsində əlavə vergilərin hesablanmasını zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində əlavə vergi hesablanmasının əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçıya bildirildiyi, iddiaçı həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, kameral vergi yoxlamasının aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin inzibati aktları qəbul edən cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3021/2024 saylı 01 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3021/2024 saylı 01 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X13 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar