Məhkəmə qərarları › İş №2-1(103)-107/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-107/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-107/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı Ukraynanın “Ukrayna Milli Aviasiya Universiteti”nin “Beynəlxalq hüquq” ixtisası üzrə əyani şöbəsini bitirməyinə dair 16 iyun 2014-cü il tarixdə verilmiş Dİ seryalı 044672 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-499/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Təhsildə X2rşı Ukraynanın “Ukrayna Milli Aviasiya Universiteti”nin “Beynəlxalq hüquq ixtisası üzrə əyani şöbəsini bitirməyinə dair 16 iyun 2014-cü il tarixdə verilmiş Dİ seryalı 044672 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildə Ukrayna Respublikasında yerləşən “Ukrayna Milli Aviasiya Universitetnin “Beynəlxalq hüquq” fakültəsinin əyani şöbəsinə daxil olmuş, universiteti müvəffəqiyətlə bitirdikdən sonra ona xx.xx.2014-cü ildə Dİ seriyalı 044672 saylı diplom verilmişdir. O, xx.xx.2014-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, “Ukrayna Milli Aviasiya Universiteti” tərəfindən xx.xx.2014-ci il tarixdə verilmiş Dİ ceriyalı 044672 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınmasını və ekvivalentin müəyyən edilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 il 3 aydan sonra, yəni xx.xx.2017-ci il tarixli 278/ANJ-B-20060 saylı məktubu ilə iddiaçının xahişini təmin etməyərək bildirmişdir ki, onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsi qənaətbəxş deyildir. Bundan sonra, 2020-ci ilin əvvəllərində yenidən Təhsil Nazirliyinə getsə də, ona bu barədə eyni məzmunlu müraciətinə 2017-ci ildə cavab verildiyini və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişdilər. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz omaqla, onun təhsil və əmək hüquqlarını məhdudlaşdırır. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-499/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı Ukraynanın “Ukrayna Milli Aviasiya Universiteti”nin “Beynəlxalq hüquq ixtisası üzrə əyani şöbəsini bitirməyinə dair 16 iyun 2014-cü il tarixdə verilmiş Dİ seryalı 044672 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Hazırki iş üzrə İddiaçı sənədləri ərizəsinə əlavə edilməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il tarixli, 3-29-61/2-414/2023 saylı məktuba əsasən İddiaçı Ukrayna Milli Aviasiya Akademiyası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, Dİ № 044672 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edildiyi, tanınma haqqında elektron şəhadətnamənin ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim edildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə akademik tanınma cavabdehin qərarına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin müvafiq məktubunu araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edildiyindən mübahisə aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukraynanın “Ukrayna Milli Aviasiya Universiteti”nin “Beynəlxalq hüquq ixtisası üzrə əyani şöbəsini bitirməyinə dair 16 iyun 2014-cü il tarixdə verilmiş Dİ seryalı 044672 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar