Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1070/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Abbasov Mirzəli Əbdül oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi X9 iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yenilənmiş məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-2911/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-2911/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməməsi qərara alınmışdır (hakim P.Hüseynov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini 1 (bir) ildən artıq icra etməsini nəzərə alaraq pensiya məbləğinin bütün əlavələrin nəzərə alınmaqla yenidən hesablanaraq müvafiq məlumat vərəqəsinin yenidən tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə xidmət edərək kursant taqım komandiri-tərbiyəçi vəzifəsindən Hərbi Liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə qədər yüksəlmiş, Qüsursuz xidmətə görə 3-cü, 2-ci və 1-ci dərəcəli medallara layiq görülmüşdür. Müdafiə Nazirinin 31.12.2014-cü il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndi (yaşa görə) ilə 12.02.2015-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılaraq həmin vəzifədən ehtiyata buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyasını almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Həmin Qanunun 9.5.1-ci maddəsinin tələblərinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət keçmiş hərbi qulluqçular hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Onun Silahlı Qüvvələrdə xidmətdə olduğu müddətdə Cəmşid Naxçıvanski adına Hərbi Lisey rəisinin müvafiq əmri ilə 20.02.2012-ci ildən 30.03.2013-cü ilə qədər (həmin vaxt yaşa görə əmək pensiyasını almaq hüququna malik olmuş, belə ki, 1993-cü ildən həqiqi hərbi xidmətə başlamış və 2014-cü ildə aşağı vəzifəyə keçirilmişdir) və 25.10.2013-cü ildən 18.02.2014-cü ilə qədər Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra etmişdir. Həmçinin xidməti dövründə xəstəliyi ilə əlaqədar Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarlarına əsasən 2007-ci ildə “sıradan kənar hərbi xidmətə yararlı” və sonuncu dəfə 27.11.2014-cü il tarixdə “Silahlı Qüvvələrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra etməsini nəzərə alaraq pensiyasının yenidən hesablanması və pensiyasına müvafiq əlavələrin edilməsi məqsədilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə və Azərbaycan Respubikasının Müdafiə Nazirinə məktubla müraciət etmişdir. Hər iki məktubuna məzmun etibarı ilə eyni, lakin mahiyyəti üzrə müraciətinə qətiyyən toxunmayan cavablar verilmişdir. Belə ki, o, Hərbi Lisey rəisinin əmri ilə Şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra etdiyi üçün həmin müraciətinə qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslandırılmış cavablar verilməmişdir. Beləliklə, 20.02.2012-ci il tarixdən 30.03.2013-cü il tarixinədək və 25.10.2013-cü il tarixdən 18.02.2014-cü il tarixinədək Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra etməsi, daha sonra xidmət mənafeyi naminə, həm də xəstəliyi ilə əlaqədar aşağı vəzifəyə keçirildiyi və aşağı vəzifəyə keçirildiyi an “yaşa görə” pensiya almaq hüququnu əldə etdiyi nəzərə alınarsa, ona təyin edilmiş pensiya sonuncu tutduğu vəzifədən, yəni Hərbi Liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsindən deyil, məhz ondan əvvəlki, yəni Hərbi Lisey Şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsindən hesablanmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, məhkəmə cavabdehin gətirdiyi dəlilləri nəzərə alaraq işə qeyri-obyektiv baxmış, iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquqi qiymət verməmiş, hüquqi faktları nəzərə almayaraq işə birtərəfli qaydada baxıb əsassız qərar qəbul etmişdir. Xidmətdə olduğum zaman xidmət mənafeyi naminə edilən yerdəyişmələrim və həmin vaxt malik olduğum statusa görə qanunvericiliyin maddələri pozulmuş və məhkəmə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan ədalətsiz qərar qəbul etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi Həsənov MunirTofiq oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 19.12.2019-cu il tarixli 12/3872 saylı məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığınız ərizənizə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsində baxılmışdır. Bildiririk ki, Siz Azərbaycan Respublikası Müdafiə nazirinin 0909 nömrəli 31 dekabr 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq lisey rəisinin 31 nömrəli 09 fevral 2015-ci il tarixli əmrinə müvafiq olaraq şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmısınız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Əlavə olaraq bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə müvafiq olaraq hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Bundan başqa, 01 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin 2-ci hissəsinə və hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə gəldikdə isə bildiririk ki, həmin maddələrin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Siz isə Azərbaycan Respublikası Müdafiə nazirinin 03 nömrəli 24 fevral 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçıpsixoloq vəzifəsindən həmin Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvipsixoloji təminat üzrə müavini vəzifəsinə təyin olunmuşunuz. Yəni, Sizin iddia etdiyiniz kimi aşağı maaşlı vəzifəyə deyil, məhz yuxarı maaşlı vəzifəyə təyin edilmisiniz. Yuxarıda göstərilənlərə əsasən adınıza tərtib olunmuş 02560 nömrəli “Məlumat vərəqi"ndə Sizin hərbi xidmətdən buraxıldığınız günə tutduğunuz sonuncu vəzifə üzrə, yəni Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsi üzrə, aldığınız təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə təqdim edilmişdir. Bu barədə Sizə tərəfimizdən daha öncə 19 yanvar 2018-ci il tarixli 12/132 nömrəli məktubla məlumat verilmişdir. İş materiallarında olan Cəmşid Naxçıxanski adına Hərbi Lisey rəisinin 16.07.2004-cü il tarixli 163 saylı əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinəmüvafiq olaraq və Azərbaycan Respublikası Müdafiə Nazirinin 31.05.2004-cü il tarixli 081 saylı əmrinə əsasən təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və MN-nin müavininin 018 saylı 10.07.2004-cü tarixli əmri ilə C.Naxçıvanski adına Hərbi Litseyin şəxsi heyətlə iş üzrə bölmənin psixoloqu kapitan İddiaçı C.Naxçıvanski adına Hərbi Litseyin şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçıpsixoloqu vəzifəsinə təyin edilməsi və vəzifəsinin icrasına başlamış hesab edilməsi əmr edilmişdir. İş materiallarında olan Cəmşid Naxçıxanski adına Hərbi Lisey rəisinin 24.02.2014-cü il tarixli 42 saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 yanvar 2014-cü il tarixli 03 nömrəli əmrinə əsasən keçirilmiş təşkilati-ştat tədbirləri ilə əlaqədar və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, mayor İddiaçı Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçısı-psixoloq vəzifəsindənazadedilmişvəŞəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi- psixoloji təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cəmşid Naxçıxanski adına Hərbi Lisey rəisinin 09.02.2015-ci il tarixli 31 saylı əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı, Şəxsi Heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini - Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 dekabr 2014-cü il tarixli 0909 saylı əmri ilə “ Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin ‘b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə əsasən hərbi qeyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə, Hərbi Liseyin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi rəisinin sərəncamına göndərilmişdir. İş materiallarında olan C.Naxçıvanski adına Hərbi Lisey rəisinin 22.02.2012-ci il tarixli 43 nömrəli əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı, Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçı-psixoloqu - 22.02.2012-ci il tarixdən Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini qəbul etmiş və icrasına başlamış hesab edilməsi əmr edilmişdir. İş materiallarında olan C.Naxçıvanski adına Hərbi Lisey rəisinin 30.03.2013-cü il tarixli 46/T nömrəli əmrinin surətindən görünür ki, Müdafiə Nazirinin 11.03.2013-cü il tarixli əmrinə əsasən C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsinə təyin olunmuş polkovnik-leytenant X3 Hərbi Liseyə gəldiyi üçün Şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra edən baş təlimatçı-psixoloq mayor İddiaçı iş və vəzifəsini qəbul etməsi və təhvil-qəbulu ilə əlaqədar komissiya təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan C.Naxçıvanski adına Hərbi Lisey rəisinin 29.10.2013-cü il tarixli 241 nömrəli əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı, 29.10.2013-cü il tarixdə Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini qəbul etmiş və icrasına başlamış hesab edilməsi əmr edilmişdir. İş materiallarında olan C.Naxçıvanski adına Hərbi Lisey rəisinin 18.02.2014-cü il tarixli 40/T nömrəli əmrinin surətindən görünür ki, Müdafiə Nazirinin 11.02.2014-cü il tarixli əmrinə əsasən Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə müavini – şöbə rəisi vəzifəsinə təyin olunmuş X7 vəzifə və işlərini mayor İddiaçı təhvil alması və təhvil-qəbulu ilə əlaqədar komissiya təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan Azərbaycan Respublikası DSMF-nin Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 16.03.2015-ci il tarixli qərarından görünür ki, İddiaçı oğluna 10.02.2015-ci ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsindən görünür ki, İddiaçı doğulduğu tarix xx.xx.1966-cı il, hərbi xüsusi rütbəsi polkovnik-leytenant, tutduğu vəzifə C.Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsidir, təqvim xidmət illəri 23 il, 03 ay, 17 gün, güzəştli xidmət illəri 05 il, 11 ay, 27 gün, cəmi iş stajı və xidmət illəri 29 il, 03 ay, 14 gün, tərxis olunduğu tarix 09.02.2015-ci il, tərxis olunduğu maddə 156B – yaşa görə. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının başqa vəzifəyə keçirilməsi səhhəti və ya yaşı ilə əlaqədar olmamışdır, habelə daha az maaşlı vəzifəyə keçirilmə olmamışdır. Belə ki, iddiaçı Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini müvəqqəti icra etmiş, o, Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçısı-psixoloq vəzifəsində olmuş və həmin vəzifədən azad edilərək C.Naxçıvanski adına Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Müdafiə nazirinin müavininin 10.07.2004-cü tarixli əmri ilə C.Naxçıvanski adına Hərbi Litseyin şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçı-psixoloqu vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 12 fevral 2014-cü il tarixli əmri ilə iddiaçı C.Naxçıvanski adına Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçısıpsixoloq vəzifəsindən azad edilmiş və C.Naxçıvanski adına Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra İddiaçı, Şəxsi Heyətlə iş üzrə şöbə rəisinin mənəvipsixoloji təminat üzrə müavini - Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 dekabr 2014-cü il tarixli 0909 saylı əmri ilə “ Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin w‘b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə əsasən hərbi qeyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə, Hərbi Liseyin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi rəisinin sərəncamına göndərilmişdir. İddiaçıya 10.02.2015ci ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Üçüncü şəxsə təqdim edilmiş məlumat vərəqəsində iddiaçının tutduğu vəzifə C.Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsi qeyd olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı 22.02.2012-ci il tarixdən 30.03.2013-cü il tarixədək və 29.10.2013-cü il tarixdən 18.02.2014-cü il tarixədək C.Naxçıvanski adına Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-2911/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Elmira Nağıyeva Mirzəli Abbasov
Məhkəmə qərarları › İş №2-1(103)-1070/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1070/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver