Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1070/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X4 ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün vəzifəsinə görə aldığı əmək haqqının ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9493/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - Komitənin Şəhərsalma Nəzarəti Şöbəsinin müdir müavini vəzifəsindən azad olunmasına dair xx.xx.2023-cü il tarixli ərizə işəgötürən tərəfindən psixi zor işlədilərək, hədə-qorxu gəlinərək onun iradəsinin əleyhinə yazıldığından həmin ərizənin etibarsız hesab edilməsi; -vəzifədən azad olunaraq dövlət qulluğuna xitam verilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/3- 1-104/2023 saylı əmrinin ləğv edilməsi; əvvəlki işinə - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarəti Şöbəsinin müdir müavini vəzifəsinə bərpa olunması; - xx.xx.2023-cü il tarixdən işə bərpa olunanandək olan müddət ərzində şöbə müdiri müavini vəzifəsinə görə aldığı əmək haqqının ona ödənilməsi; həmçinin xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək olan 41 ay müddətində şöbə müdiri vəzifə maaşının yarısı qədər əmək haqqı ödənilməsi - öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Ali təhsillidir. 40 ilə yaxın dövlət orqanlarında, müxtəlif qurumlarda ayrı-ayrı vəzifələrdə çalışmışdır. Əmək fəaliyyətinin son 16 ili isə dövlət qulluğu ilə bağlıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2014-cü il tarixli əmrinə əsasən həmin komitədə ərazilərin mühəndis təminatı şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunmuş, xx.xx.2017-ci il tarixdə 49-k saylı əmrlə qulluqda yüksəliş yolu ilə Dövlət şəhərsalma nəzarəti şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdır. Komitədə aparılan struktur dəyşiklliləri ilə bağlı olaraq xx.xx.2019-cu il tarixli 40-k saylı əmrlə Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsinə keçirilmiş, həmin müddətdə şöbəyə müdir təyin olunmadığından xx.xx.2019-cu il tarixdən işdən azad olunan günədək müdir vəzifəsi əmrlə ona həvalə olunmuş, müvafiq sənədləri imzalamışdır. Fəaliyyət göstərdiyi müddətdə xidmətləri nəzərə alınaraq ,xx.xx.2020-ci il tarixli 52-k saylı əmrləona “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. Fəaliyyəti dövründə heç bir nöqsana, qanun pozuntusu halına yol verməmiş, vəzifəsini vicdanla və qüsursuz olaraq yerinə yetirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə oluna bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da, boş vəzifəyə yeni işçi götürülür. Lakin, Komitə tərəfindən bunlar edilməmiş, həmin Məcəllənin 61-ci maddəsinin 4-cü hissəsinin də, tələbləri pozulmuşdur. Belə ki, qanunda göstərilir ki, əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla, həmçinin belə boş vəzifəyə təyin oluna bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutuımuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilir. Faktiki olaraq isə ona 6 ay müddətində müdirin vəzifə maaşının yarısı qədər əmək haqqı ödənilmiş, digər aylar üzrə heç bir ödəniş edilməmişdir. xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək olan 41 ay müddətində müdirin vəzifə maaşının yarısı qədər əmək haqqı ona ödənilməlidir. Fəaliyyət göstərdiyi müddətdə xx.xx.2023-cü il tarixdə axşam saat 17-18 radələrində Komitəninn sədri Anar Quliyev onu yanına dəvət edərək Gəncə şəhər İcra Hakimiyyətindən xx.xx.2023-cü il tarixdə 5-1/2-03/454/2023 saylı məktubla daxil olmuş vətəndaş X5 məxsus, Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən, Gəncə şəhər İcra Hakimiyyətinin Mermarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən xx.xx.2018-ci il tarixli 24 sayla tikintisinə icazə verilmiş obyektin reyestrinin aparılmasında qanun pozuntusu hallarına yol verdiyini, burada korrupsiya halları olduğundan ya materialların Korrupsiya İdarəsinə göndərilməsini ya da öz arzusu ilə ərizə yazaraq işdən azad olunmasını tələb etmişdir. O, heç bir korrupsiya halına yol vermədiyini, sənədlərin poçt vasitəsilə daxil olduğunu, bundan əvvəllərdə də, bu xarakterli sənədlər daxil olduğunu, bu xarakterli müraciətləri aparat rəhbəri R.İsmayılovun təşəbbüsü ilə Hüquq Şöbəsi ilə aparılan birgə məsləhətləşmələr əsasında və qanuna uyğun həll edilərək obyektlərin reyestrlərinin aparıldığını izah etsə də, sədr Anar Quliyev ona hədə-qorxu gəlmiş, bundan sonra işləməsinin mümkün olmamasını bildirmiş, sənədləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərərsə onun üçün çox pis olacağını, oradan heç kimin qurtara bilməyəcəyini bildirmiş, psixi zor işlədib, hədə-qorxu gələrək ondan əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə verməsinə nail olmuşdur. Təkidlə heç bir qanunsuzluğa yol vermədiyini, ona düşünmək üçün möhlət verməsini bildirdikdə xx.xx.2023-cü il tarixdə onun məcburi qaydada ərizə alınmış onun üçün aydın olmayan, lakin onda haqlı şübhələr doğuran səbəblərdən xx.xx.2023-cü il tarixdə işdən azad olunmasına dair“X8” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə istinad olunmaqla öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi barədə əmr imzalanmışdır. “X8” Qanunun 34-cü maddəsində göstərilir ki, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində göstərilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə qorxu gələrək, yaxud hər hansı üsulla işçinin iradəsininəleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. X13 tərəfindən mənə psixi təzyiq olunmuş, Korrupsiya İdarəsi ilə hədə qorxu gəlinmiş, iradə ifadəsinin əleyhinə ərizə yazmağa məcbur edilmişdir. Onun artıq 61 yaşı var, pensiyaya çıxmasına 4 il qalmışdır, normal işi var, işinin öhdəsindən də layiqincə gəlir. Ona təzyiq olmasaydı göstərdiklərinin qarşısında o, nə üçün ərizə yazaraq işdən azad olunmasını bildirməli idi. Təbii ki, burada ona edilən psixi təsirlərin, fikirləşməyə, düşünməyə vaxt verilməməsinin də, təsiri olmuş, həmin vaxt rəhbər işçinin söylədiyi fikirlərin, hədələrin təsirindən fikirləşməyə imkan verilmədiyindən ərizə yazmağa məcbur edilmiş və ərizə yazmalı olmuşdur. Onun işdən azad olunması heç bir qanuna, məntiqə sığmır, hesab edir ki, yolverilməzdir.” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixində işdən azad olunmasına dair ərizə yazmışdır. İddiaçı ərizəsində xx.xx.2023-cü il tarixindən öz arzusu ilə dövlət qulluğuna xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-35/3-1-104/2023 saylı əmrlə İddiaçı ilə bağlanılmış xx.xx.2016-cı il tarixli 95 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən öz xahişi ilə xitam verilmişdir (“X8” Azərbaycan Respublikası Qanununun 33.1.1, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “a”, 69-cu maddəsinin 3-cü hissəsinəistinad olunur) İddiaçı tərəfindən yazılmış işdən azad olunmağa dair xx.xx.2023-cü il tarixli ərizədə məhz qeyd olunur ki, xx.xx.2023-cü il tarixindən etibarən iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilsin. Nəzərə çatdırmaq istəyirlər ki, iddia ərizəsində iddiaçının könüllü olaraq işdən azad olunması ilə bağlı ərizə yazmasının səbəbi kimi işində aşkarlanmış nöqsanların Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılması ilə bağlı guya təhdid olunması və bu təhdiddən narahat olaraq könüllü olaraq öz iradəsi ziddinə işdən çıxmaq barədə ərizə yazmışdır. Həmçinin, iddia ərizəsində qeyd edilir ki, əmək vəzifələrini hər zaman vicdanla yerinə yetirmiş və nöqsanlara yol verməmişdir. Belə olan halda, sual yaranır ki, əgər iddiaçı işində hər hansı nöqsanlara yol vermədiyinə əmin idisə, nəyə görə işində aşkarlanmış nöqsanların araşdırılmasından narahat olaraq iradəsi əleyhinə ərizə yazmağa guya məcbur olmuşdur. Qeyd olunanlardan görünür ki, iddiaçının dedikləri bir-biri ilə ziddiyət təşkil edir və iddiaçı öz iddia ərizəsində qeyd etdiklərini elə özü təkzib etmiş olur. İddiaçının fikirlərinin heç biri hər- hansı mötəbər sübuta əsaslanmır və həmin fikirlərə dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, hesab edirlər ki, iddiaçı tərəfindən irəli sürülən hallar əsassızdır və heç biri sübuta yetirilmir. İddiaçının iddia tələblərindən biri də, xx.xx.2023-cü il tarixindən işə bərpa olunanadək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Şəhərsalma nəzarəti şöbəsinin müdiri vəzifəsini icra etməyə görə almalı olduğu şöbə müdirinin vəzifə maaşının yarısı qədər əmək haqqının ona ödənilməsidir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Şəhərsalma nəzarəti şöbəsində iki şöbə müdirinin müavini ştat vahidi mövcuddur. Həmin ştat vahidi üzrə vəzifə təlimatına əsasən şöbə müdirinin müavini şöbə müdiri olmadığı halda, onun vəzifəsinin icra edilməsi tapşırıldığı halda, həmin vəzifəni icra etməlidir. İddiaçının iddia etdiyi kimi onun tərəfindən başqa işçinin əmək funksiyası icra edilməmiş, məhz öz vəzifə təlimatında göstərilən əmək funksiyalarından biri icra edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9493/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “ …Məhkəmənin qərarı qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır. İş materiallarında mövcud olan, məhkəmədə araşdırılmış və mübahisə doğurmayan bütün hallar, məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlər və digər sübutlar, iddiaçının işdən azad olunma barədə verdiyi ərizənin hədə-qorxu və psixoloji zor nəticəsində yazdığını sübut edir. Belə ki, 40 ilə yaxındır dövlət orqanlarında, müxtəlif qurumlarda ayrı-ayrı vəzifələrdə çalışmış,əmək fəaliyyətinin son 16 ili isə dövlət qulluğu ilə bağlıdır. Belə ki, əvvəllərdə rayon icra hakimiyyəti orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Komitənin xx.xx.2014cü il tarixli əmrinə əsasən həmin komitədə ərazilərin mühəndis təminatı şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə xidmətləri, iş bacarığı nəzərə alınaraq, xx.xx.2017-ci il tarixdə 49-k saylı əmrlə qulluqda yüksəliş yolu ilə Dövlət şəhərsalma nəzarəti şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Komitədə aparılan struktur dəyşiklliləri ilə bağlı olaraq xx.xx.2019-cu il tarixli 40-k saylı əmrlə Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsinə keçirilmişdir. Həmin müddətdə şöbəyə müdir təyin olunmadığından xx.xx.2019-cu il tarixdən işdən azad olunan günədək müdir vəzifəsi əmrlə ona həvalə olunduğundan həmin vəzifəni icra etmiş, müvafiq sənədləri imzalamışdır. Fəaliyyət göstərdiyi müddətdə xidmətləri nəzərə alınaraq, xx.xx.2020-ci il tarixli 52-k saylı əmrlə ona “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. Fəaliyyəti dövründə heç bir nöqsana, qanun pozuntusu halına yol verməmiş, vəzifəsini vicdanla və qüsursuz olaraq yerinə yetirmişdir. Vəzifəsini qüsursuz icra etməsinin nəticəsidir ki, xx.xx.2019-cu ildən şöbə müdiri vəzifəsi əmrlə ona həvalə olunmuş, həmin vəzifəni də, vicdanla yerinə yetirmişdir. Karyerasının yüksəlişi vəziyyətində, pensiyaya çıxmağa cəmi 4 il qalan bir vaxtda şəxsin guya öz xahişi ilə işdən çıxmaq istəməsi barədə ərizə yazması isə tam absurddur və bunun yeganə səbəbi hədəqorxu və psixoloji zorun nəticəsidir. Bu halı sübut edən kifayət qədər xüsusatlar isə məhkəmədə araşdırılaraq aşkar edilsə də, məhkəmə həmin məqamları nəzərə almayıb. Belə ki, məhkəmədə bildirib ki, Komitə sdəri Anar Quliyev tərəfindən ona psixi təzyiq olunmuş, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə hədə qorxu gəlinmiş, iradə ifadəsinin əleyhinə ərizə yazmağa məcbur edilmişdir. Ona təzyiq olmasaydı göstərdiklərinin qarşısında o, nə üçün ərizə yazaraq işdən azad olunmasını bildirməli idi. Təbii ki, burada ona edilən psixi təsirlərin, fikirləşməyə, düşünməyə vaxt verilməməsinin də təsiri olmuş, həmin vaxt rəhbər işçinin söylədiyi fikirlərin, hədələrin təsirindən fikirləşməyə imkan verilmədiyindən ərizə yazmağa məcbur edilmiş və ərizə yazmalı olmuşdur. Doğrudan da, o, könüllü olaraq işdən çıxmaq istəyirdisə onda bir təqvim ayı qabaqcadan işə götürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilərdi. X12 göstəriş və təkidi ilə ona ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi gündə yazdırıblar ki, xəbərdarlıq müddətini gözləmədən onu işdən azad etsinlər. O, yaşa, əlilliyə görə əmək pensiyasına çıxmamış, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olmamış, yeni yaşayış yerinə köçməmiş, başqa işə götürənlə əmək müqaviləsi bağlamamış və qanunvericilikdə nəzərdə tutulan digər hallar olmamışdır ki, ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərsin. xx.xx.2023-cü il tarixdə onun məcburi qaydada ərizə alınmış və dərhal – növbəti iş günündə xx.xx.2023-cü il tarixdə işdən azad olunmasına dair əmr imzalanmışdır. Komitə sədrinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndəriləcəyi hədə-qorxusu ilə psixoloji zor kimi istifadə etdiyi sənədə gəlincə, M.Həsənov məhkəmədə də bildiridiyi kimi və Gəncə şəhər İcra Hakimiyyətindən daxil olmuş sənədlərdən aydın olduğu kimi Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli 67b saylı sərəncamla X5 Nizami prospektində ticarət obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər İcra Hakimiyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə obyektin tikintisinə icazə verilmişdir. "xxxx" MMC tərəfindən Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal qərbində X5 məxsus inşa ediləcək qeyri-yaşayış binasının eskiz layihəsi hazırlanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən qeyri yaşayış binasının tikintisinə "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə əsasında xx.xx.2018-ci il tarixdə 25152 saylı rəy verilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə Ö/003256 saylı istismara hazırlıq aktı tərtib edilərək obyektin tikinti quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin müvafiq qaydada həyata keçirilməsi və yerinə yetirildiyi təsdiq olunmuşdur. Göstərilənlərdən başqa, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının birinci müavininin imzası ilə müvafiq sənədlər Azərbaycan Respubliikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 104-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 saylı Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq göndərilmiş, torpaq sahəsinin ayrılmasına dair sərəncam və obyektin tikintisinə icazə sənədi Gəncə şəhər İcra Hakimiyyətinin möhürü ilə təsdiqlənmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 104.1-104.3 və 35-ci maddələrinin tələblərindən göründüyü kimi reyestrdə qeydiyyatdan keçirmə başqa heç bir hüquqi nəticələr vermir, sadəcə olaraq reyestrin məlumatları informativ və statistik xarakter daşıyır. Göstərilənlərdən başqa sənədləri hazırlayır rəhbərliyə məruzə edir, sənədlər qanunidirsə rəhbərliyin göstərişi ilə məlumatlar reyestrə yerləşdirilir. Göstərilən iş üzrə də o, sənədləri hazırlasa da (qanuni olduğuna görə) məlumatlar reyestrə yerləşdirilməmişdir…» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və nümayəndəsi iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apellysiya şikayəti ilə razılaşmamış, Komitənin iddia ərzəsinə etirazında göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdehin işə əlavə olunmuş “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 3-35/3-1-10412023 nömrəli mübahisələndirilən əmrindən görünür ki, iddiaçı: - “İddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən “X8” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən öz arzusu ilə dövlət qulluğuna xitam verilməsini xahiş etmiş, və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/3-1-104/2023 nömrəli əmrinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsində çalışan İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış xx.xx.2016-cı il tarixli 95 nömrəli əmək müqaviləsinə 0.03.2023-cü il tarixindən xitam verilmiş və İnsan resursları şöbəsinə (E.Z.Səfərov) və Maliyyə və satınalmalar şöbəsinə (E.Ə.Əzizov) bu əmrdən irəli gələn məsələləri həll etməsi, İddiaçı ilə son haqqhesabın aparılmasının təmin edilməsi göstərişi verilmişdir.” “X8” Azərbaycan Respublikası Qanununun 33.1-ci və 33.1.1-ci maddələrinin tələbindən də görünür ki, dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Cavabdeh Komitənin işə əlavə olunmuş iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-35/2-H50/2-1-335/2023 nömrəli məktubuna əsasən müəyyən olunur ki, onun əvvəlki vəzifəsnə bərpa edilməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, onun xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən öz arzusu ilə xx.xx.2023-cü il tarixindən dövlət qulluğuna xitam verilmiş, belə hallarda dövlət qulluqçularının əvvəlki vəzifəsinə bərpa edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Şəhərsalma Nəzarəti Şöbəsinin müdir müavini vəzifəsində çalışmış iddiaçının isə qeyd olunan iddia tələbindən göründüyü kimi, müdir müavini vəzifəsindən azad olunması barədə onun ərizəsi etibarsız hesab edilməklə, öz arzısu ilə dövlət qulluğuna xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 3-35/3-1-104/2023 saylı əmrin ləğv edilməsini və həmin əmrin doğurduğu hüquqi nəticələrin aradan qaldırılmasını və ödənilməmiş vəsaitin verilməsini tələb etmişdir. İddia ərizəsinən və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı əmrin verilməsinə əsas olmuş ərizəsini, işəgötürən tərəfindən ona psixi zor tətbiq olunması, hədə-qorxu gəlinməsi nəticəsində, iradəsinin əleyhinə yazdığını bildirərək hesab edir ki, ərizəsi əsasında verilmiş həmin əmr qanunsuzdur. İstinad etdiyi həmin halları onunla əsaslanırır ki, xx.xx.2023-cü il tarixdə axşam saat 17-18 radələrində Komitəninn sədri Anar Quliyev onu yanına dəvət edərək Gəncə şəhər İcra Hakimiyyətindən xx.xx.2023-cü il tarixdə 5-1/2-03/454/2023 saylı məktubla daxil olmuş vətəndaş X5 məxsus, Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən, Gəncə şəhər İcra Hakimiyyətinin Mermarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən xx.xx.2018-ci il tarixli 24 sayla tikintisinə icazə verilmiş obyektin reyestrinin aparılmasında qanun pozuntusu hallarına yol verdiyini, burada korrupsiya halları olduğundan ya materialların Korrupsiya İdarəsinə göndərilməsini ya da öz arzusu ilə ərizə yazaraq işdən azad olunmasını tələb etmiş, o, heç bir korrupsiya halına yol vermədiyini, sənədlərin poçt vasitəsilə daxil olduğunu, bu xarakterli müraciətləri aparat rəhbəri R.İsmayılovun təşəbbüsü ilə Hüquq Şöbəsi ilə aparılan birgə məsləhətləşmələr əsasında və qanuna uyğun həll edilərək obyektlərin reyestrlərinin aparıldığını izah etsə də, sədr Anar Quliyev ona hədə-qorxu gəlmiş, bundan sonra işləməsinin mümkün olmayacağını bildirmiş, sənədləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərərsə, onun üçün çox pis olacağını və oradan heç kimin qurtara bilməyəcəyini bildirməklə, onun əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə verməsinə nail olmuşdur. Cavabdehin iddia ərizəinə etirazından isə göründüyü kimi, iddiaçının dediklərinin birbiri ilə ziddiyət təşkil etdiyi, fikirlərinin heç biri mötəbər sübuta əsaslandırılmadığı və hərhansı sübut məhkəməyə təqdim edilmədiyi bildirilərək hesab edir ki, iddia əsasızdır. İddiaçının qeyd olunan dəlilləri ilə əlaqədar birincisi, məhkəmə kollegiyası qeyd edir ki, istinad etdiyi həmin halları sübut etmək vəzifəsi, məhz, iddiaçının öz üzərinə düşür. Onun tərəfindən isə istinad etdiyi hallar konkret sübutlarla əsaslandırılmamışdır. Komitə rəhbərliyi tərəfindən o cümlədən, Gəncə şəhər İcra Hakimiyyətinin Mermarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən xx.xx.2018-ci il tarixli 24 sayla tikintisinə icazə verilmiş obyektin reyestrinin aparılmasında onun qanun pozuntusu və korrupsiya hallarına yol verdiyini bildirilməklə təhdid etməsinə gəldikdə, əgər o, bu sözlərdən çəkinərək, müvafiq araşdırmadan ehtiyatlanaraq öz arzusu ilə işdənçıxma ərizəsi yazmışdırsa, əslində, faktiki olaraq belə hallara yol verdiyini dolayısı ilə etiraf etmiş olur. Ən azından, “X8” Qanunun 18.0.5-ci maddəsinə əsasən vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək və 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək, dövlət qulluqçusunun vəzifələridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Eyni zamanda, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun: 11.1-ci maddəsinə əsasən dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməli; 13.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. İkinci bir tərəfdən, iddiaçnın sübut qismində təqdim etdiyi - onun oğlu ilə keçmiş nişanlısı olmuş Komitə əməkdaşı arasında yaşanmış “Whatsapp” yazışması ilə əlaqədar qeyd olunmalıdır ki, qanunazidd əldə olunmuş sübutların, iş üçün əhəmiyyəti olan məlumatları əks etdirən sübutlar kimi qiymətləndirilməsi istisna olunur. Belə ki, İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...hazırki iş üzrə sübut qismində qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır...” Konkrt halda isə istinad olunan “Whatsapp” yazışmasının qanunauyğun əldə olunduğu müəyyən edilmir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə istinadən, onun işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edildiyini mübahisələndirərən dəlillərini əsassızdır. Onun, xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək olan 41 ay müddətində şöbə müdiri vəzifə maaşının yarısı qədər əmək haqqı ödənilməsi tələbinə gəldikdə isə iş materiallarına əsasən aşağıdakılar müəyyən olunur: - 49-K nömrəli 07 may 2019-cu il tarixli “Əmək funksiyasının icrasının həvalə edilməsi haqqında” əmrinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2019- cu il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; İddiaçı boş vəzifə üzrə aylıq vəzifə maaşının 50 (əlli) faizi məbləğində əmək haqqına əlavə təyin edilmiş; - 83-K nömrəli 07 avqust 2019-cu il tarixli əmrə əsasən əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2019-cu il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; - 24-K nömrəli 07 fevral 2020-ci il tarixli əmrə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; - 50-K nömrəli 06 may 2020-ci il tarixli əmrinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; - 76-K nömrəli 05 avqust 2020-ci il tarixli əmrin 2-ci bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; - 109-K nömrəli 03 noyabr 2020-ci il tarixli əmrinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; - 08-K nömrəli 08 fevral 2021-ci il tarixli əmrinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əməkfunksiyasının icrası xx.xx.2021-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; - 36/1-k nömrəli 07 may 2021-ci il tarixli əmrinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2021-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; - 71-K nömrəli 13 avqust 2021-ci il tarixli əmrinin əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2021-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; - 104-K nömrəli 17 noyabr 2021-ci il tarixli əmrinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2021-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; - MİHO/2.1-3.1-2022-116 nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2022-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; - MİHO/2.1-3.1-2022-272 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin 6-cı bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2022-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmiş; - MİHO/2.1-3.1-2022-469 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin 6-cı bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2022-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. Qeyd olunmalıdır ki, sözügedən əmrlərin iddiaçıya aid hissələrində qəbul edilməsinə əsas kimi onun razılıq ərizələri göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 61-ci maddəsinin 2-ci bəndinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. 61-ci maddəsinin 3-cü bəndinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçıya ilk dəfə Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası həvalə edilərkən ona boş vəzifə üzrə aylıq vəzifə maaşının 50 (əlli) faizi məbləğində əmək haqqına əlavə təyin edilmişdir. 3 aydan çox müddət bitdikdə onun əmək haqqına əlavənin ödənilməsi qanunvericilikdə nəzərdə tutulduğu müəyyən olunmur. Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” bəndi isə nəzərədə tutur ki, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 197-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, konkret halda, iş materiallarına əsasən iddiaçının, 07 avqust 2019-cu il tarixdən sonra əmək funksiyalarının həvalə edilməsi ilə bağlı ona əlavə haqq ödənilmədiyini bildiyi halda, qanunda Məcəllədə nəzərədə tutulmuş müddət ərzində (hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində) hüquqlarının müdafiəsi ilə bağlı zamanında ilk öncə cavabdehə müraciət etdiyi, həmin müraciəti təmin edilmədiyi halda isə məhkəməyə müraciət etdiyi müəyyən olunmur. Başqa sözlə, onun həmin hissədə də iddia tələbinin əsassız olduğu sübuta yetirilir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinin mənasından isə görünür ki, inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Beləliklə də, cavabdehin mübahisələndirilən əmrinin ləğv edilməsi və onun doğurduğu nəticələrin aradan qaldırılması və ödənilməmiş vəsaitin verilməsi barədə iddia tələbinin təmin olunması üçün əsasların mövcudluğu sübuta yetirilmir. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin hallarına və maddi hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənldəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını, qanunsuz və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9493/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9493/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1070/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1070/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver