Məhkəmə qərarları › İş №2-1(103)-1071/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1071/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1071/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Günel Firudin qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4779/2020 saylı N7 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 sentyabr 202N-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.N972-ci ildə anadan olmuşdur. HZ seriyalı ******* saylı 0N.N2.N990-cı il tarixli hərbi biletdən gürünür ki, o, hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-NN9 saylı 05.0N.20N8-ci il tarixli arxiv arayışına əsasən Ucar rayon Hərbi Komissarlığndan çağırılmış N972-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin NN2 saylı NN.09.N992-ci il tarixli əmrilə (əsas: səh.-N5N, sıra-40) hərbi hissəyə daxil edilmişdir. Uzun müddət müalicədə olduğuna görə sıravi İddiaçı Müdafiə nazirinin 278 saylı 05.09.N994-cü il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N6N saylı NN dekabr N994-cü il tarixli əmrilə (əsas: §NN, səh.-NN, sıra-N77) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi bileti X5 Məntəqəsinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri Mərkəzi Hərbi Poliklinikanın 229 nömrəli Hərbi Hissəsinin 4NN8 saylı 0N noyabr N99N-cü il tarixli arayışına əsasən N nömrəli hərbi hissənin sıravi əsgəri N972-ci il təvəllüdlü İddiaçı 0N noyabr N99N-cü il tarixdə hərbi komissiyası tərəfindən şəhadətləndirilmiş, Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət alaraq sol budun kor odlu güllə yaralanması nəticəsində sol budun a/N sağalmayan irinli yarası (5ₓ4), xəstəliklə əlaqədar N noyabrdan N7 dekabr N99N-cü ilədək 45 günlük olmaqla məzuniyyətə ehtiyacı olması, məzuniyyət bitəndən sonra Mərkəzi Hərbi Poliklinikaya gəlmək lazım olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri Mərkəzi Hərbi Poliklinikanın 229 nömrəli Hərbi Hissəsinin 47NN saylı N7 dekabr N99N-cü il tarixli arayışına əsasən İddiaçı xəstəliklə əlaqədar N7 dekabrdan N5 yanvar N994-cü ilədək olmaqla N0 günlük məzuniyyətə ehtiyacı vardır və məzuniyyət bitəndən sonra Mərkəzi Hərbi Poliklinikaya gəlmək lazımdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri Mərkəzi Hərbi Poliklinikanın 229 nömrəli Hərbi Hissəsinin N58 saylı N9 yanvar N994-cü il tarixli arayışına əsasən İddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 9/2-N0N4N saylı N9 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhərindən gəlmiş, Ucar RHK-dan çağırılmış, N972ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin NN.09.N992-ci il tarixli NN2 nömrəli əmrilə (əsas: səh N5N, sıra 40) hərbi hissəyə qəbul edilmişdir. Uzun müddət müalicədə olduğu üçün sıravi İddiaçı Müdafiə nazirinin 05.09.N994-cü il tarixli, 278 №-li əmrinə əsasən N №-li hərbi hissə komandirinin NN.N2.N994-cü il tarixli N6N №-li əmrilə (əsas: § NN, səh NN, sıra N77) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi bileti X5 məntəqəsinə göndərilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış N/H-2N6N saylı NN.02 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, o, Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının N58 saylı N9.0N.N994-cü il tarixli arayışına əsasən müalicədən sonra N saylı hərbi hissəyə qayıtmadığından, yəni hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Əsasnaməyə əsasən ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan onun ərizəsini təmin etməməklə hüquqlarını əhəmiyyətli dərəcədə pozmuş, o, veteran vəsiqəsi əldə edə, qanunveriliklə müəyyən edilmiş sosial hüquq və güzəştlərdən istifadə edə bilmir. Müdafiə Nazirliyinin müvafiq komissiyası onun hərbi döyüşlərdə iştirakını və əmrlə tərxis olunmasını təsdiq edən sübutları yetərli saymır və müharibə veteranı adının verilməsi üçün əsasların yetərli olmadığını bildirir, qəbul edilmiş imtina qərarından məhkəməyə müraciət etməsi tövsiyyə edilir. Halbuki, o, həmin hərbi hissədə xidmətdə olmuş, döyüşmüş, xəstəliyi ilə əlaqədar olaraq tərxis olunmuşdur. Cavabdeh təşkilat heç bir əsas olmadan onun hərbi hissəni özbaşına tərk etdiyini iddia etsə də, bu halı təsdiq edə bilmir. Əgər o, hərbi hissəni özbaşına tərk etsəydi barəsində cinayət işi başlanmış olar və hərbi biletinə də, komissarlıq və ya hərbi hissə tərəfindən bu barədə qeyd yazılmış olardı, mərkəzi arxivin arayışında məlumat aşkar olunardı. Bununla bağlı, onunla çiyin-çiyinə döyüşən, həmin vaxt yanında olan bir çox şəxslər var ki, onların şahid qismində məhkəmə iclasında iştirakını təmin edə bilər. O, hərbi hissəni özbaşına tərk etməmiş, uzun müddət müalicə olunduğuna görə hərbi hissə komandiri tərəfindən əmrlə tərxis olunaraq evə buraxılmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4779/2020 saylı N7 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisə iddiaçı ilə cavabdeh orqan arasında olan xidməti hüquq münasibətləri ilə bağlı yaranmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 4NN saylı 2N.0N.N996-cı il Fərmanına əsasən tərxis olunmamış, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2N6 saylı 22.09.N995-ci il tarixli Qərarına əsasən 422 nömrəli 28.09.20N8-ci il tarixli Qərara edilmiş dəyişikliyə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim edildiyi halda mötəbərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2-N(N02)- NN6N/20N7 saylı 20 iyun 20N7-ci il tarixli qərarında göstərilmişdir ki, hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumata yeganə sübut olmaqla həmin əmr iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. Apellyasiya şikayətinə yazılı etirazının dəlilləri: "Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə dair qaydaların ona şamil edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin «Qeyd» hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxslərə müharibə veteranı adının verilməsi qaydası müəyyən olunmuş və bir neçə halla şərtləşdirilmişdir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin «Qeyd» hissəsinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə dair qaydalar Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Qanunun mənasından göründüyü kimi, «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə dair qaydalar Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə istisnasız verilir. Döyüş əməliyyatlarında xəsarət alsa da hal-hazırda ona əlillik dərəcəsi təyin edilmədiyindən əlil olması barədə hər hansı sənəd iş materillarında mövcud deyildir. Amma, əllilik dərəcəsinin təyin edilməsi üçün aidiyyəti qurumlara rəsmi qaydada müraciət etmişdir. Eyni zamanda qanunvericilik Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsini istisna etmişdir. Cavabdeh qurumun imtinasında onun hərbi hissəni özbaşına tərk etməsi göstərilsə də, bu barədə hər hansı bir cinayət işinin başlanması və ya barəsində amnistiya aktının tətbiq olunması barədə heç bir məlumat qeyd olunmamışdır. Qanunun konkret göstərişinə əsasən "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsini istisna edən normanın əhatə dairəsinə düşən hal müəyyən edilmədiyindən cavabdeh inzibati orqan tərəfindən ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsindən imtina edilməsi qanunsuz və əsassız olmuşdur. Həmçinin sözügedən mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın qərarlarından da görünür ki, Ali məhkəmədə artıq sözügedən oxşar mübahisələr üzrə vahid məhkəmə təcrübəsi formalaşmışdır və onun iddiası da həmin qərarlardakı mövqəyə söykənir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi XN apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından hərbi hissəni özbaşına tərk etməsi əsası ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh orqanın iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməməsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 25.04.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin NN-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 20N8-ci il tarixə olan dəyişikliyə əsasən) N-ci bəndinin tələbinə görə “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli N96 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd N.N). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.N.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Hazırki işdə iddiaçı hərbi hissədə xidmətdə olduğuna, döyüşdüyünə və xəstəliyi ilə əlaqədar olaraq tərxis olunmasına baxmayaraq cavabdeh inzibati orqanın bunları nəzərə almadan onun tələbinin təmin olunmasından əsassız və qanunsuz olaraq imtina etməsinə əsaslanır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-NN9 saylı 05.0N.20N8-ci il tarixli arxiv arayışında iddiaçının N nömrəli hərbi hissə komandirinin NN2 saylı NN.09.N992-ci il tarixli əmrilə hərbi hissəyə daxil edildiyi, uzun müddət müalicədə olduğuna görə Müdafiə nazirinin 278 saylı 05.09.N994-cü il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N6N saylı NN dekabr N994-cü il tarixli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarıldığı, hərbi biletinin isə X5 Məntəqəsinə göndərildiyi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri Mərkəzi Hərbi Poliklinikanın verdiyi arayışlara əsasən iddiaçı 0N noyabr N99N-cü il tarixdə hərbi komissiya tərəfindən şəhadətləndirilsə də, Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət alaraq sol budun kor odlu güllə yaralanması nəticəsində sol budun a/N sağalmayan irinli yarası xəstəliklə əlaqədar N noyabrdan N7 dekabr N99N-cü ilədək 45 günlük olmaqla məzuniyyətə ehtiyacı olmuş, məzuniyyət bitəndən sonra ona Mərkəzi Hərbi Poliklinikaya gəlməsinin lazım olduğu bildirilmişdir. Bundan sonra iddiaçıya xəstəliklə əlaqədar N7 dekabrdan N5 yanvar N994-cü ilədək olmaqla N0 günlük məzuniyyət verilmiş, N58 saylı N9 yanvar N994-cü il tarixli arayışa əsasən isə hərbi xidmətə yararlı hesab edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətə yararlı hesab olunduqdan sonra hərbi hissəyə qayıtmalı olduğu halda, sonuncunun hərbi hissəyə qayıtmadığına, hərbi hissəni özbaşına tərk etdiyinə və buna görə də onun hərbi xidmətdən qanunla tərxis olunmasının baş vermədiyinə istinad edir. İnzibati Prosessual Məcəllənin N2.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu məqsədlə hazırki işin apellyasiya baxışı zamanı İddiaçı Müdafiə Nazirinin 278 saylı 05.09.N994-cü il tarixli əmrinə əsasən N №-li hərbi hissə komandirinin N6N saylı NN.N2.N994-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi biletinin X5 məntəqəsinə göndərilməsi ilə onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasının (tərxis olunmasının) baş verib-verməməsinin, bunun qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilib-keçirilməməsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafiq sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 22.09.202N-ci il tarixli məktubda bildirilmişdir ki, Müdafiə Nazirinin 05.09.N994-cü il tarixli 278 nömrəli əmrin və əmrlə qüvvəyə minmiş ”Döyüş əməliyyatları zonasında yerləşən hərbi hissələrin şəxsi heyətin uçotunun aparılması və təşkil edilməsi haqqında Təlimat”ın tələblərinə əsasən sıradan həlak olması, yaralanması, döyüş məğlubiyyəti, xəstəliyi və digər səbəblərə görə sıradan çıxmış şəxsi heyətin uçotu göstərilən qaydada aparılır: təqdim olunmuş müvafiq siyahılara əsasən, habelə birləşmənin tibb məntəqəsinin məlumatlarına əsasən döyüş əməliyyatları zamanı həlak olmuş, əsir götürülmüş, xəsarətlərdən vəfat etmiş, xəstələnməsi səbəbindən təxliyyə edilmiş, yaralanmış hərbi qulluqçuların, fəhlə və qulluqçuların hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmasına dair nizami hissə üzrə əmr verilir. N saylı hərbi hissə komandirinin NN.N2.N994-cü il tarixli N6N nömərli əmrinin surətindən görünür ki, İddiaçı hərbi bileti məhz Müdafiə Nazirinin 278 nömrəli əmri ilə qüvvəyə minmiş Təlimatda göstərilən əsaslarla X5 Məntəqəsinə göndərilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, İddiaçı şəxsi heyətin siyahısından çıxarılması uzun müddət müalicədə olması səbəbindən baş vermişdir ki, bu da onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması kimi qəbul edilə bilməz. Odur ki, hazırki işdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri- şəxsin qanuni əsaslarla tərxis olunması halı iş materialları ilə təsdiq olunmur, iddiaçı isə həmin halın əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.N-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla yanaşı, Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı hər hansı cinayət işinin başlanmaması və ya barəsində amnistiya aktının tətbiq olunmaması onun iddia tələbinin təmin olunması üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-4779/2020 saylı N7 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4779/2020 saylı N7 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar