Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1075/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X11 və X12 ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X15 X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası üzrə inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-1962/2019 saylı qərarından cavabdehin vəkili və nümayəndəsi D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1962/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli sərəncamına əsasən İddiaçı aldığı əmək pensiyasının 10 faiz artırılması və x xxxx 2018-ci il tarixdən bu qərar icra edildiyi günədək almadığı hissədə pensiya məbləğinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdrı (hakim R.Kərimli). Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X15 X9 İdarəsinin vəkili və nümayəndəsi D.Qurbanova tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X13 Nərimanov rayon Şöbəsi – cavabdeh DSMF-nun X9 idarəsiilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldığı əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli sərəncamına əsasən 10 faiz artırmaq və xx.xx.2018-ci il tarixdən bu qərar icra edildiyi günədək almadığı hissədə pensiya məbləğini ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun əri X5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisəsində inspektor vəzifəsində qulluq etmişdir. Əri 2009-cu ilin 15 iyun tarixində rəhmətə gedəndən sonra iddiaçıya ərinin əmək haqqısı əsasında ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Hal-hazıradək 540 manat pensiya alır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinin əmək haqları 10 faiz artırılmışdır. İddiaçının pensiyası da əmək haqqıya bağlı olduğu üçün artırılmalı idi. Lakin cavabdeh inzibati orqan tərəfindən pensiya artırılmamışdır. Pensiyanın artırılması ilə cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət olunmuş, lakin x xxxxx 2019-cu il tarixli cavab məktubu ilə sorğu verildiyi və cavab alındıqdan sonra məsləyə baxılacağı bildirilmişdir. Lakin cavabdan 1 ay keçməsinə baxmayaraq heç bir iş görülməmişdir. Ona görə də, iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili və nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçının cavabdeh DSMF-nun Nərimanov rayon şöbəsinə etdiyi müraciətə verilən xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən sonuncu qeyd edir ki, sorğu verilərək cavab alındıqdan sonda iddiaçının müraciəti üzrə işə baxılaraq lazımi qərar qəbul ediləcəkdir. Yəni ki, faktiki olaraq iş üzrə iddiaçıya cavabdeh tərəfindən imtina verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə bu hal nəzərə alınmamışdır, buna görə də, hüquqi cəhətdən əsaslı olmayan qərar qəbul edilmişdir. İddiaçının ərinin AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətində inspektor vəzifəsində çalışmasına baxmayaraq məhkəmənin qərarının beşinci səhifəsinin dördüncü abzasında Dövlət Miqrasiya Xidmətinin işçilərinin vəzifə maaşının artırılması barədə AR Prezidentinin sərəncamına istinad edilməsinin heç bir hüquqi əsası yoxdur. Vəkil və nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); Həmin Qanunun 20.1.10-cu maddəsinə əsasən bu qanunun 20.1.9-cu maddəsində nəzərdə tutulmuş şəxslər və ya həmin şəxslər sırasından bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə, onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; Həmin Qanunun 20.1.15-ci maddəsinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri. Həmin Qanunun 20.20-ci maddəsinə əsasən bu qanunun 20.1.15-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş ədliyyə işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının pensiya işindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin Azərbaycan Respublikası Dövlət X15 Nərimanov rayon şöbəsinə ünvanlanmış xx xxxxxxx 2013-cü il tarixli məktubundan məlum olur ki, iddiaçıya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1606/2012 saylı x xxxxxx 2012-ci il tarixli qərarla iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.1.15-ci, 20.20-ci maddələrinə uyğun olaraq pensiyaya əlavələrin hüququnun yarandığı gündən təyin edilməsi vəzifəsinin DSMF-nin Nərimanov rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərar üzrə 2in(82)-1606/2012 saylı x xxxxxx 2013-cü il tarixli icra vərəqəsi icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Pensiya işində olan xx.xx.2013-cü il tarixli, xx/xx-2088 saylı məktubdan görünür ki, İddiaçı ailə başçısını itirdiyinə görə pensiyanın təyin edildiyi, onun hüquq qazandığı xx.xx.2009-cu il tarixdən hesablanmış pensiya məbləğinin vəsaiti gecikmiş ayların sayına bölünməklə ödənildiyi; hal hazırda onun pensiyası 540 manat təşkil etdiyi barədə bildirmişdir. Göründüyü kimi, iddiaçıya artıq x xxxxxx 2010-cu il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.15-ci və 20.20-ci maddələrinə əsasən əmək pensiyası təyin olunmuşdur və işin mübahisəli hallarına aid deyil. İşdən görünür ki, iddiaçı AR ƏƏSM yanında DSMF Nərimanov rayon şöbəsinə müraciət edərək, AR Prezidentinin xx.xx.2018-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinin əmək haqqların artırılması ilə bağlı pensiya məbləğinin artırılmasını xahiş etmişdir. İşdə olan AR ƏƏSMN yanında DSMF-nun Bakı şəhəri Nərimanov rayon şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli, **********4 saylı məktubunda iddiaçıya yenidən pensiyanın hesablanması ilə əlaqədar aidiyyatı üzrə sorğuların edilməsi, sorğuya cavab aldıqdan sonra pensiyanın hesablanmasına komissiyada baxılacağı barədə bildirilmişdir. AR ƏƏSMN yanında DSMF-nun X9 İdarəsinin iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli, **********6 saylı məktubunda “Əmək pensiyaları haqqında” AR Qanununun 20.17.2-ci maddəsinə əsasən məhrum həyat yoldaş X2 təminat xərcliyinin (633,75 manat) 35 faizi 221,81 manat məbləğində əmək pensiyası təyin edilməsi; DSMF Nərimanov rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 13/03-642 nömrəli məktubuna əsasən İdarə tərəfindən ailə başçısının itirməyə görə ödənilən pensiya məbləğinin dayandırılması; idarə tərəfindən pensiya ödənişi həyata keçirilmədiyindən ərizədə qeyd edilən məsələlərə münasibətin bildirilməsi mümkün olmaması barədə bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirdi ki, hal hazırda pensiyanın ödənilməsi 10 faiz artım nəzərə alınmamaqla davam edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli sərəncamına əsasən aldığı əmək pensiyasının 10 faiz artırılması və x xxxx 2018-ci il tarixdən bu qərar icra edildiyi günədək almadığı hissədə pensiya məbləğinin ona (iddiaçıya) birdəfəlik ödənilməsi vəzifəsini cavabdehə həvalə edərək düzgün nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi qərarında səhf olaraq Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Sərəncamına əsaslanmışdır. Məhkəmə kollegiyası kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin digər Sərəncmı tətdiq edilməlidir. Belə ki, eyni tarixli, yəni xx xxxx 2018-ci il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıəq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Sərəncamına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılmışdır. İPM-nin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin vəkili və nümayəndəsi D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1962/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1075/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1075/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver