Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1076/2025 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi Nümayəndə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya, fərdi yaşayış evi tikmək üçün ayrılmış, həmçinin satılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən 0,0840 ha (840 kv.metr) torpaq sahəsi üzərində mülkiyyət hüququnun xxxxndə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya, fərdi yaşayış evi tikmək üçün ayrılmış, həmçinin satılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən 0,0840 ha (840 kv.metr) torpaq sahəsi üzərində mülkiyyət hüququnun xxxxndə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C. Cabbarlı küçəsində yerləşən 0.0840 ha (840 kv.metr) torpaq sahəsi ayrılmışdır. Həmçinin Baki şəhəri Binəqədi rayonu M. Ə. Rəsulzadə Bələdiyyəsi ilə iddiaçı arasında torpağın mülkiyyətə verilməsi barədə torpağın alqısatqısına dair akt tərtib olunaraq bağlanmışdır. Ayrılmış torpaq sahəsinə görə ## ###### 2005-ci il tarixdə əvvəlki pul ilə 17 472 000 (on yeddi milyon dörd yüz yetmiş iki min) manat, yeni pul ilə 3494,40 (üç min dörd yüz doğsan dörd manat qırx qəpik) manat məbləğində vəsait BYB seriyalı, ****** nömrəli qəbzə əsasən M. Ə. Rəsulzadə Bələdiyyəsinin hesabına ödənilmişdir. Bundan sonra, qeyd olunan qərara əsasən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş və inşa olunmuş fərdi yaşayış evi 17 ildir iddiaçı tərəfindən (ailəliklə) istifadə olunur. Halhazırda da istifadə edirlər. Dəfələrlə yuxarda qeyd olunan sənədləri təqdim edib xxxxndən elektron çıxarış və torpaq sahəsinin plan ölçüsünü almaq istəsə də, lakin * saylı Bakı Ərazi idarəsi şifahi olaraq imtina edir. Cavabdehin imtinası isə ondan ibarətdir ki, torpaq sahəsinin satılmasına dair alqı-satqı aktı aidiyyəti orqan (keçmiş DT və XK) tərəfindən qeydə alınmamışdır. Halbu ki, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativhüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli *** nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## #### 2014-cü il tarixli, *** nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 840 kv.m, faktiki ölçüsü isə 980 kv.m təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində olmaqla həmin ərazi Bakı Fəhlə Deputatları Soveti IK-nin ##.##.1971- ci il tarixli Protokolu ilə təcili yardım stansiyasının tikintisi üçün verilmiş 8.2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə, “xxxx” publik hüquqi şəxsi və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 840 kv.m, faktiki ölçüsü isə 980 kv.m təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində olmaqla həmin ərazi Bakı Fəhlə Deputatları Soveti IK-nin ##.##.1971-ci il tarixli Protokolu ilə təcili yardım stansiyasının tikintisi üçün verilmiş 8.2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşir. Bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bakı Inzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, üçüncü şəxslər nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “xxxx haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının xxxx Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan xxxxndə həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “xxxx haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı xxxxndə aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz xxxxndə qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Iş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli “Vətəndaş İddiaçı mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə torpaq sahəsinin satılması haqqında” Qərarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 7-ci Binəqədi küçəsi, 3205-ci məhəllə, ev 1, mənzil 116-da yaşayan vətəndaş İddiaçı ##.##.2005-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının ##.##.2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən 840 kv.m torpaq sahəsi Binəqədi RIH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi (hər kv.m üçün 2 manat 24 qəpik ödəmək şərtilə) qərara alınmışdır. -Torpaqların alqı-satqısına dair ##.##.2005-ci il tarixli aktdan görünür ki, İddiaçı bələdiyyə orqanına torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,084 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. - Seriya BYB ****** nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X1 torpaq sahəsinin alqı-satqısı üçün on yeddi milyon dörd yüz yetmiş iki min manat kassaya mədaxil etmişdir. - Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş müayinə aktından görünür ki, ##.##.2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında iddiaçı X2 aid olan torpaq sahəsinə baxış keçirilmişdir, torpaq sahəsi sənədlə və faktiki 141.5 kv.m-dir, torpaq sahəsi hər tərəfdən şərti sərhədlə göstərilib, tikili yoxdur, torpaq sahəsi yaşayış binasının yaxınlığında yolkənarı bir neçə meyvə və yaşıl ağacları olan ərazidən ibarətdir. Cizgidə göstərilən perimetrik ölçülərlə faktiki torpaq sahəsinin perimetrik ölçüləri arasında fərq vardır. - M.Ə.Rəsulzadə bələdiyyəsinin ərazisində İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazinin planı M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. -Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçının nümayəndəsinə ünvanladığı # ####### 2023-cü il tarixli, *-**-*F/*-X-*****/**** nömrəli məktubuna əsasən, İddiaçı Mirzı qızı barəsində Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2006-cı il tarixli, ** saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcud olduğu bildirilmiş və təsdiq edilmiş ksero surətləri göndərilmişdir. - Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı ##.##.2023-cü il tarixli, 3-21-3-30/2- H0909-8/2024 ************ nömrəli məktubuna əsasən bildirilmişdir ki, sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır. - Məhkəmə sorğusu əsasında Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi, çoxbucaqlı olmaqla, mişar daş hasarla sərhədlənib, torpaq sahəsi üzərinə bir ədəd tikili mövcuddur, torpaq sahəsinin yol tərəfdən 0.2m məsafəsindən diametri d=200.0 mm olan yerüstü qaz boru xətti keçir. Inzibati işin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C. Cabbarlı küçəsində yerləşən 0.0840 ha (840 kv.metr) torpaq sahəsi ayrılmış, aralarında torpağın mülkiyyətə verilməsi barədə torpağın alqı-satqısına dair akt tərtib olunaraq bağlanmış, torpaq sahəsinin sxemi tərtib edilmiş, torpaq sahəsinin dəyəri bələdiyyə büdcəsinə köçürülmüşdür. Iddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C. Cabbarlı küçəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının xxxxndə qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, iddiaya dair etirazında, habelə apellyasiya şikayətində o hallara istinad etmişdir ki: - Təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. - Torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 840 kv.m, faktiki ölçüsü isə 980 kv.m təşkil edir. - Elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində olmaqla həmin ərazi Bakı Fəhlə Deputatları Soveti IK-nin ##.##.1971-ci il tarixli Protokolu ilə təcili yardım stansiyasının tikintisi üçün verilmiş 8.2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşir. - Bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. - Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək aşağıdakıları diqqətə çatdırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 1-ci, 2-ci və 5-ci dəlilləri ilə razılaşmayaraq əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Məhkəmə kollegiyası torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “Inzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. Inzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. Ictimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. Inzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal-hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır Həmçinin, torpaq sahəsinin normadan artıq ayrılması dəlilinə münasibətdə də məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə məhkəmə praktikasına əsasən də torpaq sahəsinin ölçüsü ilə bağlı dəlillər əsassız hesab edilmişdir. Bundan əlavə, formalaşmış məhkəmə praktikasına əsasən iddiaçıların hüquqmüəyyənedici sənədinə əlavə edilmiş yerləşmə cizgisində hər hansı uyğunsuzluqların olması onların məsuliyyət sferasına aid edilməmiş və bu zaman məhkəmə qərarlarında diqqətə çatdırılmışdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması aşağıdakı tələblərə riayət etməklə həyata keçirməsi tapşırılmışdır: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında xxxx Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Cavabdehin elektron kadastr baza məlumatlarına əsasən “dövlət mülkiyyətində olmaqla həmin ərazinin Bakı Fəhlə Deputatları Soveti IK-nin ##.##.1971-ci il tarixli Protokolu ilə təcili yardım stansiyasının tikintisi üçün verilmiş 8.2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşməsi və Bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilməməsi” dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış normalarında bələdiyyəyə məxsus əmlakın özgəninkiləşdirilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Istinad olunan normalardan görünür ki, dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır və bələdiyyə tərəfindən yalnız onun ehtiyat fonduna aid olan torpaqları şəxsin xüsusi mülkiyyətinə verilə bilər. Belə olan halda, iddiaçının istinad etdiyi bələdiyyə qərarı arxivdə mövcud olmuş olsa da torpaq sahəsinin bələdiyyə, yoxsa dövlət mülkiyyətində olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb edən sahə olduğundan, bununla bağlı apellyasiya baxışı zamanı məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli “Vətəndaş İddiaçı mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə torpaq sahəsinin satılması haqqında” Qərarına əsasən, fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçı İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən 0,0840 ha (840 kv.metr) torpaq sahəsinin koordinatlarının (sahə sərhədləri), ölçüsünün, təyinatının, kateqoriyasının, mülkiyyət növünün (dövlət və ya bələdiyyə torpağı olub-olmaması) müəyyən edilməsi, torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, müəyyən olunacaq yerin başqa şəxsin adına qeydiyyatdan keçib-keçməməsi, torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ayrılmış torpaqların daxilində yerləşib-yerləşməməsi, torpaq sahəsi ayrılan zamanı və (və ya) indi bələdiyyənin inzibati ərazi vahidi daxilində yerləşib-yerləşməməsi, torpaq sahəsinin Bakı Fəhlə Deputatları Soveti IK-nin ##.##.1971-ci il tarixli Protokolu ilə təcili yardım stansiyasının tikintisi üçün verilmiş 8.2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi, sözügedən ərazidə hazırda təcili yardım stansiyası yerləşib-yerləşməməsi, əgər yerləşirsə, iddia olunan ərazi ilə həmin təcili yardım stansiyası arasındakı məsafənin nə qədər olması, torpaq sahəsinin ətrafında xüsusi mülkiyyət hüququ üzrə başqa şəxslərin adına qeydiyyatdan keçmiş torpaq sahələrinin mövcud olması barədə suallar qoyulmuşdur. Bununla əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza keçirilmiş, müvafiq ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli mütəxəssis rəyi əsasında verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki: Qərardadın birinci, ikinci, üçüncü və dördüncü sualları üzrə: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx" publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *- **-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 980.0 kv.m təşkil edir. Sahə cox bucaqlı olmaqla mişar daş hasarla sərhədlənib. Torpaq sahəsi üzərində bir ədəd tikili mövcuddur. Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Torpaq sahəsinin yol tərəfdən 0.2 m məsafəsindən diametri d= 200.0 mm-lik olan yerüstü qaz boru xətti keçir. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla keçmiş Bakı Fəhlə Deputatları Soveti IK-nin ##.##.1971-ci il tarixli Protokolu ilə təcili yardım stansiyasının tikintisi üçün ayrılmış 8.2 ha torpaq sahəsinin daxilində yerləşir (çox hissəsi). Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahəyə dair yerləşmə cizgisi qeyri-müəyyən olmaqla dəqiq istinad məsafələri, ölçüləri qeyd olunmadığından sənədin göstərilən faktiki sahəyə aid olub-olmamasını aydınlaşdırmaq mümkün olmamışdır. Göründüyü kimi iş materiallarında olan AR IN yanında ƏMDX Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli mütəxəssis rəyi əsasında verilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi ilə iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya, fərdi yaşayış evi tikmək üçün ayrılmış, həmçinin satılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən 0,0840 ha (840 kv.metr) torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsinə ayrılmış torpaqların daxilində yerləşib-yerləşməməsi, torpaq sahəsi ayrılan zamanı və (və ya) indi bələdiyyənin inzibati ərazi vahidi daxilində yerləşib-yerləşməməsi və həmçinin ərazidə təcili tibbi yardım stansiyası yerləşirsə, iddia olunan ərazi ilə həmin təcili yardım stansiyası arasındakı məsafənin müəyyən edilməsi barədə suallara ətraflı cavab verilməmişdir. Bu baxımdan apellyasiya instansiya icraatı zamanı ##.##.2025-ci il tarixli qərardad ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya, fərdi yaşayış evi tikmək üçün ayrılmış, həmçinin satılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən 0,0840 ha (840 kv.metr) torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsinə ayrılmış torpaqların daxilində yerləşib-yerləşməməsi, torpaq sahəsi ayrılan zamanı və (və ya) indi bələdiyyənin inzibati ərazi vahidi daxilində yerləşib-yerləşməməsinin, həmçinin ərazidə təcili tibbi yardım stansiyası yerləşirsə, iddia olunan ərazi ilə həmin təcili tibbi yardım stansiyası arasındakı məsafənin müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki: Qərardadın birinci sualı üzrə: Ekspert vəsatətində qeyd olunan əlavə materiallar təqdim olunmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın ikinci sualı üzrə: Baxış zamanı təqdim olunmuş torpaq sahəsində təcili yardım stansiyası yerləşmir. Torpaq sahəsindən təqribən 395 metr məsafədə “Respublika Təcili və Təxirəsalınmaz Mərkəzi, Binəqədi Təcili və X5 Stansiyası * saylı Bölmə”sinin yerləşdiyi müəyyən olundu. Apellyasiya baxışı zamanı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş **/*** nömrəli ##.##.2025-ci il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.1999-cu il tarixli Fərmanına əsasən “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı Şəhər Icra Hakimiyyəti başçısının *** saylı, ##.##.2000-ci il tarixli Sərəncamına uyğun olaraq M.Ə.Rəsulzadə qəsəbəsinin 501.26 ha torpaq sahəsi M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə təhvil verilmişdir. Bununla belə qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən M.Ə.Rəsulzadə bələdiyyəsinin elektron daşıyıcıda və kağız üzərində xəritəsi bu günə qədər bələdiyyəyə təhvil verilmədiyindən, sorğuda qeyd olunan xəritənin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Məktubla Bakı Şəhər Icra Hakimiyyəti başçısının *** saylı, ##.##.2000-ci il tarixli Sərəncamının, bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokolun, bələdiyyəyə təhvil verilmiş torpaq sahəsinə dair ayrıc göstərişlərinin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən həmçinin cavabdehin qeyd edilən dəlillərinin yoxlanılması məqsədilə tərəflərin iştirakı ilə yerli baxış təşkil olunmuş, məhkəmə tərkibi tərəfindən mübahisəli iddia olunan torpaq sahəsinə baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən torpaq sahəsinin bir tərəfi fərdi yaşayış evi, bir tərəfi ara yol, arxa tərəfi boş torpaq sahəsidir. Faktiki torpaq sahəsinin ölçüsü 140.0 m2 artıq olmaqla 980,0 m2, hüquqmüəyyənedici sənəd üzrə ölçüsü isə 840,0 m2 təşkil edir. Cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 840,0 m2, faktiki ölçüsü isə 980,0 m2, bir tərəf fərdi yaşayış evi, bir tərəf yol, bir tərəf ara yolu, arxa boş torpaq. Döngə nöqtələrinin koordinatları akta əlavə olunmuşdur. Ərazidə ≈35.0 m2 tikili mövcuddur. Torpaq sahəsi Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin 42№li ##.##.2006-cı il tarixli Qərarına əsasən ayrılmışdır. Əsas küçədən torpaq sərhədinə 0.2 metr məsafədən məhəllədaxili (200.0 mm) qaz xətti keçir. Torpaq sahəsi 140.0 m2 artıqdır. Bundan başqa apellyasiya icraatı zamanı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanan ##.##.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2006-cı il tarixli ümumi iclasının ** nömrəli protokolunun ** saylı qərarına əsasən vətəndaş İddiaçı mülkiyyətinə qəsəbənin C.Cabbarlı küçəsindən ayrılmış 840 kv.m. torpaq sahəsi, eləcədə həmin sahənin ətrafında bələdiyyə iclasının müvafiq qərarlarına əsasən digər şəxslərin adına rəsmiləşdirilmiş torpaq sahələri M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə təhvil verilmiş ərazinin hüdudları daxilində yerləşir. Bununla belə, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən, İddiaçı məxsus 0,0840 ha (840 kv.m.) torpaq sahəsinin ətrafında bələdiyyə tərəfindən digər şəxslərin adına verilmiş ilkin torpaqayırma qərarları əsasında ayrılmış bir neçə torpaq sahəsi üzərində xususi mülkiyyət hüququ onların sahiblərinin adına dövlət qeydiyyatından keçmişdir (nümunə olaraq ********** qeydiyyat nömrəli, ##.##.2015-ci il qeydiyyat tarixli çıxarış əlavə olunur). Məhkəmə tərəfindən bu istiqamətdə də araşdırmalar aparılmış və cavabdeh inzibati orqana iddiaçının iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən 0,0840 ha (840 kv.metr) torpaq sahəsinin ətrafında, 500 metr radiusunda yerləşən torpaq sahələrinə çıxarışların verilib-verilməməsi barədə, əgər verilmişdirsə bununla bağlı bütün hüquqmüəyyənedici sənədlərin (arxiv qovluğunun, çıxarışın), ortofotogörüntünün məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanan *-**-*-**/*- *****/**** nömrəli ##.##.2025-ci il tarixli sorğuya cavab məktubuna qoşma kimi əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə 500 metr raidusunda cəmi 2 torpaq sahəsi barədə mülkiyyət hüquqları qeydiyyatdan keçmişdir. Onlardan birinin qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənəd Binəqədi rayon Icra Hakimiyyəti Başçısının qərarı olmuş və inzibati icraat qaydasında hüquqların qeydiyyatı həyata keçirilmişdir. Digəri isə məhkəmə qərarı ilə qeydiyyata alınmışdır ki, onun istinad etdiyi hüquqmüəyyənedici sənəd bələdiyyə qərarı olmuşdur. Lakin inzibati orqanın öz inzibati praktikasında qonşuluqda yerləşən torpaq sahələrinin bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi kimi qeydiyyatı həyata keçirilməmişdir. Belə olan halda cavabdehin əsas imtinası olan ərazinin bələdiyyə mülkiyyətində olan sahə olmaması işin araşdırılmış halları ilə təsdiqini tapır. Əksi yəni torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsindən ayrılması nə ekspert rəyi ilə, nə də ətraf ərazilərin qeydiyyatı ilə müəyyən edilmir. Bununla da məhkəmə kollegiyası rəylərin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəylərini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ekspert rəyləri ilə təsdiq olunmamış, əksinə hazırda təcili yardım stansiyası sözügedən sahədən bir qədər aralıda yerləşsə də, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla keçmiş Bakı Fəhlə Deputatları Soveti IK-nin ##.##.1971-ci il tarixli Protokolu ilə təcili yardım stansiyasının tikintisi üçün ayrılmış 8.2 ha torpaq sahəsinin daxilində yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (IPM-87.6). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Iş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 200 manat təşkil etmişdir. Iddia tələbi rədd edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 200 manat iddiaçının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh qarşı “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya, fərdi yaşayış evi tikmək üçün ayrılmış, həmçinin satılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən 0,0840 ha (840 kv.metr) torpaq sahəsi üzərində mülkiyyət hüququnun xxxxndə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat Iddiaçı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Fərid Ismayılzadə
Məhkəmə qərarları › İş №2-1(103)-1076/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1076/2025
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver