Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1078/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nümayəndəsi X3 iştirakı ilə əlilliyin bərpa olunması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4547/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü əsaslarını açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qapalı səhmdar cəmiyyəti) məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdən təyin edilmiş İİ dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddiaçının əlillik vəziyyətinin qeydiyyatda olduğu səhiyyə müəssisəsinin göndərişi əsasında yenidən qiymətləndirilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası haqqında ərizə ilə Məhkəməyə müraciət etmək hüququ izah edilsə də, sonuncu bundan imtina etmiş, iddiaçının vəkili prosessual müddət cavabdeh tərəfindən ötürüldüyü üçün apellyasiyanın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İşdən görünür ki, xx.xx.2019-cu il tarixli qərar xx.xx.2020-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə (SS647839981AZ) Həsənova adlı şəxs imza etməklə cavabdehə rəsmi qaydada təqdim olunmuşdur (iş vərəqi-53). İPM-in 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Qeyd olunan normaların tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə qərar ona təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2020-ci il tarixdə, iş günündə başa çatmışdır. Lakin xx.xx.2020-ci il tarixdə imzalanmış apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuş, bununla da qanunla müəyyən edilmiş müddət cavabdeh tərəfindən 1 aya yaxın buraxılmışdır. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Cavabdeh buraxılmış prosessual müddətin bərpa olunması haqqında ərizə ilə Məhkəməyə müraciət etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən ötürüldüyü üçün apellyasiya mümkün sayılmamalıdır. İPM-in 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4547/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından apellyasiyası mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1078/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1078/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver