Məhkəmə qərarları › İş №2-1(103)-1078/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1078/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1078/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 2-1(112)-538/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı pensiyanın yenidən hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi əmək pensiyasının yenidən hesablanmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, cavabdeh inzibati orqan tərəfindən onun topladığı ümumi iş stajı və pensiya kapitalı düzgün müəyyən edilməmişdir. Bu səbəbdən onun əmək pensiyası məbləği ödənilməli olan məbləğdən az müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə inzibati orqana müraciət etmiş və müraciətə uyğun olaraq iddiaçıya təyin edilmiş əmək pensiyası məbləği yenidən hesablanmışdır. Bu səbəbdən də iddiaçı arzuolunan nəticəyə çatmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 2-1(112)-538/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1957-ci il tarixində doğulmuşdur. Əmək kitabçasının surətindən görünür kı, 08 fevral 1993-cü il tarixdən 02 yanvar 2003-cü ıl tarixədək "xxxx" QSC-nin X5 Saxlama İdarəsində qarovulçu vəzifəsində, 06 oktyabr 2003-cü il tarixdən 17 may 2010-cu il tarixinədək "xxxx" İB-nin Hacıqabul MQKS- nin X3 Xidmətində çilingər baxıcı və texnoloji qurğular üzrə operator vəzifələrində, 18 may 2010-cu il tarixdən 15 dekabr 2010-cu il tarixinədək həmin idarədə qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işləmişdir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 3 uşaq doğub onları 8 yaşınadək tərbiyə etdiyimə və 5 ildən artıq sığorta stajım olduğuna görə 51 yaşım tamam olduğu 28 yanvar 2008-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddə 01 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş, yalnız həmin tarixdən Qanuna edilən dəyişikliklərdən sonra qüvvədən düşmüşdür. O cümlədən pensiyanın aylıq məbləğinin hesablama qaydası da qeyd edilən tarixədək köhnə qaydalarla, yəni orta aylıq əmək haqqına əsasən aparılmışdır. Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğinin müvafiq olaraq 24-ə və ya 60-a bölünməsi yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Cavabdeh 2006-cı il yanvarın 01-dək son 24 ay ərzində olan gəlirindən orta aylıq əmək haqqı hesablamaqla pensiya haqqı məbləğini suni surətdə azaltmışdır. Halbuki, pensiya haqqı məbləği pensiyaya çıxdığı 28 yanvar 2008-ci ildən əvvəlki, yəni 28 yanvar 2006-cı il tarixdən 28 yanvar 2008-ci il tarixinədək olan dövr üçün (24 ay) orta aylıq əmək haqqına əsasən hesablanmalı idi. Pensiya təyin olunarkən onun ümumi iş stajı 14 il 02 ay 18 gün olmuşdur. (Cavabdeh isə etirazında bu stajı 18 il kimi qeyd etmişdir). Həmin dövrdəki hesablama qaydalarına görə yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 60 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilmiş və yaşa görə pensiyanın əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından qrtıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Göründüyü kimi, onun ümumi iş stajı (14 il 02 ay 18 gün) tələb olunan (5 il) iş stajından (14-5=9) 9 il artıqdır. Belə olan halda aylıq pensiya haqqı məbləği orta aylıq əmək haqqının 78%-i (60+9x2=60+18=78 ) miqdarında hesablanmalı idi. İşə əlavə edilmiş əmək haqqı cədvəllərinə əsasən, müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına aid əmək fəaliyyətində faktiki orta aylıq əmək haqqı 209,82 (5035,66:24=209,82) manat olmuşdur. Belə olan halda pensiyanın aylıq məbləği ilkin olaraq, 163,66 manat (209,82x78%=163,66) olmalı idi. Lakin aylıq pensiya haqqı az miqdarda hesablanmış, onun məbləği 125,0 manat təşkil etmişdir. Hazırda sonrakı artımlar da nəzərə alınmaqla aylıq pensiya haqqının məbləği 310,39 manat təşkil edir. Göründüyü kimi, aylıq pensiya haqqının ilkin məbləği düzgün hesablanmamışdır ki, bu səbəbdən də təbii ki, sonrakı artımlar və əlavələr də düzgün nəzərə alınmamışdır. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş ekspert rəyində pensiyanın aylıq məbləğinin düzgün hesablanıb-hesablanmaması barəsində heç bir məlumat verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.1-ci maddəsinə görə üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il 17 mart tarixli 3 Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin müvəqqəti Qaydalarının: İİ bəndinin 1-ci yarımbəndinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İİ bəndinin 2-ci yarımbəndinə əsasən Qanunun 8.1-ci maddəsinə görə üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. Misal 1. 10 uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş 42 yaşlı qadın 15 avqust 2005-ci il tarixinədək 10 il sığorta stajı qazanmışdır.”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası, müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixindən tez olmamaqla ömürlük təyin edilir. Vİ bəndinin 1-ci yarımbəndinə əsasən yaşa görə əmək pensiyasının təyin olunması zamanı Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər hesablamanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) nəzərə alınır. Yəni xx.xx.2006-cı il tarixə onların yaşa görə əmək pensiyaları bu Qanunun 7-ci və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericilikdə müəyyən edilmiş qaydadavə məbləğdə hesablanır. Sonra bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq hesablanmış əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən az olduqda baza hissəsinə artılır, çox olduqda isə bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanmış əmək pensiyasının ümumi məbləğindən pensiyanın baza hissəsi çıxılır və yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanmış əmək pensiyası sığorta hissəsi kimi müəyyənləşdirilir. Daha sonra Qanun qüvvəyə mindikdən sonra şəxsin fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalı da nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının ümumi məbləği müəyyələşdirilir. Bu Qanun qüvvəyə mindikdən sonra vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. Qanunun 45-ci maddəsinə əsasən həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (T) Azərbaycan Respublikası Prezidentinin 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən 144 ay (12 il) müəyyən edilmişdir.

1. Qeyd olunanlar nəzərə alınmaqla Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdaki qaydada müəyyən olunur: 1.1. Qanunun 10.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.10-cu bəndinə əsasən xx.xx.2006-cı il tarixindən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 25 manat müəyyən olunmuşdur. 1.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdaki düsturla müəyyən edilir: SH = PS + (PSK/T) burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığorta olunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır, yəni 144. 1.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır, yəni 144 1.4 Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği müəyyən edilmişdir. Daha sonra Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək 310,39 manata çatdırılmışdır. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu onun müraciəti üzrə yenidən hesablama apararaq, əmək pensiyasını 320,94 manata çatdırmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən aparılan hesablamalar düzgün olmamış, bununla da onun pensiya məbləği ödənilməli olan məbləğdən az təşkil etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçının xx.xx.1993xx.xx.2003-cü illər üzrə, xx.xx.2003-xx.xx.2006-cı illər üzrə əmək fəaliyyəti dövrləri 12 il, uşağa qulluq dövrü 6 il olmaqla xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü 18 il təşkil edir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ onun 51 yaşı tamam olduğu vaxtdan yaranmışdır ki, bunun əsasında onun üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş olması və 5 il sığorta stajına malik olmasıdır. Tərəflər arasında mübahisəli məsələ iddiaçıya hesablanmış pensiya məbləği ilə bağlı olmuşdur ki, kollegiyanın qənaətinə görə cavabdeh hesablamaları düzgün aparmış, qanunvericilik ilə müəyyən olunan düstür əsasında pensiya məbləğini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının əmək pensiyasının məbləği "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun pensiya təyin olunduğu dövrdə qüvvədə olmuş 27.1-ci maddəsinə və Azerbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixil qərarı ilə təsdiq edilmiş və 3363 nömrə ilə 10 oktyabr 2007-ci il tarixində dövlət qeydiyyatına alınmış ve tətbiq edilən dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarına əsasən hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azerbaycan Respublikası Qanununun pensiya təyin olunduğu dövrdə qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmek pensiyası hüququnun (əmek stajı, əməkhaqqı və social sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi klml müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilmir. Beləliklə iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının ilkin məbləği aşağıdaki qaydada müəyyən olunmuşdur: İddiaçının xx.xx.2006-cı il tarixədək pensiyanın sığorta hissəsi: - 2004 və 2005-ci illər üzrə orta aylıq əmək haqqı məbləği (030,04 manat+1376,46 manat)/24 ay=96,44 manat; - Orta aylıq əmək haqqının 16 İİ üçün 60 faizi və tələb olunan iş stajından artıq 2 ili üçün 4 faizi, beləliklə cəmi 64 %- i nəzərə alınarsa, 06,44x64%*61,72 manat təşkil edir. xx.xx.2006-cı il tarixdə orta aylıq əməkhaqqının ümumi məbləği dəyişdirilmədən Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq 25 manat baza hissəsi və 36,72 manat sığorta hissəsi (61,72 manat – 25 manat = 36,72 manat) indeksləşdirilmişdir. Sığorta hissəsinin 2008-ci il tarixə indeksləşdirilmiş məbləği 36.72+8,3%+16,7%= 46,41 manat təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı təqdim edilmiş 2006 və 2007-ci illər üzrə əmək haqqı cədvəllərinə əsasən aşağıdakı qaydada hesablanmışdır: 2006-cı il üzrə əmək haqqı - 1775,41 +8.3%=1922,77 manat 2007-ci il üzrə əmək haqqı - 1922,77+3078,84= 5001,61 + 16.7% =5836,87 manat Pensiya sığorta kapitalı - 5836.87x25%x50%=729,61 manat SH=729,61:144=5,07 manat Qeyd olunanlara əsasən, sözügedən şəxsin əmək pensiyasının sığorta hissəsi xx.xx.2008-ci il tarixindən 46,41+5,07=51,48 manat olmaqla, əmək pensiyasının məbləği BH+SH=60,00+51,48=111,48 manat təşkil etmişdir. "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azerbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3006 nömrəli Sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən baza hissəsinn 75 manat müəyyən edilməsi ilə əlaqədar pensiyanın məbləği 75+51,48=126,48 manata çatdırılmışdır. xx.xx.2009-cu il tarixdə əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək (51,48+20,8% = 63,12) əmək pensiyasının məbləği 137,19 manata , xx.xx.2010-cu il tarixdən isə əmək pensiyasının məbləği 138,12 manata (62,19+1,5% = 63,12) çatdırılmışdır. Qeyd olunmalıdır ki, “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1077 nömrəli Sərəncamına əsasən xx.xx.2010-cu il tarixdən baza hissəsinin 85 manat müəyyən edilməsi ilə əlaqədar pensiyanın məbləği 85+63,12=148,12 manata çatdırılmışdır. Növbəti ildə, yəni xx.xx.2011-ci il tarixdə əmək pensiyasının sığorta hissəsi yenidən indeksləşdirilərək (63,12+5,7% = 60,71 ) əmək pensiyasının məbləği 151,71 manata çatdırılmışdır. Pensiya məbləğinin dəyişdirilməsi haqqında xx.xx.2011-ci il tarixli sərəncama əsasən, iddiaçının xx.xx.2010-cu il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası* Qanunununun 37.3.1-ci maddəsi tətbiq edilməklə təqdim etdiyi əməkhaqqı cədvəllərinə əsasən aşağıdakı qaydada yenidən hesablanmışdır: 2009 -cu il üzrə əmək haqqı - 4017,89+1.5%=4078,15 manat; 2010-cu il üzrə əmək haqqı-4078,15+4248.94=8327,09 + 5,7% =8801,74 manat; Pensiya sığorta kapitalı - 8801,74x25%x50%=1100,21 manat, SH=1100:96=11,46 manat Yenidən hesablanmış əmək pensiyasının məbləği - 85+68,71 + 11/46=103,17 manat. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının əmək pensiyasının məbləği, xx.xx.2012-ci il tarixindən sonra hər il indeksləşdirilərək artırılmış və xx.xx.2018ci il tarixində 226,07 manata, xx.xx.2021 -ci il tarixində 301,92 manata çatdırılmışdır. Son olaraq cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında* Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2008-d il tarixindən xx.xx.2010-cu il tarixədək qeydə alınmış pensiya kapitalı və indeksləşdirmə faizləri nəzərə alınmaqla əvvəlki 3 il üçün aşağıdakı qaydada yenidən hesablanmışdır: -xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixədək qeydə alınmış pensiya kapitalına əsasən SH=2438,33:109 ay=22,37 manat; - Əmək pensiyasının məbləği 116,27 (BH)+93,36(SH) + 22,37(SH)=232,00 manat. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2141 nömrəli 14 aprel 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********9 saylı əmək pensiyasının hesablanması haqqında mütəxəssis rəyini rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alınmaqla, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2022-ci il tarixindən indeksləşdirilərək 320,94 manata çatdırıldığı müəyyən edilir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə əmək pensiyasının məbləğini düzgün müəyyən etmiş, hesablamaları həm həmin dövrdə qüvvədə olan Qanunun redaksiyasına, həm də hazırda pensiya təminatı ilə bağlı məsələləri tənzimləyən Qanunun və normativ hüququ aktların tələblərinə uyğun aparmış, iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra isə toplanmış pensiya kapitalını nəzərə almışdır ki, göstərilən bu halların hər biri pensiya işində olan sənədlər ilə yanaşı, həmçinin də müvafiq mühasibatlıq ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. İddiaçı əmək pensiyasının düzgün hesablanmaması ilə bağlı mülahizələr irəli sürsə də, hesablama zamanı cavabdeh tərəfindən hansı səhvə yol verildiyini, ümumiyyətlə onun ümumi iş stajı və ya fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının səhv olduğu sübut edə bilməmişdir. Göründüyü kimi iddiaçının irəli sürdüyü mülahizələr formal xarakter daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 2-1(112)-538/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar