Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1079/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük ödənişinin geri qaytarılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5578/2021 saylı 19.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi və həmin iddiasının dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək “08 yanvar 2021-ci il tarixli (YGB-**********04951) yük gömrük bəyannaməsinə əsasən 86.615,0 manat dəyrində mal idxal olunarkən, 12992,25 manat (malın dəyərinin 15 % həcmində) olmaqla, iddiaçıdan idxal rüsumunun tutulması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və qanunsuz tutulmuş 12.992,25manat idxal rüsumunun iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışlar ki,İddiaçı MMC şirkəti ilə “X5" şirkəti (Qırğızıstan Respublikasının rezidenti) arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq “X5” şirkətinin tapşırığı əsasında Türkmənistan Respublikasının rezidenti “Altın Quş” şirkətindən Türkmənistan istehsalı olan “tiftikli dəsmallıq parçalardan toxunmuş tualet və hamam ağları” alınmaqla Türkmənistandan Azərbaycana idxal edilmişdir. Bununla bağlı yük gömrük bəyannaməsinə uyğun olaraq 12.992,25 manat məbləğində iddiaçıdan idxal rüsumu tutulmuşdur. Cavabdehə "X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin tələblərinə uyğun olaraq malın mənşəyini təsdiq edən “CT-1 sertifikatı” təqdim edilməsinə baxmayaraq, idxal rüsumu ödənilməsi təkidlə tələb edilmiş malın gömrükdə saxlanılması halında ciddi zərərlə qarşılaşacaqlarından qanunsuz tələb edilən gömrük idxal rüsumunu ödəməyə məcbur olmuşlar. Habuki, göstərilən şərtlər daxilində Rusiya Federasiyasına idxal olunan dəsmallara görə müvafiq Sazişə uyğun olaraq idxal rüsumu ödənilmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Hökuməti Türkmənistan Respublikasının Hökuməti ilə 17.09.1996-cı il tarixli, Qırğız Respublikasının Hökuməti ilə isə 12.01.2004-cü il tarixli “Sərbəst ticarət haqqında” ikitərəfli Sazişlər imzalanmışdır. Türkmənistan Respublikasının Hökuməti ilə bağlanmış sözügedən sazişin 1-ci maddəsində qeyd olunmuşdur ki, “Razılaşan Tərəflər bir Razılaşan Tərəfin gömrükərazisindən gələn və digər Razılaşan Tərəfin gömrük ərazisi üçün nəzərdə tutulan malların ixracına və idxalına ekvivalent tə sir göstərən gömrük rüsumları, vergiləri və sair yığımları tətbiq etməyəcəklər. Azərbaycan, Qırğızıstan və Türkmənistan Respublikaları "X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişə (20.11.2009-cu il tarixli Saziş Respublika Prezidentinin 27.07.2010- cu il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.) qoşulmuşlar. X3 Komitəsininə verilmiş şikaytə Apellyasiya Şurası tərəfindən baxılaraq bildirilmişdir ki, adı çəkilən Sazişin 5.1-ci maddəsinin a bəndinə əsasən mal sazişin bir işstirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə əsasən Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan gömrük ərazisinə idxal olunursa” göstərildiyindən Türkmənistan Respublikası Sazişin ümumi protokolunu imzalamdığı səbəbindən Sazişin iştirakçısı sayıla bilməz. İddiaçı hesab edir ki, dövlətimiz adıçəkilən dövlətlərlə bağlanmış ikitərəfli müqavilələr, həmçinin MDB dövlətləri arasında bağlanmış çoxtərəfli müqaviləyə əəsasən cavabdeh tərəfindən Türkmənistandan idxal olunan mallara görə idxal rüsumunun tutulması tam əsassızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin tələblərinə riayət edilməlidir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən gömrük bəyannaməsi təsdiq etmiş, buna uyğun olaraq gömrük rüsumunu ödəmiş, nəticədə gömrük rəsmiləşdirilmələri aparılmış, mallar sərbəst dövriyyəyə buraxılmışdır. İddiaçının istinad etdiyi «X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Saziş Türmənistan Respublikası tərəfitndən imzalanmadığına və Azərbaycan Respublikasının Hökuməti ilə Türkmənistan Respublikasının Hökuməti arasında bağlanmış Sazişin tələbinə görə isə malı göndərən deyil, ticarət edən ölkə Türkmənistan Respublikası olmalıdır. Konkret halda, Azərbaycan Höküməti ilə Türkmənistan Höküməti arasında sərbəst ticarət haqqında Sazişin məqsədləri baxımından iddiaçı iləTürkmənistanın təsərrüfat subyekti yox, Qırğızıstan təsərüfatı subyekti müqavilə bağlamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5578/2021 saylı 19.11.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı tərəfindən apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Qərar əsassız, qanuna zidd və qeyri-obyektivdir. Belə ki, məhkəmə tərəfindən Gömrük Məcəlləsinin müxtəlif maddələrinə əsaslanaraq guya bizim özümüz tərəfindən həmin rüsum bəyan edilərək ödənildiyindən gömrük orqanı heç bir məsuliyyət daşımır və hərəkətləri tam qanunudur. Bildirmək istəyirik ki, yuxarıda qeyd etdiyimiz kimi əvvəlcə tərəfimizdən qanunvericiliyə uyğun idxal rüsumu hesablanmamış YGB-si təqdim edilmiş və sonradan Gömrük orqanının qanunsuz təkidilə tərəfimizdə idxal rüsumu hesablanan YGBsi təqdim edilmişdir. Hətta bu halda da Gömrük Məcəlləsinin “Gömrük orqanlarının vəzifələri” haqqında 8.0.2 və 8.0.3-cü maddələrinə əsasən gömrük orqanı tərəfindən qanunvericilik aktlarına riayət olunması təmin olunmalı, bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması hallarının qarşısı alınmalı idi. Bundan başqa məhkəmə tərəfindən 1969-cu il Vyana Konvensiyasına və “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin 4cü və 5-ci maddələrinə əsas əsaslanaraq əsassız olaraq bildirilmişdir ki, Türkmənistan Respublikasının Sazişə imza etmədiyi səbəbindən sazişin iştirakçısı ola bilməz. Məhkəmə tərəfindən bir də əsassız olaraq bildirilmişdir ki, iş materiallarından, o cümlədən gömrük bəyannaməsinin 11-ci qrafasından da müəyyən edilir ki, ticarət edən ölkə Türkmənistan yox, Qırğızıstan kimi müəyyən edilmişdir. Malın Türkmənistan Respublikası istehsalı olması isə Azərbaycan Höküməti və Qırğızıstan Höküməti arasında sərbəst ticarət haqqında Sazişin tətbiq edilməsini istisna edir. Belə ki, malın istehsalçısı və ticarət edən ölkənin eyniliyinin müəyyən edilməməsi həmin Sazişlərin tətbiqini istisna edir. Lakin “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin son iclası Aşqabad şəhərində keçirildiyindən və sazişin tərtib və qəbul edilməsində Türkmənistan Respublikası iştirak etdiyindən (Sazişin protokolunda da Türkmənistan Respublikasının adı keçir) 1969-cu il Vyana Konvensiyasının 2-ci maddəsinin “e” bəndinə əsasən "danışıqlarda iştirak edən dövlət” yəni sazişin iştirakçısı dedikdə müqavilənin mətninin tərtib və qəbul edilməsində iştirak etmiş dövlət başa düşüldüyündən Türkmənistan Respublikası həmin Sazişin iştirakçısı sayılır. "X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin 5.1-ci maddəsinin “a” bəndinə “mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə/kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa” qeyd edildiyi halda məhkəmə tərəfindən səhv olaraq Sazişin bir iştirakçısı sözunun eyni iştirakçı olması kimi qəbul edilmişdir. Əlavə olaraq bildiririk ki, məhkəmə iclaclarında Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi bildirmişdi ki, Rusiya şirkəti ilə bağlanmış müqaviləyə əsasən Belarusiyadan idxal edilən mallara “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişə əsasən 15% idxal rüsumu tətbiq edilmir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Əliyev onunla razılaşmamış, malın üçüncü ölkənin hüquq şəxsi tərəfindən göndərildiyi halda, Azərbaycan hökuməti ilə Türkəminstan Respublikası arasında bağlanmış Sazişin qaydalarının hazırkı mübahisəyə şamil olunmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, İddiaçı MMC şirkəti ilə Qırğızıstan Respublikasının hüquqi şəxsi (rezidenti) “X6" şirkəti arasında bağlanmış alqısatqı müqaviləsi əsasında “X6” şirkətinin tapşırığı ilə Türkmənistan istehsalı olan malların Azərbaycana idxal edildiyi və bununla bağlı iddiaçıdan gömrük bəyannaməsi üzrə 12.992,25 manat məbləğində idxal rüsumu tutulduğu işin mübahisəndirilməyən halıdır. İddia ərizəsindən və cavabdehin ona etirzına görə işin mübahisələndirilən halından görünür ki, iddiaçı idxal rusumunun tutulması ilə razılaşmayaraq «X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin tələblərinə uyğun olaraq malın mənşəyini təsdiq edən “CT-1 sertifikatı”na əsasən istehsalçının Türkmənistan oluduğuna hesab edir ki, Azərbaycan Respublikasının Hökuməti ilə Türkmənistan Hökuməti arasında 17.09.1996-cı il tarixində, Qırğızıstan Respublikası Hökuməti ilə isə 12.04.2004-cü il tarixində imzalanmış “Sərbəst ticarət haqqında” ikitərəfli Sazişişin 1-ci maddələrinə əsasən “öhdələrinə götürmüşlər ki, Razılaşan Tərəflər bir Razılaşan Tərəfin gömrük ərazisindən gələn və digər Razılaşan Tərəfin gömrük ərazisi üçün nəzərdə tutulan malların ixracına və idxalına ekvivalent təsir göstərən gömrük rüsumları, vergiləri və sair yığımları tətbiq etməyəcək.” Cavabdeh isə iddiaçının bu mövqeyi ilə razılaşmayaraq hesab edir ki, Türkmənistan Hökuməti tərəfindən «X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişi imzalanmadığı və malın üçüncü bir ölkə olan Qırğız Respublikasının hüquqi şəxsi tərəfindən göndərildiyi halda, ondan idxal rüsumu tutlmaya bilməzdi. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşır. Birincisi, «X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" 20.11.2009-cu il tarixli Sazişin özünə nəzər saldıqda müəyən olunur ki, Türkmənistan Hökuməti tərəfindən həmin Saziş həqiqətən imzalanmamışdır (İmzalayan hökumətlər: Azərbaycan, Rusiya, Ermanistan, Tacikistan, Belarus, Qazaxıstan, Qırğız, Moldova Ukrayna) tərəfindən imzalansa da həmin Saziş Türkmənistan, Özbəkistan və Ukrayna) İkincisi, 17.09.1996-cı il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında imzalanmış sərbəst ticarət haqqında Sazişin 1-ci maddəsinin 1-ci bəndi, məhz Razılaşan tərəflərə münasibətdə nəzərdə tutur ki, “...bir Razılaşan Tərəfin gömrük ərazisindən gələn və digər Razılaşan Tərəfin gömrük ərazisi üçün nəzərdə tutulan malların ixracına və idxalına ekvivalent təsir göstərən gömrük rüsumları, vergiləri və sair yığımları tətbiq etməyəcək”. İş materiallarının 16-17-ci vərəqindən isə görünür ki, malı istehsal edən mənşə ölkəsi Türkmənistan olsa da, iddiaçıya malı göndərən başqa bir ölkənin, daha konkret, Qırğız Respublikasının “X6" şirkətidtir. Məhz bu şirkətin tapşırığı ilə mənşə ölkəsi Türkmənistan (Aşxabad ş.) olan mallar iddiaçıya göndərilmişdir. İş materiallarının 11-ci vərəqində olan “X6" şirkəti(satıcı) ilə İddiaçı MMC (alıcı) arasında 14 oktyabr 2020-ci il tarixdə bağlanmış “Kontrakt”ın 1.1-ci və 2.1-ci bəndlərindən də görünür ki, Satıcı Türkmənistan (Aşxabad ş.) istehsallı malları kontrekta əlavədə göstərilən çeşiddə, sayda və qiymətlərlə Alıcıya göndərməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 387.3-cü maddəsinin tələbinə görə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, iki hökumət arasındakı Sazişin və həmin ölkələrin hüquqi şəxsləri arasında bağlanmış müqavilənin şərtləri, məhz həmin tərəflər üçün də vəzifələr yaradır. İddiaçının gömrük rüsumundan azad edilməsi o halda baş verə bilərdi ki, ticarət edən ölkə məhz Türkmənistan olsun. Konkret halda isə Azərbaycan Höküməti ilə Türkmənistan Höküməti arasındakı sərbəst ticarət haqqında Sazişin məqsədləri baxımından, iddiaçı Türkmənistanın təsərrüfat subyekti arasında deyil, Qırğız Respublikasının təsərüfatı subyekti ilə müqavilə bağladığından həmin Sazimşin 1-ci maddəsinin 1-ci bəndinin iddiaçıya münasibətdə tətbiq olunması mükünsüzdür. Azərbaycan Respublikası ilə Qırğız Respublikası hökumətləri arsında 12.01.2004-cü il tarixində bağlanmış sərbəst ticarət haqqında Sazimşə gəldikdə isə həmin Sazişin də eyni məzmunlu 1-ci maddəsinin 1-ci hissəsinin hazırkı mübahisəli münasibətlərə şamil edilə bilməz. Çünki, həmin Saziş də həmin çinin bu iki Tərəfə münasibətdə vəzifələr yaradır. Konkret halda, malı istehsal edən mənşə ölkəsi Qırğız Respublikası yox, Türkmənistan Rnespubliksıdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıdan mübahisədləndirilən gömrük rüsumunun tutulması qanunamüvafiqdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinin tələbinə görə təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən. Hüquqi əhəmiyyətə malik sənəd saylır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Həmin Məcəllənin 219.1-ci maddəsinə əsasən malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. Həmin Məcəllənin 219.2-ci maddəsinə əsasən gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. İşdən (o cümlədən, 08.01.2021-ci il tarixli YGB-**********04951 №-li “Gömrük bəyannaməsi”ndən) də görünür ki, iddiaçı tərəfindən təsdiq edilmiş, buna uyğun olaraq gömrük rüsumunu ödəmiş, bütün bunların nəticəsi olaraq da gömrük rəsmiləşdirilmələri aparılaraq mallar sərbəst dövriyyəyə buraxılmışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının iddiaçının həmin gömrük bəyannaməsinə əsasən idxal etdiyi 86.615,0 manat dəyrində mallara görə ödəmiş olduğu 12992,25 manat (malın dəyərinin 15 % həcmində) gömrük rüsumunu geri qaytarılmasın tələb etməkdə haqlı hesab oluna bilməz. Bu baxımdan, cavabdeh tərəfindən həmin məbləğin geri iddiaçıya qatarılmasından imtina etməsi qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarının pozuntusu kimi qəbul oluna bilməz. İPM-in 73.1-ci maddəsi də məhz onu nəzərdə tutur ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozmuş olsun. Beləliklə də qeyd olunanları nəzərə alan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və vergi qanunvericiliyinin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qərar əsassız, qanuna zidd və qeyri-obyektiv olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5578/2021 saylı 19.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5578/2021 saylı 19.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1079/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1079/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver