Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1079/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, X6 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli 2- 1(112)-229/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2017-ci ilin 4-cü rübünə analoji vergi tətbiqi əsasında hesablanmış 758.514,4 manat verginin yenidən hesablanması, hesablanmış 348.772,05 manat faiz borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********181600 saylı və xx.xx.2019-cu il tarixli **********167400 saylı qərarların ləğv edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2016-cı tarixdə ********** saylı, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı fiziki şəxs X3 əsas fəaliyyəti yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarətdir. İddiaçı fiziki şəxs X5 ünvan 2 ünvanında 2017- ci ilin 2-ci rübündə 5 mərtəbəli yaşayış binasının tikintisinə başlamış və cavabdeh Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müvafiq bəyənnaməni təqdim etmişdir. Hesablanmış 440336 ( dört yüz qırx min üç yüz otuz altı) manat vergini 10 rübə bölməklə hər rübə 44033,63 manat təşkil edirdi. 2018-ci ilin aprel ayının 20-də (2018-ci ilin 2-ci rübü) fiziki şəxs X5 ünvan 3 ünvanında inşa etdiyi 5 mərtəbəli çoxmənzilli yaşayış binasının 10 mərtəbəli olmasına icazə alaraq inşaatı davam etdirmişdir. Fiziki şəxs X5 cavabdeh Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə yaxınlaşmaqla vergi uyğunsuzluğunun yaranmaması üçün ödəyəcəyi verginin hesablanmasını və müvafiq bəyənmamənin həmin hesablama əsasında verəcəyini bildirmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi heç bir yoxlama xəbərdarlıq edilmədən 2017-ci ilin 4-cu rübünə analoji vergi tətbiq etmiş və 758514,4 ( yeddi yüz əlli səkkiz min beş yüz on dört manat qırx qəp.) vergi hesablamış və əlavə olaraq 348772,05 (üç yüz qır səkkiz min yeddi yüz yetmiş iki manat) əsassız faiz borcu hesablamışdır. Analoji vergini hansi inzibati aktla tətbiq edilməsi barədə heç bir inzibati akt nə yaşadığı ünvana nədə internet vergi Online portala cavabdeh tərəfindən göndərilməmişdir. Bu günədək ümümilikdə 12014036 (bir milyon iki yüz on dört min otuz altı) manat iddiaçı tərəfindən ödəniş edilmişdir. Cavabdeh vergi orqanının bu formada hesablama aparması qanunvericiliyə tamamilə ziddir və vergi orqanının gəldiyi nəticə qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində vergi ödəyicisi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi kücəsi-9 A ünvanında ümumi sahəsi 10708,5 kv.m olan binanın tikintisinin 2017-ci ilin 4-cü rübündə başlanılmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********985700 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və ya müvafiq sənədlər təqdim edilməklə ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən xx.xx.2021-ci il tarixaə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2017-ci ilin 4-cü rübü üçün 758514,38 manat anoloji qaydada vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********181600 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Eyni zamanda aparılmış araşdırmalar nəticəsində vergi ödəyicisi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi kücəsi-9 A ünvanında ümumi sahəsi 1066,3 kv.m olan qeyri yaşayış tikintisinin 2019-cu ilin 1 -ci rübündə başlanılmasına baxmayaraq, 2019-cu ilin 1 – ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli '**********87100 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və ya müvafiq sənədlər təqdim edilməklə ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən xx.xx.2021-ci il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2019- cu ilin 1 -ci rübü üçün ümumi sahə -1066,3 kv.m,o cümlədən yaşayış- 106,3 kv.m qeyri .aşayış-960 kv.m müəyyən edilməklə aşağıdakı qaydada hesablama aparılmışdır: -yaşayış üzrə: 160,3*1,5*45=10820,2 manat - qeyri yaşayış üzrə: 960*1,5*45*1,5=97200 manat Cəmi hesablama: 10820,2+97200,0=108020,2 manat anoloji qaydada vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021 -ci il tarixli **********167400 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Eyni zamanda qeyd edirik ki, İddiaçı barəsində Q2001447 nömrəli 17 noyabr 2000-ci il tarixli qərarla cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli 2-1(112)-229/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, daha sonra isə apellyasiya şikayətinə əlavə təqdim edərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti, ona əlavə etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, Vergi Məcəlləsinin müvafiq dövr üzrə qüvvədə olan 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Sözügedən maddənin məzmunundan görünür ki, verginin hesablanması və həmin vergi üzrə bəyannamənin təqdim edilməsi, tikinti sahəsinin hər hansı hissəsinə münasibətdə deyil, hər bir tikintinin ümumi sahəsi üzrə həyata keçirilir. Məhkəmənin mötəbər sübut kimi istinad etdiyi ekspert rəyində qeyd edilənlərlə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"), eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli qərarının müddəaları sadəcə sadalanmış, tikinti obyektinin ölçülərinə gəldikdə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş texniki pasporta əsasən, tədqiq olunan ünvanda cox mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1767,1 kv.m., 1-10-cu mərtəbədə yerləşən yaşayış sahələrinin ümumi sahəsi 11413,0 kv.m. olduğu qeyd edilmişdir. Zirzəminin əsas sahəsinin isə 1754,6 kv.m olduğu vurğulanmışdır. Qeyd edilənlərlə bağlı bildirirlər ki, ekspert rəyində müəyyən edilmiş ölçülər vergitutma baxımından müəyyən edilməli olan ölçülər deyil. Belə ki, həmin vaxt qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsində əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Ekspertiza ilə müəyyən edilmiş ölçülər isə tikilən binanın hər mərtəbəsinin ümumi sahəsini özündə əks etdirmir. Qeyd edilənlərə əsasən bildirirlər ki, tikilən binanın vergitutma baxımından ölçülərinin müəyyənləşdirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli qərarı ilə müəyyən edilmiş tikilən binanın ölçülərinə daxil edilməyən hissələr sahədən çıxılmamalı və tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektini təşkil etməlidir. Bunlarla yanaşı ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş texniki pasporta əsasən, tədqiq olunan ünvanda çox mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1767,1 kv.m., 1-10-cu mərtəbədə yerləşən yaşayış sahələrinin ümumi sahəsi 11413,0 kv.m., zirzəminin əsas sahəsi isə 1754,6 kv.m-dir. Əgər bu ölçülər üzrə sadələşdirilmiş verginin məbləği hesabat dövrü üzrə mövcud olan qanunvericiliyin tələblərinə əsasən hesablanarsa, qeyri-yaşayış sahəsi üzrə vergi məbləği (1767,1 kv.m +1754,6 kv.m) x 45 x 1,5 x 1,5= 356,572.13 manat, yaşayış sahəsi üzrə vergi məbləği 11413,0 kv.m., x 45 x 1,5=770,377.5 manat, cəm olaraq 1,126,949.63 manat təşkil edir. Ekspert rəyində yalnız 5-10-cu mərtəbələr üzrə vergi məbləği hesablanmış (385,188.75 manat) və xx.xx.2022-ci il tarixli ekspert rəyinə istinad edilərək vergi orqanın qərarları ilə hesablanmış vergi və həmin vergi məbləğinə hesablanmış faiz məbləğinin düzgünlüyünün müəyyən edilmədiyi bildirilmişdir. Bunlarla bağlı qeyd edirlər ki, məhkəmə işin halları ilə bağlı ilkin ekspert rəyində tələb olunan məlumatları əldə edə bilmədiyindən yenidən ekspertiza təyin etsə də, ekspert 1-ci ekspert rəyinə istinad etməklə rəyini əsaslandırmışdır. Eyni zamanda qeyd edirlər ki, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyində aparılan tikinti işlərinin sahəsi və hesablanması öz əksini tapmışdır. Bu onu deməyə əsas verir ki, ekspert ümumi tikiliyə dair xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilən hesablamalarla razılaşmışdır. Bunlarla yanaşı ekspert rəyində vergi orqanının hesablamalarını təkzib edəcək heç bir dəlil və sübut qeyd edilməmişdir. Digər tərəfdən qeyd edirik ki, xx.xx.2022-ci il tarixli ekspert rəyində ümumi tikilinin sahəsi hesablanarkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"), eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli qərarına istinad edilmiş və bununla da məntiqi olaraq vergitutma obyekti Vergi Məcəlləsi ilə müəyyənləşdirilən ümumi sahədən az hesablanmışdır. Bunlarla yanaşı qeyd edirlər ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1322/2022 nömrəli qərarında qeyd edilir ki, “Göstərilən rəylərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 21 sentyabr 2018-ci il tarixli, 429 nömrəli mütəxəssis rəyinin tədqiqi hissəsində göstərilənlərə əsasən rəyin tərtibi zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2014-сü il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin hesablanması qaydaları”na istinad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 noyabr 2020-ci il tarixli 9/3861 saylı ekspert rəyində isə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş '‘Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.1 -ci bəndinə istinad edilmişdir. Nəzərə alınmalıdır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi məhkəmə tərəfindən yoxlanılmalı və işin bütün halları və digər sübutlar ilə bağlı surətdə qiymətləndirilməlidir. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektinin həcmi Vergi Məcəlləsinin 219-cu maddəsi ilə tənzim olunurdu. Hazırki qərarın 28-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, Vergi Məcəlləsinin həmin tarixə qüvvədə olan mətninə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri- yaşayış sahələri, о cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Apellyasiya məhkəməsi öz qərarında Vergi Məcəlləsinin müvafiq normalarını sadalasa da, yekunda yuxarıda qeyd edilən mütəxəssis və ekspert rəylərinə istinad etmiş, vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olan Vergi Məcəlləsinin 219-cu maddəsinin tətbiqində səhvə yol vermişdir. Apellyasiya məhkəməsi qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanmasi qaydaları”na birbaşa istinad etməsə də, həmin normalar əsasında tərtib edilmiş müvafiq mütəxəssis və ekspert rəylərini əsas götürməklə maddi huquq normasını düzgün tətbiq etməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148ci maddəsində normativ huquqi aktların iyerarxiyası təsbit edilmişdir və bu iyerarxiyaya uygun olaraq Vergi Məcəlləsi mütəxəssis və ekspert rəylərində istinad edilən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.3-cu maddəsi, həm də rəylərdə istinad edilən Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi. Qeyd edilməlidir ki, verginin hesablanması ilə bağlı müddəalar, vergi azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir.” Bunlarla yanaşı qeyd edirlər ki, İddiaçının mübahisələndirdiyi qərarlar xx.xx.2019-cu il tarixlərdə elektron qaydada iddiaçıya göndərilmiş, xx.xx.2019-cu il tarixdə onun tərəfindən oxunmuşdur. İddianın qaldırılması üçün müəyyən edilmiş 30 gün müddət ötürülməklə, iddiaçı tərəfindən sözügedən qərarların mübahisələndirilməsi ilə bağlı ərizə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş və bununla qanunvericiliyə uyğun olaraq prosessual müddət ötürülmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və ona əlavənin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Kollegiya cavabdeh inzibati orqanın iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərarlar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərarlar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərarlar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə baş verməmişdir. Hazırkı iş üzrə də qərarlar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmamışdır. Mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bir-çox qərarlarında həmin mövqedən elektron kabinetə göndərilən qərarın çatdırılmamış hesab edilməsi barədə mövqe nümayiş etdirilmişdir. Belə ki, 2-1(102)-462/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, inzibati akt olan cavabdehin 21 yanvar 2021-ci il tarixli sözügedən qərarının iddiaçıya çatdırılması məsələsinin tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilənin müddəaları çərçivəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış olmaqla yanaşı, həm də Vergi Məcəlləsinin tələblərinə də ziddir. Vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Məhkəmə kollegiyası ümumiyyətlə qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 49.4cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin işin təkzibolunmaz faktıdır ki, adıçəkilən sənədlər iddiaçıya sifarişli məktubla göndərilməmişdir. Çünki bu növ qərarların göndərilməsi Vergi Məcəlləsinin 49.4- cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2159/20 saylı iş üzrə qəbul etdiyi 04 noyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir:
35. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) 36. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 37. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bununla yanaşı, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Göründüyü kimi istər elektron kabinetə yerləşdirilən qərarın gücləndirilmiş elektron imza ilə təsdiq edilmədən göndərilməsi, istərsə də 49.4-cü maddənin tətbiq edilməli olmasına münasibətdə məhkəmə hesab edir ki, qərarlar iddiaçıya çatdırılmamış hesab edildiyindən müddətin bərpasından söhbət gedə bilməz. Belə ki, müddətin bərpası o zaman mümkündür ki, müddət ötürülmüş sayılsın. Hazırkı halda isə müddət ümumiyyətlə ötürülməmişdir.
İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir :
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.2 vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -94.0 maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. - 218.1-ci maddəsinə əsasən Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) (29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 218.1.3-cü maddəsi ləğv edilmişdir). 219.3-cü maddəsinə əsasən (əvvəlki redaksiya)Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyriyaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. - 220.8-ci maddəsinə əsasən (əvvəlki redaksiya) Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. -220.8.1. Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur:
Zonalar Yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə əmsal
1 4,0 2 3,0 3,4 2,2 5,6 1,8 7,8,9 1,5 10,11,12 1,2
Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
İnzibati iş materiallarından göründüyü kimi, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmaqla, bina tikintisi ilə məşğul olmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən inzibati aktlar aşağıdakılardır: -“Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********181600 nömrəli qərar, hansı ki, həmin qərarla 2017-ci ilin 4cü rüb üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 758.514,38 manat sadələşdirilmiş vergi hesablanmışdır. - “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********167400 nömrəli qərar, hansı ki, həmin qərarla 2019-cu ilin 1-ci rüb üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 104.375,25 manat sadələşdirilmiş vergi hesablanmışdır. İnzibati iş materiallarından aydın olur ki, İddiaçı kameral qaydada 2017-ci ilin 4-cü və 2019-cu ilin 1-ci rübləri üzrə sadələşdirilmiş verginin hesablanması vergi orqanında olan uçot-baza məlumatlarına əsasən həyata keçirilmişdir və vergilərin hesablanması zamanı 2017-ci ilin 2-ci rübü üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi məbləği nəzərə alınmışdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzürlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixli **********181600 nömrəli qərara münasibətdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin qərar əsasında iddiaçıya 2017-ci ilin 4-cü rüb üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 758.514,38 manat sadələşdirilmiş vergi hesablanmışdır. Cavabdeh inzibati orqan həmin qərar əsasında hesablama apararkən vergi ödəyicisi tərəfindən ünvan 6 ünvanında ümumi sahəsi 10.708,5 kv.m olan binanın tikintisinin 2017-ci ilin 4-cü rübündə başlanılmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyinə istinad etmişdir. İddiaçı isə hesablanmış vergi məbləğinin əsassız olduğunu iddia edərək bu halı onunla əsaslandırır ki, ünvan 6 ünvanında inşa olunmuş tikili 10 mərtəbəli bina olsa da, onun 1-5 mərtəbəsi ilə bağlı hesablanmış sadələşdirilmiş vergi məbləği artıq ödənilmiş, digər 6-10 mərtəbəsinin tikintisi xx.xx.2018-ci il tarixdən sonra başladığından həmin tikili ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsinin 2017-ci ilin 4-cü rübü üçün təqdim edilməsi mümkün deyil. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikinti X1 Agentliyi tərəfindən təsdiq edilmiş sınaq nəticələrindən göründüyü kimi ünvan 6 ünvanında yerləşən binanın 1-ci bloku 6-cı mərtəbəsinin betonlaması zamanı əmtəə betonundan götürülmüş nümunələrin texniki şərtlərinə uyğunluğu müəyyən edilmişdir. Göründüyü kimi həmin sınaq nəticələri tikilinin 6-cı mərtəbəsinin betonlanmasının xx.xx.2018-ci il tarixdən həyata keçirildiyini göstərir ki, bu hal öz növbəsində cavabdehin iddia etdiklərini təkzib edir və iddiaçının əsaslandırmasının əsaslı olduğunu göstərir. Başqa sözlə cavabdeh ünvan 6 ünvanında inşa olunmuş tikilinin 10 mərtəbəsinə görə iddiaçının 2017-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsinə əsaslansa da, tikilinin 1-5 mərtəbəsinə görə sadələşdirilmiş verginin ödənildiyini, digər 6- 10 mərtəbəsinin tikilməsinin isə xx.xx.2018-ci il tarixdən sonraya aid olduğunu nəzərə almamış, bununla da əsassız olaraq 758.514,38 manat məbləğində sadələşdirilmiş vergi hesablamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli, 10/5931-9/7910 saylı ekspert rəyində də aşağıdakılar qeyd olunmuşdur: -ünvan 7 ünvanında yerləşən 10 mərtəbədən, hər bir mərtəbədə 6 mənzildən ibarət yaşayış binasının yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ümumi sahəsi 14934,7 kv.m, o cümlədən yaşayış sahəsi 11.413,0 kv.m və zirzəminin əsas sahəsi 1.754,6 kv.m, qeyri yaşayış sahəsinin əsas sahəsi 1.767,1 kv.m təşkil edir. -Tədqiq olunan binanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) 59.2 və 59.3 bəndlərinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin vergitutma obyekti olan sahənin ümumi sahəsi 14.934,7 kv.m, o cümlədən yaşayış sahəsi 11.413,0 kv.m, zirzəminin əsas sahəsi 1.754,6 kv.m, qeyriyaşayış sahəsinin əsas sahəsi 1.767,1 kv.m təşkil edir. -Fiziki şəxs X5 tərəfindən ünvan 7 ünvanında inşa edilmiş bina üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi ümumilikdə 1.126.949,63 manat məbləğində müəyyən olunur. Yəni xx.xx.2019-cu il tarixli **********181600 saylı və xx.xx.2019-cu il tarixli **********167400 saylı qərarlarla hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur. Hazırki tədqiqatla yeni qaydalarla vergilər hesablanmadı. Belə ki, vergi məbləğlərinin hesablanmalı olduğu dövrdə həmin qaydalar qüvvədə olmamışdır. Həmçinin qeyd edilir ki, hazırki hesablamalar vergi orqanı və vergi ödəyicisi tərəfindən istinad olunmuş qaydalar əsasında aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 fevral 2023-ci il tarixli, 10/7099-9/7856 saylı ekspert rəyində isə aşağıdakılar qeyd olunmuşdur: -Tədqiqat zamanı iş materiallarında olan şəxsi hesab vərəqəsindən və vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi 2017-ci ilin 2-ci rübü üzrə bəyannaməsindən göründüyü kimi büdcəyə 440.336,25 manat məbləğində BTFSV hesablanmışdır. Eyni zamanda qeyd edilir ki təqdim edilmiş iş materiallarında olan xx.xx.2019-cu il tarixli **********181600 saylı qərardan və şəxsi hesab vərəqəsindən göründüyü kimi, vergi orqanı tərəfindən əlavə olaraq 758.514,38 manat məbləğində vergilər hesablanmışdır. -Tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər nəzərə alınmaqla fiziki şəxs X5 tərəfindən ünvan 7 ünvanında inşa edilmiş yaşayış binasının 5-10-cu mərtəbələrinin bina tikintisi ilə əlaqədar sadələşdirilmmiş vergi məbləği 385.188,75 manat müəyyən edilir,o cümlədən: 5.706,5 (yaşayış sahəsi 5-10-cu mərtəbələr üzrə) x 45 x 1,5 (zona əmsalı) = 385.188,75 manat -xx.xx.2021-ci il tarixli Bakı İnzibati Məhkəməsi tərəfindən ilkin ekspertiza təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə rəy verilmiş və həmin rəydə ünvan 7 ünvanında aparılan tikinti işlərinin sahəsi və hesablanmasını öz əksini tapmışdır. Eyni zamanda qeyd edilir ki, həmin rəydə göstərilənlər nəzərə alınmaqla vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********181600 saylı və xx.xx.2019-cu il tarixli **********167400 saylı qərarlarla hesablanmış vergilərin və həmin vergilərə görə hesablanmış faizlərin düzgünlüyü müəyyən edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı kameral qaydada 2017-ci ilin 4-cü və 2019cu ilin 1-ci rübləri üzrə sadələşdirilmiş verginin hesablanması vergi orqanında olan uçotbaza məlumatlarına əsasən həyata keçirilmişdir və vergilərin hesablanması zamanı 2017ci ilin 2-ci rübü üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi məbləği nəzərə alınmışdır. Lakin ekspert rəyində bu hal öz əksini tapmamışdır. Belə ki, son ekspert rəyindən də göründüyü kimi vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış 758.514,38 manat məbləğində vergi ünvan 6 ünvanında inşa olunmuş tikilinin 10 mərtəbəsi ilə bağlı olmuş, yaşayış binasının 5-10-cu mərtəbələrinin tikintisi ilə əlaqədar sadələşdirilmiş vergi məbləği 385.188,75 manat müəyyən edilmişdir. Göründüyü kimi təqdim olunmuş ekspert rəyindən də aydın olur ki, cavabdeh iddiaçı barəsində 758.514,38 manat vergi hesablanarkən yaşayış binasının 1-5 mərtəbəsinə görə vergi məbləğlərinin ödənildiyini nəzərə almamış, əksinə yenidən eyni hesablamanı apararaq təkrarən iddiaçını vergiyə cəlb etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyət dedikdə hüquq pozuntusu subyektinin Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərini pozmasına görə qanunvericiliklə nəzərdə tutlmuş əlverişsiz tədbir ölçülərinə məruz qalması başa düşülür. Bu cür pozuntulara görə vergi hüquq münasibətlərinin iştirakçıları cinayət, mülki, inzibati məsuliyyətə, habelə intizam məsuliyyətinə cəlb edilə bilər. Nəzərə alınmalıdırı ki, yuxarıda göstərilən norma heç bir kəsin vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb edilməsini imperativ qaydada qadağa etmişdir. Başqa sözlə desək vergi ödəyicisi eyni hərəkətə görə cəlb edilmiş məsuliyyətə görə təkrar cəlb edilə bilməz. Hazırki işin faktiki hallarından isə göründüyü kimi iddiaçı ünvan 6 ünvanında inşa olunmuş tikilinin 1-5 mərtəbəsinə görə 2017-ci ilin 2-ci rübündə 440.336,25 manat məbləğində sadələşdirilmiş vergini ödədiyindən, (bu hal mübahisə doğurmur) vergi orqanı tərəfindən yenidən həmin tikintiyə görə sadələşdirilmiş vergi bəyannaməsinin tələb etməsi və eyni hərəkətə görə onu yenidən vergi məsuliyyətinə cəlb etməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.2-ci maddəsinin müddəalarının pozulmasına səbəb olur. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, hər nə qədər ekspert 5-10-cu mərtəbələrinin bina tikintisi ilə əlaqədar sadələşdirilmiş vergi məbləğinin 385.188,75 manat müəyyən edildiyini müəyyən etsə də, bu hal mübahisələndirilən qərarın tam ləğv edilməsini istisna etmir. Belə ki, mübahisələndirilən inzibati aktdan da göründüyü kimi cavabdeh inzibati orqan iddiaçı barəsində hesablanmış 758.514,38 manat sadələşdirilmiş vergi məbləğini 2017-ci ilin 4-cü rübünə aid etmişdir. Halbuki, bir daha da qeyd olunur ki, tikilinin 6-10 mərtəbəsinin tikintisi xx.xx.2018-ci il tarixdən başlanıldığından, həmin tikiliyə görə sadələşdirilmiş vergi məbləğini 2017-ci ilin 4-cü rübünə aid etmək mümkün deyil. Yəni, iddiaçının 6-10 mərtəbəsinin tikintisi ilə əlaqədar dövlət büdcəsinə sadələşdirilmiş vergi borcunun olub-olmamasından asılı olmayaraq, hazırki mübahisələndirilən qərarın mahiyyəti 2017-ci ilin 4- cü rübünə görə hesablanmış vergi ilə bağlı olduğundan və məhkəmə məhz qərarın əsaslığını həmin dövrə görə iddiaçının borcunun olubolmamasından asıllı etdiyindən və iddiaçının həmin dövr üçün sadələşdirilmiş vergi borcu olmadığından, mübahisələndirilən qərarın əsassız olduğu müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin xx.xx.2019-cu il tarixli **********167400 nömrəli qərara münasibətdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin qərar 2019-cu ilin 1-ci rüb üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 104.375,25 manat sadələşdirilmiş vergi ilə bağlıdır. Cavabdeh mübahisələndirilən qərarlarda sadələşdirilmiş vergi məbləğini hesablayarkən əlaqəli məlumatlara istinad etdiyini göstərmişdir. Halbuki, məhkəmə araşdırılması cavabdehin “əlaqəli məlumatlar” ifadəsinin hansı məlumatları ehtiva etdiyini, ümumiyyətlə bu məlumatların nə ilə bağlı olduğunu sübut edə bilməmişdir. Digər tərəfdən isə cavabdeh 2019-cu ilin 1-ci rübünə görə iddiaçıya 104.375,25 manat sadələşdirilmiş vergi hesablasa da, həmin verginin hansı tikili ilə bağlı olduğunu sübut edə bilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsində iş üzrə təyin edilmiş ekpertiza zamanı ekspert qarşısında qərarın hansısa tikiliyə aid olmasına dair suallar qoyulsa da, ekspert hesablanmış qərarın düzgün olmadığına dair rəy təqdim etmiş, cavabdeh də həmin qərarla hesablanmanın hansı tikili ilə bağlı, hansı əlaqəli məlumata əsasın aparıldığını nə inzibati aktda qeyd etmiş, nə də ki, məhkəmə araşdırmaları zamanı müvafiq sübut təqdim etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı borc ilə bağlı araşdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan vergi orqanı “əlaqəli məlumata” əsaslanaraq 2019-cu ilin 1-ci rüb üzrə iddiaçı barəsində 104.375,25 manat sadələşdirilmiş vergi hesablamışdır ki, həmin əlaqəli məlumatın nə olduğu müəyyən edilməmiş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Bundan başqa məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq qərarın əsaslı olubolmaması istiqamətində əlavə araşdırma aparmış və qərar üzrə hesablamaların əsassız olduğu müvafiq ekspert rəyi ilə müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, hər iki ekspert rəyində cavabdeh tərəfindən qəbul edilmiş qərarlarla hesablanmış vergilərin və həmin vergilərə görə hesablanmış faizlərin düzgünlüyünün müyyən edilməməsi konkret olaraq göstərilmişdir. Rəyin sübuti əhəmiyyəti ilə bağlı kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2105/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə cavabdeh sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, lakin borcun yaranma əsasları və hesablanma qaydasına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, özözlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Hazırki işdə mübahisələndirilən borcun yaranması cavabdeh tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddianın təmin edilməsi ilə bağlı gəlinmiş nəticə düzgündür.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi eyni mövqeyidən çıxış edərək mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsinin cavabdehə aid olduğunu bildirmiş, bununla da mübahisələndirilən borcun yaranmasının cavabdeh tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddianın təmin edilməsi ilə bağlı gəlinmiş birinci instansıya məhkəməsinin nəticəsini düzgün hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli 2-1(112)-229/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova