Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1079/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-772/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qldıraraq «Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində yerləşən 85.0 kv.m sahəsi olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 04 mart 2014-cü il tarixli 175 saylı Sərəncamı ilə ona Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 №-li Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında 85,0 kv.m ticarət obyektinin tikintisinə icazə verilmişdir. Qeyri-yaşayış binası "xxxx" MMC tərəfindən tərtib və təsdiq olunmuş layihə əsasında tikilmiş və Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş 18 aprel 2016-cı il tarixli “Tikinti- quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktına əsasən istismara qəbul edilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı da Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. 24 avqust 2022-ci il tarixdə İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə onun arasında “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 3456 №-li müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İcarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 №-li Zeytun sovxozu ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 81,2 kv.m torpaq sahəsi onun tərəfindən illik icarə haqqı 366,0 manat, aylıq icarə 30,50 manat məbləğində olmaqla və müqavilədə göstərilən icarə şərtləri əsasında müvəqqəti istifadəsinə qəbul edilmişdir. Bundan sonra iddiaçı, qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və qeyri-yaşayış binasına dair hüquq müəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir. Lakin cavabdeh 15 noyabr 2022-ci il tarixli məktubu ilə ərizənin müsbət həllindən imtina etmiş, bunu isə onunla izah etmişdir ki, qeyri-yaşayış binasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid formasına uyğun istismara icazə sənədi təqdim edilməmiş, obyektin tikintisinə icazə sərəncamı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Qala-Pirallahı yolunun mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə edilmiş imtina tam əsassızdır. Belə ki, qeyriyaşayış binasının tikintisinə səlahiyyətli orqan olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, həmçinin istismara qəbul aktı qəbul edilmişdir. Qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin Qala-Pirallahı yolunun mühafizə zonasında yerləşməsi barədə ona məlumat verilməmişdir və bu halı təsdiq edən hər hansı bir sübut və ya dəlil də mövcud deyildir. Həmçinin, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi səlahiyyətli orqan tərəfindən iddiaçıya icarəyə verilmişdir. Qeyd etdiyi halları təsdiq edən bütün sənədləri cavabdeh orqana təqdim etmiş və hesab edirəm ki, həmin sənədlər hazırkı vəziyyətdə və o cümlədən Mülki Məcəllənin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında'’ Qanunun mövcud tələblərinə əsasən mənim qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarımın dövlət reyestrində qeydiyyata alınmasına hüquq verir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçının müraciəti zaman təqdim edilmiş sənədlər surətdir və təqdim edilmiş yerləşmə cizgisi faktiki vəziyyətə uyğun gəlmir. Qeyri-yaşayış binasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması”na uyğun istismara icazə sənədi təqdim edilməmişdir. Bundan əlavə obyektin tikintisinə icazə sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Qala-Pirallahı yolunun mühafizə zonasında yerləşir. Sözügedən qeyri yaşayış binasının daxildə rekonstruksiya işləri aparılmışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının ümumi sahəsi 101.7 kv.m təşkil edir. Bundan başqa, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyriyaşayış sahəsinə dair reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi”nə dair iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(82)-3136/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Daha sonra iddiaçı müvafiq qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-3167/2018 saylı inzibati işi ilə bağlı bildirişi İdarəyə daxil olmuş, lakin yekun məhkəmə aktı daxil olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-772/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyri-yaşayış sahəsinin “Tikinti obyektinin istismarına icazənin vahid forması”na uyğun gəlməməsi göstərilsə də, bu uyğunsuzluğun nədə ifadə olunmasını göstərməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü iltarixli 3-16- 16/2-10/627 saylı ekspert rəyində göstərilir ki, yerli və respublika əhəmiyyətli yolların siyahısına dair məlumatlar olmadığından, Qala-Pirallahı yolunun yerli və respublika yolu olubolmamasının müəyyən edilməsi mümkün deyildir. Bu halda qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin Qala-Pirallahı yolunun mühafizə zonasında yerləşməsi barədə nəticə əsassızdır. Qeyri-yaşayış binasının tikintisinə icazə sərəncamının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsi nəticəsi də əsassızdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3. maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Həmin maddədə sifarişçinin tikintiyə icazə almaq üçün məhz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməli olması göstərilməmiş və qərarda da göstərildiyi kimi icazə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 04 mart 2014-cü il tarixli 175 saylı sərəncamı ilə verilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh publik hüquqi şəxs cavabdehlik daşıyan orqandır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətinə imtina məktubu almışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi : Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 47. Tikinti obyektinin sifarişçisi 47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir; Maddə 57. Tikinti obyektinə dair tələblər 57.1. Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 57.3. Bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.2. tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnaməsinə (mart 2014- cü il tarixə qüvvədə olmuş redaksiyasına) əsasən yerli icra hakimiyyəti başçılarının aşağıdakı ümumi səlahiyyətləri müəyyən edilmişdir. 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; 4.18.2. Bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.15-ci, 4.11.17-ci, 4.12.3-1-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı»nın təsdiq edilməsi haqqında 16 sentyabr 2008-ci il tarixli, 214 №li Qərarına əsasən, istismara yararsız olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı iqtisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunur: İ yüksək məsuliyyət səviyyəli; İİ normal məsuliyyət səviyyəli; İİİ aşağı məsuliyyət səviyyəli. İİ normal məsuliyyət səviyyəli bina və qurğular.
1. İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular;
2. Yaşayış evləri (12 metr hündürlüyədək* yaşayış evləri istisna olmaqla);
3. Təhsil və səhiyyə obyektləri;
4. Mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər;
5. İstehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
İşin faktiki halları ondan ibarətdir ki, Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 3456 nömrəli, 24 avqust 2022-ci il tarixli müqaviləyə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icarəyə verdiyi ünvan ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 81.2 kv.m torpaq sahəsi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 175 nömrəli, 04 mart 2014-cü il tarixli “Vətəndaş İddiaçı Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında ticarət obyektinin tikintisinə icazə verilməsi barədə” Sərəncamına əsasən, İddiaçı Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozunda ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında 85,0 kv.m-lik ticarət obyektinin tikintisinə icazə verilmiş, tikintisinə icazə verilmiş ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı Xəzər RİHB-nın Qala qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının xx.xx.2016-ci il tarixli aktından görünür ki, ticarət obyektinin tikinti quraşdırma, mühəndis-kommunikasiya xətləri, xarici və daxili bəzək, abadlaşdırma işləri tam başa çatdığından ticarət obyekti istismara qəbul olunmuşdur. İddiaçı qeyd olunan sənədlərə istinad etməklə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində yerləşən 85.0 kv.m sahəsi olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasını və birinci intansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi tikilinin Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilən təsnifata uyğun olaraq ikinci məsuliyyət dərəcəli qurğulara aid olması müəyyən edilir. İşin faktiki hallarına əsasən, iddiaçının istifadəsində olan qeyri-yaşayış obyekti tikinti işləri başlanılmamışdan öncə yuxarı icra hakimiyyəti orqanından (Bakı şəhər İH) müvafiq icazələr (rəy və s) alınmalı, bundan sonra tikinti işləri başlanılmalı idi. Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin 175 nömrəli, 04 mart 2014-cü il tarixli Sərəncamı ilə iddiaçıya mübahisəli ünvanda tikintiyə icazə verilsə də, bu sərəncam və Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının xx.xx.2016-ci il tarixli aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və 8.0.10-cu maddələrinin tələblərinə zidd olduğu üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.7-1-ci bəndinə əsasən, həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü ,76.1-ci (birinci halda), 76.2-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3- cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4-2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin 175 nömrəli, 04 mart 2014-cü il tarixli Sərəncamı ilə tikintiyə icazə verilsə də, həmin zaman (mart 2014-cü il) bu səlahiyyəti yuxarıda istinad edilən Əsasnamə ilə şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli qeyriyaşayış sahəsinə dair hüquqlarının mövcud vəziyyətdə və mövcud sənədlər əsasında dövlət qeydiyyatının cavabdeh tərəfindən aparılması qanunun tələblərinə ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtina əsaslarından biri də qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin Qala-Pirallahı yolunun mühafizə zonasında yerləşməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə, “- Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ərazisində, QalaPirallahı yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə həmin obyektin ölçüsünün (sahəsinin) müəyyən edilməsi; - sahənin Qala-Pirallahı yolunun mühafizə zonasına tam və ya qismən düşübdüşməməsinin müəyyən edilməsi; - sahənin yerləşmə cizgisinin faktiki vıziyyətə uyğunluğunun müəyyən edilməsi” sullar göstərilməklə məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6267 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: sual 1 - Tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan tikilinin qapısının bağlı olması səbəbindən tədqiq olunan tikiliyə daxil olmaq və müvafiq ölçü işlərinin aparılması mümkün olmadığından tədqiq olunan tikilinin sahəsinin müəyyən edilməsi mümkün olmamışdır. Sual 2 –məhkəmə ekspertiza mərkəzində həmçinin, mülki iş materiallarında yerli və respublika əhəmiyyətli yolların siyahısına dair məlumat olmadığından, Qala-Pirallahı yolunun yerli və ya respublika əhəmiyyətli yol olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda mübahisəli predmeti olan tikilidən Qala-Pirallahı yolunun hərəkət hissəsinin mərkəzinə qədər olan məsafənin 14.80 metr təşkil etdiyini nəzərə alaraq Qala-Pirallahı yolu yerli əhəmiyyətli yol olduğu təqdirdə Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarına əsasən həmin yolun mühafizə zolağının hüdudları daxilində yerləşmədiyi, Qala-Pirallahı yolu respublika əhəmiyyətinin yol olduğu təqdirdə isə həmin yolun mühafizə zolağının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Sual 3 – mülki iş materiallarında olan (səh 10) mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsinin cizgisində həmin torpaq sahəsi ilə hər hansı bir istinad nöqtəsi və ya Qala-Pirallahı yolu arasında məsafə, miqyas, döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmin torpaq sahəsinin faktiki vəziyyətinin qeyd olunan cizgi ilə uyğunluq təşkil edib-etməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Ekspert rəyində mübahisəli predmeti olan tikilidən Qala-Pirallahı yolunun hərəkət hissəsinin mərkəzinə qədər olan məsafənin 14.80 metr təşkil etdiyini nəzərə alaraq Qala- Pirallahı yolu yerli əhəmiyyətli yol olduğu təqdirdə Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarına əsasən həmin yolun mühafizə zolağının hüdudları daxilində yerləşmədiyi, Qala- Pirallahı yolu respublika əhəmiyyətinin yol olduğu təqdirdə isə həmin yolun mühafizə zolağının hüdudları daxilində yerləşdiyinin müəyyən olunduğu qeyd edilmişdir. Bununla əlaqədar apellyasiya instansiya məhkəməsində icraat zamanı X1 Dövlət Agentliyinə sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə Qala-Pirallahı yolunun yerli yaxud respublika əhəmiyyətli yol olub-olmaması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli Qərarının 4-cü bəndinə əsasən Qala-Pirallahı avtomobil yolu Şəhər tipli magistral avtomobil yoluna aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan imtina əsasının əsaslı olubolmamasından asılı olmayaraq hazırkı iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməzdi. Belə ki, işin araşdırılması zamanı İddiaçı Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında ticarət obyektinin tikintisinə icazə verilməsi barədə” Sərəncamın, sərəncamın verilməsinə səlahiyyətli olmayan Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-772/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev