Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-108/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlillik dərəcəsinin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə 5 saylı Şəhər Poliklinikasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00- N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Daha sonra iddiaçının əlillik vəziyyətinə 5 saylı Şəhər Poliklinikasının xx.xx.2013- cü il tarixli göndərişi əsasında xx.xx.2013-cü il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.8 - Digər xroniki tubulointerstisial nefrit...; Diaqnozun mətni: Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə. Böyrək daşı xəstəliyi. Sağ böyrəyin büzüşməsi. Nefrogen hipertoniya. Sol tərəfli nefrolitotomiyadan sonrakı vəziyyət. Xroniki böyrək çatmamazlığı ll-lll dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə. Böyrək daşı xəstəliyi. Sağ böyrəyin büzüşməsi. Nefrogen hipertoniya. Sol tərəfli nefrolitotomiyadan sonrakı vəzi...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. Daha sonra iddiaçının əlillik vəziyyətinə 5 saylı Şəhər Poliklinikasının xx.xx.2014- cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında eyni tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Xr pielonefrit tez-tez kəskinləşmə ilə. Sağ böyrəyin büzüşməsi. XBÇ İİ” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
6. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADKR saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Böyrək daşları, Böyrək daşı xəstəliyi teztez baş verən residivlərlə. Nefrolitiaz. Sol böyrəyin daşları, kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Sağ tərəfli büzüşmüş böyrək. Xroniki böyrək çatmamazlığı ll-lll mər. Anemiya keçirilmiş litotripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: müayinələr qənaətbəxş deyil. Müxtəlif illərdə yazılan qısa müddətli stasionar müalicələr göndərişin tarixçəsində öz əksini tapmır. Uroloji xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir” səbəbi ilə imtina verilmişdir.
7. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADQ6 saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.0 - Böyrək daşları; Diaqnozun mətni: N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi teztez baş verən residivlərlə. Nefrolitiaz. Sol böyrəyin daşları, kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Sağ tərəfli büzüşmüş böyrək. Xroniki böyrək çatmamazlığı ll-lll mər. Anemiya. Ağırlaşma Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş litotripsiya (2017- 2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, nefrit kolkulyoz pielonefrit, Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək. Xroniki böyrək çatmamazlığı İİ-İİİ mər. Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya. Yanaşı xəstəliklər H27.0 Afakiya, OU-artifakiya. Yanaşı xəstəliklər J00 Kəskin nazofaringit (zökəm), xroniki faringit. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya. Yanaşı xəstəliklər İ12.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ dər. Yanaşı xəstəliklər İ25.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX:koranaro kardioskleroz. Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası, prostatın adenoması. Yanaşı xəstəliklər H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU-qeyri proliferativ ratinopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir.
8. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADXK saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.9 - Dəqiqləşdirilməmiş xroniki böyrək çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək. Xroniki böyrək çatmamazlığı İİİ mər. Ağırlaşma Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş litotripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya. Ağırlaşma N26 Dəqiqləşdirilməmiş büzülmüş böyrək, Sağ tərəfli büzüşmüş böyrək. Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək. Xroniki böyrək çatmamazlığı İİİ mər. Ağırlaşma N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residivlərlə. Nefrolitiaz. Sol böyrəyin daşları, kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, kolkulyoz pielonefrit, Yanaşı xəstəliklər H27.0 Afakiya, OU-artifakiya. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya. Yanaşı xəstəliklər H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OUqeyri proliferativ ratinopatiya. Yanaşı xəstəliklər İ12.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ dər. Yanaşı xəstəliklər J00 Kəskin nazofaringit (zökəm), xroniki faringit. Yanaşı xəstəliklər İ25.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX:koranaro kardioskleroz. Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası, prostatın adenoması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illər stasionar müayinə və müalicə yetərli deyil” səbəbi ilə imtina verilmişdir.
9. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AAD4N saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.0 - Böyrək zədələnmələrinin terminal mərhələsi; Diaqnozun mətni: N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xroniki böyrək çatmamazlığı İİİ mərhələ. Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya. Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, kolkulyoz pielonefrit; Z98 digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş litotripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət; N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residivlərlə. Nefrolitiaz, sol böyrəyin daşları, kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət; Yanaşı xəstəliklər H27.0 Afakiya, OU-artifakiya; F48.0 Nevrasteniya; İ12.0 Böyrək çatmamazlığı ilə müşaiyət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi İİİ dərəcə; E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2; J00 kəskin nazofaringit (zökəm) xroniki faringit; İ25.1 ürəyin aterosklerotik xəstəliyi, ÜİX koranaro kardioskleroz; N40 prostat vəzinin hiperplaziyası, prostatın adenoması, H36.0* diabetik retionopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OUqeyri proliferatov ratinopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinə və müalicə olunması məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11859/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 20 günlük müddət təyin edilmişdir.
10. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda bildirilmişdir ki, 5 saylı Bakı Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2766003AAD4N nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə İddiaçı Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində 10 09 2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Xroniki böyrək çatışmazlığı İİİ mərhələ. Dəmir defisitli anemiya, renal anemiya. Xronik tubulointerstisial nefrit, kolkulyoz pielonefrit diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1957-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və bütün hallarda əlilliyin müəyyən edilməsindən imtina qərarları verilmişdir. Məhkəmənin qərarı əsasında əyani müayinə aparılaraq tibbi-sosial ekspertiza həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı xx.xx.2008-ci il tarixində tibbi-sosial ekspert komissiyasında ilkin müayinə edilmiş və bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonrakı illərdə təkrar komissiyalar zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış, sonuncu dəfə xx.xx.2014-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə edilmiş və bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1. bəndinə müvafiq olaraq xx.xx.2016-cı il tarixdə şəxsin əlillik müddəti onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və görünən selikli qişaları adi rəngdədir, dili nəm ərpsizdir, hər iki böyrək üzərində Pasternatski simtomu mənfidir. Xəstənin təqdim etdiyi akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrü əhatə edən 4 səhhətin müayinə aktında qanda kreatinin səviyyəsinin 96 - 113 mkmol/l aralığında dəyişdiyi müəyyən olundu . Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair dair Əsasnamə” nin 2.2.6. bəndinə uyğun olaraq əlilliyin təyininə əsas verən ikinci və üçüncü dərəcə böyrək çatmamazlığı aşkar edilmədiyinə görə tam reabilitasiya - əlilliyin təyininə əsas verən ağırlaşma aşkar edilməməsi barədə qərar qəbul edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 ekspertlərinə həvalə edilmişdir.
13. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2022-ci il tarixli, 3866 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli T 415/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1957-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmi sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallar uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş 2766003AAD4N saylı göndərişdə (088 №-li Formada) qeyd edilən “Nİ 8.3xroniki böyrək xəstəliyi İİİ mərhələ, xroniki böyrək çatmamazlığı İİİ mərhələ; Ağırlaşma: D50-dəmir defısitli anemiya, renal anemiya; Ağırlaşma: Nll-xronik tubulointerstisial nefrit, kalkulyoz pielonefrit” diaqnozu əyani müayinə zamanı öz təsdiqini tapmır. Şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. Əlilliyin qiymətləndirilməsi üçün 187 saylı Qərara uyğun olaraq yeni Forma №-088 rəsmiləşdirildikdən sonra dəyərləndirilə bilər.
14. Vətəndaş İddiaçı aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) ehtiyac olduqda müvafiq ixtisas həkiminə müraciət edə bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci qrup əlilliyin bərpa edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci ildən xroniki böyrək çatışmazlığı diaqnozu ilə xəstəliyindən 5 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Tibbi Sosial Ekspertiza Komissiyasının qərarı ilə xx.xx.2009-cu ildən ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Düz 2021-ci ilə qədər bu proses davam edib, belə ki, onu müayinədən keçirib bu qrup əlillik dərəcəsində saxlayıblar. 2021-ci ildə isə ona daha əlillik düşmədiyini demişdirlər. Səbəbində isə ona bildirmişlər ki, 2-ci qrup əlil olmaq üçün yataq xəstəsi olmalısan, yəni ölümlə pəncələşməlisən. Bu nə qədər humanist, nə qədər məntiqə uyğundur bilmir. Səhhəti ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Həyatda qalmaq üçün müalicəyə ehtiyacı var, bunun üçün isə maddi vəsait lazımdır, onu isə TSEK kəsmişdir.
17. Məhkəmənin 2-1(112)-11859/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı ona ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
18. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinə 5 saylı Şəhər Poliklinikasının xx.xx.2008- ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ M" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.8 - Digər xroniki tubulointerstisial nefrit...; Diaqnozun mətni: Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə. Böyrək daşı xəstəliyi. Sağ böyrəyin büzüşməsi. Nefrogen hipertoniya. Sol tərəfli nefrolitotomiyadan sonrakı vəziyyət, xroniki böyrək çatmamazlığı ll-lll dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə. Böyrək daşı xəstəliyi. Sağ böyrəyin büzüşməsi. Nefrogen hipertoniya. Sol tərəfli nefrolitotomiyadan sonrakı vəzi...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ İİ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N04 - Nefrotik sindrom; Diaqnozun mətni: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli nefroektomiyadan sponrakı vəziyyət.Xr pielonefrit tez tez kəskinləşmə ilə.Sağ böyrəyin büzüşməsi.XBÇ İİ” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADKR saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residivlərlə.Nefrolitiaz. Sol böyrəyin daşları, kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Sağ tərəfli büzüşmüş böyrək.Xroniki böyrək çatmamazlığı ll-lll mər.Anemiya keçirilmiş litotripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: müayinələr qənaətbəxş deyil Müxtəlif illərdə yazılan qısa müddətli stasionar müalicələr göndərişin tarixçəsində öz əksini tapmır. Uroloji xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADQ6 saylı göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik- cinsiyyət sisteminin xəstəlikləri => N20- N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.0 - Böyrək daşları; Diaqnozun mətni: N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residivlərlə.Nefrolitiaz. Sol böyrəyin daşları,kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət.Sağ tərəfli büzüşmüş böyrək.Xroniki böyrək çatmamazlığı ll-lll mər.Anemiya Ağırlaşma Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş litotripsiya (2017- 2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, nefrit kolkulyoz pielonefrit, Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək.Xroniki böyrək çatmamazlığı İİ- İİİ mər Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya Yanaşı xəstəliklər H27.0 Afakiya, OU-artifakiya Yanaşı xəstəliklər J00 Kəskin nazofaringit (zökəm), xroniki faringit Yanaşı xəstəliklər F48.0 Nevrasteniya,. Yanaşı xəstəliklər 112.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ dər. Yanaşı xəstəliklər 125.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX:koranaro kardioskleroz Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası, prostatın adenoması Yanaşı xəstəliklər H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU-qeyri proliferativ ratinopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADXK saylı göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik- cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.9 - Dəqiqləşdirilməmiş xroniki böyrək çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək.Xroniki böyrək çatmamazlığı İİİ mər Ağırlaşma Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş litotripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya Ağırlaşma N26 Dəqiqləşdirilməmiş büzülmüş böyrək, Sağ tərəfli büzüşmüş böyrək Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Sağ tərəfli büzüşmüş böyrək.Xroniki böyrək çatmamazlığı İİİ mər Ağırlaşma N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi tez-tez baş verən residiviərlə.Nefrolitiaz. Sol böyrəyin daşları,kolkulyoz pielonefrit, keçirilmiş litoyripsiya (2017-2019) əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, kolkulyoz pielonefrit, Yanaşı xəstəliklər H27.0 Afakiya, OU- artifakiya Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, . Yanaşı xəstəliklər H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OUqeyri proliferativ ratinopatiya Yanaşı xəstəliklər 112.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ dər. Yanaşı xəstəliklər J00 Kəskin nazofaringit (zökəm), xroniki faringit Yanaşı xəstəliklər 125.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜlXıkoranaro kardioskleroz Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası, prostatın adenoması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illər stasionar müayinə və müalicə yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AAD4N saylı göndərişi əsasında baxılmış və "X1: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.0 - Böyrək zədələnmələrinin terminal mərhələsi; Diaqnozun mətni: N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xroniki böyrək çatmamazlığı İİİ mər Ağırlaşma D50 Dəmir defisitli anemiya, renal anemiya Ağırlaşma N11 Xronik tubulointerstisial nefrit, kolkulyoz pielonefrit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinə və müalicə olunması məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməsi, İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əvvəla, ekspert rəyinin təsviriəsaslandırıcı hissəsində iddiaçının ekspertiza zamanı hər hansı laborator və instrumental müayinələrə göndərildiyi və belə bir müayinələrin nəticələrinə əsaslanaraq rəyin verildiyi müəyyən olunmur. Bundan əlavə ekspert iddiaçının əyani müayinəsi zamanı aşkar etdiyi patofunksional dəyişikliklərin nələrdən ibarət olduğunu, orqanizmdə hansı dəyişiklikləri ehtiva etdiyini, bu dəyişiklilərin ekspertiza zamanı iddiaçı barəsində aparılmış hansı instrumental, laborator müayinələrin nəticələrinə əsasən müəyyən olunduğunu qeyd etməmişdir. Məhkəmə ekspert rəyinin iddiaçının sağlamlıq durumunun Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də göstərilən xəstəliklərin əhatə dairəsinə düşməməsi hissəsində də razılaşmır.
21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyni olmaqla əsaslandırılmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
e) Prosses iştirakçılarının izahatları
24. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 3-cü dərəcə müddətsiz əlillik təyin olunmuşdur..
25. Məhkəmə Kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, ona xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 3-cü dərəcə müddətsiz əlillik təyin olunduğundan, yəni xx.xx.2021-ci il tarixdən əlillik üçün pensiyasının veriləcəyi nəzərə alınması səbəbindən cavabdehin apellyasiya şikayətinə etiraz etmir.
Tətbiq edilən hüquq
26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: - 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.
2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri
2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
35. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd olunmalıdır.
36. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı iddia tələbində ona ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
37. Cavabdeh isə iddianı qəbul etmir və qeyd edir ki, əvvəla iddiaçının təqdim etdiyi sənədlər təsdiqini tapmır və yalnız iddiaçının əlillik vəziyyəti yoxlanılaraq xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 3-cü dərəcə müddətsiz əlillik təyin olunmuşdur.
38. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə məhkəmənin vəzifəsi iddiaçıda mövcud olmuş yox, mövcud olan xəsarət və xəstəliklərin cavabdehin imtina qərarında göstərildiyi kimi əlillik əlaməti təyin edib-etməməsini, yəni imtina qərarının əsaslılığını yoxlamaqdır.
39. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertizalar iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas verməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2243/2023 nömrəli qərardadı əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq ümumi xəstəlik səbəbindən 3-cü dərəcə müddətsiz əlillik təyin olunması qərara alınmışdır.
40. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilənlərlə razılaşmamaq üçün əsaslar görmür.
41. Tətbiq edilən qanunvericilik normaları da iddiaçının ötən müddətdə reablitasiya olubolmamasını, reablitasiya potensialını müəyyən etmək üçün məhz yenidən tibbi müayinələrin aparılmasını şərtləndirir.
42. Beləliklə, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizası və xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2243/2023 nömrəli qərardadı əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq iddiaçıya ümumi xəstəlik səbəbindən 3-cü dərəcə müddətsiz əlillik təyin olunması qərara alınmışdır.
43. Belə vəziyyətdə məhkəmə Kollegiyası cavabdehin öz vəzifələrini qanunun tələblərinə uyğun olmayan tərzdə həyata keçirdiyini, bununla da iddianın təmin olunması üçün də yetərli dəlillər və sübutlar olmasını müəyyən etmir və nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra- Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
44. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı sonuncu apellyasiya baxışı zamanı xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 3-cü dərəcə müddətsiz əlillik təyin olunduğundan, yəni xx.xx.2021-ci il tarixdən əlillik üçün pensiyasının veriləcəyi nəzərə alınması səbəbindən cavabdehin apellyasiya şikayətinə etiraz etmir. 45.Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd olunmalıdır. 46.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.