Məhkəmə qərarları › İş №2-1(103)-1080/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1080/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1080/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (indiki adı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14) qarşı (üçüncü şəxslər: X5 və X10) “bağ sahəsinə hüququnun reyestrdə qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair” Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-1302/2021 saylı 09.12.2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində yerləşən mərhum ərinə məxsus 28 saylı bağ sahəsinə dair 09.11.2019-cu il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə verilmiş 555614 saylı çıxarışın ləğv edilməsi və həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə reyestrdən çıxarışın İddiaçı adına verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhər X8 İcraiyyə Komitəsi Yeni Bakı Elektrik Mərkəzinin İstilik Quraşdırma İdarəsinə bağ sahələrinin verilməsi üçün 13 iyun 1990-cı il tarixli, 4/145 nömrəli qərarı ilə 2.2 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsi 30 oktyabr 1990-cı il tarixli, 90/i-492, 90/660 saylı aktı ilə həmin torpaq sahəsinin cizgi və sərhədlərini müəyyən edərək, təhvil götürülmüşdür. Bakı İcraiyyə Komitəsinin qərarının icra edilməsi üçün Əzizbəyov rayon İcra Hakimiyyətinə həvalə etmişdir. Əzizbəyov rayon İcra Hakimiyyəti Bakı İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/145 nörməli qərarını 23 noyabr 1990-cı il tarixli, 21 nömrəli qərarı icra edərək, iddiaçının mərhum əri X1 işlədiyi idarəyə bağ sahəsinin verilməsi üçün torpaq ərazisi ayrılmışdır. Əzizbəyov rayon İcra Hakimiyyətinin 23 noyabr 1990-cı il tarixli, 21 nömrəli qərarına əsasən “Xoş Diyar” X4 tərəfindən həmin bağ sahələrinin bölüşdürülmüş mərhum ərinin üzv olduğu həmin Bağçılıq yoldaşlığı 02 fevral 1991-ci il tarixdə ümumi yığıncağı tərəfindən püşkatma yolu ilə a həyata keçirdiyi bölgüsünə görə Bakı şəhəri Şüvəlan qəsəbəsi ərazisində 28 saylı bağ nömrəlli 0,6 ha torpaq sahəsi verilmişdir. İddiaçı vərəsə kimi həmin bağ sahəsinə dair adına mülkiyyət haqqında çıxarışış verilməsi barədə cavabdehə müraciət etmiş, lakin sonuncu həmin bağ sahəsinin başqa fiziki şəxsin adına mülkiyyət haqqında şəhadətnamə verildiyini bildirərək imtina etmişdir Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-1302/2021 saylı 09.12.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, eyni zamanda qeyd olunmuşdur ki, iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Nəsibli Natiq oğlu məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizası cavabdehin maraqlarına uyğundur. Belə olan halda məhkəmə tərəfindən alternativ ekspertiza təyin edilərək özəl ekspertiza fəaliyyəti ilə məşğul olan ekspertiza mərkəzlərə təyin edilərək rəyin verilməsi həvalə edilməlidir. Mübahisəli torpaq sahəsinin mərhum ərinə ayrılmasına dair müvafiq sənədlər mövcuddur ki, X6 adına verilmiş çıxarışın və texniki pasportun surətləri məhkəməyə təqdim edilməli və tədqiqatı aparılması zərurəti yaranmışdır. Lakin buna baxmayaraq məhkəmə araşdırması tam ətraflı və ədalətli araşdırılmamış, lazımi prosessual hərəkətlər həyata keçirilməyərək iddia tələbi qanunsuz rədd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçını İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı iddiaçının göstərdiyi torpaq sahəsinin üçüncü şəxs X7 adına mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsinin üzərinə düşdüyünü qeyd edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş üçüncü şəxslər məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 23 noyabr 1990-cı il tarixli, 21 nömrəli qərarına əsasən “Xoş Diyar” X2 ayrılmış və həmin Yoldaşlığın 02 fevral 1991-ci il tarixli ümumi yığıncağının qərarı ilə püşkatma yolu ilə həyata keçirilmiş bölgüsünə və üzvlük kitabçasına əsasən mərhum əri X1 istifadəsinə verilmiş Bakı şəhəri Şüvəlan qəsəbəsi ərazisində yeriləşən 0,6 ha ölsüyə malik 28 №-li bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun vərəsə kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsini tələb edir. Cavabdehin işdə olan, iddiaçıya ünvanlanmış 02.06.2020-ci il tarixli imtina məktubundan da görünür ki, iddiaçı məhkəməyə qədər də cavabdehə ünvanladığı müraciəti ünvan 1 hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı olmuşdur (Müraciət 10.04.2020-ci il tarixdə qeydə alınmışdır). Halbuki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinin tələbinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun qeyd olunan normasının mənası baxımından, iddiaçı vərəsə kimi, mərhum ərinə məxsus daşınmaz əmlakı (bağ sahəsini) öz adına reyestrdə rəsmiləşdirməsi üçün, ilk öncə, qeydiyyat orqanına (konkret halda cavabdehə) həmin daşınmaz əmlakın (bağ sahəsinin) ölmüş ərinə məxsus olması barədə arayış almaq üçün müraciət edərək qeydiyyat orqanı (cavabdeh) tərəfindən verilmiş arayış əsasında notariat orqanında adına vərəsəlik sənədi rəsmiləşdirməli idi, bundan sonra yalnız, o, həmin əmlakın (bağ sahəsinin) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi üçün qeydiyyat orqanına (cavabdehə) müraciət edə bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçının cavabdehə belə bir müraciəti (yəni bağ sahəsinin mərhum ərinə məxsus olması barədə) olmamış, birbaşa mərhum ərinə məxsus bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsini tələb etmiş, bununla da «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun qeyd olunan tələblərinə uyğun hərəkət etməmişdir. Belə olan halda, onun hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyü istisna edilir. Digər tərəfdən, iş üzrə sübutlarla müəyyən olunan halların mahiyyətinə vardıqda da, iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatında baxılması mümkünsüzdür. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş torpaqşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10.11.2021-ci il tarixli 10/5357 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı mərhum ərinə məxsus olduğunu iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi üçüncü şəxs X9 reyestr nömrəsi **********32 olan çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda, yəni, iddiaçının iddia etdiyi və naturada göstərdiyi bağ torpaq sahəsi, faktiki olaraq başqa bir üçüncü şəxsin istifadəsində və mülkiyyətində olan ərazidə yerləşdiyi və həmin torpağa dair reyestrdən çıxarışı olduğu təqdirdə, hazırkı mübahisənin xarakteri də artıq dəyişmiş olur. Belə ki, iddiaçının həmin üçüncü şəxs (X10) ilə aralarında həmin torpaq sahəsinə hüququn kimə məxsus olması barədə mülki münasibətlərdən irəli gələn, başqa bir mülki mübahisənin predmətini təşkil edə biləcək hal yaranır. Üçüncü şəxsin mübahisəli bağ sahəsinə əldə etdiyi hüquq isə mülki icraat qaydasında mübahisəndirilmədən, onun bu hüququnu təsdiq edən sənədlər qüvvədə olaola isə, iddiaçının hazırkı faktiki olaraq istifadəsində olmayan bağ sahəsinə dair hüququnun qeydə alınması barədə iddia tələbinin inzibati məhkəmə icraatı mümkün sayıla bilməz. Beləliklə də konkret halda cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçının qanunla qorunan hüquqlarını pozan hərəkətlərinin faktiki olaraq mövcudluğu müəyyən olunmur. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı məcburetmə haqqında iddia ərizəsinin əsaslandırılmış iddia kimi qiymətlənirilməsi üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normalarının mənasından göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia növünə uyğun olmayan, inzibati orqan tərəfindən qanunla qorunan hüquq və azadlıqların pozulması əsaslandırılayan iddianın inzibati məhkəmə icraatı mümkün mümkün sayılmır. Həmin Məcəllənin 35.3-cü maddəsindən isə görünür ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddianın inzibati məhkəmə icraatını qeyri-mümkün edən qeyd olunan məsələlərinə diqqət yetirilməmiş, ümumiyyətlə mümkünlük şərtləri yoxlanılmamış, həmin şərtlər öz təsdiqini tapmadığı halda, mahiyyəti üzrə işə baxılaraq iddianın rədd edilməsi barədə düzgün olmayan nəticəyə gəlmiş, bununla da rosessual qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu (prosessual hüquq normalarının tələblərinin pozulması hissəsində) mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-1302/2021 saylı 09.12.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, qanunla hüqularını pozan şəxsə qarşı Azərbaycan Respublikasının prosessual qanunvericiliyin tələbləri qaydasında iddia qaldırmaq hüquqna malikdir. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-1302/2021 saylı 09.12.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar