Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1081/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (qanuni təmsilçi) X2 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarpşı pul tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4485/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, İddiaçı MMC, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı dəyişidirilmiş iddia tələbində 71510,00 (yetmiş bir min beş yüz on) manat məbləğin tutularaq MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2003-cü il tarixdə iddiaçı tərəfindən Badamdar qəsəbəsi, 31 “A” ünvanda yerləşən keçmiş Trolleybus parkı icarəyə götürülmüş (icarə müqaviləsi N:117, xx.xx.2003cü il) və 4.150.000,00 manat icarə haqqı ödənilmişdir. (qəbz N:01,2003-cü il). Daha sonra, həmin əmlak alqı-satqı müqaviləsi ilə (müqavilə N:019, xx.xx.2003-cü il) özəlləşdirərək İqtisadi inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin (VÖEN 2********) hesabına “Azərbaycan Milli Bankı” vasitəsilə (KOD501004, VÖEN: 140033786, m/h **********031 **********031), cəmi, 575.347.000,00 manat pul vəsaiti ödəyərək Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqda Şəhadətnamə (N: 000507, xx.xx.2003cü il tarixli) alınmışdır. Əmlak iddiaçıya təhvil verildikdən bir müddət sonra, onlara satılan - Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən 1387.9 kv.m qeyriyaşayış sahəsinin 862,5 kv. m, 71510 (1387,9x862.5) AZN dəyərində olan hissəsi, məhkəmə mübahisələri nəticəsində onlardan alınaraq başqa şəxslərə verilmişdir. Məlum koronovirus epidemiyası səbəbdən heç bir fəaliyyət göstərə bilmədiyimizdən hal hazırda bizim həmin yerlərlə bağlı Dövlət büdcəsinə 18000 (on səkkiz min) manat borc yaranıb. Bu səbəbdən, rəhbərin respublikadan çıxışına qadağa qoyularaq fəaliyyət tam iflic vəziyyətinə salınıb. Dəfələrlə müraciət etmələrinə baxmayaraq ödənilən həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin 71510 manat məbləğin qaytarılması və ya əvəzləşdirilməsi barədə iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli cavab məktubunda aşağıdakılar bildirilmişdir: -qeyd olunan ünvanda yerləşən 1387,9 kv.m əmlak kompleksi 2003-cü ildə İddiaçı MMC tərəfindən icarəyə götürülərək özəlləşdirilmiş; -sonradan, 1 saylı Yerli İqtisad Məhkəməsinin 23 avqust 2006-cı il tarixli qətnaməsi və həmin qətnamənin icrası ilə əlaqədar keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 8 avqust 2008- ci il tarixli, 256 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 1387,9 kv.m əmlak kompleksinin özəlləşdirilməsinə dair “Çənbərəkənd" MMC-yə verilmiş 000507 nömrəli xx.xx.2003-cü il tarixli Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında Şəhadətnamə və 004444 nömrəli xx.xx.2003-cü il tarixli texniki pasport etibarsız hesab edilmiş; - 1 saylı Yerli İqtisad Məhkəməsinin 23 avqust 2006-cı il tarixli qətnaməsində ödədiyi vəsaitin geri qaytarılması və qalan hissəyə “Çənbərəkənd" MMC-yə çıxarışın verilməsi ilə bağlı hər hansı öhdəlik qoyulmamış; -“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun 30-cu maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddia müddətinin ötürüldüyünü əsas gətirərək, qeyd edilən əmlakın özəlləşdirilməsi ilə bağlı ödənilmiş vəsaitin iddiaçıya qaytarılmasına dair tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4485/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və qərara alınmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 71510 (yetmiş bir min beş yüz on) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsinin qərarı əsassızdır.Məhkəmə işi hərtərəfli və tam araşdırmamış, qərar qəbul edərkən qanunvericiliyin bir sıra tələblərini pozmuşdur ki, bu da əsassız məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə İddiaçı arasında bağlanmış 17 fevral 2003cü il tarixli, 19 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən 1387.9 kv.m qeyri-yaşayış sahəsi sonuncu tərəfindən özəlləşdirilmiş və buna dair ona 000507 saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2063/5-424 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən İddiaçı MMC-yə verilmiş 004444 nömrəli və “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2003-cü il tarixli, 004692 nömrəli texniki pasportlar, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən İddiaçı MMC-yə verilmiş xx.xx.2003-cü il tarixli, 000507 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 nömrəli texniki pasportun bərpa edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 saylı texniki pasporta əsasən “Həsrət” kiçik müəssisəsinə aid hissəsinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən boşaldılaraq “Həsrət” kiçik müəssisəsinə qaytarılması qət edilmiş, qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Hazırda iddiaçı onun tərəfindən özəlləşdirilmiş, ümumi sahəsi 1387, 9 kv.m olan qeyri- yaşayış obyektinin bir hissəsinin (862,5 kv.m hissəsinin) özəlləşdirilməsinin ləğv edilməsini nəzərə alaraq, həmin hissəyə görə 71 500 manatın ona qaytarılmasını tələb etmiş və qeyd edilən 862,5 kv.m sahənin dəyərini aşağıdakı qaydada müəyyən etmişdir: 115 069,4 manat (1387, 9 kv.m sahənin ümumi dəyəri) / 1387, 9 = 82.9 * 862,5 = 71 510. Məhkəmə iddiaçının bu hesablamasının düzgün olub-olmaması ilə bağlı heç bir araşdırma aparmadan, bununla bağlı ekspertiza təyin etmədən iddianı təmin etmişdir. Halbuki, qeyri-yaşayış obyektinin özəlləşdirilməsi ləğv edilmiş 862,5 kv. m hissəsinin dəyəri yalnız bu sahədə xüsusi bilik və səriştəyə malik olan ekspert tərəfindən müəyyən edilə bilərdi. Belə ki, özəlləşdirilən qeyri-yaşayış obyektlərinin dəyəri hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” (mübahisənin predmeti olan əmlakın özəlləşdirilməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 24 yanvar tarixli, 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərin) ilkin qiymətinə tətbiq edilən Əmsallar” əsasında hesablanır ki, bu hesablamanın aparılması üçün də xüsusi bilik və səriştə tələb olunur. Nə iddiaçı, nə də hakim belə bir xüsusi bilik və səriştəyə malik olmadan hesablamanı adi qaydada (əmlakın ümumi dəyərini onun sahəsinə bölməklə bir kv.m-in dəyəri müəyyən edilməklə) aparmışdırlar ki, bu da özəlləşdirilməsi ləğv edilmiş hissənin həqiqi dəyərini əks etdirmir. Bu səbəbdən hesab edirik ki, qeyri-yaşayış obyektinin özəlləşdirilməsi ləğv edilmiş hissəsinin dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli və ekspertin rəyi əsasında qərar qəbul edilməli idi. Qeyd ediləndən əlavə bildiririk ki, hakimin iddia müddətini tətbiq etməməsi də əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1 -ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1 -ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Qeyd olunan yekun məhkəmə qərarının çıxarılması tarixindən (Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı) 13 ildən çox vaxt keçdiyindən, iddiaçı müvafiq tələbin irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13.2-ci bəndinə əsasən özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilikdə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin yalnız 25 %-i həcmində Əmlak Məsələləri Dövlət Xidməti üçün ayırmalar nəzərdə tutulur. Eyni zamanda, analoji işlər üzrə məhkəmələr tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə uyğun olaraq ödənilmiş pul vəsaitinin 25 %-nin Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %-nin isə dövlət büdcə vəsaiti hesabına Maliyyə Nazirliyindən tutulması barədə qərarlar qəbul edilir (nümunə üçün məhkəmə qərarı əlavə olunur). Bunu nəzərə alaraq, birinci instansiya məhkəməsində işə baxılan zaman Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Maliyyə Nazirliyinin cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi barədə məhkəməyə vəsatətlə müraciət olunsa da, vəsatət təmin olunmamış və qeyd olunan vəsatətin təmin edilməməsi barədə məhkəmə qərardadından Xidmət tərəfindən apellyasiya şikayəti verilmişdir. Bundan əlavə məhkəmə iddiaçının mövqeyi ilə razılaşaraq özəlləşdirilmiş 1387.9 kv.m sahədən 862.5 kv.m sahənin ondan alınaraq başqa şəxslərə verildiyindən, 862.5 kv.m sahə üçün ödənilmiş məbləğin cavabdehdən tutulması barədə qərar qəbul etsə də, qeyd olunan ölçüdə sahənin iddiaçıdan alınaraq başqa şəxsə verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim olunmamış, işə baxan məhkəmə tərəfindən isə qeyd olunan halları təsdiq edən sənədlərin əldə edilməsi ilə bağlı aidiyyəti orqanlara hər hansı sorğular verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının hansı ölçüdə əmlak üzərində mülkiyyət hüququndan məhrum olması barədə iş materiallarında hər hansı sübut mövcud olmadığı halda, məhkəmə iddia ərizəsində qeyd olunan formal mülahizələrə əsaslanaraq qanunsuz qərar qəbul etmişdir. Qeyd olunan halların araşdırılması baxımından, “Həsrət” kiçik müəssisənin məhkəmə iclasında iştirakı vacib əhəmiyyət kəsb etməsinə baxmayaraq, qeyd olunan təşkilat məhkəmə icraatına cəlb edilməmişdir...” Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir (Hazırkı iclası barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, İPMin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Hüseynov və üçüncü şəxsin nümayəndəsi S.Mustafayev 20 ilə yaxın müddət ərzində cavabdeh tərəfindən müəssisənin 862.5 kv.m sahəyə görə ödədiyi 71510,00 manat məbləğində vəsaitin əsassız olaraq qaytarılmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədn xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh qürumun hüquq sələfi, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən 1387.9 kv.m qeyriyaşayış sahəsi özəlləşdirilməyə çıxarılarkən və alqı-satqısı həyata keçirilərkən 862,5 kv.m ölçüdə olan hissəsinin, üçüncü şəxslərin hüquqları ilə yüklü olmasına varmadan, əsassız olaraq, həmin hissəyə münasibətdə də iddiaçının adına özəlləşdirmə həyata keçirilmiş, nəticədə yekun məhkəmə qərarı ilə iddiaçıya həmin sahəyə ödədiyi vəsait həcmin maddi ziyana məruz qalmışdır. Belə ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi, mübahsələndirilən 1387.9 kv.m qeyri-yaşayış sahəsi, ilk öncə, cavabdehin hüquq sələfi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə İddiaçı MMC arasında bağlanmış 17 fevral 2003-cü il tarixli 19 nömrəli icarə müqaviləsi ilə onun icarəsinə verilmiş, daha sonra, sonuncunun adına özgəninkiləşdirilərək, xx.xx.2003-cü il tarixdə ona 000507 nömrəli şəhadətnamə verilmiş, bundan sonra aşağıdakı hadisələr baş vermişdir: Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2063/5-424 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən İddiaçı MMC-yə verilmiş 004444 nömrəli və “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2003-cü il tarixli, 004692 nömrəli texniki pasportlar, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən İddiaçı MMC-yə verilmiş xx.xx.2003-cü il tarixli, 000507 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 nömrəli texniki pasportun bərpa edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 saylı texniki pasporta əsasən “Həsrət” kiçik müəssisəsinə aid hissəsinin İddiaçı MMC tərəfindən boşaldılaraq “Həsrət” kiçik müəssisəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Hazırda iddiaçı onun tərəfindən özəlləşdirilmiş, ümumi sahəsi 1387, 9 kv.m olan qeyri-yaşayış obyektinin 862,5 kv.m ölçüdə olan hissəsində özəlləşdirmə ləğv edildiyindən həmin hissəyə görə cavabdehə ödədiyi pulun, yəni, 1387,9 kv.m sahəyə görə ödədiyi 115.069,4 AZN məbləğinin 71510,00 (387,9=82.9x862,5) manat məbləğində olan hissəsinin cəmiyyətə qaytarılmasını tələb edir. Cavabdeh apellyasiya şikayətində mübahisələndirir ki, qeyri-yaşayış obyektinin özəlləşdirilməsi ləğv edilən 862,5 kv.m hissəsinin dəyəri, yalnız bu sahədə xüsusi bilik və səriştəyə malik olan ekspert tərəfindən müəyyən edilə bilərdi. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlili ilə razılaşmır. Belə ki, İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 97-1-ci maddəsinin tələbinə görə xüsusi bilik tələb olunduqda, məhkəmənin ekspertiza təyin etmək hüququ ehtiva olunmuşdur. Konkrt halda, isə ekspertin zəruri biliyinə ehtiyac yoxdur. Çünki adi riyazi hesablama yolu ilə 862,5 kv.m qeyri-yaşayış sahəsinə görə ödənilmiş məbləği müəyyən etmək mümkündür. Belə ki, qanuni qüvvəsini almış, işə əlavə edilən 1 saylı Yerli İqtisad Məhkəməsinin 2063/5-424 saylı xx.xx.2006-cı il tarixli qətnaməsi ilə müəyyn olunan hallardan aydın olur ki, mübahisəli ünvanında yerləşən 1387,9 kv.m qeyri-yaşayış sahəsi, cavabdehin hüquq sələfi İqtisadi inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli 35 nömrəili sərəncamı və onunla iddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 19 nömrəli alqı-satqı müqaviələsi əsasında sonuncuya 575.347.000,00 manata satılmışdır. İşdən görünür ki, birinci instaensiya məhkəməsinin sorğusuna əsasən 1387,9 kv.m qeyri-yaşayış sahəsinə görə iddiaçı tərəfindən köhnə Azərbabacan manatı ilə cavabdehə denominasiyadan əvvəl ödənilən 575.347.000 AZM manat pul məbləği ilə bağlı qəbzlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Həmin məbləğin yeni manatla ifadə olunan miqdarı isə 115069,00 (575.347.000:5000) AZN təşkil edir. Belə olan halda da 1387,9 kv.m ümumi sahənin 1 kv.m-nin qiyməti 82,9 (115069,4:1387,9) AZN aılınır. Bu baxımdan, mübahəisəli 862,5 hissəyə görə iddiaçı tərəfindən ödənilən məbləğ 71.510,00 (862,5x82,9) AZN təşkil edir. Cavabdehin Mülki Məcəllənin 373 və 177-ci mddələrinin müddəalarına istinadən, iddia müddətinin keçdiyini mübahisələndirən dəlilləri də əsassızdır. Belə ki, iddiaçı hazırkı tələbində ödədiyi pulu, yəni, mülkiyyətində olmuş əmlakın geri qaytarılmasını tələb edir. Qeyd olunan Məcəllənin 384.0.4-cü maddəsinin tələbinə görə 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Bundan əlavə, İPM-in 2.2.1-ci və 2.2.2-ci maddələrində nəzərdə tutulan (mübahisələndirmə və məcburetmə haqqında) iddia növləri istisna olmaqla, digər iddiarda iddia müddətinin tətbiqi nəzərdə tutulmamışdır. İddianın mahiyyətinə gəldikdə, qeyd olunan Məcəllənin 572.1-ci maddəsinin tələbinə görə alıcının, üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Konkret halda isə iddiaçıya satılan qeyri-yaşayış sahəsinin, mübahisələndirilən hissədə cavabdeh orqanın əsassız qərarı (xx.xx.2003-cü il tarixli 35 nömrəli sərəncamı) və qanunsuz hərəkətləri ilə (xx.xx.2003-cü il tarixli 19 nömrəli alqı-satqı-müqaviələni bağlaması) üçüncü şəxslərin hüququ ilə yüklü olan 862,5 kv.m hissəsi də cavabdeh tərəfindən təqsirli şəkildə iddiaçının xeyrinə özgənikiləşdirilməklə, ona həmin sahəyə münasib olaraq ödədiyi pul vəsaiti həcmində real zərər vurmuşdur. Mülki Məcəllənin 1096.1-ci maddəsi isə nəzərədə tutur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə də, cavabdeh tərəfindən təqsirli surətdə iddiaçının hüquqlarının pozulduğu sübuta yetirilir. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin - qanunvericilikdə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin, yalnız 25 %-i tutulduğuna istinadən, iddia tələbinə uyğun olaraq ödənilmiş pul vəsaitinin 75 %-nin dövlət büdcə vəsaiti hesabına, Maliyyə Nazirliyindən tutulmalı olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Qeyd olunmalıdır ki, mübahisələndirilən həmin məsələ həm də iki inziati orqan arasında baş verən bir daxili tənzimləməni ehtiva edir. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaının təmin edilməsi və cavabdehdən 71510 AZN məbləğində vəsaitin alınıb iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, işin hərtərəfli və tam araşdırılmadığını və qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4485/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4485/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1081/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1081/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver