Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1082/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, XN oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqənin verilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli, 2-N(82)-3435/20N9 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-N(82)- 3435/20N9 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N992-ci ilin noyabr ayında Qarabağ müharibəsi ilə əlaqədar aparılan döyüş əməliyyatlarında iştirak etmək üçün könüllü olaraq MN-in N saylı hərbi hissəsinə getmişdir. N994-cü ilin fevral ayında N saylı hərbi hissəyə köçürülmüşdür. N994-cü ilin iyul ayından sonra, yəni Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəs sazişi imzalandıqdan sonra onun hərbi xidməti başa çatmışdır. Hesab olunur ki, cavabdehin imtinası əsassız və qanunsuzdur, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: İddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etməmiş, tərəfindən nə fərarilik, nə döyüş meydanını özbaşına tərk etmə, nə də ki, digər hər hansı hərbi cinayət törədilməmişdir.İddianı rədd edərkən məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X2 xx.xx.20N9-cu il tarixli arxiv arayışına əsaslanmışdır. Həmin arayışda isə guya iddiaçının dəfələlərlə xəbərdarlıq edilməyisinə baxayaraq özbaşına döyüş mövqeyini tərk edərək fərarilik etdiyi qeyd olunmuşdur.Halbuki, arxiv sənədlərində olan bu məlumatlar iddiaçı tərəfindən belə bir hərəkətə yol verilməsini, başqa sözlə ona istinad edilən həmin cinayət əməlini törətməyini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.Bununla belə nə qədər ki, iddiaçı tərəfindən törədildiyi iddia edilən hərbi hissəni özbaşına tərk etmə əməlinə görə cinayət təqibi aparılmayıb, bu əmələ cinayət hüquqi qiymət verilməyib və hal-hazırda bu barədə qanuni qüvvəsini almış məhkəmə aktı yoxdur, belə bir əsasla ona veteran adının verilməsindən imtina edilməsi qanunsuzdur. Həmçinin qeyd olunan əsasla iddiaçıya veteran statusunun verilməsindən imtina edilməsi onu deməyə əsas verir ki, hal- hazırda törətmədiyi cinayət əməllərinə görə ittiham edilir.Cinayət qanunvericiliyindən məlumdur ki, şəxsin məhkum edilməsi və ya onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, eyni zamanda amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün əvvəlcə həmin şəxs barəsində müvafiq maddələrlə cinayət işi başlanılmalı və hər hansı təqsirləndirici material olmalıdır. Lakin iş materiallarına əlavə edilmiş Tərtər Hərbi Prokurorluğunun xx.xx.20N9cu il tarixli məktubunda da qeyd olunmuşdur ki, “ iddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Daha sonra, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli arxiv arayışı ilə xx.xx.20N9-cu il tarixli imtina məktubu arasındakı ziddiyyətlər bir daha cavabdehin imtina məktubunun əsassız və qanunsuz olmasını təsdiq edir.Beləki, Müdafiə Nazirliyi İşlər X2 xx.xx.20N9-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, “ ... dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, özbaşına döyüş mövqeyini tərt edərək fərarilik etmiş ... ”.Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli imtina məktubunda isə qeyd edilmişdir ki, “ ... döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona (ərizəçiyə) müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-N(82)-3435/20N9 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, nümayəndə və vəkili ilə eyni məzmunlu izaht verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdhein nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşdə olan AR Müdafiə Nazirliyinin İşlər X2 xx.xx.20N9-cu il tarixli, 9/2-76N6 saylı arxiv arayışından görünür ki, Bakı şəhəri Nizami Rayon Hərbi Komissarlığından çağırılmış sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 74 nömrəli əmri ilə şəxsi heyətin siyahısına, xx xxxxxx N992-ci il tarixdən bütün növ təminatlara salınmışdır. Baş Qərargah rəsinin sərəncamına əsasən xidmətini davam etdirmək üçün N57 nömrəli Hərbi hissəyə göndərilmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 54 nömrəli əmri ilə xx xxxxxx N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, özbaşına döyüş mövqeyini tərk edərək fərarilik etmiş, minaatan batareyasının sürücüsü sıravi İddiaçı N57 nömrəli hərbi hissə komandirinin xx xxxx N994cü il tarixli N3N nömrəli əmri ilə şəxsi heyətin sıyahısından, bütün növ təminatlardan çıxarılaraq Goranboy Rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir. N57 nömrəli Hərbi hissə komandirinin fevral N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin vətəndaş İddiaçı onun müraciətinə cavab olaraq ünvanlanmış xx xxxxxx 20N9cu il tarixli məktubunda bildirilmişdir ki, ərizəçinin “müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı” müraciətinə Nazirliyin müvafiq Komissiyasının xx xxxx 20N9-cu il tarixli iclasında baxılmış və onun barəsində müsbət qərar qəbul edilmədiyindən, təqdim olunan sənədlər geri qaytarılmışdır. Döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona (ərizəçiyə) müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Onun barəsində qəbul edilmiş Amnistiya qərarının notarial qaydada təsdiq olunmuş surəti sənədlərə əlavə olunaraq təkrar təqdim edilərsə, müraciətə komissiyanın iclasənda yenidən baxılaraq müvafiq qərar qəbul edilə bilər. İş materiallarında olan Tərtər hərbi prokurorluğunun İddiaçı ünvanlanmış xx xxxx 20N9-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - xx xxxx 20N9-cu il tarixli müraciətinizə baxılmışdır. Barənizdə Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin ücüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin mddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 saylı xx xxxxxxxx N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin sözügedən bəndinin “Qeyd” hissəsində göstərilmişdir ki, Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istehfaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Birinci instansiya məhkəmənin qənaətinə görə, hazırkı İddiaçı xidmət yerini özbaşına tərk etdiyinə görə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “qeyd” hissəsinə əsasən həmin maddənin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan şəxslərin sırasına aid edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinası qanunsuz qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli, 2-N(82)- 3435/20N9 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1082/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1082/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver