Məhkəmə qərarları › İş №2-1(103)-1083/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1083/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1083/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyatın bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12865/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yerləşdiyi ünvan 1 ünvanına iddiaçının qeydiyyatının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həsənov Orxan) 2-1(112)-12865/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin yerləşdiyi ünvan 1 ünvanına İddiaçı qeydiyyatının dayandırıldığı tarixdən (xx.xx.2022-ci il tarixdən) bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisələndirilən qərarın tarixi «xx.xx.2023-cü il» olmasına baxmayaraq, apellyasiya şikayətində «xx.xx.2023-cü il» göstərilmişdir. İş materiallarından və apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12865/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd olunan halı texniki yanlışlıq kimi qəbul edir. Cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-53/2-3425/2024 nömrəli məktubda bildirilir ki, İddiaçı şəxsiyyət vəsiqəsi aktivləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun ünvan 1 ünvanına - cavabdehin inzibati binasına qeydiyyatı bərpa edilmişdir. İddiaçı cavabdeh tərəfindən tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün hazırki inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyatın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyatın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar