Məhkəmə qərarları › İş №2-1(103)-1084/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1084/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1084/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1, İddiaçı1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(112)-10662/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(112)-10662/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli sərəncamına zidd olduğundan ləğv edilməlidir. Belə ki, AR Prezidentinin xx.xx.2008-ci il tarixli sərəncamında “Bakı şəhər İnzibati Ərazi hüdudlarında bəzi torpaqların istifadəsinin səmərəliliyinin artırılması tədbirləri haqqında” Sərəncamında Abşeron rayon inzibati ərazi torpaqlarından Bakı şəhər Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayon ərazisində yerləşən torpaq sahələri onların inzibati idarəçiliyinə verilmişdir. Bu baxımından hazırki torpaqlarla bağlı bütün şikayət və tələblərə Suraxanı rayon hüquq mühafizə orqanları baxaraq həll edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1, İddiaçı1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin icraatında olan inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 1 saylı Bakı Ərazi İdarəsi birinci instansiya məhkəməsinin **********61 reyestr nömrəsinə əsasən Abşeron rayonu, Donuzkökəltmə sovxozunun ərazisində yerləşən, sahəsi 24.0 ha olan torpaq sahəsinin Bakı və ya Abşeron rayon inzibati ərazi vahidi hüdudlarında yerləşməsi haqqında ətraflı məlumatın təqdim edilməsinə dair sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçıların mübahisələndirdiyi daşınmaz əmlak Abşeron rayonu ərazisində yerləşir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın predmeti daşınmaz əmlakla bağlı hüquq və hüquq münasibəti ilə əlaqədar olmaqla, həmin daşınmaz əmlak Abşeron rayonunda yerləşir. Abşeron rayonu isə Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Birinci instansiya məhkəməsi hazırkı işin aidiyyətı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsində haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(112)-10662/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Mirzə Tağızadə Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar