Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1085/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iddiaçının müvafiq dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3243/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçının təhsilinin bərpa olunması, fəaliyyət göstərən müvafiq dövlət tibb məktəblərinin birinə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçının Bakı və ya Sumqayıt şəhərlərində hazırda fəaliyyət göstərən dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3243/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3243/2019 saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinixahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddiası təmin edilmişdir. İş materiallarından görünür ki, - iddiaçı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2205/2206-cı tədris ili üçün test imtahanında iştirak etmiş və “Loğman” Tibb məktəbinin “Əczaçılıq” ixtisasının əyani (ödənişli əsaslarla) təhsilalma formasında qəbul olunmuşdur. - “Loğman” Tibb məktəbi sonradan 2007-ci ilin sonunda fəaliyyətini dayandırmışdır. - cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilmişdir ki,AR Təhsil Nazirliyinin x xxxxxx 1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş “Ali və orta-ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”də fəaliyyəti dayandırılmış təhsil müəssisəsinin tələblərinin başqa təhsil müəssisəsinə köçürülməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının təhsilini başa vura bilməməsi obyektiv səbəblərdən olduğundan, eləcə də onun oxuduğu təhsil müəssisəsinin fəaliyyəti dayandırıldığından, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi onun müvafiq dövlət tibb təhsil məktəblərindən birinə bərpa olunmaqla təhsilini davam etdirməsi üzrə bütün tədbirləri görməlidir. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2017-ci il tarixli 49 nömrəli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyət verilməsinə dair müvəqqəti Qaydalar”a görə orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Həmçinin iş materiallarından görünür ki, iddiaçıya 2007-ci il tarixdə “Loğman” Tibb məktəbi tərəfindən diplom verilmişdir. Yuxarıda sadalananları nəzərə alan kollegiya qeyd edir ki, iddiaçının dövlət tibb təhsil məktəblərindən birinə bərpa olunmaqla təhsilini davam etdirməsi barədə iddiası qanuna zidd olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti isə təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2-1(82)-3243/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3243/2019 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçının iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1085/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1085/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver