Məhkəmə qərarları › İş №2-1(103)-1085/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1085/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1085/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 17.12.2009-cu il tarixdən yəni, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 17.12.2009-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3923/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İddiaçı X14 güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış 19633661 saylı 21 noyabr 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın yüngül sənaye hissə (26) dəri və xəz istehsalatları, dəri xəz xammalının ilkin emalı bəndində (26.7) xəz dəri və məmulat biçimini düzəldənlər nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş İT-1 ******* nömrəli əmək kitabçasından görünür ki, 17.01.1977- 31.12.2003-cü arasındakı dövr ərzində “X15”ndə biçici vəzifəsində işlədiyi olunmuşdur. Göründüyü kimi, onun işlədiyi müəssisə dəri xəz xammalının ilkin emalına aid deyildir. Bundan başqa iddiaçı tərəfindən yuxarıda qeyd olunan dövrdə “Xalq üçün mallar fabriki”ndə əmək stajı və həmin dövr üçün sözügedən müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi məqsədilə aidiyyəti sorğu verilmiş, cavab olaraq şəxsi işində (T-2 kartda) 16.01.1981-01.01.94-cü il tarixləri arasındakı dövr ərzində əmək fəaliyyəti barədə hər hansı məlumatın olmadığı və bununla bağlı qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 17.12.2009-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1977-ci ildə əmək fəaliyyətinə başlamış, 17.01.1977-ci ildə “X11”nin 3 saylı sexinə biçisi şagirdi qəbul edilmişdir. 12.04.1977-ci il tarixdə 3-cü dərəcəli fəhlə kateqoriyasına keçirilmişdir. 07.08.1979-cu il tarixdə bağlayıcı vəzifəsinə keçirilmişdir. 16.01.1980-cı ildə 5-ci dərəcəli dəri xammalı biçici peşəsinə keçirilmiş və 31.12.2003-cü il tarixədək həmin peşədə işləmişdir. 10.10.1990-cı il tarixdə “X11” “X15” ilə birləşmiş, Bakı Xalq Təlabatı Malları İstehsal edən X3 yaradılmışdır. 13.09.1997-ci il tarixdə 832 saylı sərəncama əsasən XTMİE X1 adı dəyişdirilərək "xxxx" ASC olmuşdur. Cavabdeh orqan tərəfindən ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. O, hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. O, “X15”ndə deyil, “X11”ndə işləmişdir. Həmin müəssisə dəri xəz xammalının ilkin emalı sahəsinə aiddir. Ona görə də həmin müəssisədə işlədiyi biçici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 26-cı bölməsinin 26.7-ci bəndi ilə müəyyən edilmiş dəri xammalının ilkin emalı sahəsinə aiddir. Əmək kitabçası və "xxxx" ASC-nin 31.08.2020-ci il tarixli arayışı ilə təsdiq olunur ki, o, 20 ildən çox müddətdə “X11”ndə dəri xammalı biçicisi peşəsində işləmişdir. Göründüyü kimi, onun 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan həm ümumi, həm də xüsusi stajı var. O, həmin stajı 01.01.2006-cı il tarixədək topladığından sosial sığorta haqqının ödənilməsi tələb olunmur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm yüngül sənaye hissəsinin(26) dəri və xəz istehsalatları, dəri xəz xammalının ilkin emalı bəndində (26.7) xəz dəricikləri və məmulat biçimini düzəldənlər nəzərdə tutulmamışdır. İddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında 17.01.1977-31.12.2003-cü il tarixləri arasındakı dövr ərzində “X15”ndə biçici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə dəri xəz xammalının ilkin emalı sahəsinə aid deyildir. Bundan əlavə cavabdeh tərəfindən yuxarıda qeyd olunan dövrdə “Xalq üçün mallar fabriki”ndə iddiaçının əmək stajını və həmin dövr üçün sözügedən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq iddiaçının şəxsi işində 16.01.1981- 01.01.1994-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək fəaliyyəti barədə hər hansı məlumatın mövcud olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3923/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, İddiaçı 17.12.2009-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 04.07.2016-cı ildən etibarən keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın və iddiaçının tələbinin təmin olunmasından verilmiş imtinanın məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçı, 17.01.1977-31.12.2003-cü il tarixləri arasındakı dövr ərzində “X11”ndə dəri xammalı biçicisi peşəsində işləmişdir ki, bu da güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədir. İddiaçının 2006-cı ilin yanvarınadək 26 il 11 ay 14 gün ümumi və güzəştli əmək stajı olmuşdur. Həmin əmək stajı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən dəri xammal biçicisi üzrə qazandığı stajdır. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 17.12.2009-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun 17.01.1977- 31.12.2003-cü illər arasındakı dövr ərzində işlədiyi müəssisənin dəri xəz xammalının ilkin emalı müəssisəsinə aid olmamasına, eyni zamanda 16.01.1981-01.01.1994-cü il tarixləri arasındakı dövr ərzində onun əmək fəaliyyəti barədə hər hansı məlumatın olmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını və arxiv arayışlarını təqdim etmişdir. İddaçı İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, 17.01.1977-ci ildə X5 3 saylı sexə biçici şagirdi qəbul edilmiş, 12.04.1977-ci ildə 3-cü dərəcə təyin edilməklə fəhlə kateqoriyasına keçirilmiş, 07.08.1979-cu ildə bağlayıcı vəzifəsinə keçirilmiş, 16.01.1980-cı ildə 5-ci dərəcə təyin edilməklə biçici vəzifəsinə keçirilmiş, 10.10.1990-cı ildə X5 adı dəyişdirilərək Bakı X4 adlandırılmış, 13.09.1997-ci ildə XTMİE X2 adı dəyişdirilərək "xxxx" ASC olmuş, 31.12.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası "xxxx" ASC-nin 18-ok-22 saylı 22.11.2018-ci il tarixli arayışından görünür ki, X14 həqiqətən də 17.01.1977-ci il tarixdən 31.12.2003-cü il tarixədək X6 3 saylı sexində 5-ci dərəcə ilə dəri xammalı biçicisi peşəsində işləmiş, "xxxx" Dövlət Konserninin 321 saylı 04.09.1990-cı il tarixli əmrinə əsasən X15 - X11 ilə birləşmiş, Bakı Xalq Tələbatı Malları İstehsal edən X4 yaradılmışdır. 13.09.1997-ci il tarixdə 832 saylı sərəncama əsasən XTMİE X1 adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixi 12 nömrəli qərarına əsasən 2 saylı siyahının 26-cı bölməsinin 26.7 bəndi ilə (səh. 151, sət.50) X9 işlədiyi dəri xammalı biçicisi peşəsi güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququnu verir. Arayış əmrlər kitabı və T-2 şəxsi uçot vərəqəsi əsasında yazılmışdır. "xxxx" ASC tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı şəxsi hesaba əsasən 1981-1990, 1994-1998-ci illərdə əmək haqqı almışdır. "xxxx" ASC-nin 18-kş-06 saylı 31.08.2020-ci il tarixli məktubundan görünür ki, X9 "xxxx" ASC-nin 3 saylı sexində işlədiyi dəri xammalı biçicisi peşəsinin iş xüsusiyyətləri aşağıdakı kimidir: Yarımfabrikatların, öncədən soyulmuş, epidermisdən, cod və yumşaq tüklərdən təmizləmiş dərilərin, iri buynuzlu mal-qaranm dərilərinin yan və onurğa hissəsinin - onurğa, boyun və onurğadan qarm altı nahiyəyə qədər olan hissələrin müxtəlif tekstil elementlərinə biçilməsi, iri dəri xammalının dövlət standartlarına və texniki şəraitə uyğun olaraq konturlanması, yəni çəngələrin kallusa bənzər çıxıntılarının və arxa qıc və ayaqların fan formalı hissələrinin çıxarılmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən 2 saylı siyahının 26-cı bölməsinin 26.7-ci bəndi dəri xammalı biçicisi peşəsinə güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququ verir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən iddiaçının işlədiyi müəssisənin dəri xəz xammalının ilkin emalı sahəsinə aid olması mübahisələndirilir. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçının işlədiyi dəri xammalı biçici peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan “2210800a-17742 dəri xammalını biçənlər” peşəsinin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil etdiyi təqdirdə onun peşəsinin “Dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emalı” sahəsinə aid olub-olmaması, eləcə də onun 16.01.1981-ci ildən 01.01.1994-cü ilə qədər əmək fəaliyyətinin olub-olmaması, olduğu təqdirdə işlədiyi dövrdə müəssisə tərəfindən ona verilən əmək haqqından məcburi dövlət sosial sığorta ödənişlərinin (tutulmaların) aparılıbaparılmaması, aparıldığı təqdirdə İddiaçı ilə bağlı həmin dövr üzrə Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan haqq-hesab cədvəllərindən çıxarışların (əmək haqqından tutulmaların əks olunduğu cədvəllər) təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC-yə müvafiq sorğu məktubları göndərilmişdir. Həmin sorğulara cavab olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş 12 iyul 2021-ci il tarixli məktublardan görünür ki, X14 həqiqətən də 17.01.1977-ci il tarixdən 31.12.2003-cü il tarixədək keçmiş X7 (hazırda "xxxx" ASC) 5-ci dərəcə ilə dəri xammalı biçicisi peşəsində işləmiş, onun işlədiyi dəri xammalı biçicisi peşəsi dəri xammalının ilkin emalına aiddir və iş prinsipi kimyəvi tərkibli (natrium xloridə natrium karbonat, paradixlorbenzol, sink, xlorid, bisulfit, bisulfat natrium, kalium fosfat, bor turçusu, naftalin, alyumokalium kvasları və ağ neft qatmaqla) konservləşdirilmiş xammalın kənarlarını kəsmək, lazımsız hissələrini çıxarmaq, yarımfabrikat halına salaraq istifadəyə verməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarının 2 saylı Siyahısında qeyd olunan 2210800a-17742 dəri xammalı biçicisi peşəsi güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququ verir. Hazırda qanunvericilikdə də dəri xammalı biçicisi peşəsi güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin təqdim etdiyi 2021-ci il tarixli və 18-kş-21 saylı 12 iyul 2021-ci il tarixli arayışlarda iddiaçının müəssisədə işlədiyi 16.01.1981-ci il tarixdən- 01.01.1994-cü il tarixədək və 1994-1998-ci illər üzrə əmək haqqından məcburi dövlət sosial sığorta haqqlarının tutulduğu qeyd edilmişdir. Əmək haqqı cədvəllərinin həcmi böyük olduğundan və həmçinin cədvəllərdə bütün sexin siyahısı toplu şəkildə göstərildiyi üçün surətlərinin çıxarılmasının mümkün olmadığı, 01.01.2006-cı il tarixədək olan borc qalıqlarının isə fondun hesabına ödənildiyi göstərilmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Bakı şəhəri üzrə X20 İdarəsinin DSMF-nun Sabunçu rayon Şöbəsinə ünvanladığı 07.05.2018-ci il tarixli 98/03/06-4821 saylı məktubun məzmununa görə "xxxx" ASC-nin 28.03.1996-28.06.2004cü illər üzrə sosial sığorta haqları ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə işlədiyi adı çəkilən müəssisənin fəaliyyət istiqaməti zərərli sahəyə aid olmaqla yanaşı, onun icra etdiyi “dəri xammalı biçicisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının XX Yüngül sənaye bölməsinin (********), 2210800a-17742 şifrəsinə (dəri xammalını biçənlər) koduna uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 10 ildən artıq təşkil edir. Göründüyü kimi, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmış, işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Odur ki, yuxarıda göstərilənlərlə əlaqədar cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “iddiaçının işlədiyi müəssisənin dəri xəz xammalının ilkin emalına aid olmadığı və onun müəssisədə 16.01.1981-01.01.1994-cü il tarixlər arası əmək fəaliyyəti barədə məlumatın olmadığı” barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 17.12.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Həmçinin Kollegiya hesab edir ki, iddiaçının “keçmiş dövr üçün pensiyasının hesablanıb ona ödənilməsi” barədə tələbinin “Əmək pensiyaları haqqında” Qanunun 31.1ci və 32.1-1-ci maddələrinə əsaslanmaqla, iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün (04.07.2016- 04.07.2019) ödənilməsi ilə bağlı da birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın rəddi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3923/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3923/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar