Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1085/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Zamin Vəliyəddin oğlu İbrahimovdan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9014/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin İİİ hissəsinin tələbinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları saxlanılır. Belə ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə həmin gün nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə müvafiq qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubu əsasında iddiaçının nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün ödədiyi dövlət rüsumlarını əks etdirən **********, ********** və ********** nömrəli mədaxil qəbzləri təqdim olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Azərbaycan Respublikası DİN Baş X3 İdarəsi Qeydiyyat-imtahan İdarəsinə və Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 150 AZN istifadə olunmamış qəbzlər üzrə, 80 AZN və 58 AZN ona dəymiş maddi ziyana və 712 AZN mənəvi ziyana ümumilikdə 1000 AZN məbləğində dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı bildirir ki, 24 oktyabr 2023-cü il tarixli ABŞ Copart hərracından əldə etdiyi Toyota markalı nəqliyyat vasitəsini gömrük rəsmiləşdirilməsindən sonra DİN Baş X3 İdarəsi Qeydiyyat-imtahan İdarəsinə təqdim etmişdir. Bu barədə o, nəqiyyat vasitəni qeyydiyyata almaqla texniki passport və nömrə nişanı almalı idi. Sözügedən əməliyyata görə ondan qeyri-rəsmi məbləğdə ödəniş tələb edildiyindən müvəqqəti qeydiyyatla tranzit nömrə almaq qərarına gəlmişdir. Tranzit nömrə üçün də nə qədər istəsə də, nağdsiz və ya bank ödənişi ilə ödənişə imkan vermədilər və əllərində olan sənədlərinə xüsusi işarə qoydular. İddiaçı polisləri mümkün qədər yola gətirməyə çalışsada vətəndaşların arasında tanımadığı bir nəfər mülki geyimdə onunla kobud danışmağa başladı və sanki orada olan vətəndaşın işini ləngitdiyi iradı ilə onu provokasiyaya çəkib asayişi pozmağa vadar edirdi. Psixoloji basqı altında onu ötürdülər tranzit nömrələri verən Anar Əliyev kimi özünü təqdim edən işçinin yanına və o, heç bir əxlaqi normalara riayət etməyərək danışdı. Əlavə problemlərə düşməmək üçün iddiaçı 110 AZN-dan 50 manat nağd şəkildə verərək tranzit nömrə alıb, İdarəni tərk etdi. Yeni aldığı Toyota markalı avtomobilə 10 il istifadəsində olan Mercedes markalı avtomobili özgəninkiləşdirib Mercedesdə olan nömrəni Toyotaya daşımaq istəyirdi. Buna görə DİN BDYPİ-yə yazılı mürciət etmişdir və 21 oktyabr 2023-cü il tarixli N3-13-16/2-B-141442 saylı almışdır. X2 haqqında qanunun 29 maddəsinin İİİ hissəsi buna imkan verdiyi bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur və onun hüquqlarının pozulmasına səbəb olmuşdur.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh olaraq yalnız Azərbaycan Respublikası DİN Baş X3 İdarəsini göstərmiş, 150 AZN istifadə olunmamış qəbzlər üzrə vəsaiti ona geri qaytarmadıqlarına görə dəymiş maddi ziyana və 650 AZN mənəvi ziyana ümumilikdə 800 AZN məbləğində dəymiş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 2-1(112)-9014/2024 saylı 18 iyul 2024cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.
6. Cavabdeh orqan tərəfindən iddiaya dair hər hansı bir münasibət bildirilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9014/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, 150 manat məbləğində pul vəsaitinin İddiaçı qaytarılmasi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə mübahisənin məzmunu ondan ibarətdir ki, iddiaçı köhnə nəqliyyat vasitəsi satıb xaricdən əldə etdiyi yeni nəqliyyat vasitəsini adına rəsmiləşdirmək və istifadəsində olan dövlət qeydiyyat nişanını yeni avtomobilə köçürmək istəyərkən çəkdiyi dəfələrlə rəsmi və məcbur edilərək qeyri-rəsmi xərc, əzab, əziyyət, iztirabdır. Məhkəmə tərəfindən iddiaçının bir nəqliyyat vasitəsini satıb digərini alan zaman şəkdiyi əsəbə, stresə və iztiraba hüquqi qiymət verilməmişdir. Polis İdarəsinin qəbzlərin, sənədlərin tarixlərindən və imza ilə qəbul etdikləri cavabsız məktubların məzmunundan vətəndaşa olan münasibətləri açıq görsənir. Həmin cavablar üçün Polis İdarəsinin qapılarında keçirdiyi günlərə də, keçirdiyi sarsıntılarıa da məhkəmə hüquqi qiymət verməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
11. Məhkəmədə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək yeni qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi.
12. Cavabdeh təşkilata bir neçə dəfə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmədə iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 18.65.1. Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə: 18.65.1.1. avtonəqliyyat vasitələri üçün - 30 manat; - 18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə: 18.65.3.1. minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün -20 manat.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: 1.1. Bu Qaydalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5- ci maddəsinə uyğun olaraq hazırlanmışdır və düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydalarını müəyyən edir. 3.1. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. 4.1. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir.
16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayətində qərar qismən - iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
21. Hazırki işdən görünür ki, iddiaçı avtonəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün artıq ödənilmiş dövlət rüsumunun qaytarılması, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələb edir. Bununla bağlı 28 dekabr 2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir.
22. Belə ki, iş materiallarına əlavə edilmiş: - ********** nömrəli mədaxil qəbzinə əsasən 20 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC vasitəsilə dövlət rüsumu ödənilmişdir.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqdim olunmuş sənədlər toplusundan görünür ki, texniki baxışın həyata keçirilməsi üçün iddiaçı tərəfindən qanunla müəyyən olunmuş həddə dövlət rüsumu ödənilmiş və müvafiq qəbzlər ilə rəsmiləşdirilmişdir. Lakin, iddiaçı dövlət rüsumunu təkrarən ödəmişdir ki, bu hal dövlət rüsumunun həm "xxxx" ASC, həm də "xxxx" ASC vasitəsilə cavabdehə ödənilməsini təsdiq edən qəbzlər ilə müəyyən olunur.
24. Bu baxımdan kollegiya hesab edir ki, texniki baxış üçün "xxxx" ASC vasitəsilə ödənilən dövlət rüsumu dövlət büdcəsinə deyil də, məhz cavabdehin hesabında olduğundan, hazırki iş üzrə Azərbaycan Respublikası DİN Baş X3 İdarəsi cavabdehlik daşımaqla yanaşı həmin məbləğin qaytarılmasının təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
25. Mənəvi zərərlə bağlı kollegiya qeyd edir ki, iddiaçı cavabdeh orqanının hərəkətləri nəticəsində qeyri-rəsmi xərc, əzab-əziyyət və iztirab çəkdiyini və bu səbəbdən ona məvəzi zərərin ödənilməsini tələb edir.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
29. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
30. Göründüyü kimi iddiaçı tərəfindən artıq ödənilmiş 150 manat dövlət rüsumunun qaytarılması mərhələsində onun vəziyyətinin ağırlaşmasına, mənfi psixoloji vəziyyətinin yaranmasına səbəb olan hər hansı hal müəyyən olunmamış, iddiaçıda bu halı təsdiq edən hər hansı obyektiv arqument təqdim edə bilməmişdir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı qismən etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9014/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9014/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.