Məhkəmə qərarları › İş №2-1(103)-1086/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1086/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1086/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun iddiaçının mərhum atası X3 məxus olması haqqında arayışın verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11321/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə öhdəliyin icrası haqqında iddia qaldıraraq “faktiki istifadədə olan (1580 kv.m) xx.xx.1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsi üzərində istifadə hüququnun iddiaçının mərhum atası X3 məxus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 18 mart 1999-cu il tarixində Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X1 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının qərarı ilə vəfat etmiş iddiaçının atasına - X4 Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Lakin ayrılmış torpaq sahəsinin indiyə qədər tam sənədləşdirilməsi müxtəlif səbəblərdən mümkün olmamışdır. “18 mart 1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin 49 illik müvəqqəti istifadəsinə verilməsi haqqında sərəncam verilməsi və bununla bağlı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5355/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-2015/2022 saylı qərarına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5355/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2015/2022 saylı qərardadının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, iddiaçının mərhum atasına ayrılmış torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək üçün onun əvvəlcə həmin torpaq sahəsinin atasına məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq arayışın verilməsi ilə bağlı müraciət etməsi vacibdir. Yalnız həmin tələbi təmin olunduqdan sonra iddiaçı iddia etdiyi daşınmaz əmlakla bağlı öz hüquqlarını reallaşdıra bilər. Qeyd olunanları nəzərə alaraq iddiaçı torpaq sahəsi üzərində istifadə hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı sözügedən hüquqmüəyyənedici sənədlə cavabdeh müraciət etmiş, lakin sonuncu onun müraciətinə xx.xx.2022-ci il tarixli, **********33 nömrəli məktubla bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinin mərhum atasının adına dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin ünvanladığı məktub qanunsuz və əsassızdır. Cavabdeh - inzibati orqana müraciəti qeydiyyatdan keçibkeçməməsi haqqında ətraflı məlumat verilməsi ilə bağlı deyil, torpaq sahəsi üzərində istifadə hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı olmuşdur. Həmçinin, inzibati orqan müraciətinə cavab məktubunda qeyd etmişdir ki, müvafiq ünvanda yerləşən torpaq sahəsinin mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Cavabdeh sözügedən məktubla bir daha sübut edir ki, müraciəti tam araşdırılmamışdır. Ərizənin mahiyyətindən də bəlli olduğu kimi sözügedən torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi barədə məlumatlı olmuşdur. Müraciəti zamanı istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi həm qeydiyyatdan keçmiş daşınmaz əmlaklarla, həm də qeydiyyatdan keçməmiş daşınmaz əmlaklarla bağlı olan münasibətləri tənzimləyir. Ərizənin məqsədi hüquqmüəyyənedici sənədlə mərhuma məxsus olan hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona məxsus olması haqqında arayışın verilməsi ilə bağlı olmuşdur. Bundan əlavə, arayış və çıxarış məsələsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)- 2357/2019 saylı, xx.xx.2021-ci il tarixli 2-1 (f02)-2113/2021 saylı və xx.xx.2022-ci il tarixli 2-1 (102)-207/2022 saylı qərarlarında kassasiya məhkəməsinin mövqeyi bildirilmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Torpaq sahəsi yarımstansiyanın hasarına bitişik yerləşmişdir və elektron kadastr baza məlumatlarına əsasən “yaşayış məntəqələrinin torpaqları" kateqoriyalı olmaqla dövlət mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11321/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qəarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatını mümkündür. İddiaçı apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə, öz qərarında qeyd etmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda göstərilən hər hansı sənədi cavabdehə və məhkəməyə təqdim etməmiş, həmin sənədlərin mövcud olması barədə məlumat verməmişdir. Bununla əlaqədar bildirir ki, cavabdeh orqana təqdim olunmuş hüquqmüəyyənedici sənəd Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 64-cü maddəsinin tələbinə uyğun olaraq tərtib olunmuş sənəddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Qanunvericilik aktı digər əsaslar dedikdə, konkret olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahı’nı nəzərdə tutmamışdır. Hesab edir ki, mərhum atasına məxsus torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində qeyd olunan digər əsaslar kimi qiymətləndirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, arayış verilməsini istənilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı torpaq olmaqla dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi müəssisəyə məxsus olmadığı halda müəssisənin müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə iddiaçının mərhum atasına yaşayış evi tikmək üçün ayrılmasına razılıq verilmişdir. Mübahisəli torpağın iddiaçının mərhum atası X4 istifadəyə və ya icarəyə verilməsi barədə icra hakimiyyətinin qərarı, həmin torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilə mövcud deyildir. Bununla əlaqədar olaraq bildirir ki, torpaq sahəsinin ayrılması barədə qərar xx.xx.1999-cu il tarixlidir. Həmin tarixdə yeni Torpaq Məcəlləsi deyil, keçmiş Torpaq Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən torpaqdan (o cümlədən .icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müqavilə və şəhadətnamə ilə rəsmiləşdirilir. Bu sənədlər rayon, səhər xalq deputatları Sovetləri tərəfindən qeydə alınır və torpaq istifadəçisinə verilir. Lakin ona məlum olmayan səbəblərdən yerli icra hakimiyyəti ilə müqavilə bağlanmamış və bununla bağlı şəhadətnamə verilməmişdir. Məhkəmə tərəfindən qeyd olunan qərar və müqavilə isə yeni Torpaq Məcəlləsində qeyd olunmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Belə ki, məhkəmə tərəfindən istənilən qərar və müqavilə onun hazırki vəziyyətimi yaxşılaşdırmadığı üçün həmin norma tətbiq oluna bilməz. Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verərək əsassız olaraq iddia tələbini təmin etməmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, cavabdehin nümayəndəsi N.Rzazadə isə mübahisəli torpaq sahəsinin mərhuma məxsus olması barədə arayış verilməsi üçün qanuni əsasların mövcud olmadığını bildirərək qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə “faktiki istifadəsində olan 1580 kv.m, xx.xx.1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsi üzərində istifadə hüququnun mərhum atası X3 məxus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinin tələbi baxımından isə həmin torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olmasına dair isə aşağıdakı əsaslardan biri mövcud olmalıdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; https://e-qanun.az/framework/5456 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...” Konkret halda, mübahisələndirilən torpaq sahəsinə dair sadalanan əsasları ehtiva edən hər hansı bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Daha konkret, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair məhkəməyə təqdim olunan qərar sözügedən Qanunun 8-ci maddəsinin müddalarında sadalanan hüquqmüəyyənedici sənədlərin hər hansı birinə uyğun gəlmir. Belə ki, iddiaçının istinad etdiyi işə əlavə olunmuş - Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X1 müdriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarında qeyd olunur ki, iddiaçının mərhum atası: “ 1 X4 Zabrat-İİ də yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən yaşayış binası tikmək üçün torpaq sahəsi ayrılmasına razılıq verilsin.

2. Boş yerdə tikilən bina yarımdartıcı stansiyasının mütəmadi işləməsinə heç bir maneə göstərmir.

3. Bu qərar verildiyi tarixdən qüvvəyə minmişdir.” Qərarın məzmunundan aydın görünür ki, torpaqayırmanın qanunla müəyyən olunan qaydası başa çatdırılmamış, natamam qalmışdır. Belə ki, sözügedən qərarın qəbul olunduğu vaxt qüvvədə olmuş, köhnə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinin 1-ci hissəsi nəzərdə tuturdu ki, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 25-ci maddəsi isə nəzərdə tuturdu ki, müəssisələr, idarələr və təşkilatlar bostançılıq, ot çalını və mal-qaranın otarılması məqsədləri üçün torpaq sahələrini öz işçilərinə müvafiq rayon, şəhər xalq deputatları Sovetlərinin razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında verirlər. Qeyd olunmalıdır ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 55, 56 .1 və 64-cü maddələri də uyğun müddəaları ehtiva edir. Məcələlərin qeyd olunan müddəalarından aydın olur ki, birincisi, torpaq sahəsinin mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsi yerli icra hakimiyyəti orqanlarının qərarına əsasən yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. İkincisi isə müəssisələr, idarələr və təşkilatlar tərəfindən öz işçilərinə bostançılıq və s. məqsədlər üçün torpaq sahələri yalnız, müvafiq icra hakimiyyəti orqanılarının razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında verilə bilərdi. Konkret halda, iddiaçının istinad etdiyi qərardan isə görünür ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X1 öz işçisi iddiaçının mərhum atası Məmməd Abbasova, yerli icra hakimiyyəti orqanının razılığı olmadan torpaq sahəsi ayrılmasına razılıq vermişdir ki, bu işin mübahisələndirilməyən halıdır. Ümumiyyətlə, sözügedən qərarda hansı ölçüdə torpaq sahəsin ayrıldığı da təsbit olunmur və ayrılan torpaq sahəsinin plan-cizgisi də mövcud deyildir. Beləliklə də mübahisəli torpaq sahəsinin iddiaçının mərhum atasının istifadəsinə qanuni əsaslarla verildiyi öz təsdiqini tapmır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının mübahisəli torpaq sahəsinin mərhum atasına məxsus olması baradə arayış verilməsi barədə müraciətinin cavabdeh tərəfindən təmin olunması üçün əsasların mövcudluğu müəyyən olunmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair Qanunun yuxarıda qeyd olunan 22.2-ci maddəsində göstərilən arayış verilməsindən imtina olunması, əslində, cavabdehin qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Konkret halda, mübahisəli torpaq sahəsinin hüquqi normaya uyğun olaraq iddiaçınının istifadəsinə verildiyi müəyyən olunmadığından, onun həmin torpağın və üzərindəki tikilinin qanuni istifadəsində sayılması istisna olunur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verərək əsassız olaraq onun iddia tələbini təmin etmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11321/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11321/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar