Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1087/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “icra sənədinin icrası ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, icra işi üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və yenidən hərraca göndərilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)- 3212/2020 saylı qərardadından iddaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiаçı İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2(103)-9284-2017 saylı 07.11.2017-ci il tarixli icra sənədi üzrə 25.11.2019-cu il tarixli İcra sənədinin məhkəməyə qaytarılması haqqında Qərarının ləğv edilməsi; Bakı Apelyasiya Məhkəməsinin qeyd edilən qətnaməsinin icra edilməsi məqsədilə Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən icra tədbirlərinin dəvam etdirilməsi və borcluya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi,5 M ünvanında yerləşən daşınmaz əmlakın satılması məqsədi ilə “X3” MMC və ya digər hərrac şirkətləri ilə bağlanmış (bağlanacaq) hər hansı müqavilələrin şərtləri ilə hər hansı limit və məhdudiyyət qoyulmadan yenidən açıq hərraca göndərilməsi, daşınmaz əmlak açıq hərracda satılana qədər satış qiymətinin aşağı salınması və hər hansı limit qoyulmadan dəfələrlə hərraca çıxarılaraq satılması və tələbkara olan borcun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-3212/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim M.Hacıbəyova). Həmin qərardaddan iddaçı apelyasiya şikayəti vermişdir. İddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “icra sənədinin icrası ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələblərinə dair iş üzrə çıxarılmış 2-1(102)-11/2020 saylı 18.02.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Bununla yanaşı icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarı, eləcə də hərəkət və hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkar, eləcə də üçüncü şəxslər) ziyan vurulduğu iddia edilərsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər”. İcra şöbəsi qanunsuz olaraq özünün şəxsi təşəbbüsü ilə hərracın keçirilməsini məhdudlaşdırır və tələbkar kimi bizim hüquqlarımızı kobud pizaraq məhkəmə qətnaməsinin icrasını mümkünsüz edərək iddiaçıya külli miqdarda ziyan vurur. Odur ki, apellyasiya şikayətinin təmin edlməsini, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iddia ərizəsindən və iş materiallarında göründüyü kimi iddia tələbi – Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9284-2017 saylı 07.11.2017-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarın ləğv edilməsi, icra tədbirlərinin davam etdirilməsi tələbindən ibarətdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göründüyü kimi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarında icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsi hüququ təsbit edilmişdir ki,bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir, ona görə apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiаçı İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-3212/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1087/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1087/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver