Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1087/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusu və şəhid ailəsi statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X9 və X11 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusu və şəhid ailəsi statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-N-1(11N)-9450/N0N3 saylı 16 oktyabr N0N3-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may N0N4-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan Nəhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ-İ seriyalı 885898 nömrəli xx.xx.N017-ci tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.N017-ci il tarixdə arteriyaların emboliyası və trombozu diaqnozundan Ağcəbədi rayonunun Sarıcalı kəndində vəfat etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, mərhum əri X4 “şəhid” statusunun verilməsini xahiş etmişdir. Lakin iddiaçıya ünvanlanan xx.xx.N0N3-cü il tarixli məktubla ona bildirilmişdir ki, yoldaşının ölüm haqqında şəhadətnaməsinə əsasən Ağdam hərbi hospitalında onun vəfat etdiyi və vəfatının xidməti vəzifəsi zamanı baş verməsi göstərilsə də, döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmaması səbəbindən müraciətinin təminindən imtina edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “şəhid statusu və şəhid ailəsi statusunun verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı cinayət işinin istintaqı zamanı qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncələr görmüş, işgəncələr nəticəsində də vəfat etmişdir. Onun xidmət etdiyi hərbi hissə və faktiki xidmət yeri düşmənlə üzbəüz şəraitdə olmuşdur. İddiaçı hesab edir ki, mərhum ərinə qarşı cinayətkar əməllər birbaşa Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünə qarşı atılmış addım olmuşdur. Bu səbəbdən də iddiaçı hesab edir ki, ona şəhid ailəsi statusu, yoldaşına da şəhid statusu verilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının yoldaşı ölüm haqqında şəhadətnaməsinə əsasən Ağdam hərbi hospitalında onun arteriyaların emboliyası və trombozu diaqnozundan vəfat etdiyi və vəfatının xidməti vəzifəsi zamanı baş verməsi göstərilsə də, döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmaması səbəbindən müraciətinin təminindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-N-1(11N)-9450/N0N3 saylı 16 oktyabr N0N3-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, mərhum kapitan X1 rayonu Ağcakənd kəndində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ermənistan işğalçı qüvvələri ilə üzbəüz döyüş mövqeyində olan hissənin birinci taborunun N-ci bölüyünün komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edərkən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri Hikmət Həsənovun hüquq işləri üzrə köməkçisi, mayor Fuad Ağayevin göstərişi əsasında xx.xx.N017-ci ildə xidmət etdiyi postdan çıxarılaraq Tərtər rayonu Şıxarx kəndində yerləşən 703 saylı Hərbi hissənin köhnə binasına gətirilərək, Vətənə xəyanət edən hərbi qulluqçuların sorğulanması adı altında qanunsuz sorğulanmış və vəhşicəsinə döyülərək və işgəncələrə məruz qalaraq 056 nömrəli hərbi hospitala yerləşdirilmiş və 07 may N017-ci il tarixdə aldığı işgəncə və xəsarətlərdən vəfat etmişdir. Bu, Fuad Ağayevin və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum olunmalarına dair Tərtər Hərbi Məhkəməsinin 31 yanvar N019-cu il tarixli hökmündə öz əksini tamışdır. Cinayət işi üzrə keçirilmiş Komisyon məhkəmə tibb ekspertizasının N1 may N018-ci il tarixli, T1N7/N018 №-li rəyindən görünür ki, mərhum X3 meyitinin müayinəsi zamanı alın nahiyəsində olan solda fasiləli sıyrıqlar, sağ çiyin qurşağı, sağ dirsək, bazu, saiddə sıyrıqlar, sol bazu, dirsək, said və əldə sıyrıqlar, döş qəfəsinin ön səthində solda və sağda qançır, döş qəfəsinin arxa səthində çoxsaylı sıyrıq və qançırlar, hər iki bud və sağrıda, baldırın arxa səthində qançır və sıyrıqlar, hər iki sağrı nahiyəsində qançırların imbisiyası nəticəsində epidermin soyulması, sağ bud, hər iki diz və hər iki baldırda sıyrıq, başın yumşaq toxumasına geniş qansızmalar, döş qəfəsinin yumşaq toxumasına qansızmalar, ağciyərdə çoxsaylı subplevral qanszıma, beyin və ağciyərlərdə ödem, daxili üzvlərin azqanlılığı, ürək və piramidalarada qarışıq tromb kütləsinin olması müəyyən edilmişdir. Məhkəmənin hökmündən göründüyü kimi, X7 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar atəşkəs dövründə döyüş şəraitində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin birinci taborunun N-ci bölüyünün komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmətdə olarkən döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icra edərkən, N nömrəli hərbi hissənin tabe olduğu 1-ci Ordu Komandanı 051 saylı Hərbi Hissənin korpus komandiri general mayor Hikmət Həsənovun və onun hüquq işləri üzrə müşaviri Fuad Ağayevin göstərişi ilə qanunsuz sorğulanmaya aparılmış və cinayət nəticəsində həlak olmuşdur. Bakı İnzibati Məhkəməsi tam, hərtərəfli, obyektiv araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, məhkəmə kapitan X3 xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N017-ci ilin may ayında harada yerləşməsi, döyüş vəziyyətində olması, Süleyman Kazımovun 03-04 may N017-ci il tarixində hansı mövqedə xidmət başında olması və digər məsələlərin araşdırılması ilə bağlı Müdafiə Nazirliyinə və N saylı hərbi hissəyə, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon İdarəsinə sorğular göndərməmiş, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar N019-cu il və 13 mart N019-cu il tarixli hökmlərini, cinayət işinin materiallarını tələb etməmiş, araşdırmamışdır. Beləliklə, Bakı İnzibati Məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq kimi xidməti vəzifəsini yerinə yetirməyərək, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Tərəflərin izahatları: İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.N0N3-cü il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.N0N3-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.N-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.N, 6N.N və 6N.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “mərhum ərinə şəhid statusu və ona şəhid ailəsi statusunun verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının vəfat etməsinə səbəb olan halın xidməti vəzifələrinin icrası zamanı olsa da, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmadığına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının 1.1-ci bəndinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.N-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.N.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.N.N. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.N.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.N.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.N.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.N.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.N.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların 6 dekabr N0N3-cü ii tarixədək olan redaksiyasında nəzərdə tutulan N.1-ci bəndinə əsasən Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; N.1.1. arvadı (əri); N.1.N. valideynləri; N.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; N.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; N.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; N.1.6. N.1.3 və N.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda N3 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və XN Xidmətinin, X6 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan. Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və XN Xidməti, X6 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X6 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər”altsisteminə daxil edirlər. Həmin Qaydaların 4.N-ci bəndinə əsasən Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasınlan imtina edən cavabdeh inzibati orqan iddiaçının həyat yoldaşının vəfatının “döyüş tapşırığı” və ya “döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi” ilə bağlı olmadığına istinad edir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən məhkəməyə təqdim olunmuş cavabdeh tərəfindən verilmiş xidməti dəftərçənin surətindən görünür ki, iddiaçının həyat yoldaşının vəfatının səbəbi “hərbi xidmət vəzifəsinin icrası ilə bağlı” olmuşdur. Hərbi Prokurorluğun məktubunda qeyd edilmişdir ki, iddiaçının həyat yoldaşının AR CM-nin N74-cü maddəsi və digər maddələri ilə təqsirli olması sübuta yetirilmədiyindən bəraətverici əsaslarla cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan məhkəmə hökmündə qeyd edilmişdir ki, iddiaçının həyat yoldaşının meyitinin müayinəsi zamanı ekspert müəyyən etmişdir ki, ölümə səbəb olan xəsarətlər küt əşyanın bilavasitə təsirindən yaranmış, ölüm xəsarətlər yerinə yetirildikdən sonra deyil, müəyyən müddət keçdikdən sonra ölümün baş verməsini xəsarətlər nahiyəsində zədələnmiş damarlardan qanın bir hissəsinin yumşaq toxumalara sızması və sonradan orqanizmə sorulması nəticəsində poliorqan çatmazlığı, intoksikasiya ilə izah etmək olar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırki işdə iddiaçının mərhum əri döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmamış və iddiaçı isə həmin halların əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilmir. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 1N.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin -N-1(11N)- 9450/N0N3 saylı 16 oktyabr N0N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-N-1(11N)-9450/N0N3 saylı 16 oktyabr N0N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X14 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1087/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1087/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver