Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1088/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 qızının və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6084/2021 saylı, 12.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.02.1996- 25.06.2006-cı il tarixlər arasında “Mingəçevir Enerjiquraşdırma” ATSC-də elektrik qaynaqçısı vəzifəsində işləməsi nəzərə alınmaqla, pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İPM m.33.1.). İddianın əsaslarına görə iddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin sonuncu 1 aprel 2021-ci il tarixli cavab məktubu ilə imtina edərək, onun əmək kitabçasında 15.02.1996-25.06.2006-cı il tarixlər arasında "Mingəçevir Enerjiquraşdırma" ASTC-də elektrik qaynaqçısı vəzifəsində işləməsinə dair sənədlərin saxlanmadığından qeyd olunan dövrün onun iş stajına daxil etmək mümkün olmadığını ümumi iş stajının 25 ildən az (18 il 6 ay 8 gün) təşkil etdiyini, bundan əlavə tələb olunan 36400 manat pensiya kapitalı müqabilində onun fərdi hesabında da cəmi 14113,97 manat pensiya kapitalı mövcud olmasını əsas gətirərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini mümkün hesab etməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanladığı imtina məktubunda qeyd olunan əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6084/2021 saylı, 12.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 18.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (27.01.2021-ci il) əvvəlki üç il üçün, yəni 27.01.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 1.0.8ci maddələrinə istinadən, iddiaçıya ünvanlanmış imtina məktubuna və iddia ərizəsinə etirzına uyğun əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında 15.02.1996- 25.06.2006-cı il tarixlər arasında "Mingəçevir Enerjiquraşdırma" ASTC-də elektrik qaynaqçısı vəzifəsində işləməsinə dair sənədlər saxlanmadığından, qeyd olunan dövrün onun iş stajına daxil etmək mümkünsüz olduğundan, onun ümumi iş stajı 25 ildən az (18 il 6 ay 8 gün) təşkil edir, bundan əlavə, fərdi hesabında da tələb olunan 36400 manat pensiya kapitalı müqabilində cəmi, 14.113,97 manat pensiya kapitalı vardır. Ona görə də ona güzəştli şərtlərlə pensiya təyin edilmsi mümkün hesab olunmamışdır. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Qasımzadə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 şrifti altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verən peşə kimi göstərilmişdir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 1.0.8-ci maddələrinə istinadən, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün onun ümumi stajının 25 ildən az, habelə, tələb olunan pensiya kapitalına malik olmağını sas tutraraq güzəştli şərtlərlə pensiya təyin olunmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsaslarla iddiaçının ərizəsinin təmin edilməsindən imtina etməsi işdə olan sübutlara və maddi hüquq normalarının tələblərinə uyğun hesab oluna bilməz. Belə ki, mübahisənin qanuni əsasını “Əmək penssiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qeyd olunan 13-cü maddəsinin “b” bəndi təşkil edir. Həmin Qanunla iş stajının müəyyən edilən hüquqi əsasları isə aşaığdakılardan ibarətdir: Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü və orta ixtisas təhsil müddəti də iş sajına daxil edilir.69-cu maddəsinin 1-ci hissəsinə əsasən isə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanun qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan “İT- İ 0505165” nömrəli 16 may 1977-ci ildən doldurulmasına başlanılmış əmək kitabçasının surəti araşdırıldıqda onun 2006-cı ilə qədər aşağıdakı kimi iş stajı müəyyən olunur: -05.05.1977-31.10.1977-ci illərdə Tələbə tikinti briqadalarında 2-ci dərəcəli işçi (5 ay 27 gün); -12.11.1977-24.10.1979-cu illərdə hərbi xidmət (1 il 11 ay 13 gün); -17.12.1979-27.09.1980-ci illərdə Tələbə tikinti briqadalarında 2-ci dərəcəli işçi, 3-cü dərəcə betonçu (9 ay 12gün); -01.10.1980-18.08.1985-ci illərdə armaturçu (4 il 10 ay 18 gün); -19.08.1985-01.12.1992-cı illərdə elektrik qaynaqçısı (7 il 3 ay 14 gün); -11.12.1992-01.02.1996-cı illərdə gözətçi (3 il 1 ay 22 gün); -15.02.1996-25.06.2003-cü illərdə “Qafqaz-Enerjiquraşdırma” trestinin Mingəçeir Quraşdırma İdarəsində 4-cü dərəcəli elektrik qaynaqçısı, 5-ci dərəcəli elektrik qaynaqçısı (7 il 4 ay 10 gün). İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun 01.01.2006-cı il tarixinədək azı 25 ildən çox (25 il 10 ay 26 gün) ümumi stajı yaranır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, iddiaçının qeyd olunan iş stajının 15.02.1996-25.06.2006-cı illərdə "Mingəçevir Enerjiquraşdırma" ASTCdə elektrik qaynaqçısı kimi işlədiyi dövrü sığorta stajı kimi qəbul etmir. Halbuki, sözügedən “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin işə əlavə olunmuş 21 yanvar 2021-ci il tarixli, 01 nömrəli güzəştli arayışında ATSC tərəfindən təsdiq olunur ki: “...İddiaçı “Qafqaz-enerjiquraşdırma” trestinin Mingəçeir Quraşdırma İdarəsinə 15.02.1996-cı il tarixində (əmr 23k,15.02.1996-cı il) 4-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul olmuş, 25.06.2003-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (əmr 39k, 25.06.2003-cü il). İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının qaynaq işlərində bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, legirli dəmir borularının quraşdırılması, təmiri və digər işləri üzrə qaynaq işləri aparmışdır. İddiaçı tam iş günü ərzində icra etdiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarını “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bölməsinə uyğundur. “Qafqazenerjiquraşdırma” X1 İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə ‘‘Mingəçevir Enerjiquraşdırma” X4 Cəmiyyəti olmuşdur. Güzəştli Arayış “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin arxivində saxlanılan T-2 kartına (şəxsi vərəqə) və əmək kitabçasına əsasən verilmişdir...” Hazırkı apellyasiya mərhələsində əldə olunmuş, “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin arxivində saxlanılan, əsli ilə düzlüyü ATSC-nin dairəvi möhürü və məsul şəxsin imzası ilə təsdiq olunmuş “T-2 Kartı”nın surətinə əsasən də müəyyən olunur ki, iddiaçı: -“15.02.1996-cı il tarixində həmin müəssisəyə elektrik qaynaqçısı kimi qəbul olunmuş (əmr No23); həmin ilin sentyabr ayında Yenikəndə ezam olunmuş (əmr No154); növbəti 1997-ci ilin aprel ayında ezamiyyətdən qayıtmış (əmr No115); növbəti ayda imtahan sonra ona “5-ci dərəcə” verilmiş (əmrNo119); 2000-ci ilin aprel ayın mazut təs. sahəsinə göndərilmiş(əmr No37), 25.06.2003-cü il tarixində isə öz ərizəsinə əsasən 39 No-li əmrlə işdən azad olunmuşdur. T-2 Kartının üz hissəsində iddiaçı barədə məlumatlar təsbit olunmuş, hər iki (üz və arxa) səhfəsində yazılar müvafiq qrafalara uyğun şəkildə, həmin dövrə uyğun olan “Kirill” əlifbasının yazıları ilə doldurulmuşdur. Göründüyü kimi, arxiv sənədi T-2 Kartının göstəriciləri ilə iddiaçının əmək kitabçasının müvafiq qeydlərinin həqiqətə uyğunluğunu təsdiq edilir. Belə olan halda, məzkəmə kollegiyası hesab edir ki, əmək kitabçasının mübahisələndirilən qeydləri inandırıcı və mötəbər məlumatlar kimi qəəbul olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının 15.02.1996-25.06.2006-cı illərdə "Mingəçevir Enerjiquraşdırma" ASTC-də elektrik qaynaqçısı kimi işlədiyi dövrün sığorta stajı kimi qəbul edilməsinin mümkünsüz olduğunu mübahisələndirən dəlilərinin əsassız olduğu sübuta yetirilir, Məhkəmə kollegiyası həmçinin, cavabdehin apellyasiya şikayətinin qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının mövcud olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır. Belə ki, həmin Qanunun 9.8-ci maddəsinin tələbi baxımından hazırkı iddianın qanuni əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi təşkil etdiyi halda, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiq edilməklə iddiaçıdan müvafiq pensiya kapitalı tələb olunmasından söhbət gedə bilməz. Beləliklə də iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olan yaşı, 25 il ümumi və azı 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının “Ümumi Peşələr” bölməsinin “23200000-19906” şriftində nəzərdə tutulan əl ilə elektrik qaynaqçısı peşəsində çalışdığı təsdiq olunur. Həmin Qanunun sözügedən maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Azərbaycan Respublikası Qanunu ilə edilən dəyişikliklə, 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək, hər il 6 ay artırılaraq, 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etdiyini və iddiaçının da qeyd olunan iş stajının 2000-ci ildən sonra tamamlandığı nəzərə alınmaqla, iddiaçının 57 yaşının tamam olduğu 18.06.2016-cı il tarixindən, onun yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış olur (şəxs.vəs. No0******* Mingəçevir ŞPŞ 24.07.2012). «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin, iddiaçının 25 il ümumi staja və tələb olunan pensiya kapitalına malik olmadığını mübahisələndirərək, ona güzəştli şərtlərələ pensiya təyin olunmasın imtna etməsi qanunsuz olmuş, iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iddianı təmin etməklə işin halllaına, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6084/2021 saylı, 12.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6084/2021 saylı, 12.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-1088/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1088/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver