Məhkəmə qərarları › İş №2-1(103)-1088/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1088/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1088/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Rzayev Sərxan oğlunun, 3-cü şəxsin nümayəndəsi (arvadı) X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “istifadəsində və sahibliyində olan ikiotaqlı mənzilə dair adına kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2380/2022 saylı 27 sentyabr 2022-ci il tarixli qərarından 3-cü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində və sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi 53 ünvanında yerləşən 9 saylı ikiotaqlı mənzilə dair adına kirayə müqviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2380/2022 saylı 11 may 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək ünvan 3 ünvanında yerləşən, istifadəsində və sahibliyində olan 2 otaqlı mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Sonradan "xxxx" MTK-nın sədri X7 26 avqust 2022-ci il tarixli ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)- 2380/2022 saylı qərarın ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini və "xxxx" MTK-nın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2380/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(112)-2380/2022 saylı qərarı ləğv edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2380/2022 saylı iş üzrə icraatın təzələnməsi və "xxxx" MTK və X1 iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bundan sonra işə yenidən mahiyyəti üzrə baxan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2380/2022 saylı 27 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, ünvan 3 ünvanında yerləşən, istifadəsində və sahibliyində olan 2 otaqlı mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin həmin qərardan narazı qalan 3-cü şəxs "xxxx" MTK tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq "xxxx" MTK nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə "xxxx" MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə "xxxx" MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Rzayev Sərxan oğlu öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmiş, "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinin isə mümkün sayılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. 3-cü şəxs X1 nümayəndəsi (arvadı) X8 MTK tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. İddiaçı apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, onların təmin edilməməsini və MTK-nin apellyasiya şikayətinin ümumiyyətlə mümkün sayılmamasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclsında iştirak etmiş 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mənzilin mülkiyyətçisi Abrek Haqverdiyev olduğundan MTK onunla müqavilə bağlanmışdır. Belə ki, həmin mənzil birgə nikah dövründə əldə edilmiş mənzil olmamışdır. Amma yerində müəyyən edilmişdir ki, faktiki olaraq həmin mənzildə iddiaçı yaşayır. Hazırda iddiaçı ilə müqavilə bağlanacağı təqdirdə MTK tərəfindən iki şəxsə pul vəsaitinin ödənilməsi baş verəcəkdir. MTK ilə müqavilənin bağlanılması üçün tələb olunan sənədlər iddiaçı tərəfindən vaxtında təqdim edilsə idi, müqavilə onunla bağlanardı. Həmin ərazidə yaşayan bəzi şəxslərə, o cümlədən də iddiaçıya həmin ərazidən çıxarılmadıqları üçün onlara hazırda da kirayə haqqı ödənilir. Pul məbləğinin Abrek Haqverdiyevə və ya İddiaçı ödənilməsinin MTK üçün heç bir fərqi yoxdur. Apelyasiya baxışı zamanı işin hallarından aydın oldu ki, "xxxx" MTK mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarı qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs deyildir. Belə ki, “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin olunması haqqında” 09 aprel 2020-ci il tarixli müqaviləyə əsasən X4 tərəfindən mübahisəli mənzilə dair hüquqlarının Kooperativə ötürülməsi əsas vermir ki, sonuncu hazırki iş üzrə 3-cü şəxs qismində işə cəlb olunsun. Nəzərə alınmalıdır ki, X1 istinad etdiyi Oktyabr rayon XDS İK-nin xx.xx.1981-ci il tarixli 32 saylı qərarı əsasında yaranmış istifadə hüququ Yasamal rayon Məhkəməsinin 2(004)-3134/08 saylı xx.xx.2008ci il tarixli qətnaməsi ilə itirilmiş hesab edilmişdir. Odur ki, mülki məhkəmə icraatında mübahisəli mənzilə istifadə hüququ itirilən şəxs- Abrek Haqverdiyevin həmin mənzilə dair olmayan hüquqlarının adı çəkilən Kooperativə ötürülməsi barədə tərəflər arasında bağlanmış müqavilə həmin Kooperativin işə cəlb olunması üçün əsas kimi çıxış edə bilməz. Buna görə də "xxxx" MTK-nın işə 3-cü şəxs qismində cəlb edilməsi məhkəmə qərardadı ilə ləğv edilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin qərarından müəyyən olunur ki, həmin məhkəmə qərarı ilə "xxxx" MTK-nın üzərinə hər hansı vəzifə qoyulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları nəzərə alaraq hesab edir ki, "xxxx" MTK tərəfindən verilmiş şikayət qeyrimümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2380/2022 saylı 27 sentyabr 2022-ci il tarixli qərarından "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar