Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1089/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, X15-Yusiflinin katibliyi ilə, X19 Lətifoğlunun və onun vəkili X7, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(82)- 3300/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsitərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********42 saylı xx xxxxxx 2019-cu il tarixli məktubunda göstərilənlərin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi (indiki Deputat küçəsi) 53 saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsinin sərhədlərinin yerində ölçülərək ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu. Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi (indiki Deputat küçəsi) indiki 53 saylı ünvanda yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpağın ona məxsus olmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxx 2006-cı il tarixdə ******* saylı çıxarış almışdır. Həmin çıxarışda qeyd edilən 0,05 ha torpaq sahəsi onun mülkiyyətində olduğundan həmin torpaq sahəsində fərdi ev tikmiş və məcburi köçkün olaraq ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair çıxarış olsa da, faktiki olaraq ona məxsus torpaq sahəsinin sərhədləri daş hasarla çəkdiyi divarın hüdudlarından kənarda (küçə hissədə) yerləşdiyindən həmin torpaq sahəsinin müəyyən hissəsi onunla qonşu olan müəyyən şəxslər tərəfindən faktiki olaraq zəbt edilmişdir. Torpaq sahəsinin plan və ölçüsünü olmaması, həmçinin torpağın sərhədlərinin yerində ölçülüb ona verilməməsi səbəbindən onunla qonşular arasında torpaq sahəsinin sərhədlərinə dair baş verən mübahisə və anlaşılmazlıq həll edilməmiş qalmışdır. Bu səbəbdən də cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş və mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsünü yerində müəyyənləşdirilməsini və bu barədə rəsmi sənəd verilməsini xahiş etmişdir. Buna baxmayaraq cavabdeh orqan xx xxxxxx 2019-cu il tarixdə **********42 saylı məktubla ona cavab vermiş və həmin cavab məktubu ilə onun qanuni və əsaslı tələbi təmin edilməmişdir. Cavabdeh orqan əsassız olaraq tələbini təmin etməmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3300/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə X4nun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasının “torpaq sahəsinin sərhədlərinin yerində ölçülərək ona təhvil verilməsi” hissəsinin qeyri-mümkün sayılması qərara alınmışdır. Eyni zamanda Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3300/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz sayılması, xx xxx 2006-cı il tarixdə ******* saylı çıxarışa istinadən X4nun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi (indiki Deputat küçəsi) indiki 53 saylı ünvanda yerləşən 0.05 ha. torpaq sahəsinin plan və ölçünün tərtib edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindənapellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı idarəyə xx.xx.2019-cu il tarixdə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib olunmuş JN-5779D saylı xx.xx.2014-cü il tarixli şəhadətnaməyə əsasən Aydın Ələskərova 0.08 ha torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsinin 0.03 ha hissəsi ayrı-ayrı fiziki şəxslərə satılmış, yerdə qalan 0.05 ha torpaq sahəsi üzərində isə Aydın Ələskərovun mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış yoxlama-ölçmə işləri zamanı iddiaçı tərəfindən şərti sərhədləri göstərilən torpaq sahəsinin faktiki ölçüsünün 0.1509 ha olduğu, həmin ərazidə digər fiziki şəxslər tərəfindən fərdi yaşayış evləri inşa edildiyi, həmin evlərə gedən yolların həmin torpaq sahəsi ərazisindən olduğu və torpaq sahəsinin bir hissəsinin yaxınlığından keçən 35 kv-luq hava elektrik ötürücü xəttinin mühafizə zonasına düşdüyü məlum olmuşdur. Həmçinin müvafiq ünvanda hasarlanma işləri sənəd üzrə aparılmamış və qonşular arasında mübahisə mövcuddur. Məhkəmə tərəfindən ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, “xxxxxxxx” ASC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təçkili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilməli və ekspertiza təyin edilməlidir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 və onun vəkili X13pellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatlarında bildimişlər ki, apellyasiya şikayəti ilə razı deyillər. Belə ki, qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamış, qanunun tələblərinə uyğun ədalətli qərar çıxarılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən verilmiş JN-5777 D saylı xx.xx.2003-cü il tarixli şəhadətnaməyə əsasən fərdi ev tikintisi üçün Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2A saylı sahədə yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. O, mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin 0.01 hektarını xx.xx.2013-cü ildə torpağın alqı-satqı müqaviləsinə əsasən X3, 0.01 hektarını xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 və 0.01 hektarını isə xx.xx.2016-cı il tarixli alq-satqı müqqaviləsinə əsasən X1. ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2A saylı sahədə yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı məxsusdur və onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx xxx 2006-cı il tarixli ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu. Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi (indiki Deputat küçəsi) indiki 53 saylı ünvanda yerləşən 0.05 ha. torpaq sahəsi iddiaçıya məxsusdur. X10 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi (indiki Deputat küçəsi) 53 saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********42 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2019cu il tarixdə iddiaçıya ünvanlanmış məktubda qeyd olunmuş iradlar aradan qaldırılmadığından ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasl Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin imtina məktubundan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Əvvəla, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və bu hüququ ilə bağlı qeydiyyat dövlət reyestrində aparılmışdır. Hazırki işdə iddiaçı ona daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədinin verilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nin 1-ci bəndinə görə bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; 2-ci bəndinə görə nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, bu barədə reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi mütləqdir. Lakin hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmiş və bu imtinasını faktiki və hüquqi baxımdan əsaslandırmamışdır. Belə ki, yuxarıda qeyd olunan imtina məktubu ilə cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixdə iddiaçıya ünvanlanmış məktubda qeyd olunmuş iradların aradan qaldırılmadığından ərizənin icrasının mümkün olmadığını bildirmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarına istinad etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinə istinad edilən xx.xx.2019-cu il tarixli məktubun təqdim olunması təklif olunsa da, həmin məktub məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən,cavabdehin nümayəndəsi imtina məktubunda müvafiq Qanunun müddəalarına istinadın nə ilə bağlı olduğunu təfərrüatı ilə açıqlaya bilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi isə imtinanın dəlillərinə münasibətdə qərarında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin koordinat nöqtələrinin naturada uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı olan hal deyil, bu uyğunsuzluğun aradan qaldırılması da cavabdeh inzibati orqanın səlahiyyətindədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Lakin hazırki işdə cavabdeh inzibati orqan nə imtina məktubunu, nə də apellyasiya şikayətində göstərdiyi dəlilləri, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, “xxxxxxxx” ASC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təçkili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iş üzrə 3-cü şəxs qismində cəlb edilmələrinin, ekspertizanın təyin edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin “torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi” barədə iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçıya məxsus torpaq sahəsinin faktiki ölçüsünün 0.1509 ha olması, həmin ərazidə digər fiziki şəxslər tərəfindən fərdi yaşayış evlərinin inşa edilməsi və torpaq sahəsinin bir hissəsinin yaxınlıqdan keçən 35 kvluq hava elektrik ötürücü xəttinin mühafizə zonasına düşməsi” barədə dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin dəlillər cavabdehin nümayəndəsi tərəfindən bu halları təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilməməsi səbəbindən əsassızdır və qəbul edilməməlidir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin imtina məktubunda və apellyasiya şikayətində göstərdiyi dəlillər onu qanunla müəyyən edilmiş, iddiaçıya məxsus, mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi vəzifəsindən azad etmir və həmin dəlillər iddia tələbinin təmin olunmaması üçün əsas ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi (indiki Deputat küçəsi) 53 saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3300/2019 saylı xx xxxxxx 2019-cu il tarixliqərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3300/2019 saylı xx xxxxxx 2019-cu il tarixliqərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-1(103)-1089/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1089/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver